Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə59/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

4) Rayonun kəndlərinin adlan yazılmış xəritə göstərilir 

və  eyni zamanda diktor rayonun və  onun kəndlərinin  adları­

nın  toponimik  mənalan  haqqında  məlumatları  müəllifin 

2000-ci  ildə  nəşr  etdirdiyi  «Oğuz  rayonunun  şəhidləri  və 

veteranları»  kitabının  4-9  səhifələrindəki  mətnlər  əsasında 

(ixtisarla) şərh edir.

5)  Diktor mətni:  Rayonun memarlıq abidələrinin  əksə­

riyyəti  Muxas,  Xaçmaz,  Filfilli,  Calut və Kərimli  kəndlərin­

də  yerləşir.  Bu  abidələr  haqqında  mətnlər oxunarkən  şəkil­

ləri göstərirlər.



Xaçmaz kəndinin

 

yaxınlığındakı  Gavur  qalası  VII  əs­



rdə  çay daşından tikilmiş və ikimərtəbəlidir.  Bu qalaya içmə­

li  su  xüsusi  kəmər  vasitəsilə  gətirilmişdir  və  həmin  su  kə­

məri XVI əsrə qədər işləmişdir.

Yuxarı  Filfilli

 

dağ  kəndinin  düzənlik  hissəsində  Sur- 



xay  xan  qalası  adlı  bir  qala  vardır.  Qalanın  ətrafında  planla 

tikilmiş  binaların  xarabaları  indiyə  qədər  qalmışdır.  Həmin 

qala Dağıstana keçidin (dağ keçidi) qarşısında tikilmişdir.

Muxas kəndində

 

IX əsrdə tikilmiş bürc (qüllə)  12 metr 



hündürlüyü olan üç mərtəbəli qala binasıdır.

Kirəc  məhlulu  ilə  çaydaşmdan  tikilmişdir.  Bu  qaladan 

XIV əsrə qədər istifadə edilmişdir.

Calut kəndində

 

XVI-XVII  əsrə aid bir ibadətgah  bina­



sı vardır.

Muxas

 

və 



Daşağıl

 

kəndləri  arasında  da  bir  ibadətgah 



binasının qalıqları indiyə qədər qalmaqdadır.

Rayon  mərkəzi  Oğuzun

 

yuxan,  şimal  hissəsində  olan 



qalanın min  illik tarixə  malik  olması  ehtimal olunur.  Mərkə­

zi xəstəxananın həyətində orta əsrlərə aid abidə mövcuddur.

Ümumiyyətlə  rayon  erazisində  30-a  qədər  tarixi  me­

marlıq abidəsi mövcuddur.

6)  Şimali  Qafqaza  İslam  Azərbaycandan  sonra  yayıl­

236

mışdır.  VII  əsrin  sonlarında  Azərbaycanda  İslam  dini  qəbul 

edildikdən  sonra  rayonun  bütün  iri  kəndlərində  yaraşıqlı 

məscidlər  və  onların  yanında  hücrələr  tikilmişdir.  Təəssü­

flər  olsun  ki,  sovet  ateist  üsul-idarəsi  bütün  bu  məscidləri 

30-cu  illərin  əvvəllərində  dağıtdı,  bir hissəsini  isə  kolxozlar 

üçün  ambar  etdi  və  onların  bəzi  xərabələri  hələ  də  qalma­

qdadır.


7) 

XIX  əsrdə  rayonun  Vardanlı  (indi 



Kərimli

 

adlanır), 



Padar,  Qumlaq,  Xaçmaz



Yaqublu,  Qarabaldır

 

və 


Calut

kəndlərində  9  nəfər  el  şairinin  yetişməsi  və  fəaliyyəti  mə­

lumdur.

Mücrim  Kərim  Vardani

 

XIX  əsrin  birinci  yarısının 



əvvəlində  Vardanlı  kəndində  dünyaya  göz  açmışdır.  O, 

Türkiyəyə,  Orəbistana,  Rusiyaya səyahət etmiş,  Azerbaycan 

xalq şeri  sənətinə  yaxşı bələd olmuş, ərəb və fars  dillərində 

də savadlı olmuşdur.

Mücrim  Kərim  klassik  qəzəl  ədəbiyyatı  ənənələrini 

davam  etdirmiş,  aşıq  şeri  üslubunda  da  yazmışdır.  O,  1840- 

41-ci  illərdə  «Sünbülüstan»  adlı  divançasmı bitirmiş  və  ərəb 

əlifbası  sırası  ilə  hərflərin  hər birinə  bir qəzəl  həsr etmişdir 

(cəmisi 23  qəzəl).

Qoşmaların birində o, yazmışdır:



Ey ağalar,  könlüm çapdı ələmlər

Sultanım,  sərdarım ağam gəlmədi.

Dərdü qəm tapdağı olmuşam həmin

Göz qaldı yollarda, sonam gəlmədi.

Qəzəllərinin digərində isə o, belə deyir:



Füzuli,  eyb qılma yüz çevirsən əhli-aləmdən

Nədən kim,  kimə yüz tutdum,  ondan yüz bəla gördüm.

237


Abdulla Padarh (1770-1854).

Rayonun Padar kəndində anadan olmuşdur.

Təhsilini  Dəməşq  şəhərində  (Suriya)  davam  etdirmiş­

dir.  Şirvan  şairlərinin  «Beytül-səfa»  adlı  ədəbi  məclisinin 

iştirakçısı olmuşdur.

Hacı  Abdulla  Padarlı  təmiz  əxlaqlı,  səxavətli  və  pak 

insan  olmuşdur.  Dəməşq  və  İstambulda  təhsildə  ikən  vətən 

həsrəti  çekmişdir:  karvanlara söylədiyi bir şerində  belə mis­

ralar vardır:

Ey vətəndən gələn el aşinası,

Mən də sənin kimi qəribəm,  qərib.

Yetir bir nişanə dağdan-arandan,

Mən də sənin kimi qəribəm-qərib.

Şairin  anadan  olduğu  Padar kəndində  evi  və  şəxsi  əş­

yaları indi də mühafizə olunur (şəkil göstərilir).

Hacı  Abdulla  Padarlı  128  nəsihətdən  ibarət  «Nəsihət- 

namə»  (əlyazması  şəklində  qalmışdır)  yazmışdır.  Bu  nəsi­

hətlər  həyatın  bütün  sahələrinə  aiddir.  Bunlardan  ikisinin 

qısa məzmunu belədir:  «Bir adam  sənə  hörmət cdibsə, bunu 

hər  yerdə  de,  amma  özün  birinə  yaxşılıq  etmisənsə,  bunu 

heç yerdə  demə»;  «Birisi  sənə  yamanlıq  edibsə,  ona yaman­

lıqla  yox,  yaxşılıqla  cavab  ver.  Çünki  yamanlığa  yaxşılıq 

mərd  kişinin  işidir.  Yamanlığın  cavabında  yamanlıq  etmiş 

olsan, sən de yaman adam olmuş olursan».

Padar  kəndində  eləcə  də  Paşa  Qaraqani,  Qumlaq  kən­

dində  Məhəmməd  Rəhim  İltica  və  Cəbrayıl,  Xaçmaz  kən­

dində  M ənef  Rövşən,  Qarabaldır  kəndində  Aşıq  Əhməd, 

Yaqublu  kəndində  Əsgər  Salami,  Calud  kəndində  Molla 

Abbas adlı şairlər yetişmişdir.

238

8



Oğuz rayonunun  ilk məktəbləri və görkəmli ziyalı­

ları

Rayonda  xalq  maarifinin  inkişafı  məktəb  şəbəkəsinin 

artımı  ilə  bilavasitə  əlaqədar  olmuşdur.  Padar  və  Xaçmaz 

kəndlərində  ilk  məktəb  binaları  1883-cü  ildə,  Oğuzda  isə 

1887-ci  ildə  tikilmişdir.  Bu  məktəblər  respublikada  inşa 

edilmiş  ilk  məktəblərin  siyahısmdadır  (ekranda  bu  məktəb­

lərin  şəkilləri  göstərilir).  Və  bunları  qoruyub  saxlamaq yerli 

özünüidarə  təşkilatlarının  şərəfli  vasitəsidir.  Xaçmaz  kəndi­

nin  məktəbində  Azərbaycanın  görkəmli  maarifçisi  Rəşid 

bəy Əfəndiyev  1890-1892-ci illərdə müəllimlik etmişdir.

Rayonda xalq maarifinin  inkişafına öz təşkilatçılıq fəa­

liyyətləri  və  yüksək  müəllimlik  peşəkarlıqları  ilə  uzun  illər 

kömək  etmiş  ziyalılar  sırasında  ilk  növbədə  Baba  Vahabov 

(Xaçmaz),  Cüma  Mustafayev  (Baş  Daşağıl),  Əbülfət  Asla­

nov (Muxas), Əhməd Orucov  (Padar), Əvəz Abdurrahmanov 

(rayon  mərkəzi),  Gülşənəm  Hacıyeva  (rayon  mərkəzi),  Hə­

mid  Əzizov  (Qumlax),  Həbib  Naxçıvanlı  (rayon  mərkəzi), 

Musa  Əliyev  (Baş  Daşağıl),  Mustafa  Əfəndiyev  (Kərimli), 

Məhəmməd  Əfəndiyev  (Kərimli),  Kərim Kərimov  (Muxas), 

Nurəddin  Əhmədov  (Bayan),  Seyfulla  Qocayev  (Xaçmaz), 

Süleyman  Əhmədov  (Qümlax),  Umar  Umarov  (Bayan), 

Yəhya  Üzeyirov  (rayon  mərkəzi),  Zahid  Əhmədli  (Bayan) 

kimi parlaq şəxsiyyətlərin adları yada düşür.

9) 


Oğuz rayonunda XX  əsrin 30-cu illərində ziyalıların 

yetişməsində  Şəki  müəllimlər seminariyası  (1921 -ci  ildə  ya­

radılmışdır) müstəsna rol oynamışdır.

Oğuz rayonu  (əvvəllər Vartaşen  adlanırdı)  1929-cu ilin 

avqust  ayında təşkil  edilmişdir.  Bundan  əvvəlki  dövrdə  ray­

onun  ərazisi  Şəki  rayonunun  8  nahiyəsindən  ikisini  (Padar 

və Xaçmaz nahiyələri) əhatə edirdi.

1923-cü  ildə  Şəki  dairəsindən  Padar  və  Xaçmaz  nahi­

yələrinə  göndərilən  məktubla  bildirilmişdi  ki,  onlara  Şəki

239



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə