56
konsepsiyası” forumu keçirilmişdir.
2006-
cı ildə Fransada internet-provayderləri ilə
razılaşmaya görə həddi-buluğa çatmayanların İnternetə daxil
olması yalnız valideyn nəzarəti altında mümkündür. İnternetə
filtrasiya tətbiq edilmişdir, belə ki, İnternetdən istifadənin
təhlükəli tərəfləri haqqında məlumatlandırmaq məqsədilə
qaynar xətt rolunu oynayan xüsusi saytlar vasitəsilə
hökümət orqanlarına məlumat verilir.
Dünyanın müxtəlif ölkələrində bu problemlə bağlı
rəsmi sənədlər qəbul edildir. Eyni zamanda İnternet
mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı
tədbirlər həyata keçirilir
(
Əlavə 1.-də dünyanın bəzi
ölkələrində uşaqların İnternetdə təhlükəsizliyinin təmin
edilməsinə dair rəsmi sənədlər haqqında məlumat verilir).
3.2.
B
əzi ölkələrin Milli Təhlükəsiz İnternet
M
ərkəzlərinin təhlükəsizlik siyasəti
Milli Təhlükəsiz İnternet Mərkəzinin (MTİM)
yaradılması və apardığı siyasətlə bağlı dünya ölkələrində
müxtəlif fəaliyyətlər mövcuddur və bir neçə ölkə misalında
MTİM-lərinin təcrübəsini nəzərdən keçirək.
57
Avropada nümu
nəvi MTİM-lərdən biri Birləşmiş
Krallığın Təhlükəsiz İnternet Mərkəzidir, TİM funksiyalarını
yerinə yetirir. Mərkəz 3 təşkilatla tərəfdaşlıq quraraq maraqlı
layihələr həyata keçirir [39]:
–
South West grid for learning –
İnternetdən istifadəni
öyrədir və müəllimlərlə işləyir;
–
Childnet -
İnternet mühitində təhlükəsizliyin təmin
edilməsini öz fəaliyyətində missiya kimi qəbul edir;
–
İnternet Watch Foundation (IWF) - Hotline kimi
fəaliyyət göstərir və kriminal kontentlərlə mübarizə aparır.
İnternetin və texnologiyaların təhlükəsiz istismarı ilə
bağlı böyük miqyaslı təbliğat həyata keçirərək, ölkədə
uşaqlar üçün təhlükəsiz elektron mühitin yaradılması üçün
peşəkarları işə cəlb edir, onlayn kriminal kontentlərə qarşı
ölkə miqyasında əməliyyatlar aparır, ölkə miqyasında
“Təhlükəsiz İnternet” gününün təşkilinə cavabdehlik daşıyır,
uşaqlar, valideynlər, himayədarlar və müəllimlər üçün onlayn
resurslar hazırlayır.
Mərkəz maraqlı layihələr həyata keçirərək müxtəlif yaş
qrupundan olan uşaqlara, valideynlərə və himayədarlara, eyni
zamanda müəllimlərə təlimatlandırıcı məlumatlar verir.
Ölkənin 4 İnternet provayderi ilə əldə edilmiş razılığa əsasən
58
təklif edilən “ailə nəzarəti” paketlərinin tətbiqetmə və onlara
qoşulma üsullarını təbliğ edərək, qurğularda təhlükəsizlik
məsələlərini, tövsiyələri və resursları istifadəçilərə təklif edir.
Peşəkarların reputasiyasından bəhrələnir. Bu resurslara
dəyişən İnternet mühitində cinsi istismar xarakterli
yazışmalarla mübarizə, valideynlər üçün “Necə etmək olar?”
təlimat videoları da daxil edilir.
Avstriya MTİM-i Qeyri Hökumət Təşkilatı (QHT)
olan Avstriya Tətbiqi İnternet İnstitutu tərəfindən yaradılıb
[40
]. Mərkəzdə TİM-in funksiyalarına daxil olan
maarifləndirmə mərkəzləri, gənclik panelləri, yardım xətləri
və qaynar xətt xidmətləri mövcuddur. Təhlükələrin qarşısının
alınmasına dair müxtəlif fəaliyyətlər həyata keçirir. Onun
fəaliyyətlərindən biri kimi 2013-cü ildə 3-6 yaşlı uşaqlar
arasında İnternetdən istifadəyə dair aparmış olduğu sorğunu
qeyd etmək olar. Müəyyən olunmuşdur ki, sorğuda iştirak
edənlərin 52%-i artıq İnternet istifadəçiləridir. Mərkəz eyni
zamanda, valideynlər, müəllimlər və himayədarlar üçün
kitabçalar hazırlayır və uğurlu media kampaniyaları həyata
keçirir. Eyni zamanda sosial mediadan istifadəyə dair
müxtəlif vəsaitlər hazırlanıb paylanmışdır. Misal olaraq,
həmin il məktəblərdə təşkil edilmiş 850-dən artıq təlimlərdə
59
16000 nəfərdən çox uşaq, 5000 nəfərdən artıq müəllim,
valideyn, himayədar öyrədilməsini göstərmək olar.
Almaniyada MTİM-i 2008-ci ildə yaradılmışdır [41].
Həm uşaqlar, həm də valideynlər üçün nəzərdə tutulmuş
yardım xətti, iki qaynar xətt (Internet-Beschwerdestelle.de və
jugendschutz.ne), maarifləndirmə mərkəzi – Klicksafe və
Gənclərlə iş mərkəzi fəaliyyət göstərir. Valideyn, himayədar
və müəllimlərlə və müxtəlif yaş qruplarında olan uşaqlarla iş
aparır. Uşaqların hüquqlarını qoruyur. Nümunəvi MTİM-dən
biridir.
Rusiyada 2008-
ci
ildən
MTİM-i
İnternet
Texnologiyaları Regional İctimai Mərkəzi, "Angel
Koalisiyası" və “Soprotivlenie” insan hüquqları hərəkatı
konsorsiumu olan Rusiya QHT-
lərinin dəstəyi ilə fəaliyyətə
başlamışdır. Rusiya Mülki Palatası və Uşaq Ombudsmanı
idarəsinin rəhbərliyi tərəfindən dəstəklənir [42].
Rusiya MTİM-nin arxitekturasına başqalarında olduğu
kimi: y
ardım xətləri, qaynar xətlər, maarifləndirmə mərkəzi,
gənclərlə iş xidmətləri daxildir. Mərkəzin veb səhifəsində
uşaq və yeniyetmələrlə iş apararaq, kibertəhdidlərin müxtəlif
növləri haqqında Rusiyanın aparıcı ekspert və analitikləri
tərəfindən ətraflı şərhini verir və istifadəçilərə konsaltinq
Dostları ilə paylaş: |