Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

55 

 

Cədvəldən  də  görə  bilərik  ki,  2005-ci  illə  müqayisədə  2013-cü  ildə  bu 



sahədə  işləyənlərin  orta  aylıq  nominal  əmək  haqqısı  həm  dövlət,  dəm  də  qeyri-

dövlət sektoru üzrə 5 dəfəyədək artmışdır. Aydındır ki, buna həmin aralıqda həyata 

keçirilmiş neft və qazla bağlı transregional layihələrin böyük təsiri olmuşdur. Təbii 

ki, BTC layihəsinin bu məsələdə daha böyük təsiri olmuşdur.  

Ayrı-ayrı 

layihələrin 

Azərbaycana 

verdiyi 


iqtisadi 

səmərəliliyi 

müəyyənləşdirmək  üçün,  həmin  layihəyə  çəkilən  xərclər  və  onun  gətirəcəyi 

faydaları nəzərə almaq lazımdır.  

Bakı-Tbilisi-Qars  dəmiryolu  xəttinin  Gürcüstan  ərazisinə  düşən  29  km 

uzunluğundakı  hissəsinin  Qars-Axalkalaki  dəmiryolu  xəttinin,  habelə  uzunluğu 

160  km  olan  mövcud  Axalkalaki-Marabda  dəmir  yolu  xəttinin  reabilitasiya-

rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 mln. dollar, 

o  cümlədən  Tranş  A  üzrə  illik  dərəcəsi  1%  olmaqla  uzadılma  imkanı  ilə  25  il 

müddətinə  200  milyon  ABŞ  dolları  və  Tranş  B  üzrə  illik  dərəcəsi  5%  olmaqla 

uzadılma  imkanı  ilə  25  il  müddətinə  575  milyon  ABŞ  dolları,  həcmində  kredit 

vəsaitinin  ayrılması  nəzərdə  tutulmuşdur.    Gürcüstan  tərəfi  krediti  dəmiryolunun 

işə düşməsindən sonra əldə edəcəyi gəlirlərin hesabına ödəyəcək. Bununla yanaşı, 

üzərində  iş  aparılan  hissə  Gürcüstan  ərazisində  olmasına  baxmayaraq  bu  hissəni 

Gürcüstan  tərəfi  tək  idarə  etməyəcək.  Dəmir  yolunu  Azərbaycan  və  Gürcüstan 

tərəfinin yaradacağı birgə müəssisə idərə edəcək. Yalnız 25 ildən, yəni kredit tam 

qaytarılandan  sonra  dəmir  yolu  Gürcüstanın  idarəçiliyinə  veriləcək.  Təhlillərə 

görə,  Gürcüstana  verilən  kreditin  illik  dərəcəsini  Azərbaycan  üçün  də  iqtisadi 

baxımdan  rentabelli  hesab  etmək  olmaz  .  Əvvəla  kredit  faizi  aşağıdır.  Eyni 

zamanda  kreditin  qaytarılma  müddəti  böyükdür.  Praktiki  kredit  dolların  illik 

inflyasiyasına uyğun təqdim edilib. Bu Azərbaycanın kreditin verilməsindən gəlir 

əldə  etməyəcəyi  deməkdir.  Azərbaycanın  əsas  gəliri  dəmiryolu  fəaliyyətə 

başladıqdan sonra onun dövriyyəsi hesabına olacaq. 

Layihələrin  maliyyələşdirilməsinə  başlayandan  etibarən  2014-cü  ilin 

sonunadək Dövlət Neft Fondu tərəfindən Nəqliyyat Nazirliyinə ümumilikdə 536,8 



56 

 

milyon ABŞ dolları, o cümlədən 2014-cü il üzrə 72,7 milyon ABŞ dolları vəsait 



ayrılmışdır.  

Türkiyədə  inşası  davam  edən  “Marmaray”  layihəsinin  tamamlanması  ilə  

həmin xəttin BTQ xətti ilə birləşdirilməsi və Avropaya qədər uzadılması gözlənilir. 

Əgər  BTQ  layihəsinin  Türkiyədən  sonra  Avropaya,  Azərbaycandan  isə  Mərkəzi 

Asiya,  daha  sonra  isə  Çinə  davamı  olmasaydı,  nə  rəsmi  Bakı,  nə  Tbilisi,  nə  də 

Ankara  belə  mürəkkəb  və  bahalı  layihəyə  başlamazdılar.  BTQ  dəmiryolu  xətti 

həmçinin, həm Avropa, həm də Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna 

cəlb  edilməsi  ilə  hər  iki  istiqamətdə  intermodal  və  konteyner  daşımalarının 

həcmini artıracaq. Ona görə də ilk baxışdan transregional layihə kimi baxılan BTQ, 

uzunmüddətli  perspektivdə  beynəlxalq  bir  layihə  kimi  nəzərə  alınmalıdır. 

Layihənin yekunlaşdığını görən digər potensial iştirakçılar da hərəkətə başlayıblar.  

Cənub nəqliyyat dəhlizinin bir qolu olan bu xəttin yükburaxma qabilliyyəti 

pik həddə - il ərzində 17 mln. ton nəzərdə tutulub. İlkin mərhələdə bu göstəricinin 

1 mln. sərnişin və 6,5 mln. ton yük həddində olması nəzərdə tutulub.  Dəmir yolu 

xətti ilə yüklərin daşınması üçün Ələt qəsəbəsi yaxınlığında yeni beynəlxalq yük 

limanı  inşa  ediləcək.  Bu  liman  il  ərzində  11,6  mln.  yükün  daşınmasını  həyata 

keçirməyə  imkan  verəcək.  Azərbaycanın  ilk  illərdə  tranzitdən  illik  gəlirinin 

minimum 50 mln. dollar təşkil edəcəyi gözlənilir. Dəmiryolu ilə bir günə Qarsa və 

iki  gün  yarıma  İstanbula  getmək  mümkün  olacaq.  Bundan  əlavə  bu  layihə  ilə 

Londondan  Pekinə  12  gün  ərzində  yüklərin  və  sərnişinlərin  fasiləsiz  daşınmasını 

təmin etmək mümkün olacaq.   

Azərbaycanın  bu  vaxtadək  həyata  keçirdiyi  ən  böyük  transregional 

layihələrdən  biri  olan  BTC  boru  kəmərinin  tikintisinə  çəkilən  xərclər  3.5  mlrd. 

dollar təşkil etmişdir. 

 BP  şirkətinin  məlumatına  əsasən  BTC  layihəsi  çərçivəsində  2013-cü  ilin 

sonunadək  2,3  mlrd.  barrel  neft  əldə  olunmuşdur  ki,  onun  satışı  hesabına 

Azərbaycan  105  mlrd.  dollar  gəlir  qazanmışdır.  Bu  layihənin  təkcə  gəlirlilik 



57 

 

baxımından  deyil,  bir  çox  fərqli  istiqamətlərdə  Azərbaycan  üçün  faydaları 



danılmazdır.  Bununla  yanaşı,  BTC  layihəsi  Azərbaycanda  növbəti  daha  böyük 

həcmli  layihələrin  həyata  keçirilməsi  üçün  təməl  rolunu  oynamışdır.  Bu  layihə 

xarici  investorlar  və  Avropa  Birliyi  dövlətlərinin  Azərbaycanın  böyük  həcmli 

layihələrin həyata keçirtmə qabiliyyətində olduqlarını göstərmiş və ölkəyə qarşı bu 

cəhətdən inamı artırmışdır. 

Transregional  layihələrin  iqtisadiyyata  təsirinin  daha  dərin  təhlili  üçün 

ÜDM-in tərkibinə baxmalı və eləcə də bir neçə birölçülü reqressiyalar aparmalıyıq. 

Əlbəttə  ki,  biz  bu  məsələyə  maliyyə  tərəfdən  də  baxa  bilərdik,  lakin  layihələrlə 

bağlı  məlumatların,  həmçinin,  maliyyə  açıqlamalarının  azlığı,  NPV  (Net  Present 

Value  –  Xalis  Cari  Dəyər)  və  ya  IRR  (Internal  Rate  of  Return  –  Daxili  Gəlirlilik 

Norması)  kimi  göstəriciləri  hesablamağı  çətinləşdirir.  Bu  səbəbdən  də,  bu 

göstəricilər qərəzli olacaq və doğru nümunə nümayiş etməyəcək. 

Beləliklə,  layihələrin  təsirinin  qiymətləndirilməsinin  ən  yaxşı  üsulu 

layihənin  başlamasından  əvvəl  və  sonrakı  ÜDM-i  təhlil  etmək,  onun  təkib 

hissələrinin  analizi  və  elementlərin  layihədən  necə  asılı  olduqlarını 

müəyyənləşdirməkdir. 

Bakı-Tbilisi-Ceyhana əsas layihə kimi nəzər salaq. Burada əsas məlumatları 

iki  hissəyə  bölürük  -  layihə  başlamamışdan  əvvəlki  dövr  və  başladıqdan  sonrakı 

dövr, hansıki  indi də davam edir. BTC dəyişəni binomial xarakter daşıyır və iki 

mümkün  nəticə  verir,  0  və  ya  1.  Layihənin  tətbiqindən  əvvəlki  dövr  üçün  0, 

sonrakı dövr üçünsə 1. Xüsusilə, çoxölçülü reqressiyada buna bir model kimi nəzər 

salmaq bizə layihənin ÜDM kimi asılı dəyişənə və reqressiyadakı digər izahedici 

dəyişənlərə həqiqi təsirini başa düşməyə yardım edir. 

Lakin  çoxölçülü  regressiya  ilə  davam  etməmişdən  əvvəl,  birölçülü  dəyişənlərin 

nəticələrinin dəqiq təhlilini aparmaq vacibdir. 

Aşağıda  qeyd  olunan  hesablamaların  aparılmasıüçün  Eviews  statistic 

proqramdan istifadə olunub. 



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə