Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə21/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   17   18   19   20   21   22   23   24   ...   71

Üçüncü səbəb:  1992-1993-cü  illərdə  Azərbaycan  Res­

publikasının  Birləşmiş  Millətlər  Təşkilatında  fəaliyyətinin 

çox  zəifliyi  olmuşdur.  Azərbaycan  BMT-yə  1992-ci  ilin  2 

martında  qəbul  edilmişdir.  Lakin  ölkəmizdə  diplomatiya 

üzrə  səriştəli  mütəxəssislərin  çox  az  olması  üzündən  Azər­

baycan  öz  haqq  sözünü  dünya  ictimaiyyətinə  çatdıra  bilmə­

di.  Həmin  dövrdə  xarici  siyasət  məsələləri  qeyri  ardıcıl  və 

zəif həll edilirdi.



Dördüncü  səbəb:  Göstərilən  dövrdə  ölkənin  daxilində 

sabitsizliyin  hökm  sürməsidir.  1992-ci  ilin  mart-may  ayla­

rında Respublikada  çox hakimiyyətlilik  (faktiki  olaraq  haki- 

miyyətsizlik)  mövcud  olmuşdur.  Başlanan  bir  illik  cəhbəçi- 

müsavat  birliyi  hakimiyyəti  dövrünün  yadda  qalan  eybəcər 

hadisələri:  hərcmərclik,  maddi  sərvətlərin  qəddarcasına  xa­

rici  dövlətlərə  satılması  (hətta işıq və telefon xəttlərinin mis 

məftilləri  de  xarici  dəllallara  satılırdı),  əldə  edilən  pulların 

xarici  ölkə  banklarına  keçirilməsi,  korrupsiyanın  baş  alıb 

getməsi və s.

Xalqın  həqiqi  vətənpərvər  qüvvələrinin,  geniş  ziyalı 

kütləsinin  geniş  iştirakı  olmadan  yaradılmış  «Xalq  Cəbhə- 

si»nə  rəhbərlik,  əksəriyyəti  intellektual  səviyyəsi  çox  aşağı 

olan  şəxslərin  əlinə  keçdi.  Bu  səviyyəsiz  «rəhbərlər»in  ən 

biabırçı  təklifləri  sırasına  «Elmlər  Akademiyası»nı  ləğv  et­

mək,  1941-45-ci illər müharibəsi  veteranlarını  Rusiyaya xid­

mət  etmiş  şəxslər  kimi  qələmə  verərək  hörmətdən  salmaq; 

bir  sıra  tarixi  şəxsiyyətlərimizin  fəaliyyətini  (məsələn, 

M.F.Axundovun,  N.Nərimanovun və  s.)  saxtalaşdırmaq və  i. 

daxil  idi.  Bütün  bunlar  özlərini  «Xalq  Cəbhəsi»  xadimləri 

elan  edənlərin  siyasi  mədəniyyətinin  çox  aşağı  səviyyədə 

olduğunu  təsdiq  edirdi.  Azərbaycan  xalqını  isə  qarşıda  daha 

mürəkkəb siyasi hadisələr gözləyirdi.

1988-ci  ildən  başlanmış  Dağlıq  Qarabağ  münaqişəsi 

Sovet  İttifaqının  o  zamankı  rəhbərliyinin  (M.Qorbaçov)  er­

mənipərəst  siyasəti  və  dünya  ölkələrində  olan  güclü erməni



82

diasporunun  səyləri  nəticəsində  getdikcə  daha  çox  beynəl­

xalq münaqişə istiqamətində genişlənirdi1.

1988-89-cu  illərdə  Ermənistan  ərazisində  əhalinin  ha­

mısı  azərbaycanlı  olan  87  kənddən  bütün  azərbaycanlılar 

vəhşicəsinə  qovuldular.  Qovulmuş  azəri-türk  əhalisi  Azer­

baycana  pənah  gətirdi  və  təəssüflər  olsun  ki,  dağlıq  iqlim 

şəraitinə  öyrənmiş  bu  əhalinin  Azərbaycanın  Dağlıq  Qara­

bağ  hissəsində  məskunlaşmasına  icazə  verilmədi  (söyləyir­

dilər ki,  buna  M.Qorbaçov  razılıq  verməyib.  Bunu  da  ondan 

soruşmaq lazım idimi?)

SSRİ  rəhbərliyinin  təklifi  ilə  1989-cu  ilin  12  yanvarın­

da  Dağlıq  Qarabağda  xüsusi  idarəetmə  forması  yaradıldı. 

Bu,  faktiki  olaraq  Dağlıq  Qarabağın  Azərbaycana  tabeçilik­

dən  çıxmasının  başlanğıcı  idi.  Həmin  ilin  28  noyabrında 

M.Qorbaçovun  fərmanı  ilə  Dağlıq  Qarabağa  SSRİ  Daxili 

İşlər  Nazirliyinin  qoşun  hissələri  gətirildi.  Bundan  10  gün 

əvvəl  noyabrın  17-də  Bakıda «meydan  hərəkatı»  başlanmış­

dı.  18  gün  davam  edən  bu  hərəkat dekabrın  5-de  (1989)  So­

vet  ordusu  tərəfindən  vəhşicəsinə  yatırıldı.  Bundan  4  gün 

əvvəl  isə  1989-cu  ilin  1  dekabrında  Ermənistanın  Ali  Soveti 

Azərbaycan  Respublikasının  «Dağlıq  Qarabağ  vilayətini  öz 

erazisinə  yenidən  birləşdirmək»  haqqında  qərar  qəbul  et­

mişdi  (və bu  qərar hələ  də  ləğv  edilməmşdir).  Qərarın  adına 

diqqət  yetirin:  «Ermənistanın  və  Dağlıq  Qarabağın  yenidən 

birləşdirilməsi».  Halbuki,  Dağlıq  Qarabağ  heç  vaxt  Erməni­

stanla birləşmiş halda olmamışdır.

Bax:  İ.Z.İsmayılov,  Azərbaycanın  XX  əsrdə dövlətçilik  siyasəti  m ə­

sələləri, B.,  1995,  s.,  101-108

83



§ 9 .1990-cı ilin yanvar faciəsi

Azərbaycan  xalqı  20  yanvarda 

hərbi,  siyasi,  mənəvi  təcavüzə 

məruz  qalsa  da,  öz  tarixi  qəhrə­

manlıq  ənənələrinə  sadiq  oldu­

ğunu  ...  bütün  dünyaya  nümayiş 

etdirdi»

Heydər ƏLİYEV

Azərbaycanda  ən  gərgin  siyasi  vəziyyət  1990-cı  ilin 

əvvəlindən  başlanmışdır:  Həmin  ilin  13-14  yanvarında  Ba­

kıda  yaşayan  46  erməninin  evlərinin  talan  edilməsi  təşkil 

edildi  və  bu  hadisəni  ermənilər  bütün  dünyaya  bildirdilər. 

Bundan  əvvəl  Stepanakertdə  yaşayan  bütün  azərbaycanlıla­

rın  evlərinin  talan  edilməsi  isə  tamamilə  səssiz  keçmişdi. 

Sumqayıtda  özünə  Paşa  ləğobi  götürmüş  Qriqoryan  beş  nə­

fər  ermənini  öldürdü1  ve  «Sumqayıt  qırğını»  haqqında  bir 

günün ərzində çəkilən sənədli film ildırım sürəti  ilə  ABŞ-da 

və  Avropa  ölkələrində  göstərilməyə  başlandı.  Qondarma 

Sumqayıt  hadisələri  haqqında  ermənilər  20-dən  çox  ölkə 

xalqlarının dillərində kütləvi  tirajla kitabçalar yaydılar.

Azərbaycan  rəhbərliyinin  xarici  siyasətinin  və  diplo­

matik  korpusunun  tamamilə  zəifliyi  və  passivliyi  üzündən 

Dağlıq Qarabağ məsələsində  ABŞ  senatı Ennənistanın  möv­

qeyini  müdafiə  etdi,  bütün  sahələrdə  zərbələrə  məruz  qal­

mış  Azərbaycana  Amerika  Birləşmiş  Ştatlarının  yardımına 

qadağa qoyuldu.

Beynəlxalq  aləmdə  təklənmiş  Azərbaycanın  boğul­

duğu  bu  günlərdə  ermənipərəst  xain  «prezident»  M.Qorba- 

çov yanvarın  19-dan 20-nə keçən gecə Bakıya kənardan qəf­

lətən  güclü  Sovet  ordu  hissələri  göndərdi  və  gecə  küçələrə



Z.M.Bunyatov, «Niyə  Sumqayıt?» «Elm» qəzeti,  13  may  1989,  №19 

84

çıxmış  dinc  əhali  gülləboran  edildi,  misli  görünməmiş  bir 

qanlı  faciə  törədildi:  137  nəfər  öldürüldü,  744  nəfər  yara­

landı, 841  nəfər həbs edildi'.

Almaniyanın  Münhen  şəhərində  xidmət  göstərən 

«Azadlıq»  radiostansiyasından  başqa  bütün  dünya  Azər­

baycanın  bu  faciəsinə  göz  yummuşdu.  Alman  şairəsi  Brik- 

nitte  Bretşnayder  həmin  günlərdə  yazdığı  «Bakı-20  yanvar 

1990» adlı şerində şəhərin vəziyyətini belə təsvir etmişdi:

B akı2  -  20 yanvar  1990

Şer  Moskvada  alman  dilində  çıxan  «Noyen  lcben» 

(«Yeni həyat») qazetinin yanvar nömrəsində dərc olunub.

Günəş qəmli-qəmli  Şərqdən boylanır 

Qızıl şüaları batıb al qana,

Mayaktək közərir, güntək sovuşur,

Şölələr paylanır acı ehsana!

Ey qəddar,  amansız qırmızı yaylıq.

Buna nə ad verdin,  de günahını?

Əsən yel  cəllada lənət aparır 

Güclə eşidilən ölü ahını.

Gün doğub,  işıqdan sanki xəbər yox 

Hər yanda qurğuşun, ölüm, qəm,  kədər 

Qara ümüdsizlik tutub dünyanı 

Ümidsiz açılıb titrək dir səhər.

Bu  haqda  daha  geniş,  bax  İ.Z.İsmayılov,  Azərbaycanın  XX  əsrdə 

dövlətçilik  siyasəti  məsələləri, B.,  1995,  s.  108-124.

Bax:, «Xalq qəzeti», 26 mart  1993

85



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə