Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə11/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   7   8   9   10   11   12   13   14   ...   141

AK(b)P  MK-nın  Rəyasət  Heyəti  Kirovun  sədrliyi  ilə  təqdim  olunmuş 
sənədləri  nəzərdən  keçirərək  20  iyun  1923-cü  ildə  qərara  aldı  ki,  Qarabağm  bir 
inzibati vahid şəkildə aynlması zəruridin)1'6.
1923-cü  il  iyunun  30-da  RK(b)P  ZÖK-nin  plenumunda  Dağlıq  Qarabağ 
işləri üzrə komissiyanm  rəyi əsasmda Qarabağ məsələsi yenidən müzakirə olundu 
və Dağlıq Qarabağ M uxtar Vilayətinin  (DQMV) ayrılması haqqında qərar qəbul 
edildi117.  Azərbaycan  K(b)P M K Rəyasət Heyətinin  1  iyul  1923-cü il  qərarı  bunu 
təsdıq  etdi118.  DQMV-nin  yaradılması  haqqnıda  Azərbaycan  M İK-nin  7  iyul 
dekreti verildi.  Dekretdə Vilayətin mərkəzi Xankəndi göstorilirdi"9.
Ermənistan  hökuməti  Dağlıq  Qarabağm  ali  hakimiyyət  orqanlannda 
möhkəmlənmək üçün  Dağlıq Q arabağda «kadr çatışmamazlığı»nı bəhanə edərək 
1923-cü  il  yanvann  22-də  S.Kirovun  və  A.Karakozovun  məktubtı  ilə  Ermə- 
nistandan  milliyyətcə  erməni  olan  6  nəfər  rəhbər  işçini  həmin  bölgəyə 
göndərdi120.  Bu «proses» sonrakı dövrlərdə də davam etdirildi.
DQMV-nin  yaradılması  haqqm da  layihə  hazır  olsa  da  məsələnin  qəti  həlli 
xeyli  uzandı.  Çünki  Azərbaycan  dövləti  daxilində  belə  bir  üzdəniraq  qurumun 
yaradılması  Azərbaycan  rəhbərliyini,  ilk  növbədə  N.Nərimanovu  qane  etmirdi. 
Onlar  başa  düşürdülər  ki,  bu  qondarma  qurum  Azərbaycan  üçün  gələcəəkdə 
böyük  fəlakətlər gətirəcəkdir.  Eyni  zamanda  partiya  və sovet  orqanları  məsələni 
dəfələrlə  müzakirə  edir  və  cürəbəcür  təkliflər  irəli  sürürdülər.  Məsələn,  1923-cü 
ilin  maymda  Karakozov  başda  olmaqla  4  erməninin  iştirak  etdiyi  Qarabağ 
Komitəsi  tam  öz  mənafelərinə  uyğun  belə  bir  layihə  hazırladılar:  «Qarabağ  2 
hissəyə  bölünsün:  a)  Şuşa  şəhəri  mərkəz  olmaqla,  Kürdüstanda  daxil  olmaqla 
Dağlıq Qarabağ; b) Mərkəzi Ağdam olmaqla Düzən Q arabağ»121.
1923-cü  il  iyulun  1-də  AK(b)P  MK-nm  Rəyasət  Heyəti  Q arabağa  Mux- 
tariyyat  barədə  dekret  verməyi  qərarlaşdırdı122.  Həmin  il  iyunun  20-də  isə 
Mərkəzi  Komissiyanın  təqdim  etdiyi  layihəni  nəzərdən  keçirən  Rəyasət  Heyəti 
Dağlıq Qarabağı inzibati vahid kimi yaratmağı  qərara aldı. Lakin Ə.H.Qarayevə 
tapşınldı  ki,  yaradılmış  komissiya  vasitəsilə  məsələni  ətraflı  öyrənib  təqdim 
etsin123.
42
1923-cü  il  iyunun  27-də  RK (b)P  ZÖK-nin  plenumunda  «Dağlıq  Q arabağ 
məsələsi»  ilə  əlaqədar  Qarabağ  Komitəsinin  məruzəsi  dinlənildi.  Plenumda 
«DQMV-nin  yaradılması  haqqında»  rəy  təsdiq  olundu124.  RK(b)P  M K   Rəyasət 
Heyətinin  1  iyul  1923-cü il  q əran   da  bunu təsdiq etmişdir.  Q rarda  göstərirdi  ki, 
«AM İK-ə  təklif  olunsun  ki,  Dağlıq  Q arabağa  muxtariyyat  verilməsi  barədə 
dekret  versin.  Xankəndi  mərkəzi  olmaqla  Qarabağ  M uxtar  Vilayəti  yaradılsın. 
İcraiyyə Komitəsi  yaradılanadək Vilayəti  idarə etmək üçün  5 nəfər üzvdən  ibarət 
İnqilab  Komitəsi  və  5  nəfər  üzvündən  ibarət  Vilayət  Partiya  Komitəsi 
yaradılsım /25.
Dağlıq  Q arabağ  muxtariyyatının  sərhədlərini  və  düzən  Qarabağm   hüdud- 
lannı  müəyyən  etmək  üçün  Ə.H.Qarayev,  A.N.Karakozov,  Ç.İ.İldırım, 
D.X.Bünyadzadə və Svirdovdan  ibarət Xüsusi Komissiya yaradıldı.
1923-cü  il  iyulun  7-də  Azərbaycan  SSR  M İK   «Dağlıq  Q arabağ  M uxtar 
Vilayətinin  təşkili  haqqm da»  dekret  verdi.  M İK-nin  qərarında  göstərilirdi: 
«Dağlıq  Qarabağm   ermənilər  yaşayan  hissəsində  Xankəndi  mərkəzi  olmaqla, 
Azərbaycan  SSR  tərkib  hissəsi  kimi  M uxtar  Vilayət  təşkil  edilsin.  M uxtar 
Vilayətin  idarəetmə orqanlan  Vilayət  İcraiyyə Komitəsi və yeni  yerli sovetlərdir. 
İcraiyyə  komitələri  yaradılanadək  müvəqqəti  inqilab  komitəsi  yaradılsın». 
M uxtar  Vilayətin  Əsasnaməsini  hazırlamaq  və  inzibati  vahidləri  ona  faktiki 
surətdə  vermək,  sərhədlərini  müəyyənləşdirmək  üçün  Dağlıq  Qarabağın,  Düzən 
Qarabağm,  Kürdüstanm  və Azərbaycan  SSR-in  mərkəzi hökumətinin  nümayən- 
dələrində ibarət qarışıq komissiya təşkil edildi126.
Beləliklə,  1923-cü il iyulun 7-də Azərbaycan M İK-nin dekreti ilə Azərbaycan 
SSR-in  tərkıbində  Dağlıq  Q arabağ  M uxtar  Vilayəti  (DQMV)  yaradıldığı  elan 
edildi127.
1923-cü  il  iyulun  14-də  AK(b)P  M K-nm  Rəyasət  Heyəti  Dağlıq  Q arabağ 
muxtariyyatı  konstitusiyasmın  (Əsasnaməsinin)  hazırlanmasma  dair  komis- 
siyanın  fəaliyyətini  müzakirə  etdi.  Komissiyaya  sədirlik  D.X.Bünyadzadəyə 
həvalə olundu128.
43


1923-cü  il  iyuiun  16-da  D.X.Bünyadzadə  RK(b)P  MK-nm  Rayasət 
Heyətində  komissiyanm  məruzəsi  ilə  çıxış  etdi.  O  bildirdi  ki,  Şuşa  şəhəri  və 
Skobelov  icmasma  daxil  olan  boş  qalmış  rus  torpaqları  DQMV-nin  tərkibinə 
qatmaq,  5  nəfərdən  ibarət  DQMV inqilab  komitəsi  və  9  nəfərdən  ibarət  Vilayət 
Partiya  Komitəsi  yaratm aq  lazımdır129.  D.X.Bünyadzadənin  irəli  sürdüyü  müd- 
dəalan Azərbaycan  M İK  və Azərbaycan  SSR  XKS  1923-cü  il iyulun 21-də birgə 
keçirdiyi iclasda təsdiq etdilər130.
Azərbaycan  XKS  yanmda  Dağlıq  Qarabağ  işləri üzrə Komissiya «DQMV-i 
haqqında  Əsasnamə»nin  son  variantmı  işləyib  hazırladı  və  RK(b)P  MK-nın 
Rəyasət  Heyəti  1923-cü  il  iyulun  23-də  həmin  «Əsasnamə»də  bəzi  dəyişikliklər 
aparıb  təsdiq  etdi131.  DQMV-də  Birinci  Sovetlər  Qurultayı  çağırılanadək 
Vilayətin  idarəçiliyi,  1923-ci  il  iyulun  24-də  Azərbaycan  SSR  M İK  və  XKS-nin 
birgəqərarı  ilə,  A.N.Karakozov  (sədr),  B.N.Bünyadov,  K.Kafıyev,  S.V.Manuk- 
yan və M.Çalyandan ibarət müvəqqəti  İnqilab Komitəsinə həvalə olundu132,
1923-cü  il  noyabnn  6-7-də  DQMV-nin  birinci  sovetlər  qurultayı  kesirildi. 
Qurultayda iştirak edən  132 nümayəndədən  116-sı erməni,  16-sı azərbaycanlı,  12 
-si  qadm  və  80  faizi  kommunist  idi.  Qurultayda  H.H.Sultanov,  Ç.İ.İldınm  və 
İ.İ.Dövlətov  da  iştırak  edirdi.  Qurultayda  A.N.Karakozov  Qarabağ  İnqilab 
Komitəsinin  fəaliyyəti  haqda  məruzə  etdi.  25  nəfərdən  ibarət  DQMV  MİK-nin 
tərkibi  seçildi.  DQMV  MİK-nin  Rəyasət  Heyətınin  tərkibi  A.Karakozov  (sədr), 
M.Çalayan,  B.Bünyadov,  S.M anukyan,  A.Ketkiyan  (katib),  M .Arzanyan  və 
başqalarından ibarət təsdiq edildi133.
1923-cü  il  dekabrın  11-də  «DQMV-i  haqqında  Əsasnamə»sinin  yenidən 
işlənməsi üçün  AK(b)P  MK-nın  Rəyasət  Heyəti  tərəfmdən  Komissiya  yaradıldı.
1924-cü  il  iyulun  3-də  xüsusi  komissiyanın  hazırladığı  «DQMV  haqqmda 
Əsasnamə»  RK (b)P  MK-nm  Rəyasət  Heyəti  və  Azərbaycan  M İK-nin  Rəyasət 
Heyəti  tərəfındən  bəyənildi  və  1924-cü  il  noyabnn  26-da Azərbaycan,  erməni  və 
rus  dillərində  m ətbuatda  dərc  edildi.  «Əsasnamədə»  göstərilirdi  ki,  «DQMV-i 
Azərbaycan  SSR-in  tərkib  hissəsidir.  DQMV-də  bütün  kərgüzarlıq, məhkəmə və 
məktəblərdə  tədris  ana  dilində  apanlır».  Əşasnamədə  DQMV-nə  daxil  olan
44
ərazilər  göstərilmiş,  yerli  hakimiyyət  orqanlannm   təşkili  form alan,  hüquq  və 
vəzifələrı  göstərilmişdir134.  Eyni  zam anda  «Əsasnaməyə»  görə  Şuşa  qəzasmdan 
Şuşa,  Xankəndi  və  115  kənd,  Cavanşir  qəzasmda  52  kənd,  Qaryagin  qəzasmda 
30 kənd, Qubadlı qəzasmdan isə Qaladərəsi DQMV-yə verildi135.
Azərbaycanm  ayrılmaz  tərkib  hissəsi  olan  Q arabağm .  dağlıq  hissəsinin 
muxtariyyətləşməsi  və  onun  ətraftnda  yaranan  məsələlərə  münasibət  AK(b)P 
M K-nm  birinci  katibı  S.M .Kirov  AK(b)P-nm  VI  qurultaym dakı  çıxışında 
yekunlaşdırmışdır:  «Bizim  bu  sahədə  ən  böyük,  nəzəri  cəlb  edən  nailiyyətimiz 
budur  ki,  «Qarabağ  məsələsi»  deyilən  məsələni  o  qədər  tam   olmasa  d a  xeyli 
dərəcədə...  axır ki, nəhayət həll edə bildik, şübhəsiz, tamamilə düzgün  iş gördük. 
Bu  məsələni,  əsasən,  yenidən  həll  etməyə  qayıtmayacağımıza  heç  b ir  şübhə 
yoxdur»136.
D oğrudanda,  Azərbaycanda  dövrünün  «birinci  şəxsiyyəti»  kimi  tanınan 
S.M .Kirovun  yuxarıdakı  nitqini  nəzərdən  keçirərkən  Azərbaycan  xalqma  qarşı 
əsil xəyanəti, fitnəkarlığı, namərdliyi, cinayəti görürük.
Kirov,  Mirzoyan,  Dövlətov  və  digər  obyektivlik  hissini  itirən,  simasız 
erməni  millətçiləri  özlərinin  alcaq  məharətlərindən  layiqincə  istifadə  edərək 
qondarm a  DQMV-nin  yaradılmasma  nail  olmaqla  Azərbaycan  millətinin 
mənafeyinə,  Vətənimizin  gələcəyinə  ciddi,  ağır  ziyan  vurdular  və  bu  saxta 
qurum dan  sonrakı  dövrlərdə  müsəlmanlara  qarşı  bir  «qaba  silah»  kimi  istifadə 
etdilər.
Beləliklə,  DQMV-nin yaranm ası  ilə o  illərin  Qarabağ  problemi  yekunlaşdı. 
Qərbin və Rusiyanm havadarlığı ilə Azərbaycan əraziləri hissə-hissə itirildi.  Dağ- 
lıq  Qarabağm   Azərbaycanın  tərkibində  qalması  Azərbaycanm  öz  torpaqlarınm  
qorunması  uğrunda  müvəffəqiyyəti  kimi  qiymətləndirilsədə,  vilayət  statusunun 
yaradılması  gələcəkdə ermənilərin  Azərbaycana  qarşı  məkrli ərazi  iddiası siyasə- 
tinin  mənbəyi,  xəyanətkarlıq  və nankor  qonşuluq  nümunəsi  olmuşdur.  DQMV- 
nin  yaranm ası  uzun  illər  boyu  erməni  millətçilərinin,  milli  təşkilatlarmm, 
Ermənistan  hökumətinin  planı  və  vahid  xətt  əsasmda  apardığı  siyasətin  həyata 
keçirilməsinin  nəticəsi,  Azərbaycana  qarşı  «parçala  və hökm  sür»  imperiya  siya-
45


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə