59
rus və türk dillərinə aşina, mütəfənnin (fənlərə bələd
olan) bir lektora müəllimlərimizin ehtiyacı vardır ki,
bu da ancaq siz olacaqsınız. Əgər müəllimlərimizin bu
mətləblərini isaf buyurarsanız pək böyük bir xidmət
etmiş olursunuz. Buraya gəlməyə razı olursanız da, ol-
masanız da səriən bir cəvab verməniz səlaməti-millət
naminə rica olunur. Bən ümid edərim ki, Zati-aliniz
böylə bir xidmətdən əl çəkməzsiniz. Binaənəleyh,
Krımı da ziyarət etmiş olursunuz. Siz bir cəvabi-mü-
vafakat verirsəniz, kurslar avqust başında başlayacaq-
dır”
1
.
Yenə də Alupkadan göndərilən və “Ustadi-əkrə-
mim Əli bəy əfəndi” müraciəti ilə başlayan 16 sent-
yabr 1909-cu il tarixli məktub azərbaycanlı maarif-
çinin Müəllimlər İttihadı Cəmiyyətinin dəvətini qəbul
edib avqust ayında Alupkada, habelə yarımadanın di-
gər bölgələrində olduğunu, kurslarda silsilə mühazi-
rələr oxuduğunu aşkara çıxarır. Bakıya döndükdən
sonra o, səfər təəssüratlarını bölüşmək və minnətdar-
lıq hisslərini bildirmək üçün sentyabrın 7-də Asan
Səbriyə kiçik məktub ünvanlamışdı. Əli bəy Hüseyn-
zadənin Krıma ilk səyahəti hər cəhətdən yaddaqalan
hadisəyə çevrilmişdi. Müvəqqəti dil kurslarında mü-
hazirələr oxumaqla bir sırada yerli ziyalılarla görüş-
müş, Krım türklərinin vəziyyəti və problemləri ilə
yaxından maraqlanmışdı. Onun Asan Səbrinin evində
olduğu da aydınlaşır. Çünki növbəti məktubunda Asan
Səbri anası və xanımının salamlarını çatdırmağı da
1
Omer Özcan. Hasan Sabri Ayvazof`un Huseyinzade Ali1ye Mektupları,
s.241.
60
özünə borc bilmişdi. Əminliklə demək mümkündür ki,
Krım səfəri Əli bəylə nisbətən gənc dostu arasında
həmin vaxta qədər daha çox rəsmi xarakter daşıyan və
birgə fəaliyyətə əsaslanan münasibətləri səmimiyyət
çalarları ilə zənginləşdirmiş, dostluğa çevirmişdi.
Çox güman, Krım səfəri zamanı qarşılıqlı fikir
mübadiləsi əsnasında Asan Səbrinin yenidən Bakı qə-
zetləri ilə əməkdaşlığa başlaması məsələsi gündəliyə
gəlmişdi. Çünki onun xahişi ilə Əli bəy Bakıya qa-
yıdandan az sonra “Tərəqqi” qəzetinin naşiri, filantrop
milyonçu Murtuza Muxtarovla görüşüb məsələnin
mali tərəfi ilə bağlı fikir mübadiləsi aparmışdı
1
. Krım-
dan Əhməd Ağayevə, Əhməd Kamala, Məhəmməd
Hadiyə, Üzeyir Hacıbəyliyə Əli bəy vasitəsi ilə ün-
vanlanan səmimi salamlar da iki illik fasilədən sonra
bu şəxslərin aparıcı rol oynadıqları Bakı mətbuat mü-
hiti ilə əlaqələrin bərpası niyyətindən xəbər vermək-
dədir.
Asan Səbrinin Əli bəyə əlimizdə olan üçüncü və
sonuncu məktubu (bunlardan başqa 16 oktyabr və 11
noyabr 1905-ci il tarixlərində Krımdan, 21 sentyabr
1909-cu il tarixində Alupkadan, 9 oktyabr və 14 no-
yabr 1910-cu il tarixində Moskvadan, 10 iyul 1911-ci
il tarixində Veqqis şəhərindən (İsveçrə) və nəhayət,
1914-cü ilin avqust, yaxud sentyabr ayında Bağçasa-
raydan göndərilən poçt açıqcaları da mövcuddur)
1910-cu il noyabrın 23-də Moskvada yazılmışdır.
“Möhtərəm ədibimiz və ustadi-əkrəmimiz Əli bəyəfən-
1
Omer Özcan. Hasan Sabri Ayvazof`un Huseyinzade Ali1ye Mektupları,
s.241.
61
di həzrətləri” müraciəti ilə başlanan məktubda ilk növ-
bədə Bakının mətbuat aləmindəki yeniliyə – “Həqi-
qət” qəzetinin nəşrinə toxunulurdu: “Bu gün “Tərcü-
man” qəzetəsinin 2 nömrəli nüsxəsində (mətndə belə-
dir, səhifə nəzərdə tutulur – V.Q.) oxuduğuma görə
Bakıda, Orucov Bəradərləri tərəfindən “Həqiqət” na-
mında yeni bir qəzetənin nəşrinə başlanmışdır. Cəri-
deyi-məzkurənin mühərrir və müdiri-məsulu Üzeyir
bəy Hacıbəyov cənabları imiş. “Həqiqət”ə Ağayevlər,
A.Surlar (Əhməd bəy Ağayev və Abdulla Sur) məqa-
lələr yazdığı gibi Zati-aliniz də iştirak edirmişsiniz.
Təbrik edərim. Zati-aliniz gibi bir ədibi-müqtədirin,
bir sahibi-mümarisinin “Həqiqət”də iştirak etməsi
“Həqiqət”in məsləkinin təmyizinə kafidir, zənn edə-
rim”
1
.
Özünün də imkan daxilində qəzetdə yaxından işti-
rak etmək niyyətində olduğunu dilə gətirən Asan Səb-
ri həmkarının məşhur “Siyasəti-fürusət” (“At oynat-
maq siyasəti”) əsərinin təfriqələr şəklində yeni nəşrin
səhifələrində çapından məmnunluğunu bildirir, “Ağa-
yev bəradərimiz İstanbula hicrət etdi deyə bir xəbər
eşitdim. Doğrumu?”
2
– deyə həmin dövrdə aramsız tə-
qiblərdən bezərək Osmanlı paytaxtına köçən Əhməd
bəyin mühacirət səbəbləri ilə maraqlanırdı.
Daha sonra özü barədə məlumat verərək yazırdı:
“Bəndəniz təşrini-əvvəl (oktyabr) ibtidasından etibarən
Moskvadayam. Buradakı Lazarevski Əlsineyi-Şərqiy-
1
Omer Özcan. Hasan Sabri Ayvazof`un Huseyinzade Ali`ye Mektupları,
s.243.
2
Orada.
62
yə Məktəbi (Lazarev Şərq Dilləri İnstitutu) tələbələ-
rindən üç-beş kişiyə xüsusi surətdə olaraq türk lisanı
və türk tarixi-ədəbiyyat dərsləri verməkdəyim. Başqa
heç bir vəzifəm yoxdur”
1
. Eyni zamanda Asan Səbri
tələbələrindən birinin məşhur türk şairi Tofiq Fikrətin
şeirlərini rus dilinə çevirdiyini, indi kitab şəklində ça-
pa hazırladığını bildirir və nəşrə daxil etmək üçün Əli
bəy Hüseynzadədən şair haqqında bioqrafik məlumat-
lar və portretini istəyirdi.
Çox ehtimal, məktublaşma sonrakı illərdə, xüsu-
sən Əli bəyin İstanbulda yaşadığı dövrdə də davam
etmişdi. Lakin təəssüf ki, onun arxivinin kiçik hissəsi
günümüzə qədər çatıb. Asan Səbrinin arxivi isə yerli-
dibli yox olub...
***
Tərcümeyi-halında göstərdiyinə görə, Birinci rus
inqilabından sonra çarizmə qarşı fəal mübarizəyə
qoşulan Asan Səbri eser partiyasının sıralarına daxil
olmuşdu. Krımın kurort şəhərlərində gizli iş aparmış,
dəfələrlə həbs təhlükəsi ilə üzləşmişdi. Fəaliyyəti çar
jandarmının diqqətindən yayınmamışdı. Nəticədə Sto-
lıpin irticasının şiddətlənməyə başladığı 1907-ci ildə
Krım yarımadasının da tərkibinə daxil olduğu Tavriya
quberniyasından sürgün edilmişdi
2
. Bundan sonra sür-
1
Omer Özcan. Hasan Sabri Ayvazof`un Huseyinzade Ali`ye Mektupları,
s.243.
2
Асан Сабри Айвазов. История национального движения в Крыму,
«Ватаным», 2005, № 3, с.16.
Dostları ilə paylaş: |