Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   ...   8   9   10   11   12   13   14   15   16

 

37

Oksidləşməyə  qarşı  sabitlik  benzin  fraksiyasında  olan  qatranın  həqiqi  və 



potensial miqdarı ilə qiymətləndirilir. Qatranların həqiqi  miqdarı müəyyən miqdar 

məhsulu  hava  axını  vasitəsilə  su  hamamında  buxarlandırmaqla  təyin  olunur. 

Buxarlanmadan  sonra  qalığın  miqdarı  100  ml  benzinə  hesablanmaqla  qatranın 

həqiqi  miqdarı  təyin  edilir.  Qatranın  həqiqi  miqdarı  təyyarə  benzinləri  üçün  4 

mq/100 ml, avtomobil benzinləri üçün 7 mq/100 ml-dən çox olmamalıdır. 

Karbüratorlu  mühərriklərdə  işlədilən  benzinlərin  keyfiyyətini  xarakterizə 

edən  əsas  amillərdən  biri  də  onlardakı  kükürdlü  birləşmələrin  miqdarı  və  xassə-

sidir. Benzindəki kükürdlü birləşmələr  metalı korroziyaya uğradır, karbohidrogen-

lərə zərərli təsir  göstərir, benzinin antidetonasiya  xassəsini aşğı salır, benzinin etil 

mayesini qəbuletmə xassəsini pisləşdirir. 

Benzinin  tərkibində  olan  hidrogen-sulfid,  metkaptan  və  sərbəst  kükürd  key-

fiyyətə daha pis təsir göstərir. Hidrogen-sulfid turşusu dəmiri korroziyaya uğradır. 

Metkaptanlar  metala  təsir  etdikdə  onu  yeyir  və  metkaptidlər  əmələ  gətirir. 

Bunlar  qızdırıldıqda  isə  metal  sulfidinə  və  sulfidlərlə  ayrılır.  Metal  sulfidlər 

metalın kristal quruluşunu dağıdır, mühərrik silindrinin səthini korlayır, bununla da 

silindr divarları ilə porşen halqalarının kipliyi pozulur. 

Elementar kükürd adi temperaturlarda mis, gümüş və civəyə, yüksək tempe-

raturlarda  isə  dəmirə  təsir  göstərir.  Qeyd  etmək  lazımdır  ki,  yüksək  tempera-

turlarda  (150-200

0

C)  elementar  kükürd  naften  və  parafin  karbohidrogenlərini 



hidrogensizləşdirərək hidrogen-sulfid, olelinlər, asfaltların və karbon əmələ gətirir. 

Tərkibində  kükürdlü  birləşmələr  olan  yanacağı  yandırdıqda  kükürd  qazları 

alınır.  Sistemdə  kiplik  olmadıqda  bu  qazlar  karterə  keçərək,  oradakı  nəmliklə 

birləşərək  sulfat  turşusu  əmələ  gətirir.  Aydındır  ki,  bu  turşu  da  mühərriki  metal 

hissələrinə yeyici, korroziedici təsir göstərir. 

Kükürdlü  birləşmələr  həm  də  benzinlərin  etil  mayesini  qəbuletmə  xassəsini 

pisləşdirir. Beləliklə də onların oktan ədədi azalmış olur. 

Qeyd etmək lazımdır ki, sulfidlərin, disulfidlərin, tiofan və tiofenlərin metala 

təsiri  eyni  deyildir.  Bunlar  da  benzinlərin  antidetonasiya  xassəsinə  pis  təsir 

göstərir. 




 

38

Traktor  yanacaqları.  Neftdən  alınan  liqroin  və  kerosin  fraksiyalarından 

karbüratorlu  mühərriklə  işləyən  traktorlarda  yanacaq  kimi  istifadə  edilir.  Bu 

yanacaqlar  da  benzinlərin  keyfiyyət  göstəriciləri  (oktan  ədədi,  fraksiya  tərkibi, 

doymuş buxarların təzyiqi, kimyəvi sabitlik və s.) ilə xarakterizə olunur. 

Dizel  yanacaqları.  Dizel  mühərriklərində  yanacaq  kimi  neftin  ilk  distillə-

sindən alınan kerosin, solyar, qazoyl fraksiyalarından və mazutdan istifadə edilir. 

Qeyd  etmək  lazımdır  ki,  dizel  yanacaqları  mühərriklərin  işləmə  sürətindən 

asılı  olaraq  iki  çeşiddə:  itisürətli  mühərriklər  üçün  dizel  yanacağı  və  yavaşsürətli 

mühərriklər üçün dizel yanacağı buraxılır. 

İtisürətli  mühərriklər  üçün  yanacaq  kimi  neftin  200-350

0

C  temperaturda 



hədlərində qaynayan fraksiyası, yavaşsürətli dizel mühərriklərdə isə ağır fraksiyalı 

mazut və yarımneft götürülür. 

Dizel  yanajaqlarının  mühərrikdə  tam  yanması  və  iqtisadi  cəhətdən  əlverişli 

olması onun fraksiya tərkibindən asılıdır. Fraksiya tərkibi və qaynama temperaturu 

hədləri isə mühərrikin dövrlərinin sayından asılıdır. 

İtisürətli dizel mühərrikləri üçün daha yüngül yanacaq tələb olunur, çünki bu 

mühərriklərdə qatışıq tez yanır. Buna görə də böyük dövrlər sayı olan mühərriklər 

üçün  müəyyən  qaynama  temperaturlu  alçaq  molekullu  parafin  əsaslı  yanacaqlar 

tələb  olunur.  Dövrlərin  sayı  az  olan  yavaşsürətli  mühərriklərdə,  yüksək  tempe-

raturda qaynayan ağır neft fraksiyaları işlədilir. 

Dizel  mühərriklərinə  yanacaq  kiçik  diametrli  boru  kəmərləri  ilə  verilir. 

Bunların yaxşı işləməsi yanacağın özlüyündən də asılıdır. Lakin yanacağın özlüyü 

az  olduqda  forsunka  və  nasos  hissələri  tez  sıradan  çıxa  bilər.  Yüksək  özlülük 

yanacağın  sürtkəcdən  keçməsini  və  yanacaq  nasoslarının  işini  çətinləşdirir.  Dizel 

yanacaqları  nasos  və  forsunkadakı  yağlarla  bərabər,  onların  kipliyinə  də  kömək 

edir.  Sistem  kip  olmdıqda  yanacaq  axıb  yanacaq  səpələyici  forsunkalar  üzərində 

yarıq əmələ gətirir. Ona görə də bu yanacaqların özlülüyü standartlaşdırılıb. 

Qeyd  etmək  lazımdır  ki,  dizel  yanacağının  keyfiyyətini  xarakterizə  edən 

parametrlərdən  biri  də  donma  temperaturudur.  Yanacağın  donma  temperaturu 

fəsillərdən asılı olaraq məhdudlaşdırılır. 




 

39

Arktika  və  qış  dizel  yanacaqlarının  donma  temperaturuna  verilən  tələblər 



daha sərtdir, məsələn, A markalı dizel yanacağına donma temperaturu mənfi 55

0

C, 



Z (qış) markalı dizel yanacağının isə donma temperaturu mənfi 35

0

C-dir. Yay dizel 



yanacağının  (L  markalı)  donma  temperaturu  mənfi  10

0

C-dir.  Eyni  zamanda  dizel 



yanacaqları  üçün  yanacağın  içərisində  həll  olmuş  halda  olan  karbohidrogenlərin 

kristallaşma temperaturu da əsas parametrlərdən biridir. 

Dizel  yanacaqlarında  qatran  birləşmələri  nə  qədər  çox  olarsa,  qurum 

əmələgətirmə  də  bir  o  qədər  artar  və  yanacaq  tam  yanmaz.  Bu  da  onun 

keyfiyyətinə  təsir  edən  əsas  amillərdən  biridir.  Bunlar,  yəni  bərk  qurum  yanacağı 

səpələyən forsunkaların ucluğuna və mühərrikin çıxış sisteminə çökərək yanacağın 

səpələnmə prosesini pisləşdirir. 

Qeyd  etmək  lazımdır  ki,  yanacağın  qurum  əmələgətirmə  qabiliyyəti  koks 

ədədi  ilə  xarakterizə  olunur.  Bu  da  Konradson  cihazında  təyin  edilir.  Standarta 

əsasən  itisürətli  dizel  mühərriki  yanacaqlarının  tərkibində  kütlə  faizi  ilə  kükürdün 

miqdarı  0,2-dən,  yavaşsürətli  mühərriklərin  yanacaqlarında  isə  0,5%-dən  çox 

olmamalıdır. 



Neft  yağları.  Yüksək  temperaturlarda  qaynayan  neft  fraksiyalarından  müx-

təlif üsullarla sürtkü yağları alınır. 



Təyyarə  yağları.  Bu  yağı  seçici  həlledicilərlə  təmizləmə  və  parafin-

sizləşdirmə  prosesi  apardıqdan  sonra  yüksəkkeyfiyyətli  yağlı  neftlərin  distillat  və 

qalıqlarından  alınır.  Bu  yağların  tərkibinin  tam  təmizlənməsi  əsas  məsələlərdən 

biridir.  Çünki  onun  əsas  keyfiyyət  göstəricilərindən  biri  tərkibinin  təmizliyidir. 

Bəzən bu məqsədlə turşu kontrakt təmizləməsindən də istifadə edilir. Qeyd etmək 

lazımdır  ki,  bu  yağlar  sərt  temperatur  şəraitində  işləyən  itisürətli,  porşenli  və 

reaktiv təyyarə mühərrikini yağlamaq üçün işlədilir. 

Bu  yağlar  donma  temperaturuna  və  özlülüyünə  görə  bir-birindən  fərqlənən 

qış vçə yay yağları şəklində buraxılır. 

Reaktiv mühərriklərdə işlədilən MK-8 (naften əsaslı neftdən alınır) və MC-8 

(kükürdlü neftdən alınır) reaktiv  mühərriklərdə işlədilən MC-6, MC-8n və MK-8n 

markalı yağları hazırlanır. 




Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə