18
Tələsik xəbərlər poçt vasitəsilə çatdırılır. Qasidləri (xəbər və ya məktub
aparanları.—V.A.) çapar adlandırırlar. Bu söz feli sifət olub türk dilindən gəlir,
çapan deməkdir. Bu sözdən də «çapqan» əmələ gəlir ki, türk dilində «qasid»
(poçtalyon) mənasındadır. Lazım olub at tapılmayanda çaparlar zirəklik göstərirlər.
Şərqin heç yerində əsaslı poçt yoxdur. Səfəvilərdə şah və hakimlərin çaparları
harda əlləri Səh.—243 nə at keçsə, onu da minirlər, onlara ixtiyar verilir ki, uzun
yolla çıxanları da atdan saldırıb, özləri minsinlər. Keçdikləri yerlərin hakimləri
onların atlarını nallatmağa borcludur. Bu, çox pis qanundur. Müqavimət
göstərməyə gücü və cəsarəti çatmayan, kiçik adamlar məcbur olurlar ki, ya onlara
pul, ya da atlarından düşüb, atlarını versinlər, sonra da dallarınca qaçsınlar. Onlar
(qasidlər—V. A.) saraya gələn xaricilərin, şah qulluğunda olan zabitlərin, hörmətli
adamların atlarını almağa cürət etmirlər. Mühafizləri olmadığından belə işlərin pis
nəticə verəcəyindən qorxurlar. Adətən keçdikləri kəndlərdən at götürürlər. Hər üç
kənddən birində at götürə bilirlər. Atı gətirmək üçün nökərlərini göndərirlər.
Dəstədəki çapar nəzər-diqqəti tez cəlb edir. Arxadan bağlanmış paltoları
(yapıncı—V.A.), yəhərin qaşına keçirilmiş kiçik çantaları olur: çanta yəhərin
qaltaqlarına bağlanır. Onların xəncəri, qılıncı böyürlərində ox qabı, əllərində
dəyənək olur. Yayı isə sinələrinə keçirirlər. Uzun şarflarını boyunlarına iki dəfə
doladıqdan sonra kürəklərində və göbəkləri üstündə xaç şəklində kəmərlərinə
bağlayırlar. Onları uzaqdan görəndə atdan düşəcəklərini hiss edənlər qaçıb gizlənir,
ya əvvəlcədən pul hazırlayırlar, ya da pul hazırlaya bilməyəndə atlarını onlara
verirlər. Çaparlar, adətən iki-iki gedirlər, o qədər qabiliyyətli adamlardırlar ki,
əllərindən qaçmaq olmur: onlara təslim olmaq lazım gəlir.
Səh.—244. Onlar, müqavimət göstərənləri dəyənəklə, qılıncla vururlar. Bəzi
çaparlar istədiklərinin yerinə yetiriləcəyini fikirləşib zor işlətmirlər.
Böyük adamlar o zaman qeyri-adi məbləğdə ağır xərc çəkməyə məcbur
olurlar ki, şah Qulam şah və ya başqa bir hörmətli adam vasitəsilə onlara sərəncam,
yaxud hədiyyə göndərmiş olsun. Belə olduqda gəlib çatan kimi geyindirmək,
gedərkən nüfuzlarına və göstərdikləri qulluğa uyğun hədiyyə vermək, qaldıqları
müddətdə qonaq etmək, əyləndirmək lazım gəlir. Öyrəndim ki, Qulam şahın gəlişi
(ondan danışmışam) İrivan hakiminə yatmaq və yemək xərci hesaba alınmadan 400
tümənə (18 min livr) başa gəlmişdir. Əksər hallarda göndərdiyi adama hansı
hədiyyənin veriləcəyini şah özü müəyyənləşdirir. Onda hədiyyələri ikiqat
artırmağa məcbur olurlar. Göndərilmiş adamların hansı ailəyə mənsub olmaları,
xidmətləri və saraydakı nüfuzlarına uyğun hərəkət edirlər. Hər şeyə fikir verirlər.
Göndərilmiş adam (Qulam şah—V.A.) və ya onun valideynləri şaha yaxındırlarsa,
yaxın əlaqə yarada bilsinlər deyə, onlarla daha nəsib rəftar edirlər. Yeri gəlmişkən,
xatırladım ki, şah 1669-cu ildə baş nazirin oğlunu müşketyorlar polkunun
komandirliyi vəzifəsinə çəkmişdi. Əlahəzrətin əmri ilə qızıl və gümüş əşyalar
hazırlayan ustalar (burada saray zərgərləri—V. A.) ona daş-qaş və şahanə paltar
gətirirlər.
19
Səh.—245. Şah öz zövqünə uyğun hazırlanmış bir neçə daş-qaşın əvəzi
olaraq,
polk
komandirinin
300
tümənlik
hədiyyə
verməli
olduğunu
müəyyənləşdirmişdi. Saray zərgərlərindən 4 nəfər ən nüfuzlu şəxs bu əşyaları və
paltarları gətirdilər, 300 tümən əvəzinə 400 tümən aldılar; (18 min livr edir) əlavə
olaraq, onlara dəbdəbəli ziyafət verildi.
Üç saat toyda oturub, nahardan sonra evə qayıtdım. Orda çalmalarında daş-
qaşla bəzənmiş cıqqa olan bəydən və onun kirvəsindən (poruçitel—zamin olan
şəxs? Bəlkə sağdış) başqa doqquz adam qalmışdı. Ev sahibi, onun qardaşları,
oğlanları hakimin vəzifəli şəxsləri ilə salonun aşağısında ayaq üstə durmuşdular.
İçəri girən qonağın qabağına... kiçik çini boşqabda mürəbbə qoyurdular. Mürəbbə
böyük bir taza tökülmüşdü. Tazlar ağacdan qayrılıb rəsmlərlə bəzənmiş və qızıl
suyuna çəkilmişdi, tərtəmiz idi. Məclis yerdən hündürlüyü iki pye (fut) olub, belə
bir şənlik üçün darlıq edən alçaq bir salonda keçirilirdi. Salon məhəccərlənmiş
çadırla örtülmüş həyətə baxırdı. Ora daxil olanda məclisi əyləndirən güləşçilər və
qladiatorlar gördüm. Əyinlərində qabaq və arxa tərəflərini tutmaq üçün lazımi
qədər enli, dəridən hazırlanmış qısa tuman olan güləşçilər (pəhləvanlar—V. A.)
çılpaq idilər. Ayıb yerləri görünməsin deyə, qısa tumanı bud hissədən bərk-bərk
sıxırlar. Onların qısa tumanı var, bədənlərinə başdan-başa xına (happa) tozu ilə
qarışdırılmış bitki yağı çəkilmişdir. Onlar narıncı rəngə boyanmış kimi görünürlər
ki, hər deyəndə uduzmasınlar. Güləşçilər Şərqin hər yerində belədir, lap dünya bina
olandan belədir.
Səh.—246. Böyük mükafatlar uğrundakı yumruq döyüşləri və güləş
yarışlarında hamısı bu cür geyinir. Rəqibini bədəninin gücü ilə yıxıb saxlaya
bilmək qələbə sayılır. Rəqib məğlub olduğunu etiraf edənə qədər döyüş davam
edir. Adətən, məğlubu çiyinlərinə götürüb atırlar. Qonaqlardan biri çox məşhur bir
pəhləvandan (məşqçi mənasında—V. A.) danışdı. Dedi ki, 365 günün 365-ni də
məşqçiliklə keçirir, şəyirdlərini öyrədirdi, lakin fəndlərdən birini heç kimə
öyrətməyib, özü üçün saxlamışdı. Buna gizlədilmiş fənd deyirlər. Farsların günəş
təqvimində (burada hicri-şəmsi—V. A.) ayların hər birində 30 gün var. Farslar
təqvimlərindəki əlavə beş günə işarə ilə «gizlində qalan günlər» ifadəsini işlədirlər.
Vaxtilə onun yanında köməkçi olmuş şəyirdlərindən biri ustadının daha çox
məşhur olmasına dözməyib, öz gücünə və zorbalığına güvənərək əyalət hakiminin
qarşısında onu meydana çağırır. Məşqçi yaramaz şəyirdinin bu sahədəki
üstünlüyünü açıqca hiss etsə də, gizli saxladığı fəndə arxayın olub, onun çağırışını
qəbul edir. Vitse-kral bu dueldə (burda güc sınamaq, güləşmək—V. A.) iştirak
etmək istəyib, bu yarış üçün gün və yer təyin etdi. Adi yarışlarda olduğu kimi,
məşqçi yığışanları heyran qoydu. Məşqçi birdən rəqibinin ortasından yapışıb, kəllə
mayallaq vururmuş kimi başı üstündən atdı. Ora çoxlu tamaşaçı yığışmışdı. Onlar
sırtıq şəyirdin məğlub olmasını arzulayırdılar və bunu görüb ucadan alqışladılar.
Məğlub olan isə, adətə görə, gedib vitse-kralın ayaqlarına düşdü, qışqıra-qışqıra
dedi ki, düşməni (məşqçisi—V. A.) ona bu fəndi öyrətməyib. Bəli,— doğrudur,—