Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə64/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   60   61   62   63   64   65   66   67   ...   71

D igər təltifatlar:

1.  Azərbaycan  Respublikasının  əməkdar  təbliğatçısı 

fəxri adı, 26.IX.85.

2.  Azərbaycan 

5 .VII .71.

SSR Alı


Sovetinin fəxri

fərmanı


3.  Azərbaycan 

14.11.95.

SSR Ali Sovetinin Fəxri formanı

4.  Azərbaycan  SSR Ali  və  orta ixtisas təhsil  nazirliyi­

nin fəxri fərmanı  12.Ш.73.

5.  SSRİ  Elmlər Akademiyasının  Sosioloji  Assosiasiy­

asının fəxri fərmanı 5.XI.  1985.

6.  Azərbaycan Respublikası müharibə, əmək və silah­

lı  qüvvələr  Veteranları  Şurasının  fəxri  fərmanı 

6.V.95.


7.  Azərbaycan  Respublikası  təhsil  nazirliyinin  fəxri 

fərmanı  17.V/2000.

8.  Azərbaycan  Respublikası  Veteranlar Şurasının  fəx­

ri  fərmanı  15.V.2000.

9.  Azərbaycan  respublikası  Müdafiə  nazirliyinin  fəxri 

fərmanı  9 may 2001.

10. Moskva hərbi  dairəsi komandanı  general-polkovnik 

Tulenovdan adlı  qol saatı -  may  1941.

11.  Azərbaycan Respublikası  Veteranlar şurasının  fəx­

ri  fərmanı.  16 yanvar 2002-ci  il.



254

V.  Ö M Ü R D Ə N   S Ə H İF Ə L Ə R

İ n s a n l a r ı n   ö m ü r  y o l u  

u z u n   s ə y a h ə t ə   b ə n z ə r

Hər  bir  insanın  həyatı  bir böyük  romanın  mövzusu  ola 

bilər müddəasını  əsas  götürərək  bu  sətirləri  yazmağa  başla­

dım  və  əgər  bir  nəticə  əldə  edilərsə  XX  əsrin  ab-havasmı 

düzgün hiss etmək üçün oxucuya yararlı mənbə  də ola bilər.

Uşaqlıq  illərim  Şirvan  mahalının  şimalında,  Şəkidən 

30km  şərqdə  yerləşən  Bayan  kəndində keçmişdir.  Kənd  Şə- 

ki-Qəbələ  şosse  yolu  üzərində  olduğu  üçün  iqtisadi  və  mə­

dəni cəhətdən  nisbətən  inkişafda olmuşdur.

Babam  İsmayıl  Xəlil  oğlu  XIX  əsrin  sonunda  Həcc 

ziyarətinə  getmiş  və  kənddə  Hacı  İsmayıl  adı  ilə  hörmət  sa­

hibi  olmuşdur.  Onun  böyük  oğlu  Zakir  kişi  (mənim  atam) 

ərəbcə  mükəmməl  savadlı  idi  və hər axşam Quranın mətnlə­

rini  xüsusi  avaz ilə  oxuyardı.  Atam  64  yaşında  xəstəliyə  gö­

rə  dünyasını  dəyişəndə  mən  7  yaşında  idim.  Nurani  Gülzar 

anam  atamın  itgisindən  sonra  mənə  və  məndən  4  yaş  kiçik 

bacım  Münəvvərə  eyni  zamanda  atalıq  etmişdir.  Uşaqlıq 

dövründən  iki  hadisə yaddaşımda həkk olunub:

Birincisi,  günəşin tam  tutulması  hadisəsidir.  Bu  hadisə 

günortaya  yaxın  baş  verdi:  birdən  tam  qaranlıq  oldu,  kəndin 

itləri  ulamağa  başladılar,  ov  tüfənglərindən  atəşlər açıldı  ki, 

Günəşi cinlərin  əllərindən xilas etsinlər.



İkinci  hadisə  kəndimizdə  cavanların  qorxmazlıqlarını 

sübut  etmok  üçün  başladıqları  sınaqlar  haqdadır:  kəndin  ca­

vanları  hər  axşam  məscid  yanındakı  gimgodə  toplaşaraq  on­

ların  qorxmazlıqlarına  sübut  olaraq  növbə  ilə  gecə  vaxtı 

kəndin  qobristanlığına  tək  gedərok  qəbirlərin  birinin  yanına 

hamının  gördüyü  taxta  parçasını  yerə  çaxmalı  idi.  Səhər  er­

kən  isə  kəndin  cavanları  qəbristanlığa  gedərək  həmin  taxta

255



parçasmm  orada  olduğunu  görərək  «əhsən»  deyə  dağılışar­

dılar.


Əsrin  əvvəlində  oğlanlar  və  kişilər  arxalıq  adlı  uzun 

ətəkli  pencək  qeyərdilər.  Gecələrin  birində  növbəti  cavan 

oğlan  taxta  parçasını  qəbrin  yanma  vurarkən  taxtanı  arxa­

lığın  ətəyinin  üstündən  vurur  və  ayağa  qalxmaq  istədikdə 

arxalığın yerə  sancılmış  ətəyi  durmağa imkan  vermir və  ca­

van  oğlan  oradaca  həlak  olur.  Səhər erkən kəndin  cavanlan 

bu hadisə yerində peşimançılıqla həmin adəti  ləğv edirlər.

1932-ci  ildə  kənd  məktəbinin  V  sinfini  bitirdim.  Bi­

rinci  sinifdə  müəllimlərim  Fərrux  Həşimov və  Camal  əfən­

dini həmişə minnətdarlıqla xatırlayıram.

*  

*

*



XX  əsrin 20-ci  illərinin  sonlannda əksəriyyət kəndlər­

də  məktəblər  5  sinifli  idi.  Bu  məktəbləri  qurtaranlar  yaxm 

şəhərlərdə  olan  seminariya  və  texnikumlarda  5  il  də  oxuya­

raq orta ixtisas təhsil alırdılar.  1927-ci ilin sentyabnnda kənd 

məktəbinin  1-ci sinfinə getdim və 4 ay bizə ərəb əlifbası  öy­

rətdilər.  1928-ci  ilin birinci  yarısından  isə məktəblərdə  latın 

əlifbasını öyrənməyə keçildi.

Şəki  müəllimlər seminariyasında təhsil illəri

Şəki  seminariyası  ətraf kəndlərin  cavanlarının  təhsilə 

can atdığı  ən hörmətli  təhsil  ocaqlarından biri  idi  və bu sətr- 

lərin  müəllifi  də  1932-ci  ildə  həmin  seminariyaya  qəbul 

olundu.

Seminariyada gündə bir dəfə (günorta çağı) yemək ve­



ririldi. İqtisadi vəziyyəti ağır olan tələbələr hər həftənin 6-cı 

günü  dərsdən  sonra  öz  kəndlərinə  piyada  gedərək  istirahət 

günü  axşam  bir həftəlik un-çörək  və  meyvə  ilə  geriyə  qayı­

dırdılar.  Bu  unu  Şəkidə  çörəkçiyə  verərək  hər gün  200  qr. 



256

çörək alırdılar.

Şəki  ilə  kəndimizin  arası  30-35km-dir  və  5  il  təhsil 

dövründə  mən  bu  yolu  ən  azı  200  dəfə  piyada  gedib  piyada 

da qayıtmışam.

Şəki  müəllimlər  seminariyası  1921-ci  ildə  təşkil  edil­

mişdir.  30-cu  illərin  əvvələrində  və  ortalarında  bu  semina­

riyada  Seyfi  Hüseynov, Mustafa İsmayılov, Qədir Əhmədov, 

Qurban  Abbasov,  Musa  Hacıyev,  Balabəy  Əfəndiyev  və  di­

gər  hörmətli  təhsil  xadimləri  -   müəllimlər  işləmişlər.  Bun­

dan  əvvəlki  illərdə  isə  həmin  seminariyada  məşhur  maarif 

xadimi  Rəşib  bəy  Əfəndiyev  də  müəllimlik  etmişdir.  İndiki 

Oğuz  rayonunda 20-30-cu  illərdə kifayət qədər təcrübəli  və 

nümunəvi  müəllimlər işləyirdi:  Baba Vahabov,  Bilqeyis Hə­

şimova,  Cuma  Mustafayev,  Əbülfət  Aslanov,  Əhməd  Oru­

cov,  Fərrux  Həşimov,  Həmid  Əzizov,  Həbib  Naxçıvanlı, 

Kərim  Kərimov,  Məhəmməd  Əfəndiyev,  Musa  Əliyev,  Nü- 

rəddin  Əhmədov,  Suleyman  Əhmədov,  Seyfulla  Qocayev, 

Umar Umarov, Zahid Əhmədli  və digərləri  bu sıradan  idilər.

30-ci  illərdə  ölkədə  iqtisadi  vəziyyət  çox  ağır  idi.  Şə­

hərlərdə  işləyənlərə  və  tələbələrə  gündə  400qr  qara  çörək 

verirdilər.

Böyük  çətinliklərlə  olsa  da  seminariyanı  əla  qiymətlə 

qurtaranlardan  15  nəfəri  1937-ci  ilin  yayında  Moskvaya  15 

günlüyə ezamiyyətə göndərdilər.

Ömrümün  17-ci  yaşında,  Şəkidən  başqa  heç  bir  yeri 

görməyən  bir  gəncə bu  səyahətin  təsiri  misilsiz  oldu.  Avto­

bus  ilə  Şəkidən  Yevlaxa  getdikdə  Hacı  Kərim  Şamlının 

«Trut qaçaqları» poemasındakı

«Ərəşdən Şəkiyə avtobus yolu 

Yanları pambıqlı,  üzüm,  nar kolu»

sətrləri  ilə  başlayan  poeması  yada  düşdü  və  bunları  görmək 

də biz gənclər üçün yenilik idi.

257



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə