Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə17/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 
- 37 - 
metiíÿ  daxildir.  Cəmiyyətin  ən  ümumi  inkişaf  qanunauyğunluqları    isə  öz  əksini 
fəlsəfədə tapır. Bu gün ölkəmizdə həyata keçirilìÿëè îëàí sosial-iqtisadi reforma heç 
də  yalnız  ayrı-ayrı  ictimai  hadisələrə  aid  olmayıb,  həm  də  bütövlükdə  insana 
münasibətin,  Ènsan-Æəmiyyət,  Ènsan-Äünya  əlaqələrinin  yeniləşməsini  tələb 
etdiyindən fəlsəfənin  özündə  də  yeniləşməyə  ehtiyac  yaranmışdır.    Həm  də  fəlsə-
fədə  yeniləşməni  belə  başa  düşmək  olmaz  ki,  əvvəllər  o  öz  funksiyasını  əsasən 
yerinə yetirirdi,  amma sadəcə nələrsə yaddan çıxmışdı və ya bir az başqa cür izah 
olunurdu, indi bizim məqsədimiz unudulanları nəzərə almaq, düzəlişlər verməkdir. 
Təəssüf  ki,  belə  bəsit  ”islahatçılıq”  meylləri  geniş  yayılmışdır.  Məsələn,  insan 
amili unudulmuşdu və guya indi insan amilini də əlavə edəndə və bu ifadəni qalın-
qalın kitabların başlığına yazanda hər şey yerinə düşəcək, fəlsəfədə ahəng yarana-
caq. Amma bütün məsələ də elə bundadır ki, əgər insan amili unudulmşdusa burada 
fəlsəfədən  heç  söhbət  gedə  bilməz.  Unudulmuş  duzları  ayrıca  yeməklə  xörək 
dönüb dadlı olmaz.                   
Sovet dövründə fəlsəfə özü üçün şeyə çevrilmişdi. Tədris müəssisələrində o, 
mükəlləfiyyət  kimi  öyrədilir,  ictimai  həyatın  idarə  olunmasında  isə  nəzərə 
alınmırdı.  Əməli  işdən  tamàìèëÿ  êÿíàðäà  qalmasınlar  deyə  “filosoflar”,  fəlsəfə 
müəllimləri  partiyanın  praktik  fəaliyyət  proqramlarının,  müxtəlif  cari  partiya 
sənədlərinin  təbliği  ilə  məşğul  olurdular.  Əsl  fəlsəfə  sıxışdırılmış,  “rəsmi  filosof-
lar” isə siyasətin nökərinə çevrilmişdilər. 
Fəlsəfənin lazımsızlığını rəsmi şəkildə heç kim demirdi, o yenə də bütün ali 
məktəblərdə  tədris  olunur,  onun  ekstensiv  inkişafı  üçün  yenə  də  dövlət 
xəzinəsindən  pul  buraxılırdı,  amma  çoxları  bu  pulların  havaya  sovrulduğunu, 
tələbələrin  vaxtının  havayı  sərf  olunduğunu  düşünürdü.  Və  bu  cür  münasibətin 
obyektiv  əsası  da  yox  deyildi.  Doğrudan  da,  fəlsəfə  ehkama  çevriləndən,  sxemə 
salınandan  sonra,  ictimai  praktikadan,  günün  real  problemlərindən  ayrı  düşəndən 
sonra onun belə geniş miqyasda saxlaíması lüzumsuz görünürdü. 
Yəqin  buna  görədir  ki,  kütləvi  informasiya  vasitələri,  mətbuat,  televiziya 
fəlsəfi fikrə etinasızlıq göstərməyə başlamışdı. “Fəlsəfəçilik”, “mücərrədçilik“ kimi 
damğalar  da  həmin  dövrlərdə  yaranmışdı  və  təəssüf  ki,  bu  gün  də  istifadÿ 
edilməkdədir. H.Cavid, S.Vurğun kimi görkəmli filosof-sənətkarların “fəlsəfəçilik-
də”,  “mücərrədçilikdə”,  real  həyatdan  ayrı  düşməkdə  təqsirləndirilməsi  heç  də 
məhz  həmin  sənətkarlara  münasibət  deyildi.  Əslində  bütövlükdə  fəlsəfi  fikrin 
özünə  münasibət  idi.  Bədii  ədəbiyyatda,  poeziyada  fəlsəfi fikri  real  praktik  çıxışı 
olan və ya konkret emosional təsiri olan “əsl fəlsəfiliklə” əvəz etmək meyli yaran-
mışdı. Təsvirçi tənqidçilik meyli ədəbi tənqiddə fəlsəfi araşdırmaları bir növ qada-
ğan  etmiş,  filosof-tənqidçiləri  çap  olunmaq  hüququndan  məhrum  eləmişdi. 
Fəlsəfəyə  heç  bir  dəxli  olmayan  tamam  başqa  təfəkkür  formalarını  əsl  fəlsəfi  tə-
fəkkür kimi qələmə vermək və bununla əslində fəlsəfədən “xilas olmaã” meyli bu 


 
- 38 - 
gün də davam etməkdədir. 
Fəlsəfəni  elmiləşdirmək  adı  ilə  onu  elm  çərçivəsinə  salmışdılar.  Elm  isə 
insansızlaşmış dünyanı öyrəndiyi üçün insana yaddır, hər cür emosionallıãdan, hər 
cür təəssüratdan azaddır və ya məhrumdur. Soyuq ağılla, rasional düşüncə ilə əldə 
olunmuş  biliklər,  bu  biliklərin  müəyyən  sxematik  sistemi  olsa-olsa  yalnız  ixtisas 
fəaliyyətində  lazım  olar.  İnsanın  xarakter  və  mənəviyyatının  formalaşması 
prosesində bu biliklər bilavasitə heç bir rol oynamır. 
Deməli,  o vaxt ki, fəlsəfə elm normativləri çərçivəsinə salınmışdı, o yalnız 
ixtisas  fənninin  metodologiéası  kimi  faydalı  ola  bilərdi. Təəssüf  ki,  respublikamı-
zın ali məktəblərində bu sahəyə fikir verilmir. 
Əlbəttə,  fəlsəfənin  bütün  əhəmiyyəti  onun  yalnız  metodoloji  funksiyası  ilə 
məhdudlaşmır. Onun ideoloji və dünyagörüşü funksiyalarından da səmərəli surətdə 
istifadə etmək olar. Lakin təbiidir ki, sovet dövründə fəlsəfənin bu funksiyaları da 
sxematikləşdirilmiş və tədricən öz təsir gücünü itirmişdi. 
İdeoloji funksiya sinfilik prinsipi ilə məhdudlaşdırılmış və üstəlik bu prinsip 
özü  də  bayağılaşdırılmış,  metafizik  bir  hökm  çərçivəsinə  salınmışdı:  kapitalizm 
cəmiyyətində nə varsa – pisdir, sosializm cəmiyyətində nə varsa – yaxşıdır. Fəlsəfə 
də hər vasitə ilə yalnız buna xidmət etməli idi ki, sosializmin üstünlüklərini təbliğ 
etsin.  Halbuki  həqiqi  dialektik  mövqe  tədqiqat  obyektlərinin  hərtərəfli 
öyrənilməsini,  hər  bir  mütərəqqi  hadisənin  də  daxili  ziddiyyətlərinin  üzə 
çıxarılmasını,  habelə  ümumən  mənfi  hesab  olunan  hər  hansı  hadisədə  onun 
mövcudluğunu hər halda təmin edən, onu yaşadan pozitiv başlanğıcı aşkara çıxar-
mağı nəzərdə tutur. 
Başqa  bir  misal.  İnsan  mürəkkəb  bio-sosial-mənəvi  sistemdir.  Onu  təşkil 
edən bu müxtəlif müstəvilərdən hər hansı birini ön plana çəkib, qalanları nəzərdən 
atsaq  insan  haqqında  tam,  bütöv  təsəvvür  əldə  etmək  mümkün  olmaz.  Lakin  bu 
yaxınlara qədər insana əsasən sinfilik prizmasından nəzər salınırdı, bütün yerdə qa-
lan cəhətlər, insanın fiziki və mənəvi keyfiyyətləri isə kölgədə qalırdı. İnsanın fər-
diyyəti,  mənəvi  təkrarlanmazlığı,  unikallığı  unudulur,  eyni  ictimai  münasibətlərin 
məcmusu  olan  bütün  insanlar  eyni  bir  çərçivəyə  salınırdı.  Nəticədə  bərabərlik 
ideyası bərabərçilik prinsipinə çevrilir, unikal insan fərdiyyətinin yerini cəmiyyətin 
bir  ünsürü,  milyonlardan  biri  olan  özgələşmiş  sosial  insanlar  tuturdu.  Stalinizm 
dövründə repressiyaya bir növ bəraət qazandıran “əvəz olunmaz heç kim yoxdur” 
ideyası yaranır, guya cəmiyyətin səadəti naminə ayrı-ayrı insanların səadəti qurban 
verilirdi.  
Burada  biz  şəxsi  mənafeyi  ictimai  mənafeyə  qurban  verməyin  necə  təbliğ 
olóíduğunu  yada  salmaya  bilmərik.  Çünki  bu,  cəmiyyət  ilə  insan  arasındakı  zid-
diyyətin açıq-aşkar birtərəfli, ''metafizik'' həllinə ən yaxşı misaldır. Ayrıca insanlar, 
onların şəxsi mənafeyi bir qayda olaraq arxa plana keçirdi... Lakin sual olunmurdu 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə