Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   61   62   63   64   65   66   67   68   ...   138

137 
 
bazarlar  vardı.  Bu,  iri  kompleks  idi.  Məscidin  döşəməsi  cilalanmış  mərmərlə 
örtülmüş, divarları isə kaşılarla bəzədilmişdi. 
İbn  Bəttutənin  yazdığına  görə,  Qazan  xanın  adı  ilə  məşhur  olan  çarşı 
(örtülü bazar) nəinki Təbrizdə, hətta bütün dünyada ən gözəl çarşı idi. Təbrizin 2 
kilometrliyində  -  “Şam”  aldlanan  yerdə  salınmış  şəhərcik  tezliklə  Təbrizlə 
qovuşdu. Həmin şəhərciyin tikintisində təşkiledici əsas Qazan xanın nəhəng türbəsi 
–  “Şənbi-Qazani”  olmuşdur.  “Şam”  günbəz  mənasını  verən  “Şənb”  (monqol 
dilində  “qəbir”,  “daxma”,  “sərdabə”  mənasına  malikdir)  sözünün  dəyişmiş 
formasıdır.  Bu  türbə  ətrafında  yaranmış  şəhərcik  “Qazaniyyə”  adı  ilə 
məşhurlaşmışdı. Bağlar, məscid, mədrəsə, arxiv, zaviyə, kitabxana binaları, hamam 
və s. tikililər bu kompleksə daxil idi. Obyekt planlı surətdə yaradılmışdı. Türbənin 
tikintisində  xeyli  fəhlə  iştirak  etmişdi:  14  min  400  fəhlənin  13  mini  daimi 
işləyirdisə, 1400 nəfəri əlavə işçi kimi müvəqqəti işə cəlb olunurdu. On iki bucaqlı 
tikintinin divarları 33 kərpic və ya 15 gəz qalınlığında idi”.
117
 İran tarixçisi  Hafiz 
Əbrunin  qeydinə  əsasən  gəz  təqribən  30  sm-ə  bərabər  olan  uzunluq  ölçüsüdür. 
“Ümumi  hündürlüyü  170  gəz  olan  türbə  nisbətlərinə  və  şaquli  bölümlərinə  görə 
Azərbaycanın  bürcvari  türbələri  ilə  eyniyyət  təşkil  edirdi”.
118
  XIII-XIV  əsrlərdə 
Təbriz memarlığı məzmununa və ideya dolğunluğuna, dekorativ zənginliyinə görə 
inkişafının ən yüksək nöqtəsinə çatmışdı. 
1220-ci ildə Ərdəbil şəhəri monqollar tərəfindən zəbt olundu və tamamilə 
dağıdıldı. XIV əsrdən isə şəhər sürətlə inkişaf etməyə başladı. Səfəvi sülaləsinin 12 
nümayəndəsi  dəfn  olunmuş  Ərdəbildəki  dini  kompleks  (Şeyx  Səfi)  şəhərin 
inkişafını şərtləndirən aparıcı amil olmuşdur. Yalnız Ərdəbildə bu ziyarətgaha 200 
ev, 9 hamam, 8 karvansara, örtülü bazar (Qeysəriyyə), ticarət meydanı, 100 dükan 
və  s.  məxsus  idi.  Bu  kompleksin  Təbrizdə  100  evi,  100  dükanı,  2  kəndi,  habelə 
Gilan,  Astara  və  Muğanda  böyük  vəqf  əmlakı  vardı.  “Şeyx  Səfi  kompleksi 
Ərdəbilin  əsil  şəhərəmələgətirici  amili”  idi  ki,  o  şəhərin  memarlıq,  ideoloji  və 
iqtisadi əhəmiyyətini qabarıq hşəkildə əks etdirirdi”.
119
 Şeyx Səfi türbəsi XIV əsrdə 
tikilmişdir. Kompleksin başlıca komponenti olan bu tikili bürcvari türbələrin gözəl 
nümunələrindəndir. 
XIV  əsrin  əvvəlində  Sultaniyyə  şəhərinin  əhəmiyyəti  onunla  müəyyən 
olunurdu  ki,  o  beş  böyük  karvan  yolunun  (“Şahrah”)  kəsişmə  yeri  idi. 
Sultaniyyənin əlverişli coğrafi mövqeyi, iqlimi və monqolların yaylaqlarına yaxın 
yerləşməsi  şəhərin  sürətlə  böyüməsinə  şərait  yaratmışdı.  Elxani  hökmdarlarının 
yay  iqamətgahı  Sultaniyyədə  yerləşirdi.  Bu  şəhərin  əsası  1290-cı  ildə  Arqun  xan 
(1284-1291)  tərəfindən  qoyulmuş,  şəhərin  tikintiisi  sonralar  Ulcaytu  Xudabəndə 
tərəfindən davam etdirilmiş və 1313-cü ildə inşaat işləri başa çatdırılmışdı. 1305- 
ci  ildə  Sultaniyyə  dövlətin  paytaxtı  elan  olunduqdan  sonra  daha  sürətlə  inkişaf 
etməyə  başlamışdı.  Sultan  Ulcaytu  şəhərə  “Sultaniyyə”  adını  vermişdi.  Bu  şəhər 
böyüklüyünə  görə  Təbrizdən  geri  qalırdı,  lakin  diqqətəlayiq  tikintiləri  ilə 
fərqlənirdi.  XIV  əsr  şəhərin  çiçəklənmə  dövrü  idi.  Şəhərin  “Rəşidiyyə” 


138 
 
məhəlləsində  1500  ev,  müxtəlif  təyinatlı  tikililər  vardı.  Sultaniyyənin  bütün 
tikintitləri  içərisində  Ulcaytu  Xudabəndənin  şəhərsalma  əhəmiyyətinə  malik  olan 
türbəsi qeyd olunmalıdır. “Güman ki, Sultaniyyə şəhərinin planının təşəkkülündə, 
əsas  şəhər  ansamblının  yaranmasında  dini  tikintilər  daha  mühüm  mərkəz  rolunu 
oynamışdı”.
120
  1309-1313-cü  illərdə  inşa  olunmuş  Ulcaytu  türbəsi  Azərbaycan 
memarlığının  əzəmətli  abidələrindəndir.  Bişmiş  kərpicdən  tikilmiş  bu  türbə  8 
bucaqlı  quruluşa  malikdir.  Böyük  salon  diametri  25,5  metr  olan  günbəzlə 
örtülmüşdür,  döşəmədən  günbəzin  zirvəsinə  qədər  51  metrdir.  Türbənin  içərisi 
tünd  göy,  firuzəyi  və  ağ  rəngli  parlaq  kaşı  ilə  bəzədilmişdi.  Türbənin  8  kiçik 
minarəsi  vardı.  Ulcaytunun  tikdirdiyi  böyük  məscidin  yanında  200  tələbə  və  16 
müəllim  üçün  mədrəsə  də  vardı.  Sultaniyyənin  süqutunda  Miranşah  “əhəmiyyətli 
rol  oynamış”,  sonralar  Qaraqoyunlu  Qara  Yusif  şəhər  əhalisinin  çox  qismini 
Marağaya  və  Təbrizə  köçürmüşdür.  Mənbələrdə  Ulcaytunun  vəfatı  günündə  14 
min ailənin şəhəri tərk etməsi barədə məlumat da vardır. Güclü iqtisadiyyata malik 
olmaması  isə  şəhərin  ticarət,  sənətkarlıq  və  mədəni  mərkəz  rolunu  tezliklə 
itirməsinin ümdə səbəbi olmuşdur. 
Qarabağlar  türbəsi  (Naxçıvan,  XIV  əsr),  Təbriz  şəhərindəki  rəsədxana 
(1300-1304)  binası  da  bu  dövrün  memarlıq  inciləri  idi.  “Səlcuqlar,  Eldənizlər 
dövrünün  coşqun  yüksəlişindən  sonra  XIII  yüzildə  Azərbaycan  memarlığı 
müəyyən  durğunluq  mərhələsi  keçirir”.
121
  Elxanilərin  sürətli  və  geniş  quruculuq 
işləri, dünya əlaqələrinin genişlənməsi və intensivləşməsi nəticəsində Azərbaycan 
memarlığı monqol istilalarına qədərki dövrün memarlıq səviyyəsini ötərək yüksək 
inkişaf  səviyyəsinə  çatdı.  1300-cü  ildə  Bakıya  gəlmiş  Qazan  xan  Bibiheybət 
türbəsinin  yanında  məscid  tikdirmişdi.  “Elxani  tikililərini  qabaqkı  dövr 
binalarından  fərqləndirən  ilk  xüsusiyyət  onların  ölçücə  böyüklüyüdür”.
122
 
Azərbaycan  memarları  Elxanilərin  tələblərini  layiqincə  yerinə  yetirdilər:  Qazan 
xan  türbəsinin  ucalığı  40,  Əlişah  məscidinin  tağ  aşırımı  30  metrdən  çox  idi. 
Elxanilərin  hakimiyyəti  zamanı  Azərbaycanın  paytaxt  şəhərlərində  (Marağada, 
Təbrizdə,  Sultaniyyədə)  aparılmış  nəhəng  şəhərsalma-memarlıq  işlərinə  qonşu 
müsəlman  ölkələrinin  bədii  qüvvələri  cəlb  olunmuşdu.  XIV  əsrin  sonunda  Əmir 
Teymurun  yaratdığı  iri  imperiya  regionda  vəziyyəti  dəyişdirdi,  bununla  bağlı 
olaraq  memarlıq-tikinti  sənətinin  ağırlıq  mərkəzi  Azərbaycandan  Orta  (Mərkəzi) 
Asiyaya - Təbrizdən Səmərqəndə keçdi. “Bütövlükdə… yetkin orta əsrlərin mədəni 
mübadiləsi  gedişində  Azərbaycan  memarlığına  mənimsəmədən  daha  çox 
nüfuzetmə, təsirgöstərmə  xas  olmuşdur”.
123
  Bu  həqiqəti  XIV  əsrdən  sonrakı  tarix 
də təsdiq edir. 
Beləliklə,  XIII-XIV  yüzilliklərin  Azərbaycan  mədəni  həyatı  dövrün 
ictimai-iqtisadi, siyasi, dini-ideoloji hadisələrinin fəal inikası olmuşdur. Təbiidir ki, 
mədəniyyət  faktlarında  (elmi,  bədii,  fəlsəfi  əsərlərdə,  memarlıq  abidələrində, 
dekorativ-tətbiqi  sənət  nümunələrində  və  s.)  Azərbaycan  xalqının  əski  tarixinin 
mənəvi dəyərləri ilə  yanaşı, insanların kamilliyə yönəlmiş, əzəli və əbədi arzu və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə