downloaded from KitabYurdu.az
37
illərdə də qəzalar ü zrə taxıl istehsalının həcmi qeyd edilmiş n isbətdə olmuşdur.
Bütün Azərbaycan üzrə isə ildə 38 mln puddan 50 -52 mln puda qədər taxıl
məhsulu götürülürdü.
Toplanan taxıl məhsulunun bir hissəsi olan düyü əsasən Lənkəran
qəzasında istehsal edilirdi. Quba, Göyçay, Nu xa və Cavad qəzalarında da çəltik əkini
ilə məşğul olurdular. Lakin bu qəzalardakı əkin sahələri Lən kərandakına nisbətən xey li
az idi.
Çəltik əkininə aid 1912-ci ilin hesabatına görə, Cənubi Qafqazda əldə edilmiş
düyüdən düşən paylar aşağıdakı kimi idi: Bakı quberniyası 42 faiz, Yelizavetpol
quberniyası 33 faiz, İrəvan quberniyası 13 faiz, Zaqatala dairəsi 11 faiz, Tiflis
quberniyası 1 faiz. Beləliklə, Cənubi Qafqazda istehsal olunan düyü məhsulunun 99
faizi Azə rbaycanın payına düşürdü.
Azərbaycanda taxıl məhsulları içərisində əsas yeri buğda və arpa tuturdu. 1909-
cu ildə Bakı quberniyasında 10 mln pud buğda, 5 mln pud arpa əldə edilmişdi. Sonrakı
illərdə bəzən daha çox buğda və arpa yığılırdı. Məsələn, 1912-ci ildə Bakı
quberniyasında 12,7 mln pud buğda, 7,8 mln pud arpa yığılmışdı. Yelizavetpol
quberniyasında isə hər il buğda 10-12 mln pud, arpa 5-9 mln. pud və daha çox olurdu.
1904-cü ildə Yelizavetpol quberniyasında 20 mln pud buğda, 10 mln pud arpa
toplanmışdı.
Düyüyə gəldikdə isə orta illik məhsul Bakı quberniyasında 0,5-2,5 mln pud,
Yelizavetpol quberiyasında isə 0,4-2,1 mln. pud olurdu.
Gətirilən rəqəmlərdən göründüyü kimi, torpaq sahələrinin geniş liyini nəzərə
alsaq, məhsuldarlıq o qədər də yüksək deyildi. Bu, quraqlıq, havaların qışda soyuq,
yayda isti küləkli olması, aran yerlərdə qar yağmaması, habelə çəyirtkə, çöl siçanlarının
yayılması və digər təbii amillər üzündən törəyirdi. Məsələn, əgər 1904-cü ildə
Yelizavetpol quberniyasında 5,4 mln pud toxum səpilmiş və 38 mln pud taxıl
toplanmışdısa, 1905-ci ildə 5,2 mln pud taxıl səpilmiş və cəmi 15 mln pud, yəni 1904-
cü ildəkindən 2,5 dəfə az taxıl toplanmışdı. Məhsuldarlığın kəskin fərqlə aşağı düşməsi
çəyirtkə basqını və başqa kortəbii hadisələrlə əlaqədar id i.
1901-ci ilə dair məlu matlarda göstərilir ki, Yelizavetpol quberniyasının
Cəbrayıl qəzasında 61400 desyatin torpaq sahəsi çəyirtkə sürfəsi ilə örtülmüşdü. 1904-
cü ildə Şuşa qəzasında çəyirtkənin məhv etdiyi sahə 75 min desyatinə çatırdı.
Şahidlərdən biri yazırdı: "Çəyirtkələr üç gün uçdular. Gündüz axşama
çevrilmişdi. Çəyirtkə böyük qara bulud kimi günəş işığının qarşısını kəsmişdi. Çəyirtkə
İrandan Mil düzünə keçərkən bir həftə ərzində Xonaşından Hindarxa qədər olan
sahədə yerləşmişdi".
Ta xıl məhsulu miqdarının tərəddüd etməsi və azalmas ı kəndli kütləsin in
pay torpağının azlığ ı, eyni sahədə hər il eyni bitkin in əkilməsi, torpağın dincə
qoyulmaması, torpağın köhnə üsulla becərilməsi, aqrotexn ikan ın, demək olar ki,
tətbiq olunmaması ilə də əlaqədar idi.
Torpağın şumlan ması və əkinlərin becərilməsi əsasən ibtidai üsulla
downloaded from KitabYurdu.az
38
aparılırdı. Ağır kotanla yer şu mlamaq üçün 6-8, dağ rayonlarında 10 cüt ökü z tələb
olunurdu. Bu qədər öküzü olmayan kəndlilərin əksər kütləsi bir növ şirkət təşkil
edir və sahələrin i növbə ilə becərirdilər.
Bununla belə elə təsərrüfatlar var idi ki, onlarda torpaq intensiv surətdə
becərilir, yəni müasir texn ika, dəmir kotan, taxıldöyən maşın tətbiq o lunurdu. Belə
təsərrüfatlar qolço maqlara, varlı kəndlilərə və öz təsərrüfatı ilə məşğul olan
mü lkədarlara məxsus id i. Çünki təkmilləşdirilmiş alət və maşınla r baha idi və
onları yalnız varlı adamlar satın ala bilirdi. Bir mənbədə deyilirdi ki, "Şərqi
Zaqafqaziyanın dörd quberniyasında son 2-3 ildə neft və ya bu xar mühərriki olan,
6-8 kotanı hərəkətə gətirən b ir neçə tra ktor meydana çıxmışdır". Cənubi Qa fqazda,
o cümlədən Azərbaycanda təkmilləşdirilmiş kənd təsərrüfatı maşınları və
alətlərinin yayılmasında "Qafqaz kənd təsərrüfatı cəmiyyəti" müəyyən rol
oynamışdı. Cəmiyyət kənd təsərrüfatı alət və maşınlarını nümay iş etdirir,
kəndlilərin iştirakı ilə onların sınaqdan keçirilməsin i təşkil edir, h ətta yerlərdə
maşın istehsal etmək ideyasının təbliğatını aparır və ideyanın bəzi yerlərdə həyata
keçirilməsinə nail o lurdu. Kənd təsərrüfatı maşın və alətlərin i yay maq üçün
Azərbaycanda anbarlar açılırdı. 1910-cu ildə Azərbaycanın kənd təsərrüfatında
76.270 xış, kustar üsulla hazırlan mış 24230 kotan, zavodlarda hazırlan mış 30250
kotan, 21230 mala, 840 səpin maşın ı tətbiq olunurdu. Əgər 191 0-cu ildə
Azərbaycanda 300 min-dən ço x kəndli təsərrüfatının olduğunu nəzərə alsaq, onda
bu təsərrüfatların ço xunun hətta xışa belə malik o lmadığ ı aydın o lar.
Xırda kəndli təsərrüfatlarının taxılı yalnız on ların istehlakına gedird i,
lakin A zərbaycanda əmtəəlik taxıl da istehsal olunurdu.
Azərbaycan kəndlərinə gələn ticarət firmalarının nü mayəndələri, eyni
zamanda yerli taxıl möhtəkirləri bazarlarda aldıq ları taxılı mü xtəlif yerlərə aparıb
satırdılar. Məsələn, Lən kəran qəzasında 4 taxıl bazarı var id i. Azərbaycandan hər il
ixrac olunan 1,5-2 mln. pud ta xıl məhsulları içərisində düyü mühüm yer tuturdu.
Azərbaycana başqa yerlərdən də taxıl gətirilirdi. Taxılın ixracında olduğu
kimi, idxalında da Bakı mühüm rol oynayırdı. Məsələn, 1901-ci ildə Bakı 5,2 mln pud
taxıl idxal, 2 mln ton isə ixrac etmişdi, 1911-ci ildə bu rəqəmlərdə əsaslı dəyişiklik
görürük: idxal 12,7 mln pud, ixrac isə 4,9 mln pud təşkil edirdi. İxrac içərisində un və
düyü əsas yer tutur, 1912-ci ildə Bakıdan ixrac olunan 5 mln pud taxıl məhsullarından
2,5 mln. puddan çoxunu un, 2,2 mln pudunu isə düyü təşkil edirdi.
Beləliklə, XX əsrin əvvəllərində Azərbaycan kəndində ticarət əkinçiliyi, yəni
əmtəə istehsalı geniş yayılır, ölkədə feodal münasibətləri qalıqlarının olmasına
baxmayaraq, əmtəə-kapitalist istehsalı, yəni kapitalist münasibətləri inkişaf edirdi.
Azərbaycanın iqtisadi həyatında mühüm yerlərdən birini maldarlıq tuturdu.
Maldarlığın inkişafı üçün bərəkətli otlaqların, geniş düzənliklərin, yaylaq və qışlaqların,
əlverişli iqlim şəraitinin, təmiz dağ bulaqlarının olmasının böyük əhəmiyyəti var idi.
Azərbaycanın kənd əhalisini maldarlıqla məşğulluq səviyyəsinə görə üç qrupa
bölmək olardı əkinçiliklə məşğul olub, mal-qaranı öz ailə və təsərrüfat ehtiyacını