Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   92   93   94   95   96   97   98   99   ...   138

204 
 
Azərbaycan miniatürlərinin başlıca mövzusu klassik Şərq poeziyası ilə sıx əlaqədə 
olmuş, onun təsiri nəticəsində inkişaf etmişdir. “Mübaliğəsiz demək olar ki, antik 
mifologiya  qədim  yunan    sənəti  üçün  olduğu  kimi,  klassik  Şərq  Poeziyası  da 
müsəlman  Şərqinin  miniatür  sənəti  üçün  tükənməz  mənbə  olmuşdur”.
190
  
Rəssamların  ən  çox  müraciət  etdikləri  klassik  şair  Nizami  Gəncəvi  və  onun 
“Xəmsə”si idi. Nızaminin “Xəmsə”sinə çəkilmiş miniatürlərdən ən məşhuru 1539-
1543-cü  illər  əlyazmasına  görkəmli  Azərbaycan  rəssamı  Soltan  Məhəmmədin 
çəkdiyi  miniatürlərdir.
191
  “Şah  Təhmasibin  sifarişi  ilə,  xüsusi  zövqlə  hazırlanmış 
bu zərif və zəngin nüsxə Şərqdə kitab sənətinin şah əsəri adlandırılır. İllüstrasiyalar 
isə Şərq miniatür sənətinin kamil, misilsiz nümunələrindən hesab edilir”.
192
 Nüsxə 
iri  ölçülü  14  miniatürdən  ibarətdir.  Təbriz  miniatür  məktəbinin  ən  görkəmli 
rəssamlarıdan  biri  Soltan  Məhəmməd  (1470-1555)  idi.  O,  Şah  I  İsmayılın  saray 
kitabxanasında  işləmiş,  sonralar  bu  kitabxananın  rəhbəri  olmuşdur.  Soltan 
Məhəmməd  Əbülqasim  Firdovsinin  “Şahnamə”sinə  (1537)  və  Hafiz  Şirazinin 
“Divan”ına  “1530”  da  miniatürlər  çəkmişdir.  Bu  dövrdə  Şah  I  Təhmasibin  saray 
emalatxanasında adları hələlik bəlli olmayan bir sıra başqa rəssamlar da fəaliyyət 
göstərmişlər. “Onların yaratdığı qiymətli sənət əsərləri xüsusi ədəbiyyatda “Soltan 
Məhəmməd məktəbi”, yaxud da “Soltan Məhəmməd üslubu” kimi qeyd edilir”.
193
 
Azərbaycan  miniatürlərində  təsvir  olunmuş  tarixi  dövrlərin  əhatə  dairəsi  də  çox 
genişdir.  (Eramızdan  əvvəl  IV  əsrdən  eramızın  XVI  əsrinin  sonunadək.  Bu 
miniatürlər  regionda  yaşayan  xalqların,  xüsusilə  Azərbaycan  və  İran)  qədim 
tarixini  “dirçəltməsi”  baxımından  səciyyəvidir.  Azərbaycan  miniatürünün  ən 
səciyyəvi  əlaməti  təsviri  əsərlərdə  Heydəri  tacının  təsviridir.  “Heydəri  tacının 
miniatür  sənətində  əks  olunması  Azərbaycan  miniatür  ocağını  Şərqin  digər 
miniatür  məktəblərindən  ayırmaq  işini  xeyli  asanlaşdırmışdır.  İndi  qətiyyətlə 
demək  olar  ki,  XVI  yüzilə  aid  elə  bir  Azərbaycan  miniatürü  yoxdur  ki,  orada 
qızılbaş  papağı  təsvirlənməsin”.
194
  Təbriz  miniatür  məktəbi  rəsm  sənətinin  qapalı 
sistemi deyildi. Onun güclü təsir göstərmədiyi incəsənət və sənət sahələrinə təsadüf 
etmək  mümkün  deyildir.  Miniatür  sənətinin  qüvvətli  təsiri  xalçaçılıqda  (xüsusilə 
süjetli xalçalarda), bədii metal sənətində, divar boyakarlığında, keramika sənətində, 
bədii parçalarda daha aşkar nəzərə çarpırdı. 
Təbriz  miniatür  məktəbinin  təsiri  regional  səciyyəyə  malik  idi.  Bu 
məktəbin  təsiri  ilə  XVI  əsrin  I  yarısında  Şiraz  məktəbi,  XVI  əsrin  son  rübündə 
Qəzvin  məktəbi  təşəkkül  tapdı  və  inkişaf  etdi.  Qəzvin  miniatür  məktəbinin 
yaranmasında  və  inkişafında  1555-ci  ildə  onun  Səfəvilər  dövləti  paytaxtına 
çevrilməsi əsas rol oynamışdır. XVI əsrin 70-cı illərində Məşhəd miniatür məktəbi 
meydana  gəldi.  XVI  əsrin  sonlarında  İsfahan  miniatür  mərkəzi  yarandı.  1598-ci 
ildə  paytaxta  çevrilməsi  ilə  əlaqədar  olaraq,  miniatürçü  rəssamların  əksəriyyəti 
İsfahana  cəlb  olunmağa  başlandı.  Bu  miniatür  məktəbinin  inkişafınmda  görkəmli 
rəssam, xəttat, şair və musiqiçi, ədəbiyyat və incəsənət tarixçisi Sadiqbəy Əfşarın  
(1533-1610)  mühüm  rolu  olmuşdur.  “O,  II  Şah  İsmayılın  zamanında  dövlət 


205 
 
kitabxanasında  işləmiş  və  I  Şah  Abbas  tərəfindən  dövlət  kitabdarlığı  vəzifəsinə 
çatmışdır”.
195
  Təbriz  miniatür  məktəbinin  bədii  potensialının  dağılmasında  və 
tənəzzülündə Osmanlı-Səfəvi müharibələrinin də güclü təsiri olmuşdur. XVI əsrin 
sonlarında Təbriz 17 ilə yaxın bir müddətdə Osmanlı işğalı altında qaldığı dövrdə 
rəssamların əksəriyyəti İstanbula aparıldı. “Həmin dövrdə İstanbul sarayı nəzdində 
olan  rəssamlıq  emalatxanasında  30  nəfərdən  artıq  təbrizli  rəssam  fəaliyyət 
göstərirdi”.
196
  Azərbaycan  miniatürçü  rəssamlarının  müəyyən  hissəsi  Hindistanda 
çalışırdı.  Hindistanda  Moğol  miniatür  məktəbinin  təşəkkülü  və  inkişafında 
istedadlı  Təbriz  rəssamı  Mir  Seyid  Əlinin  xeyirxah  təsirini,  xüsusilə  qeyd  etmək 
olar.  O,  uzun  müddət  (1549-1570)  Hindistanda  saray  kitabxanasında  işləmiş,  40-
dan  artıq  yerli  və  gəlmə  rəssamların  yaradıcılıq  fəaliyyətinə  rəhbərlik  etmişdir. 
“Mir  Seyid  Əli  və  onun  rəhbərliyi  altında  işləyən  saray  rəssamları  tərəfındən 
məşhur  “Əmir  Həmzə”  dastanına  çəkilmiş  illüstrasiyalar  haqlı  olaraq  Moğol 
məktəbinin şah əsərləri sayılır”.
197
 Moğol miniatür məktəbi Orta (Mərkəzi) Asiya, 
Azərbaycan,  İran  və  Hind  miniatür  rəssamlığı  ənənələrinin  sintezi  əsasında 
yaranmış, inkişaf etmişdir. Moğol hökmdarları miniatür rəssamlığına xüsusi qayğı 
ilə  yanaşırdılar.  “Əmir  Həmzənin  360  hekayətinə  illüstrasiyalar  çəkmək  üçün 
Behzad məktəbinin 50 rəssamı cəlb edilmiş, məcmuənin 12 cildi 1700 miniatürlə 
bəzədilmişdi. Cəlaləddin Əkbərin (1542-ci ildə anadan olmuş, 1556-1605-ci illərdə 
Moğol  hökmdarı  olmuşdur)  sarayında  müxtəlif  xalqlardan  olan  145  miniatürçü 
rəssam  işləyirdi.
198
  Beləliklə,  bütün  XVI  əsr  ərzində  uğurla  tərəqqi  etmiş  və  ən 
yüksək inkişaf  mərhələsinə  çatmış Təbriz miniatür  məktəbinin  yaradıcı potensialı 
XVII  əsrin  əvvəlindən  etibarən  Osmanlı  Türkiyəsinə,  İran  vilayətlərinə  və 
Hindistana səpələnməyə başladı. 
Gözəl, yaraşıqlı və aydın yazmaq sənəti olan kalliqrafiya (xəttatlıq) tədqiq 
olunan dövrdə geniş yayılmışdı. Azərbaycanda kalliqrafıyanın qədim tarixi vardır. 
Orta əsrlər Şərqində kalliqrafiyanın sənət kimi təşəkkülü və inkişafı X-XII əsrlərə 
təsadüf  etmişdir.  Həmin  dövrdə  klassik  6  xətt  növü  yaranmışdı  (süls,  nəsx, 
mühəqqəq,  reyhani,  Toqi,  rüqa).
199
  Sonralar  Türkiyədə  divani,  İranda  təliq  və 
şikəste,  Azərbaycanda  nəstəliq  kimi  daha  mükəmməl  xətlər  icad  edildi.  Xətlatlar 
ərəb  qrafikası  əsasında  bədii,  elmi  əsərlərin  üzünü  köçürür,  binaların  bəzək 
kitabələrini  işləyirdilər.
200
  XIV  əsrin  sonundan  -  XV  əsrin  əvvəllərindən  etibarən 
Azərbaycan xəttatlığının yeni inkişaf mərhələsi başlandı.  Mir Əli Təbrizi nəstəliq 
xəttini  icad  etdi.  Cəfər  Təbrizi,  Şah  Mahmud  Zərrinqələm,  İbrahim  Təbrizi,  Aini 
Təbrizi, Əhməd Təbrizi XV əsrin məşhur Azərbaycan kalliqrafları idilər. 
XVI  əsrdə  xəttatlıq  daha  yüksək  inkişaf  mərhələsinə  çatdı.  Bu  dövrdə, 
hətta hökmdarlar da xəttatlıqla məşğul olurdular (Şah I İsmayıl, Şah I Təhmasib). 
Azərbaycan xəttatlarının bir çoxu tərtib etdiyi əlyazma mətnlərini miniatürlərlə də 
bəzəyirdilər.
201
  Təbrizdə,  Ərdəbildə,  Marağada  və  Şamaxıda  kalliqrafların 
toplandığı  kitabxanalar  vardı.  Lakin  Təbrizdəki  kalliqrafiya  məktəbi  Ümumşərq 
əhəmiyyətinə malik idi. Kalliqrafiya memarlığa, metalişləmə sənətinə, toxuculuğa 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə