Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə10/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

1920-ci  il  sentyabrın  əvvəlində  Bakıda  çağrılmış  Şərq 

xalqlarının  I  qurultayı,  Moskvanın  güclü  təsirinə  baxmaya­

raq,  Azərbaycanın  siyasi  heyatı  üçün  böyük bir hadisə  oldu. 

Qurultayda  40-a  qədər  millət və  xalqı  təmsil  edən  1891  nü­

mayəndə  iştirak  edirdi.  Qurultaya  Türkiyə,  Hindistan,  Çin, 

Əfqanıstan,  Yaponiya,  Misir,  Koreya,  İran  və  digər  ölkələr­

dən  nümayəndələr  gəlmişdilər.  Qurultayın  işində  Azərbay­

candan  Nəriman  Nərimanov,  Dadaş  Bünyadzadə,  Həmid 

Sultanov,  Sultan  Məcid  Əfəndiyev,  Cəfər  Cabbarlı,  Tağı 

Şahbazi  (Simurq)  və  digər  görkəmli  ziyalılar  iştirak  edirdi. 

Qurultayı  Nəriman  Nərimanov  açmışdı.  Qurultayın  müzaki­

rə  etdiyi  əsas  məsələlər sırasına  «Milli  və  müstəmləkə  mə­

sələləri»,  «Beynəlxalq  vəziyyət  və  Şərq  zəhmətkeşlərinin 

vəzifələri»  daxil  idi.  Qurultayın  seçdiyi  «Şərq  xalqlarının 

təbliğat  və  fəaliyyət  şurası»  tərkibinə  Nəriman  Nərimanov 

da daxil  edilmişdi.

Qurultayın qərarı  ilə Bakıda «Şərq xalqları» adlı jurna­

lın nəşrinə başlandı.  Bu jurnal  dörd dildə -  türk, rus, ərəb və 

fars  dillərində  çap  olunmalı  idi.  Lakin jurnalın  yalnız birinci 

sayı  çap  olundu.  Görünür Moskva üçün  bu jurnalın  nəşri əl­

verişli  deyildi.  Bütün  bunlara baxmayaraq  Şərq xalqları 1 qu­

rultayının  Bakıda  keçirilməsi  həmin  dövr  üçün  böyük  siyasi 

hadisə idi.

1920-ci  ilin  30  sentyabrı  ilə  14  oktyabr  arası  N.Nəri- 

manov  Azərbaycan  dövlətinin  başçısı  kimi  respublikanın 

Kürdəmir,  Ucar,  Göyçay,  Yevlax,  Tovuz,  Qazax  və  digər 

rayonlarına  rəsmi  səfər etmişdi.  Bu  səfərlərdə  onu  müşaiyət 

etmiş  Mərkəzi  İcraiyyə  Komitəsi  sədri  Səmədağa  Ağama- 

lıoğlu  sonralar bu  səfər haqqında  yazmışdı:  «Respublika  da­

xilində  etdiyi  səfərində  N.Nərimanov  yoldaşı  müşaiyət  et­

diyim  vaxt  Azərbaycanın  zəhmətkeş  əhalisi  arasında  onun 

nə qədər böyük nüfuz  və təsirə malik olduğunu öz gözlərim- 

lə  görüb  inandım».  Bu  səfərdə  N.Nərimanov  müşahidə  et­

diyi  qanun  pozğunluqlarının  düzəldilməsi  haqqında  yerin- 



38

dəcə sərəncamlar vermişdi.

Azərbaycan dövlətinin başçısı N.Nərimanovun  1921-ci 

ilin  8  fevralında  elan  etdiyi  fərmanda  göstərilirdi  ki,  ölkədə 

kargüzarlıq işlərinin rus  dilində aparılması inzibati-təsərrüfat 

fəaliyyətimizə  mane  olur.  Buna  görə  də  3  ayın  müddətində 

bütün kargüzarlıq  işlərinin türk dilində (qismən  də rus dilin­

də) aparılmasına keçid təmin edilməlidir.

1921-ci  ilin  30  dekabrında  Bakıda  Universitetin  bina­

sında əlifba məsələsi  üzrə keçirilmiş I konfransdakı məruzə­

sində  N.Nərimanov  ərəb  əlifbasından  latın  əlifbasına  keçi­

din  lazım olduğunu əsaslandırmışdı.

N.Nərimanovun  Azərbaycana  1920-1923-cü  illərdə 

rəhbərliyi  dövründə  həyata  keçirdiyi  siyasi  xəttin  üç  böyük 

nəticəsini xüsusi olaraq qeyd etmək lazımdır:

Birincisi:  N.Nərimanovun  sırf milli  hökumət  yaratma­

sı.  N.Nərimanov  öz fəaliyyətində milli  siyasətə  üstünlük  ve­

rərək,  Bakının  erməniləşdirilmosinin  və  ruslaşdınlmasının 

davam  etdirilməsinin  qarşısını  aldı,  dövlət  idarələrinə  azər­

baycanlıların  getdikcə  daha  çox  cəlb  edilməsinə  nail  oldu. 

Bu  böyük  uğur  olmasa  idi,  Azərbaycan  paytaxtının  sonrakı 

illərdə,  SSRİ-nin  yaradıldığı  şəraitdə daha çox  ruslaşması  və 

erməniləşməsi  prosesinin  qarşısını  almaq  qeyri-mümkün 

olardı.

İkincisi:  N.Nərimanovun  siyasi  bacarığı  və  hörməti 

sayəsində  Azərbaycan  1920-1922-ci  illərdə  vətəndaş  müha­

ribəsindən yaxa qurtara bildi.

1920-ci  ilin  aprelinin  sonundan  başlanan  və  1922-ci 

ilin  sonunadək (SSRİ-nin  yaradılmasına qədər)  Azərbaycan­

da  mövcud  olan  Sovet üsul-idarəsi  dövrünə  qiymət  məsələ­

sində  bəzi  müəlliflər  qeyri-obyektiv  mövqe  tuturlar.  Məsə­

lən,  Mehdi  Hüseynzadə  «XX  əsr:  üç  müstəqil  Azərbaycan 

dövləti»  adlı  məqaləsində  Azərbaycan  Sovet  Respublikasını 

(28/IV-20  dekabr  1922-ci  il  çərçivəsində)  özündən  əvvəlki 

Azərbaycan  Xalq Cümhuriyyəti  dövlətinin  faktiki  və hüquqi

39



tanınması  səviyyəsi  ilə  müqayisə  edir  və  iddia  edir  ki, 

«ASSRİ-nin  yaranmasında RSFSR silahlı  qüvvələri  kimi  XI 

Qızıl  ordunun  iştirakı  heç  də  onun müstəqilliyinə  kölgə  sal­

mır»'.  Tarixi  faktlar isə  (yuxarıda qısaca  deyildiyi  kimi  )  ta­

mamilə başqa mənzərəni göstərir.

Müəllif bu məsələdə  öz mövqeyini konkret faktlar əsa­

sında  əsaslandırsa  idi,  gəldiyi  nəticə  tamamilə  başqa  məz­

munda olardı.



Üçüncü:  Rusiya və  Avropa  dövlətləri  1921-1922-ci  il­

lərdə  Bakı  neftinə  müəyyən  imtiyaz  almaq  yolu  ilə  sahib 

olmaq  istəyirdilər.  Ağır  aclıq  şəraitində  yaşayan  Rusiya 

üçün bu daha əlverişli idi.

1922-ci  ilin aprelində  Cenevrədə keçirilmiş beynəlxalq 

iqtisadi konfransın  əsas məsələlərindən biri Bakı neftinə im­

tiyaz almaq  məsələsi  idi.  Konfransda  Lloyd  Corc  (İngiltərə­

dən),  Bartu  (Fransa),  Fakt (İtaliya),  Vert  və Rotnavu (Alma­

niya),  Krasin  və  Çiçerin  (Rusiya),  C.Arif  bəy  (Türkiyə), 

N.Nərimanov,  Ə.Topçubaşov  (Azərbaycan),  Çenkeli  (Gürc­

üstan) və digər görkəmli xadimlər iştirak edirdilər.

Bakı  neftindən imtiyazla istifadə etmək uğrunda müba­

rizə  əsasən  Rusiya  ilə  Avropa  diplomatları  arasında gedirdi. 

Azərbaycan  nümiayəndə  heyətinin  başçısı  N.Nərimanov 

həmin  konfransda  rəsmi  olaraq  bildirdi  ki,  Bakının  neft  çı­

xan  ərazilori  ruslara  yox,  Azərbaycan  millətinə  məxsusdur. 

Burada neft istehsalına kapitalı isə ruslar yox, əcnəbi dövlət­

lər qoymuşlar1

 2.

Məlumdur  ki,  İsveç  mühəndisi  kimyaçı  və  sənayeçi 



olan  Alfred  Bemihard  Nobelin  (1833-1896)  nəslindən  olan 

Lyudviq  Nobel  fasilələrlə  1878-1888-ci  illərdə  Bakıda  ya­

şamış  və  burada  kerosin zavodu  tikdirmişdir.  Onun  ölümün­



Bax:  «Xalq» qəzeti, 2  may  1999.



1999-cu  ildə  “Bakı  nefti  və  Nobellər”  adlı  üç  seriyalı  sənədli  film 

hazırlanmışdır  (Ssenarisi  -   Əmir  Pəhləvan,  rejissoru  -   Cahangir 

Mehdiyev).

40

dən  sonra (1888) oğlu  Emmanuel Nobel (1859-1932) Bakıda 

qalmış  və  1879-cu  ildə  «Nobel qardaşları şirkətinə»  başçılıq 

etmişdir (1918-ci  ildə  vətəni  İsveçə  köçmüşdür).  80-cı  illər­

də  bu  şirkətin  varidatı  50  min  franka  bərabər  idi.  Rusiyada 

istehsal  edilən  bütün  neftin  20%-ni,  ağ  nett  istehsalının  isə 

49%-ni  həmin  şirkət verirdi1.  Bakı  neftinin  istismarı  və  satı­

laraq  qarət  edilməsindən  əldə  edilmiş  qazanc  hesabına  (Şir­

kətin  səhmdar kapitalı  1916-cı  ildə 45  milyon  manat idi)  ya­

radılmış fond (Nobel  fondu)  Alfred Nobelin vəsiyyətinə əsa­

sən ölümündən bir il əvvəl  (1895-ci  ildə) «Nobel  mükafarla- 

n  fondu»  adında  1900-cü  ilin  29  iyununda  yaradılmışdı  və 

bu  mükafatlar  1901-ci  ildən  verilir.  Təssüflər  olsun  ki,  Bakı 

nefti  hesabına yaradılmış  bu  fonddan  hələlik  Azərbaycandan 

heç kəsə mükafat verilməmişdir.

Bax:  Miryaqub  Mehdizadə,  Beynəlmiləl  siyasətdə  petrol,  İstanbul, 

1928.

41



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə