Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

Baxışım heyrətdə, gözüm heyrətdə; 
Elə bil nadanam, görməmişəm mən. 
İnsanı, heyvanı belə ülfətdə, 
Belə ünsiyyətdə görməmişəm mən.
Maral duzağıdır meşə başabaş, 
Nə güllə səsi var, nə bir səksəkə. 
Bu meşə 
uzadıb
 sağ əlini kaş 
Bizim meşələrin başına çəkə!...
Ənvər Rza
Söz ehtiyatı
1.  “Bığını çeynəmək”, “sağ əlini başına çəkmək”, “tamaşa etməyə bir cüt göz gərək”
ifadələrinin mənalarını izah edin. Bu ifadələri cümlələrdə işlədin.
2.  Mətndən çıxış edərək “ülfət”, “duzaq” sözlərinin mənalarını izah edin.
Düşün və cavab ver
3.  Şeirlərdə təsvir olunan meşələr arasındakı fərqin səbəbini izah etməyə çalışın.
Yazı
4.  Plan tutmaqla meşə haqqında hekayə yazın.
Dil qaydaları
5.  “Maşuk meşəsi” şeirində altından xətt çəkilmiş sözlərin tələffüzündəki fərqi və
hansı nitq hissəsinə aid olduğunu müəyyən edin.
6.  Mətndə göy rənglə verilmiş sözlərin sualını müəyyənləşdirin. Hansı sözün əsas
hərəkəti, hansının hərəkətin necəliyini bildirdiyini təyin edin.
Yadda saxla!
 FEİLİ BAĞLAMA
Feili bağlama həm zərfin, həm də feilin xüsusiyyətlərini daşıyır: hərəkətin tərzini,
zamanını, səbəbini bildirir.
Müəllim danışanda qulaq asmaq lazımdır (zaman). 
O, əlini döşünə qoyaraq danışırdı (tərz). 
Rəhim səhvini başa düşüb üzr istədi (səbəb).


7.  Altından xətt çəkilmiş sözləri kök və şəkilçiyə ayırın. Feili bağlama şəkilçisini
müəyyən edərək həmin şəkilçilərlə yeni sözlər yaradın. Tapşırığın sonunda
verilmiş nəticəni tamamlayın.
1.  İnsanın biliyi artdıqca narahatlığı da artır. (Höte)
2.  Elm ancaq ağlın süzgəcindən keçəndə qiymətli olur. (M.Metterlinq)
3.  Bir elmi öyrənmək istədikdə sən 
Çalış ki, hər şeyi kamil biləsən. (N.Gəncəvi)
4.  O insan ağıllı sayılır ki, işə başlamadan nəticəni görə bilsin. (Kant)
5.  Axmaq fikirlərə uyaraq insan 
Axtarır umulmaz yerdə səadət. (S.Vurğun)
6.  Tülkü tülkülüyünü sübut edincə dərisi boğazından çıxar. (Atalar sözü)
7.  Birinin günahı varsa, bağışla, bağışlamayıb cəza versən, günahın dərəcəsinə
görə ver. (Məhəmməd Peyğəmbər)
8.  Böyük sözünə qulaq asmayan böyürə-böyürə qalar. (Atalar sözü)
9.  Özunə yeni dostlar taparkən köhnələri unutma. (E.Rotterdamlı)
10.  Həqiqət üzə çıxar-çıxmaz şübhələr silinir. (C.Vaşinqton)
Nəticə: ... şəkilçiləri feili bağlama yaradır.
8.  Feili bağlamaları seçin və zaman, tərz, səbəb bildirməsinə görə aşağıdakı kimi
qruplaşdırın.
1.  Bu sözü eşidincə Rüstəmin qaşları çatıldı.
2.  Sənan qayalardan tuta-tuta, iməkləyə-iməkləyə yeriyirdi.
3.  Hayqırıb açsam meydanı,
4.  Sutək axıdaram qanı. (“Koroğlu”dastanı)
5.  Qıza elə gəldi ki, Şahin inciyib gedir.
A B C D E Necə? sualına cavab verir, tərz bildirir:
A B C D E Nə zaman? sualına cavab verir, zaman bildirir:
A B C D E Nə üçün? sualına cavab verir, səbəb bildirir:
9.  Fərqləndirilmiş sözləri feili bağlama ilə əvəz edib cümlələri dəyişin.
1.  Koroğlu dəliləri başına topladı, dağlara çəkildi.
2.  Ağabəy yenicə içəri girmişdi ki, bayırda səs-küy qopdu.
3.  Elə ki vaxt tamam oldu, dərviş gəlib amanatını istədi.
4.  Körpə divardan tutur, yavaş-yavaş gəzirdi.


ALTERNATİV 
ENERJİ
İstənilən fəaliyyət növü üçün enerji tələb olunur. Enerji istilik, işıq, hərəkət deməkdir.
Həyatda bu enerjini insanlar bərpa olunan və bərpa olunmayan enerji mənbələrindən
alırlar. Bərpa olunan enerji mənbələrinə Günəş, külək, su ehtiyatları və s. aiddir. Bu
enerji mənbələri nə qədər istifadə olunsada, tükənmir. Bərpa olunmayan enerji
mənbələrinə isə daş kömür, neft, qaz, torf və s. aiddir.
Gəlin insanlar tərəfindən çox qədim zamanlardan enerji mənbəyi kimi istifadə olunan
külək və daş kömürü müqayisə edək. İnsanın külək enerjisindən nə qədər istifadə
etməsindən asılı olmayaraq planetimizdə külək azalmayacaq, necə əsirdisə, eləcə də
daim əsəcək. Daş kömür ehtiyatı isə nə qədər çox olsa da, 
tükənməz
 deyil. Daş
kömürün əmələ gəlməsi üçün yüz milyonlarla il lazımdır.
Axar suyun enerjisindən də insanlar qədim dövrlərdən istifadə edirlər. Müasir dövrdə
isə su-elektrik stansiyalarında bu enerji mənbəyindən elektrik enerjisi alınır.
Günəş bizim planetimizdə tükənməyən ən güclü enerji mənbəyidir. Günəşin enerji
ehtiyatı qeyri-məhduddur. Bu enerjini bir yerdən başqa yerə nəql etmək lazım deyil, o,
planetin hər bir guşəsində var.
Nə qədər ki Günəş işıq saçır, külək əsir, çaylar axır, Yer kürəsində bərpa olunan enerji
1.  Sizcə, qədimdə insanlar külək və su enerjisindən hansı məqsədlə istifadə
etmişlər?
2.  Sizcə, Azərbaycanın müxtəlif bölgələrində bərpa olunan enerjinin hansı
növlərindən istifadə edilə bilər?


mənbələri mövcud olacaqdır. Lakin təəssüf ki, onlardan hələ ki kifayət qədər istifadə
olunmur. İnsanlar daha çox bərpa olunmayan enerji mənbələrinə üz tuturlar. Müasir
dövrdə insanlar istifadə etdikləri enerjinin 80%-ni məhz bu enerji mənbələrindən
alırlar. Yer üzərində bu enerjinin miqdarı hələ ki kifayət qədər çoxdur. Lakin son
dövrdə insanlar getdikcə daha çox onun çatışmadığı barədə danışırlar.


Çünki bəşəriyyət özünün və təbiətin bərpa edə 
bilməyəcəyi
 təbii ehtiyatların
istifadəsində israfçılığa yol verir. Buna görə də bərpa olunmayan enerjiyə qənaət
etmək hər kəsin borcudur.
Beləliklə, dünya iqtisadiyyatında bərpa olunmayan enerji mənbələrindən çox istifadə
edilməsi bu ehtiyatların tükənməsinə gətirib çıxarır. Eyni zamanda bu 
yanacaq
növlərindən qalan tullantılar təbiətə və insan sağlamlığına da böyük ziyan vurur. Belə
ki, təbii qazın, maye yanacağın istifadəsi zamanı ətrafa çoxlu miqdarda zərərli
maddələr yayılır. Faydalı qazıntıların yanması nəticəsində atmosferə buraxılan karbon
qazının getdikcə artması planetimizdə iqlim dəyişikliyinə gətirib çıxarır. Son zamanlar
haqqında çox 
danışılan
 qlobal istiləşmənin səbəbini də məhz bununla əlaqələndirirlər.
Bu mövzu ilə bağlı söylənilən bəzi fikirlər hər kəsi təşvişə salır. Çünki yaşadığımız gözəl
dünyanın 
yaşanmaz
 hala düşməsini görmək, hətta təsəvvürümüzə gətirmək belə
istəmirik.
Yer atmosferi elə yaradılmışdır ki, planetimizdə yaşayış mümkün olsun. Atmosfer
təbəqəsinin yeddi qatının hər birinin özünəməxsus funksiyası vardır. Əgər bu təbəqələr
olmasa idi, Günəşin məhvedici şüaları Yer səthində bütün canlı aləmi bir andaca məhv
edərdi.
Müasir dövrdə insanların fəaliyyəti nəticəsində ətraf mühit kimyəvi tullantılarla
çirkləndirilir. Bu, atmosfer təbəqələrinin nizamının pozulmasına gətirib çıxara bilər.
Bunun nəticələri isə çox ağır olar. 
Pozulmuş
 ekoloji tarazlığın bərpası çox çətindir. Bir
sıra alimlər iqlim dəyişməsinin səbəbini də insanların fəaliyyətində axtarırlar. Onların
fikrincə, müasir dövrdə texniki-iqtisadi inkişaf elə səviyyəyə çatmışdır ki, insanlar ətraf
mühitə təbii amillərdən daha çox təsir göstərirlər.
Bütün deyilənlər bərpa olunan, başqa sözlə, alternativ enerji mənbələrindən
istifadənin çox vacib olduğunu bir daha sübut edir. Yer üzərində sivilizasiyanın inkişafı
və bəşəriyyətin gələcəyi naminə insanlar enerjiyə olan tələbatını bərpa olunan
mənbələr hesabına əldə etməyin yollarını mütləq tapmalıdırlar.
“Community and Environment” təşkilatının 
“Mən enerjiyə qənaət edirəm” vəsaiti əsasında hazırlanmışdır.
3.  Enerjiyə qənaətin ən sadə yollarını təklif edin.
4.  “Qlobal” sözünün mənasını açıqlayın. Bu sözlə “qlobus” sözü arasındakı məna
yaxınlığını izah edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə