Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə334/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   330   331   332   333   334   335   336   337   ...   340

976 

 

qədəmini  alqışladılar,  onun  da  müxaliflərə  qarşı  hərbə  getməyinə 



tərəfdar oldular. Beləliklə, Baqi Sultan, Təvəkkülün adamlarıyla bir 

neçə  hərbə  başlayıb,  əksər  savaşlarda  qələbə  çaldı.  [Vaxti  ilə] 

Abdulla xanın mötəbər əmirlərindən və Əbdülmömin xanın qətlində 

şərik olan Əbdülvase bəy bu sülaləyə qarşı çıxaraq Təvəkkül xanın 

yanına  getmiş  və xanı Mavərənnəhri tutmağa rəğbətləndirmişdi. O, 

Baqi  Sultanın  əliylə  qətlə  yetirildi.  Bu  iki  dəstə  arasında  başlayan 

hərb  atəşindən  iki  aya  qədər  vaxt  keçdi.  Pirməhəmməd  xanın 

tərəfdarlığı  ilə  Baqi  Sultandan  igidlik  və  səmimiyyət  zahir  oldu. 

Nəhayət Təvəkkül xan müharibədən bezərək, bir gün Pirməhəmməd 

xanın ləşkərinə güclü bir gecə basqını (şəbxun) etdi, bu tərəfdən də 

Pirməhəmməd  xanın  adamları  maneçilik  qalxanını  üzlərinə  tutub, 

özlərinin  igidlik  qollarını  Təvəkkül  xana  qarşı  uzatdılar,  aralarında 

güclü bir hərb oldu. Həmin şəbxunda Pirməhəmməd xanm qohumu 

Seyid  Məhəmməd  Sultanın  və  Məhəmməd  Baqi  Atalıq 

Divanbəyinin 

Təvəkkül 

xanın 

döyüşçüləri 



tərəfindən 

öldürülmələrinə  baxmayaraq,  elə  Təvəkkülün  özü  də  yaralandı  və 

heç bir iş görə bilmədi, qayıdış cilovunu tutub Daşkəndə getdi, elə 

orada da xəstələndi, bəqa aləminə yollandı. 

Baqi  Sultanın  ona  etdiyi  yaxşılıqlara  görə  Pirməhəmməd 

xan xeyirxah  adamların  məsləhətiylə Səmərqənd  vilayətinin ixtiyar 

ipini  Baqi  Sultanın  iqtidar  qəbzəsinə  tapşırdı,  onu  o  tərəfə  rəvan 

etdi, özü isə Buxaraya qayıtdı. Baqi Sultan kamyab və kamranlıqla 

Səmərqəndə  çatdıqda,  biganə  döyüşçülərin  hökmranlığından 

(təsəllot)  təngə  gəlmiş  səmərqəndlilər  xanın  qədəmini  qənimət 

bilərək, öz hallarının mühafizəsi  və  mallarının qorunmasından ötrü 

şövqlə  onun  görüşünə  tələsdilər,  hakimiyyətinə  tərəfdar  oldular. 

Nəqsbəndiyyə şeyxlərinin düzgün məsləhəti (estesvab) ilə Baqi xan 

və  Daşkənddə  olan  qəzaq  tayfasının  valisi  arasında  bir  sülh  sazişi 

(solhgune) imzalandı və şərtləşdilər ki, Səmərqənd ləşkəri Daşkəndə 

hücüm (motəərrez) etməyəcəkdir. 

Xülasə,  Baqi  Sultan  tam  iqtidarla  Səmərqənd  vilayəti 

hakimliyi taxtına əyləşdi, sikkə və xütbə isə Pirməhəmməd xanın adı 

ilə  bəzəndi  və  o,  məmləkətin  hər  tərəfini  zəbt  etdi.  Baqi  Sultan 

həmin  il  öz  itaət  və  bağlılığını  izhar  etsə  də,  get-gedə  qürur 

badəsindən sərməst oldu, bədməstliyə başladı. O, özünü səltənət və 

hökümranlıq  işində  Pirməhəmməd  xandan  daha  layiqli  sanır, 

Səmərqənd kimi bir məmləkəti heç bir maneçilik və savaş olmadan 

idarə  edir,  o  vilayət  meydanında  başqa  kimsəni  görmürdü.  [Buna 




977 

 

görə də] onun başına səltənət və padşahlıq havası doldu, beyninə isə 



qürur  buxarı  yol  tapdı.  Baqi  xan  öz  səxavət  (bəzl)  və  əta  əlini 

açaraq, vilayətin məhsulunu ənam kimi avara adamlara və əskərlərə 

paylayırdı,  elə  bunun  üçün də  özbək  tayfalarının  böyük  bir  hissəsi 

onun  başına  toplaşdı  və  çoxlu  adamı  oldu.  Baqi  Sultanın  əmiləri 

Rəhmanqulu  Sultan  və  Abbas  Sultan,  qardaşı  Tursun  Məhəmməd 

Sultan,  həmçinin  başqa  qohum-qardaşı  və  əyan-əşrafı  Səmərqəndə 

gəlib  ayaqlarını  ona  itaət  dairəsinə  qoydular.  Gün-gündən  onun 

dövlət bayrağı ucalmaqdaydı. "Xan" ləqəbi ilə ləqəbləndirilən Baqi 

Sultanın  adamlarından  məmləkətin  hər  yerinə  əliuzunluq  vaqe 

olmaqda idi. 

Pirməhəmməd  xanın  əmir  və  dövlət  başçıları  xanı  iki-üç 

dəfə Baqi xana üz verməkdə və mülayimlikdə taxsırlandırmışdılarsa 

da, bunun heç bir təsiri olmadı. Nəhayət, xan Baqini cəzalandırmaq 

məqamına gələrək, böyük bir ləşkər topladı və Səmərqəndə getmək 

niyyətinə düşdü. Bundan sonra Baqi xan adlandırılacaq Baqi Sultan 

məsələdən xəbərdar olub, məsləhəti onunla tovəzökarlıq (frutəni) və 

mülayimliklə  davranmaqda  gördü,  dili  yağlı  adamlar  yollayıb 

üzrxahlıq  etdi.  Bu  vaxtadək  sikkəni  öz  adına  vurmadığını  özünün 

xana  itaət  və  bağlılığına  dəlil  kimi  göstərdi  və  söylədi  ki,  bundan 

sonra ayağını ədəb ətəyinə büküb, ona verilmiş Səmərqənd vilayəti 

ilə  kifayətlənəcəkdir.  Buxara  əmirləri  də  sülh  olmasını  istədilər  və 

onların arasında barışıq yarandı. Cəng şöləsi bir neçə günlüyə yatsa 

da, 

amma 


Baqi 

xanın  hərəkətlərində  müxalifət  əlaməti 

görünməkdəydi.  O,  özbək  əyanlarına  məxfi  hökm  və  məktublar 

yollayıb,  onları  özünə  tabe  olmağa  səsləyirdi.  Pirməhəmməd  xan 

dövlətinin  ağıllı  adamlarına  məlum  oldu  ki,  Baqi  xan  heç  vəchlə 

başını  itaət  doğanağına  (çənbər)  salmayacaqdır.  Səltənət  və 

padşahlıq  xəyalı  beynində  möhkəm  yerləşdiyi  üçün,  Səmərqənd 

məhsullarından  ülufə  və  başqa  rüsumları  (mərsumat)  az  yığırdı. 

Baqi xan bu dəfə ürəyindəki fikri gizlətməyərək, müxalifətə başladı, 

Miyankal  vilayətini  tutmağdan  ötrü  ağır  ləşkələ  Səmərqənddən 

çıxdı.  O,  əvvəlcə  Miyankalın  Dəbus  qalasını  mühasirəyə  aldı. 

Miyankalın  hakimi  Şahkuçek  Durmən  "Qəleye-kohne"dən  (Köhnə 

qaladan - Ş.F.) çıxaraq Baqi xanın yanına getdi, ona tabe oldu. Buna 

görə  də,  xan  Dəbus  qalasına  əlini  uzadıb  oranı  fəth  etdi.  Həmin 

qalada olan Pirməhəmməd xanın qohumu Məhəmməd Şərəf Sultanı 

qətlə  yetirib  fəth  və  iqtidar  bayrağını  qaldırdı  və  məmləkət 

ətrafındakı yerlərdən tutmağı bacardığı hər yeri zəbt etdi. 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə