21
Bacarvan və b. haqqında da məlu mat vard ır.
§ 3. YERLĠ VƏ GƏLMƏ TAYFALAR, XALQLAR,
ONLARIN QARġILIQLI MÜNASĠBƏTLƏRĠ
Ta qədim zamanlardan mü xtəlif istiqamətli karvan yolların ın kəsiĢdiyi
torpaqları ö zündə birləĢdirən Azərbaycan ərazisinin coğrafi mövqeyi bu yerlərin
əsrlər boyu köçəri tayfa və xalq ların hücumlarına məru z qalmasına səbəb olmuĢdu.
Aylar, illər, əsrlər biri digərini əvəz etmiĢ, mü xtəlif dilli, ləhcəli yaxın -uzaq tayfa
və xalq lar hərə bir məqsədlə yurdumuza gəlmiĢ, əksəriyyəti istədiyini əldə edəndən
sonra geri, ö z elinə qayıtmıĢ, bir q ismi isə Azərbaycan torpağını məskən edərək,
yerli əhali ilə qaynayıb-qarıĢ mıĢ, buralarda məskən salmıĢdı. Ço x qədim
zaman lardan davam edən bu proseslər Azərbaycanın uzun əsrlər boyu mürəkkəb
etnik tərkib ini və mədəni simasın ı müəyyənləĢdirmiĢdi.
Mənbələrin məlu matına görə, eramızın ilk əsrlərində tarixi Azərbaycan
ərazisinin Ģimal hissəsini əhatə edən Albaniyanın qədim əhalisin i albanlar, utilər,
kaspilər, gird imanlar, tsavdeylər, leqlər, gellər, çilb lər, qarqarlar və b. təĢkil
edirdilər
1
.
Eramızın I—III əsrlərində Albaniyaya massagetlər (maskutlar), sarmatlar,
alanlar və b. axıĢ mağa baĢladılar. Erkən erməni mənbələri albanla rın Ģimal-Ģərq
qonĢuluğunda təĢəkkül tapmıĢ "maskutlar məmləkəti" haqqında məlu mat verir. Bu
dövrdə Dərbənddən AbĢeronadək Xəzərsahili bölgədə irandilli tayfalar da
məskunlaĢ mıĢdı. Sonrakı əsrlərdə, Sasanilərin köçürmə siyasəti ilə əlaqədar, həmin
ərazidə yaĢayan irandillilərin sayı getdikcə artır; onların o zaman danıĢdıqları, indi
"tat" adlandırılan dil, eləcə də cənub-qərb bölgəsində yayılmıĢ talıĢ dili bu bölgə
azərbaycanlıların ın bu gün də iĢlətdikləri ana dilləridir.
Dövrün tədqiqatçıların ın fikrincə, ço xləhcəli Albaniya, görünür, üs tün
dialektdən yaranmıĢ vahid ümumi dilə (koyneyə) də malik id i. III əsrdə bu dildə,
əvvəllər o lduğu kimi, ü mu malban bayramları və mərasimləri keçirilir, ço xsaylı
dövlət-inzibati qurum institutları fəaliyyət göstərir, ordu idarə edilirdi və s.
Albanlar üçün bu dil sonrakı əsrlərdə də tayfalararası ünsiyyət vasitəsi olmuĢ, V
əsrin əvvəllərində onun əsasında alban yazısı yaradılmıĢdı. Mənbələrin yazdığ ına
görə, kilsə ayinlərin in bu dildə icra edilməsi ilə əlaqədar "Ġncil" və b. dini kitablar
alban dilinə tərcü mə edilmiĢ, orijinal ədəbiyyat yaradılmıĢ, məktəblər və digər
mədəni-maarif idarələri fəaliyyət
1
Bu tayfa və xa lqla rdan bəzilə rin in mənĢələrinə dair fikir ayrılığ ına
gətirib çıxaran mülah izələri "Azərbaycan xalqının formalaĢmasın ın baĢa
çatması"na həsr edilmiĢ XIV fəsildə təqdim edəcəyik.
22
göstərmiĢdi.
Cənubi Azərbaycan (Adurbadaqan) əhalisinin III-VII əsrlərdə etnik tərkibi və
dilləri haqqında sinxron ədəbiyyat, demək olar ki, heç bir məlu mat vermədiy i üçün
bu barədə əsas mənbə əvvəlki və sonrakı dövrlərə aid antik və ərəb müəlliflərin in
əsərlərid ir. Mənbələrin təhlili göstərir ki, Sasanilər dövründə imperiyanın
vilayətlərindən biri olan Albaniyadan fərqli olaraq özünün müstəqil inzibati-idarə
sistemi olmayan Adurbadaqanın ərazisi əsasən türkdilli və irandilli tayfalarla
məskun id i. Əhalinin bir hissəsi Ġran dilləri qrupunun ləhcə və dialektlərində
danıĢsa da, həmin dil qrupundan olan hakim orta fars -pəhləvi dili geniĢ xalq
kütlələrin in danıĢıq dili ola bilməmiĢ, yaln ız ka rgüzarlıqda iĢlədilmiĢ, hakim
təbəqənin dili olmuĢdu. Bunu Cənubi Azərbaycan ərazisində (MiĢkinĢəhrdə və
Taxtı Süley manda) bu vaxtadək həmin dövrə aid yalnız orta farsdilli yazılı
abidələrin aĢkar edilməsi də təsdiq edir. Onu da qeyd etmək lazımdır ki, tarixi
toponimiya, bu dil və dialekt lərin Cənubi Azərbaycanda bu gün də qalan qalıqları,
eləcə də həmin dillərdə yazılmıĢ və bizə gəlib çatmıĢ orta əsr yazılı ədəbiyyatının
nümunələri sübut edir ki, Adurbadaqanın Ġran dialektləri orta fars dilindən kəskin
seçilirdi. X əsrin ortalarında yazmıĢ görkəmli ərəb alimi və səyyahı əl-Məsudi
Azərbaycan əhalisinin bir hissəsinin danıĢdığı azəri dilin i fars dilinin dari və
pəhləvi kimi xüsusi ləhcəsi hesab edirdi; həmin əsrin sonlarında Azərbaycanda
olmuĢ baĢqa bir ərəb coğrafiyaçısı əl-Müqəddəsi bu dilin Ġran dilləri qrupuna daxil
olduğuna etiraz etməsə də, onun çətin anlaĢıldığ ını, ağır olduğunu, bəzi sözlərin isə
xo rasanlılarınkına o xĢadığını təsdiq edir
1
.
Ġran dialektlərinin bu daĢıyıcıları ilə yanaĢı, həmin dövrdə Cənubi
Azərbaycan ərazisinin bəzi yerlərində həm Adurbadaqan dialektlərindən, həm də
orta fars dilindən fərqli dialektdə danıĢan kürdlər də yaĢayırdılar; bunu ərəb
iĢğalları prosesində azərbaycanlılarla (mənbədə: Azərbaycan əhalisi ilə) bağlanılan
müqavilədə Balasakan və Savalan kürdlərin in adların ın çəkilməsi təsdiq edir.
III əsr Azərbaycan ərazisinə türkdilli tayfaların axını ilə əlamətdard ır. Hələ Dionisi
Periyeqet (e. II əsri) Xəzərsahili xalqlar haqqında məlu matında yazırdı: "...ġimal-
qərb tərəfdən baĢlasaq... Xəzər dənizi sahilində birinci yaĢayanlar skiflərdir...,
sonra unnlar (yəni hunlar - N. V.), onlardan sonra kaspilər, daha sonra dağlıq
ölkədə yaĢayan döyüĢkən albanlar və kadusilər, onlara yaxın mərdlər,kirkanlar və
tapirlərdir...”
1
Burada IX yüzil ərəb alimi əl-Cahizin bir Ģəhadətini qeyd etmək yerinə düĢərdi;
əl-Cahizin təsdiq etdiyinə görə, türklər və xorasanlılar mahiyyətcə bir xalqdır, oxĢar
xasiyyətə malikdirlər, özləri də həmhüdud yaĢayırlar.
kanlar və tapirlərdir...”