İz
a
h
lı
m
u
ğ
a
m
lü
\
'v
>6л
• • •
VAMİQ. Qədimdə zərbli muğam olub.
VİLAYƏTİ. “Rast” və “Mahur” dəstgahlarında ifa olunan mərkəz şöbələrdən
biri.
• • •
YETİM SEGAH. “Xaric Segah” kökündə kədər əhvali-ruhiyyəli formada
ifa olunan muğam.
YƏDİ-HASAR. “Zabul Segah” dəstgahında “ Əraq” ilə “Aşiq-Guş” şöbələri
arasında guşə.
7 0
• • •
ZABUL. 1. XIX əsrdə Azərbaycan klassik musiqisində: “Çahargah” muğa
mında “Segah” ilə “Yədi-Hasar” arasındakı şöbə olub;
2. İran musiqisində: a) “Humayun” dəstgahında “Üzzal” ilə “Bayatı-
Əcəm” arasındakı şöbə;
b) “Çahargah” dəstgahında “Bədr” ilə “Mayeyi-Səğir” arasındakı şöbə.
ZABUL SEGAH. “Mayəyi-zabul” , “Muyə”, “Manəndi müxalif’, “Segah”
(orta segah), “Məxlut”, “Şikəsteyi-fars”, “Mürəbbiqə”, “Əraq”, “Yədi-
Hasar”, “Aşıq-Guş” şöbələrini birləşdirən dəstgah.
ZƏMİN-XARA (hərfi mənası: qayalıq yer, tikanlı torpaq). 1. XIX əsrdə
Azərbay
can klassik musiqisində: “Rast” dəstgahında “Mənsuriyyə” ilə “Rak-
Hisar” arasında; “Rahab” dəstgahında “Bayatı-Qacar” ilə “Mavərən-
Nəhr” arasında; “Çahargah” dəstgahında “Mənsuriyyə” ilə “Mavərən-
Nəhr” arasında yerləşən şöbədir;
2. Hal-hazırda “Şur” muğamında “Səmayi-Şəmsdən” sonra oxunan
şöbə. Son dərəcə yanıqlı, niskilli və təsirli intonasiyası olan bir muğamdır.
Məhz buna görə də təziyə və başqa dini ayinlərdə oxunan mərsiyə və
minacat əsas etibarilə “Zəmin-Xara” üstündə tərtib olunur.
ZƏMR. Üfləmə ağac, musiqi aləti.
ZƏNGİ-ŞÜTÜR .1. “Dügah” dəstgahının sonunda “Əraq” ilə “Rak” arasın
da yerləşən şöbə;
2. “Rast”, “Çahargah” və “Nəva” dəstgahlarında “Əşiran” ilə “Kərküki”
arasında ifa olunan şöbə.
7 1
İz
a
h
lı
m
u
ğ
a
m
lü
ğ
ə
ti
İz
a
h
lı
m
u
ğ
a
m
lü
ğ
ə
ti
ZƏNGULƏ (hərfi mənası: zınqırov, xırda zəng, cmqral). 1. Yaxın Şərq xalql
arı klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan doqquzuncusu;
2. Azərbaycan vokal musiqi yaradıcılığında geniş istifadə olunan bəzək
və zinət üsullarından biri. Xanəndə və aşıq ifaçılığında avazın yekrəng
səslənməsi və dinləyiciyə daha artıq xoş gəlməsi üçün oxunan muğam,
qoşma və şairənin melodiyasında təğənni olunan ayrı-ayrı səsin yüksəliyi
etibarı ilə ona ən yaxın qonşu səslər ilə növbələndirilməsi.
ZƏRBİ MUĞAM. İnstrumental müşayiəti dəqiq və sabit ölçülü musiqidən,
vokal qismi isə ritmik cəhətdən sərbəst improvizasiya əsasında ifa olunan
mürəkkəb və dəyişkən vəznli muğamdan ibarət Azərbaycan orijinal xalq
musiqi forması. Məsələn: “Heyratı”, “Şikəstə”, “Mənsuriyyə”, “Kərəmi”,
“M aani”, “Ovşarı”, “Arazbarı” və s.
ZİL. Yuxarı registr, yuxarı səs.
ZİRƏFKƏND. 1. Yaxın və O rta Şərq xalqları klassik musiqisinin əsasını
təşkil edən 12 muğamdan yeddincisi.
ZİRKEŞ. “Şur” dəstgahının əvvəlində olan kiçik guşə.
ZİRVƏ. 1. interval zirvəsi, intervalın yuxarıda yerləşən səsi.
2. Melodiya zirvəsi.
ZURNA (sur - böyük ziyafət, toy, düyün + nay). Üfləmə ağac musiqi aləti.
Ağacdan (çox vaxt ərik ağacından) hazırlanır. Gövdəsinin ön tərəfində
7, arxa tərəfində 1 dəlik var ki, bunlar lazımi vaxtda barmaqlarla örtülüb
açılır. Əlavə olaraq zurnanın ağzı tərəfdə bir dəlik daha var ki, bu da
kök üçündür. Zurnanın müştüyü iki nazik, yonulmuş qarğı parçasından
hazırlanır.
Onun asəfi zurna, ərəbi zurna, əcəmi zurna, qaba zurna, şəhabi zurna,
cürə zurna kimi bir çox müxtəlif növləri olmuşdur. Zurna gur və çox
güclü səslənən musiqi alətidir.
ZÜXMƏT. Mizrab.
ZÜM ZÜM Ə. H avanın yavaş səslə oxunması. Çox vaxt musiqinin melo
diyasını mənimsəmək prosesində istifadə olunan üsullardan biri.
7 2
SOZLUK