Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   2   3   4   5   6   7   8   9   10   ...   138

17 
 
qalmış  ölkələrin  tarixinin  ilk  dövrünə  dair  mühüm  qaynaqlardan  biri  kimi 
qiymətləndirilir. “Kitab əl-fütuh” (“Fəthlər kitabı”) 3 cilddən (və 8 hissədən) ibarət 
olan əsərdir və 632-866-cı illərin tarixi hadisələrini əks etdirir.
12
  Əl-Kufinin  əsəri 
belə bir cəhətilə dəyərlidir ki, burada başqa ərəb müəlliflərinin əsərlərində olmayan 
məlumatlar  var.
13
  Əsərdə  Azərbaycanın  Ərdəbil,  Beyləqan,  Bərdə,  Yunan, 
Bərzənd,  Dərbənd  şəhərləri,  həmin  şəhərlərin  əhalisinin  yaşayış  tərzi,  Babək 
hərəkatı,  Beyləqanda  və  Bərdədə  ərəblərə  qarşı  baş  vermiş  üsyanlar,  ərəb-Xəzər 
müharibələri  haqqında  məlumatlar  vardır.  Əl-Kufi  Azərbaycan  şəhərləri  barədə 
digər ərəb müəlliflərinə nisbətən daha geniş məlumat verir. Bu müəllif orta çağlar 
ərzində Azərbaycanın şimalında başlıca dayaq məntəqəsi olmuş Dərbənd şəhərinin 
təsvirinə daha çox diqqət yetirmişdir. 
Əbu Hənifə əd-Dinəvərinin (895-ci ildə dünyasını dəyişmişdir) “Kitab əl-
əxbar ət-tivəl” (“Uzun rəvayətlər kitabı”) əsərində Babəkin başçılığı altında davam 
etmiş  müqavimət  hərəkatının  son  mərhələsinə  dair  məlumatlar  diqqətəlayiqdir. 
897-ci  ildə  vəfat  etmiş  Əhməd  əl-Yəqubinin  “Tarix”  əsərində  tarixi  hadisələrin 
şərhi  872/873-cü  ilədək  davam  etdirilmişdir.  Bu  əsərdə  Azərbaycan  tarixinə  dair 
verilmiş materiala başqa mənbələrdə təsadüf edilmir.
14
  Coğrafiyaşünas Əbülhəsən 
Əli  ibn  əl-Hüseyn  ibn  Əli  əl-Məsudinin  (956-cı  ildə  vəfat  etmişdir)  “Müruc  əz-
zəhəb və mədain əl-cəvahir” (“Qızıltəmizləmə yerləri və əlvan daş mədənləri”) və 
“Kitab  ət-tənbih  və-l-işrəf”  (“Xəbərdarlıq  və  təkrar  yoxlama  kitabı”)  əsərləri 
təqdim  olunan  dövrün  mühüm  qaynaqlarındandır.  Həmin  əsərlər  müəllifin  böyük 
səyahət  müşahidələrinin  nəticəsidir.  “Bu  əsərlər  Abbasilər  xilafətinin  mədəni 
həyatı haqqında ən yaxşı hesabatdır. Bunlarda hər bir ölkə, vilayət, şəhər və xalqın 
tarixi və coğrafiyası haqqında məlumat verilir”.
15
 
995-ci ildə vəfat etmiş Əbülfərəc Məhəmməd ibn İshaq ən-Nədiminin “əl-
Fihrist”  əsərində  xürrəmilər  hərəkatının  meydana  gəlməsi,  bu  hərəkatın  ilk 
mərhələsi  haqqında  mühüm  məlumatlar  verir.  Əsər  dövrün  ərəb  və  qeyri-ərəb 
xalqlarının  ərəb  dilində  və  ərəb  qrafikasında  müxtəlif  elmlərə  aid  tərtib  etdikləri 
kitablar, əsər müəllifləri, onların həyat və fəaliyyəti, mövcud olan əsərlərin müsbət 
və mənfi cəhətləri haqqında məcmuə səciyyəsi daşıyır. V.V. Bartoldun fikrincə, əl-
Nədiminin bu əsəri “İslamın ilk dörd əsrinin ədəbiyyatı və elmi haqqında daim əsas 
məlumat mənbəyi olaraq qalacaqdır”.
16
 Xürrəmilik təliminin, hərəkatın mənşəyi və 
Babək  haqqında  məlumatlar  yalnız  ən-Nədiminin  bu  əsərində  qorunub 
saxlanmışdır. 
Əbu  İshaq  İbrahim  ibn  Məhəmməd  əl-Farisi  əl-İstəxri,  951-952-ci  ildə 
vəfat  etdiyi  ehtimal  olunan
17
  ərəb  coğrafiyaşünası  və  səyyahı  olmuşdur.  Onun 
İranın Fars vilayətindəki İstəxr şəhərində anadan olduğu bəllidir. O, Yaxın və Orta 
Şərqin bir çox ölkələrini, eləcə də Azərbaycanı səyahət etmiş və təqribən 930-933-
cü  illərdə  “Kitab  məsalik  əl-məmalik”  (“Məmləkətin  yolları  kitabı”)  əsərini  Orta 
Asiya  coğrafiyaşünas alimi Əbu Zeyd  ibn Səhl əl-Bəlxinin (850-934) dövrümüzə 
gəlib  çatmamış  “Süvar  əl-əqalim”  (“İqlimlərin  təsviri”)  əsəri  əsasında  yazmışdır. 


18 
 
Əsərdə  İslam  ölkələrinin  coğrafi,  siyasi  və  iqtisadi  vəziyyəti  barədə  məlumatlar 
vardır. Əsərin Azərbaycana aid olan hissələrini N. M. Vəlixanlı Azərbaycan dilinə 
tərcümə  etmişdir.
18
  Əsərdə  X  əsin  Azərbaycan  şəhərləri  haqqında  məlumatlar 
vardır. 951-ci ildə Əbülqasım ibn Hövqəl tarixçi əl-İstəxrinin xahişilə onun əsərinə 
düzəlişlər  və  əlavələr  edərək  “Kitab  əl-məsalik  və-l-məmalik”  (“Yollar  və 
məmləkətlər haqqında kitab”) əsərini tərtib etmişdir.
19
 
Əbülqasım  Übeydullah  ibn  Xordadbehin  (Xurdazbih)  “Kitab  əl-məsalik 
və-l-məmalik”  (“Yollar  və  məmləkətlər  haqqında  kitab”)  əsəri
20
  dövrün 
öyrənilməsi  üçün  mühüm  mənbələrdən  biridir.  Mənşəcə  fars  olmuş  müəllif 
Bağdadda  təhsil  almış,  müxtəlif  inzibati  vəzifələrdə  çalışmış,  xəlifə  Müstəsimin 
dövründə (833-842) poçt rəisi (“sahib əl-bərid və-l-xəbər”) olmuşdur. Vəfatı tarixi 
dəqiq  bəlli  olmayan  bu  müəllifin  əsərində  Azərbaycanın  iqtisadi  həyatı,  inzibati 
bölgüsü,  vergi  sistemi,  şəhərləri  (Marağa,  Ərdəbil,  Bərdə,  Təbriz,  Urmiyə, 
Bərzənd, Varsan və b.) haqqında da məlumatlar vardır. Coğrafi səciyyə daşıyan bu 
əsər dövrünün bütün yazılı mənbələri ilə tanış olmuş və onlardan tam istifadə etmiş 
şəxsin  fəaliyyətinin  nəticəsidir.  Əsər  müəllifinin  2  nisbəsi  vardı:  “Əl-Xorasani” 
onun  bu  vilayətdən  olduğunu,  “əl-Farisi”  isə  sadəcə  fars  olduğunu  bildirirdi.
21 
Məlumat zənginliyi baxımından ibn Xordadbehin əsəri ərəv coğrafi ədəbiyyatının 
elə  əsərləri sırasındadır ki,  “bunlarsız  orta  əsrlər Xilafətinin tarixini tədqiq etmək 
olmaz”.
22
 İbn Xordadbehin dövrün tələblərinə uyğun surətdə tərtib olunmuş “Kitab 
əl-məsalik  və-l-məmalik”  əsəri  tədqiqatçının  ona  lazım  olan  məlumatları  tapa 
biləcəyi, bizədək gəlib çatmış, təsviri səciyyə daşıyan ilk coğrafi əsərdir”.
23
 
Şəmsəddin  ibn  Abdullah  Məhəmməd  ibn  Əbubəkr  əl-Müqəddəsi  (Əl-
Məqdisi)  946/47-1000-ci  illərdə  yaşamışdır.  O,  “Əhsən  ət-təqasim  fi  mərifət  əl-
əqalim”  (“İqlimləri  dərk  etmək  üçün  ən  yaxşı  bölgü”)  adlı  əsərini  yazmışdır.  Əl-
Müqəddəsi  Qüdsdə  anadan  olmuşdu,  ərəb  coğrafiyaşünas-səyyahı  idi.  O,  İslam 
ölkələrini  gəzmiş,  şəxsi  müşahidələri  və  tarixi  məxəzlər  əsasında  985/986-cı  ildə 
qafiyəli  nəsrlə  bu  əsəri  yazmış,  Azərbaycanı,  Arranı  və  ona  qonşu  olan  qərb 
ərazilərini  bir  iqlimdə  birləşdirərək  onu  “ər-Rihab”  (geniş  ərazi,  zəngin  yer) 
adlandırmışdır.  Əsərdə  Azərbaycan  vilayətləri,  nahiyə  və  şəhərləri  (Bərdə,  Bakı, 
Şamaxı,  Dərbənd,  Varsan,  Təbriz,  Urmiya,  Marağa,  Ərdəbil,  Miyanə  və  b.), 
sənətkarlıq sahələri, əhalinin məişəti və s. barədə məlumatlar tədqiq olunan dövrün 
mədəni  həyatının  öyrənilməsi  üçün  əhəmiyyətlidir.  Əsərdə  Azərbaycan  şəhərləri 
əhalisinin  dili,  dini,  mədəniyyəti,  şəhərlərin  salınma  tarixi  haqqında
24
  dövrün 
tələblərinə uyğun məlumatlar vardır. 
Əbu Əli əl-Həəsn ibn Əli ibn İshaq ət-Tusi (Nizaməlmülk) 1019-1092-ci 
illərdə  yaşamışdır.  O,  Səlcuq  dövlət  xadimi  olmuş,  Sultan  Alp  Arslanın  (1093-
1072) və Məlikşahın (1072-1092) vəziri vəzifəsini tutmuşdur. Nizaməlmülk Səlcuq 
dövlət aparatının yaranması və inkişafında mühüm rol oynamış, elm və mədəniyyət 
xadimlərinə  himayəçilik  etmiş,  1065-1067-ci  illərdə  imperiyanın  bir  çox 
şəhərlərində  “Nizamiyyə”  mədrəsələri  təsis  etdirmişdi  (1067-ci  ildə  Bağdadda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə