Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə50/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   47   48   49   50   51   52   53   54   55

Bələdiyyələrin,  onların  mülkiyyətində  olan  torpaq 
sahələrinin qeydiyyata alınması üçün hansı qanunla, nə qədər 
dövlət rüsumu və digər xərclərlə bağlı vəsait ödəməli olduqları 
haqda məlumat verməyinizi xahiş edirəm. 
Cavab: 
―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  26.1.1-ci  maddəsinə  görə  daşınmaz 
əmlak  üzərində  mülkiyyət  hüquqlarının  dövlət  qeydiyyatına 
alınması  barədə  çıxarışın  verilməsi  üçün  30  manat  dövlət 
rüsumu ödənilməlidir. 
Həmin  Qanunun  26.1.2-ci  maddəsinə  görə  daşınmaz 
əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi 
üçün 50 manat ödənilməlidir. 
Adı  çəkilən  Qanunun  26.5-ci  maddəsinə  görə  torpaq 
sahələri  üzərində  mülkiyyət  və  digər  əşya  hüquqlarının 
qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına 
görə  -  hər  döngə  nöqtəsi  üçün  ödənilməli  olan  dövlət 
rüsumunun məbləği 20 manat təşkil edir. 
Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 31 iyul 
2009-cu il tarixli, 4 nömrəli Qərarı ilə Azərbaycan Respublikası 
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın 
Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən 
xidmətlərin tarifləri təsdiq edilmişdir.  
Həmin 
Qərarın 
I-2-ci  bəndi  Torpaq  sahələrinin 
inventarlaşdırılması  ilə  Azərbaycan  Respublikası  Əmlak 
Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət 
Reyestri  Xidmətinin  ərazi  idarələri  tərəfindən  göstərilən 


xidmətlərin  tariflərini  tənzimləyir.  Məsələn,  kənd  təsərrüfatı 
təyinatlı  torpaq  sahələri  üzrə:  1  hektara  qədər  olduqda  -  18 
manat;  1  hektardan  çox  olduqda  artıq  hər  1  hektar  sahə  üçün 
əlavə - 12 manat.  
Həmin  Qərarla  təsdiq  edilmiş  tariflərin  hamısını  hazırkı 
cavab  çərçivəsində  göstərmək  mümkün  deyildir.  Adı  çəkilən 
Qərar Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının rəsmi 
internet saytında (www.tariff.gov.az) yerləşdirilmişdir və həmin 
sayta daxil olmaqla onunla ətraflı tanış ola bilərsiniz. 
Sual  7.  Mən  uzun  müddətdir  ki,  dövlət  binasında 
qalıram,  15  gün  əvvələ  qədər  yaşadığım  binanın  bloku  evlər 
idarəsi tərəfindən işıqlandırılırdı. Lakin 15 gün olar ki, rayon 
işıq idarəsi həmin işığı kəsmişdir. Rayon işıq idarəsi deyir ki, 
blok  vətəndaşın  özü  tərəfindən  işıqlandırılmalıdır.  Mən 
bildiyimə  görə  blokların  işıqlandırılması  mənzil  istismar 
idarəsi tərəfindən həyata keçirilməlidir. Bu məsələyə aydınlıq 
gətirilməsini xahiş edirəm. 
Cavab:  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
2005-ci  il  2  fevral  tarixli,  18  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş 
"Elektrik  enerjisindən  istifadə  Qaydaları"nın  8.20-ci  bəndinə 
görə  yaşayış  binasının  mülkiyyətçisi  və  ya  mənzil  kommunal 
təşkilatı  binanın  ümumi  ehtiyacları  və  texniki  məqsədlərə 
(həyətin,  küçənin,  pilləkənlərin  işıqlandırılması,  nasosxanalar, 
liftlər  və  s.)  sərf  olunan  elektrik  enerjisinə  görə  enerjitəchizatı 
müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. 
  Göründüyü 
kimi,  yaşadığınız  binanın  blokunun 
işıqlandırılması  müvafiq  enerjitəchizat  müəssisəsi  tərəfindən 


həyata keçirilməli, istifadə olunmuş elektrik enerjisi haqqını isə 
mənzil kommunal təşkilatı ödəməlidir.  
Buna  görə  də,  blokun  işıqlandırılmasına  sərf  edilən 
elektrik  enerjisi  haqqını  ödəmək  vəzifəsini  bina  sakinləri 
daşımır. 
Sual 8. Qonşum tez-tez gecə vaxtı, saat 24:00-dan sonra 
yüksək səslə musiqiyə qulaq asır. Onun bu hərəkətləri ətrafda 
yaşayan  qonşuları,  o  cümlədən  mən  və  ailə  üzvlərimi  ciddi 
narahat  edir.  Bilmək  istərdim,  gecə  vaxtı  ətrafdakıları  belə 
narahat  edən  şəxslər  hər  hansı  formada  məsuliyyət 
daşıyırlarmı? 
Cavab:  Azərbaycan  Respublikası  İnzibati  Xətalar 
Məcəlləsinin  306-cı  maddəsinə  görə  mənzillərdə,  yaşayış 
evlərinin  girişlərində  və  həyətlərində,  küçələrdə,  istirahət 
yerlərində  və  digər  ictimai  yerlərdə  gecə  vaxtı  saat  24-dən  7-
dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini 
ucadan 
çalmağa, 
televizorları, 
radioqəbulediciləri, 
maqnitofonları  və  digər  aparatları  gur  səslə  oxutmağa,  məişət 
səs-küyünə  qarşı  mübarizə  tələblərini  başqa  üsulla  pozmağa 
görə - xəbərdarlıq edilir və  ya on manatdan on beş manatadək 
miqdarda cərimə edilir. 
Göründüyü  kimi,  Azərbaycan  Respublikası  İnzibati 
Xətalar  Məcəlləsinin  306-cı  maddəsinin  tələblərini  pozan 
şəxslər  inzibati  məsuliyyət  daşıyırlar  və  onlara  2  növ  inzibati 
tənbeh  tətbiq  edilə  bilər:  xəbərdarlıq  və  ya  10  manatdan  15 
manatadək cərimə. 


   
Sual  9.  Məhkəmə  qətnaməsi  ilə  mənzilə  mülkiyyət 
hüququm  tanınmışdır.  Eşitdiyimə  görə,  daşınmaz  əmlakın 
dövlət reyestrindən çıxarış üçün dövlət rüsumu ödənilməlidir. 
Bilmək istərdim, dövlət rüsumunun ödənilməsi hansı qaydada 
həyata keçiriləcəkdir? 
Cavab:  ―Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında‖ 
Azərbaycan  Respublikası  Qanununun  8.0.3-cü  maddəsinə  görə 
qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarları  daşınmaz  əmlak 
üzərində  hüquqların  əmələ  gəlməsinin,  başqasına  keçməsinin, 
məhdudlaşdırılmasının  (yüklülüyünün)  və  xitam  verilməsinin 
dövlət qeydiyyatı üçün əsas hesab olunur. 
Bu  baxımdan,  Siz  mənzilə  mülkiyyət  hüququnuzun 
tanınması  haqqında  qətnaməni  qanuni  qüvvəyə  mindikdən 
sonra  müvafiq  ərizə  ilə  birlikdə  Azərbaycan  Respublikası 
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın 
Dövlət Reyestri Xidmətinə təqdim etməlisiniz.  
Dövlət rüsumunun ödənilməsi (―Dövlət rüsumu haqqında‖ 
Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə görə 
daşınmaz  əmlak  üzərində  mülkiyyət  hüquqlarının  dövlət 
qeydiyyatına  alınması  barədə  çıxarışın  verilməsi  üçün  dövlət 
rüsumunun məbləği 30 manat təşkil edir) bu mərhələdə həyata 
keçirilməlidir. 
 
Sual  10.  Əgər  ata  hər  hansı  rayon  icra  hakimiyyəti 
aparatında  şöbə  müdiri,  baş  məsləhətçi,  aparıcı  məsləhətçi 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə