Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə26/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   22   23   24   25   26   27   28   29   ...   103

54 
 
yətinə  vermək  qərarına  gəlmişdir.  Xarəzmşah  da  Reyi  öz  torpaqlarına 
birləşdirdikdən sonra, daha qərbə doğru hərəkət etməyə ü mid bəsləyərək, İnancın  
kö məyinə böyük bir ordu ayırdı. Xarə zmşah qoşunları ilə Eldəniz arasındakı döyüş 
Xarəzmilərin və Rey qalasında gizlənən İnancın  məğlubiyyəti ilə başa çatdı. İnanc 
yenidən  Eldənizlə  sülh  bağlamağa  çalışdı  və  vəziri  Sədəddin  Aşallanı  Atabəylə 
danışığa göndərdi. 
Danışıqlar zamanı Atabəy Sədəddinə aşağıdakıları bildirdi: "Mən ömrü mdə 
heç  zaman  İnancla  barışıq  bağlamayacağam!"  Vəzir in  özünə  isə  dedi:  "Sən  elə 
düşünürsən ki, İnanc mənimlə barışıq bağlayacaq və sən də onunla birlikdə  Reydə 
oturacaqsan. Bu, heç bir vaxt olmayacaqdır! Sən iki yoldan birini seçə bilərsən: ya 
sən öz ağanla qürbətdə qalacaqsan, onda o da, sən də sağ -salamat qalarsız, ancaq 
belə halda sən zərər çəkəcək,  məh ru miyyətlərə və yo xsulluğa düçar olacaqsan, ya 
da  sən  mənimlə  birlikdə  onun  məhvinə  tədbirlər  tökməli,  Rey,  İsfahan  və 
Azərbaycan  üzərində  hökm  sürən  oğlum  Pəh ləvanın  yanında  hakim  olub  onunla 
birlikdə qalmalısan. Bunun üçün mən sənə and içməklə söz verirəm"
1

Vəzir  qərara  gəld i  ki,  ən  yaxşısı  Eldənizin  təklifıni  qəbul  etməkd ir.  Onun 
hiyləsi  ilə  üç  qulam  İnancı  öldürdü  və  atabəy  Eldəniz  bunun  müqabilində 
Sədəddini  "şəhərin  hakimi  və  Pəhləvanın  demək  o lar  ki,  bütün  işləri  üzrə 
müvəkkil"
2
qoymaqla mükafatlandırdı. 
565-c i  ilin  şəvvalında  (18.06.-16.07.1170)  Mosulun  hakimi,  Sultan  Arslan 
şahın  və  atabəy  Eldənizin  vassalı  atabəy  Qütbəddin  Mədud  öldü.  Onun  oğlu 
Seyfəddin  Qazi  Mosula  yiyələndi.  Ancaq  onun  əmisi  Nurəd din  Mah mud  taxt-tac 
iddiasına düşüb, qoşunla qardaşı oğluna qarşı çıxd ı.  Belə olduqda, Seyfəddin Qazi 
öz  qardaşı  İzzəddin  Məsudu  Nurəddin  Mahmuda  qarşı  yardım  üçün  atabəy 
Eldənizin yanına göndərdi. 
Eldəniz  Nurəddin  Mahmuda  məktub  göndərib,  Mosula  hücum  etməyi  ona 
qadağan etdi. O yazmışdı: "Bu torpaq sultanındır və sən  ona toxuna bilməzsən". Ancaq 
Nurəddin bu məktubu nəzərə almadı və Eldənizin elçisinə belə cavab verdi: "Öz ağana 
de ki,  mən özüm öz qardaşım oğlu ilə  mübahisəni həll etmək üçün ondan yaxşı yol 
taparam.  Qoy  o,  bizim  işimizə  qarışmasın.  Mən  öz  işimi  nə  vaxt  qurtarsam,  onda 
Həmədan  darvazaları  yanında  bizim  Eldənizlə  söhbətimiz  olacaqdır.  O,  islam 
ölkələrinin  yarısına  yiyələndi,  ancaq  sərhədyanı  ucqarlara  saymamazlıq  göstərdi, 
gürcülər  də  bundan  istifadə  edib,  oralan  ələ  keçirdilər!  Mən  isə  dünyanın  ən  cəsur 
adamlarına-firənglərə [xaçlılara] qarşı təkbaşına dururam və onların torpaqlarının böyük 
hissəsini  onlardan  aldım,  çarlarını  əsir  tutdum
3
.  Mən  indi  mənə  qarşı  hər  hansı  bir 
fəaliyyəti  cəzasız  qoya  bilmərəm,  ona  görə  də  ki,  biz  saymamazlıqla  yanaşdığımızı, 
                                                                 
1
 Əl-Hüseyni, vər.83b-86a. 
2
 Əl-Hüseyni,vər.86a; İbn əl-Əsir, IX, səh.104; əl-Bundari, səh.303; Ravəndi, səh.282; müəllifi 
naməlum "Oğuznamə", səh.71; Əbül-Fida, III, səh.48. 
 
3
 Nurəddin Mahmud xaçlıların düşməni, onlara qarşı döyüşən görkəmli sərkərdələrdən biri idi. O, 
1148-ci ildə Trablis qrafı Bertranı, 1151-ci ildə Odessa hakimi qraf  Joslen de Kurtneyi əsir almışdı. 


55 
 
daha  doğrusu,  islam  torpaqlarını  qorumaq  üçün  hamılıqla  ayağa  durmalı  və 
müsəlmanlardan  bəlanı  uzaqlaşdırmalıyıq".  Elçi  də  belə  cavabla  Eldənizin  yanına 
qayıtdı
1

Sultanla  Azərbaycan  atabəyi  arasmdakı  münasibətlərin qaydaya salınmasında 
böyük köməyi olan və bununla da ara müharibələrinin  alovlanmasının  qabağını alan, 
böyük  atabəy  Şəmsəddin  Eldənizin  qadını  Mömünə  xatın  571-ci  il  rəbiüləvvəl 
ayının ortalarında (19.09.-18.10.1175) Naxçıvanda vəfat etdi
2

Yu xarıda göstərdiyimiz  kimi, Sultan Arslan şahın dövlət işlərində heç bir çəkisi 
yox idi, onun adı, bir sultan kimi, yalnız xütbələrdə çəkilir, pullarda həkk o lunurdu. 
Salnaməçi  Sədrəddin  əl-Hüseyni  dövlətdə  sultanın  asılı  vəziyyətini,  atabəy 
Eldənizin tam  hökmranlığını  və sultanın anası Mömünə  xatının  mövqeyini  aydın  təsvir 
etmişdir. O yazır ki, "Sultan Arslan yalnız formada, Eldəniz isə həqiqətdə hakim  idi. 
[Atabəy]  əmrlər  verir, torpaqlan iqta kimi paylayır, xəzinələri özü istədiyi kimi ölkə-
nin hər hansı bir yerinə köçürərək, onlann ixtiyarmı əlində saxlayırd ı. Sultan isə bu 
barədə  onunla  ixtilafa  girə  bilmirdi  və  bəzən  onun  sinəsi  atabəy  Eldənizin  idarə 
işlərindəki  mütləqiyyətindən,  əmrlər  [verməsindən],  istədiyi  adama  iqta 
paylamasından sıxılırdı. Su ltan bu barədə danışanda, onun anası Mömünə xatm (o, 
Eldənizin  qadını,  həm  də  onun  iki  oğlu  -  Nüsrətəddin  Pəhləvanla  Müzəffərəddin 
Qızıl  Arslanın  anası  idi)  belə  cavab  verdi:  "Özünü  o  yerə  qoyma!  Bu  adam  öz 
həyatını  təhlükə  altına  qoymuş  və  dönə-dönə  ağır  döyüşlərə  atılmışdı.  [Bundan 
başqa]  o,  özünün  ən  qiymətli  xeyirxah lığ ını  əsirgə məmiş,  səni  sultan  [taxtına] 
çıxaranadək ö zünün çoxlu qulam və silahdaşlarını ölü mə göndərmişdi. Səlcuqilərin 
içərisində  səndən  böyükləri  nə  qədər  var,  ancaq  həbslərdə  yatırlar  və  həyatları 
sıxıntılı  keçir.  Onlar  öz  yerlərindən  tərpənə  bilsəydilər,  qəsdləri  yüksək  olardı. 
Ancaq onlar  bacarmırlar!  Sən  isə  sultan  taxtındasan, o  da, onun  iki  oğlu  da  sənə 
qulluq edir, sənin qabağında durur, sənin düşmənlərin lə vuruşur, rəqiblərinə üstün 
gəlirlər,  sən və sənin  könlün  isə bütün bunlardan  azaddır!  Atabəy hər  nə  edirsə  - 
bağışlayır  və  ya  geri  alır  -  bunların  hamısı  sənin  qüdrətli  dövlətinin 
möhkəmləndirilməsi,  sənin  hakimiyyətinin  daha  da  bərkiməsi  üçün  edilir.  Qoy 
onun hərəkətləri səni kədərləndirməsin, onun cəhdləri səni qayğılandırmasın. O  ki 
sənin məmlükündür! 
O, ö z anasmdan bunları eşitdikcə susurdu"
3

                                                                 
1
 İbn əl-Əsir, IX, səh. 109-110; yenədə onun, "Atabəylər", səh.153; Əbu Şəmə, 1/2, səh.476-477; 
Rəşid əl-Cəmili, səh.95-96. 
2
 Ravəndi, səh.285; İbn əl-Əzraq əl-Fariqi (vər. 200a) Mömünə xatının ölümü tarixini daha dəqiq, 9 
rəbiüləvvəl 571 (30.09.1157)-ci il göstərir. 
 
 
 
3
 Əl-Hüseyni, vər. 94b-95a. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə