Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə18/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   14   15   16   17   18   19   20   21   ...   141

mək,  yer quruluşu işlərini nizama salmaq,  bu məqsədlə kredit ayırmaq haqqmda 
qərar  qəbul olundu.  Qurultay,  eyni zamanda  kolxoz  quruculuğu  işinə  bilavasitə 
rəhbərlik etmək üçün mərkəzi idarə -  «kolxozsentr»in yaradılması  barədə də gös- 
təriş verdi85.
Qeyd etmək lazımdır ki,  kollektivləşmə bolşevik  partiyasmm həyata keçirdiyi 
ikinci iqtisadi  islahat  idi.  Bu islahatın əsl mahiyyəti kənddə çoxukladhlıqın  ləğvi, 
xırda  kəndli  təsərrüfatmm  ləğv  edilməsi  zorla  kollektivləşmə  idi.  Kolxozlar  3 
formada -  kommuna,  arte)  və  tözlar formasmda  yaradıhrdı.  K om m una -  isteh- 
salın,  hətta  məişətin,  artel  -   əsasən  istehsal  vasitələrinin  (torpaq,  avadanhq,  iş 
heyvanlarımn) ümumiləşdirilməsi, tozlar isə torpağı birgə becərmək növü idi.
XV  qurultaydan  sonra  kollektiv  təsərrüfatların  genişləndirilməsinə,  onlarm 
texniki  bazalarınm  gücləndirilməsinə  diqqət  artınldı.  Kənddə  varlı  təbəqələrin 
üzərinə  hücum  güdəndirildi.  Bu  məqsədlə  qəza  partiya  komitəsinin  işini 
yoxlamlmasma da diqqət  artırıldı.  1928-ci  ildə Şuşa,  Xankəndi, Ağdərə,  Hadrut 
partiya  komitələrinin  işi  Azərbaycan  K(b)P  M K tərəfmdən yoxlanıldı.  Yoxlama 
zamanı yerlərdə gedən sosial-siyasi proseslərə ciddi diqqət verildi85.
1928-ci  ildə  kənddə  aparılan  vergi  siyasəti  kəndliləri'dilənçi  kökünə  gətirib 
çıxarmışdı.  1929-cu  ilin  əvvəllərində  respublikanın  13  qəzasında,  o  cümlədən 
DQMV  üzrə  fərdi  kəndli  təsərrüfatlannın  vahid  kənd  təsərrüfat  vergisinə  cəlb 
olunması  məsələsinə  baxılan  zam an  məlum  olmuşdur  ki,  yoxlamlan  təsərrüfat- 
larımn  hər  birinin  üzərinə  qoyulacaq  vergi  nəzərdə  tutulduğundan  iki  dəfə  və 
bəzən  hətta  üç  dəfə  artıq  alınmışdır.  Bu  iş  DQMV-nin  azərbaycanlılar  yaşayan 
kəndlərində  daha  kobud  form ada  pozulmuşdur.  1928-ci  ilin  dekabr  aymda 
Şuşanm  Daşaltı  kəndində,  H adrut  bölgəsinin  Banazur,  Daşbaşı  kəndlərində 
«gəlmə»  adı  altında  kəndlilərin  yandan  çoxu  vergidən  azad  olduğu  halda, 
Malıbəyli,  Əsgəran,  Qaradağlı  kəndlərində  əhalinin  hamısmdan  nəzərdə tutulan 
vergi  norm asından  iki  dəfə  çox  vergi  toplanm ışdır87.  1928-ci  ilin  payızmda 
Vilayətdə 256 nəfər varlı kəndli sıyahıya götürülmüş,  onlaruı əmlakları əllərindən 
alınmışdır.  Beləliklə,  qolçom aqlara  qarşı  aparılan  «sinfı  mübarizə»  istər  şəhərdə 
və istərsə də kənddə sosial-siyasi vəziyyətə ağır təsir göstərdi.
70
Azərbaycamn  hər  yerində  olduğu  kimi  Dağlıq  Qarabağda  da  kollektivləşmə 
dinə,  milli  ənənələrə  qarşı  mübarizə  ilə  müşayət  olunmuşdu.  Bu  prosesdə 
DQMV-dəki  məsçidlər  ya dağıdıhr,  ya da  anbara,  kluba,  kitabxanaya  çevrilirdi. 
Qadmlarm  çadraları  əllərindən  ahnırdı.  Milli-dini  adət-ənənələrimiz  qadağan 
edilirdi.  Bu  baxımdan  DQMV-i  Azərbaycanda  birinci  yerdə  dayanırdı.  Çünki 
DQMV-nin ali hakimiyyət orqanlarm da işləyənlərin demək olar ki, hamısı qeyri- 
azərbaycanlılar idi.
Ölkədə  yaranan  belə  bir  vəziyyət  kəndlilərin  kütləvi  çıxışlarma  səbəb  oldu.
1929-cu  ildə təkcə  DQMV-də  30-dan çox kəndli  çıxışı,  II silahlı  toqquşma  qeydə 
ahnmışdır88.
1930-cu  il  yanvarın  11-də  «Pravda»  qəzetinin  «Qolçomaqları  bir  sinif  kimi 
ləğv etmək  günün  vacib məsələsidir» adlı baş məqaləsi Azərbaycamn  hər yerində 
olduğu  kimi  Dağhq  Qarabağda  da  qolçomaqlara  qarşı  mübarizə  təbliğatı  geniş 
vüsət aldı.  Bütün ölkədə olduğu kimi,  Dağlıq  Qarabağda  da  qolçomaqlara  qarşı 
mübarizə  əsasən  üç  istiqamətdə,  antisovet,  antibolşevik,  əksinqilabçı  bayrağı 
altmda  aparıhrdı.  Bu  qəbildən  olan  adamlar  ailə  başçısı  olarsa  güllələnir,  ailə 
üzvləri  Sibirə,  Orta  Asiyaya  sürgün  edilirdi.  Kəndlərin  digər  şübhəli  adamları 
respublikanm daxilində ayrı-ayn regionlara köçürülürdülər. Bundan istifadə edən 
ermənilər  Dağlıq  Qarabağdan  azərbaycanhlarm  kütləvi  köçürülməsini  təşkil 
etmişdilər.
İqtisadi  cəhətdən  geridə  qalmış  rayonlarda  ən  çox  əyintilərə  yol  verildiyinə 
görə  ÜİK(b)P  MK-si  1930-cu  il  fevralın  20-də  «İqtisadi  cəhətdən  geridə  qalmış 
milli  rayonlarda  kollektivləşmə  və  qolçomaqlara  qarşı  mübarizə  haqqında» 
xüsusi  qərar  qəbul  etdi89.  M K  xəbərdarlıq  etdi  ki,  bu  rayonlarda  əsas  diqqət 
kollektivləşmənin  yüksək  faizi  dahsınca  qaçmaq  deyil,  kütləvi  kollektivləşdirmə 
üçün  təşkilati-siyasi  və  iqtisadi  zəmin  yaratmağa  yönldilməlidir.  Sosializmin 
bütün  cəbhə  boyu  hücumu  ilə  bərabər  kənddə  «sinfı  düşmən»  hesab  olunan 
bacarıqh  təsərrüfatçılara,  «kulak»  adlandırılan  adamlara  qarşı  mübarizə 
genişləndirildi.  Bu  məqsədlə  1929-cu  ilin  sonu,  1930-cu  ilin  əvvəllərində 
respublikamn  kəndlərinə və o  cümlədən  Dağhq Qarabağa  «Mərkəzdən»  partiya,
71


sovet  işçiləri,  bacanqh  fəhlə adı  altmda  xüsvsi  təlimat  keçmiş  200 nəfərdən  çox 
nümayəndə  göndərildi90.  Bu  nümayəndlərin  böyük  əksəriyyəti  milliyyətcə 
ermənilər idi. Yerli partiya, sovet orqanlarmın rəsmi nümayəndələri ilə Vilayətdə 
«yad ünsürlər» adlandırılan adam lara qarşı mübarizə aparıldı.
Sosializmin  bütün  cəbhə  boyu  hücumu  düşmən  adlanan  sinfı  qüvvələr 
tərəfındən kəskin müqavimətlərlə qarşılandı.  DQMV-də azərbaycanlılar yaşayan 
kəndlilərinə  qarşı  kütləvi  represiyalar  baş  verdi.  Vilayətin  bütün  partiya,  dövlət 
orqanları  bir növ erməniləşdirildi.  1930-cu ilin sonu  1931-ci ilin əvvəllərində olan 
m əlumatlara  görə  Xankəndi,  Xocavənd,  Ağdərə,  Hadrut  rayonlarm da  fəaliyyət 
göstərən  partiya  və  sovet  orqanlannda  çalışan  adamlar  əsasən  ermənilərdən 
ibarət  idi91.  Yerli  partiya  orqanları  Vilayətin  bütün  əhalisini  siyasi  sayıqlığa, 
dövlət  idarə  orqanlarm ı  bürokratik  ünsürlərdən  qorumağa  qarşı  mübarizəyə 
çağırırdı.  Bu  çağırış  azərbaycanlılarm  kütləvi  şəkildə  dövlət  və  partiya 
orqanlarm dan  qovulması  ilə nəticələndi.  Beynəlmiləlçilik  bayrağı  altında  həyata 
keçirilən bu tədbirlər Vilayətdə qorxulu bir vəziyyətin yaranmasma səbəb oldu.
1930-cu  il  aprelin  3-də  Stalin  «Pravda»  qəzetində  «Kolxozçu  yoldaşlara  ca- 
vab»  adlı  məqaləsində  yazırdı:  «Qolçomaq  Sovet  hakimiyyətinin  düşmənidir. 
Onunla bizim aramızda sülh  yoxdur və ola bilməz.  Qolçomaqlar barəsində bizım 
siyasətimiz onları bir sinif kimi ləğv etmək siyasətidir».  O, qolçomaqları kənddən 
qovmağa, cismani məhv etməyə çağınrdı. Belə bir göstəriş nəticəsində DQMV-də 
1930-cu  illərin  əvvəllərində  varlı  kəndli  təsərrüfatlarmm  6  min  hektar  torpaq 
sahəsi  və 2  min  baş mal-qarası  müsadirə olundu92.  Buna görə də orta və ya  varlı 
təsərrüfat  sahibləri  m al-qaralarmm  müsadirə  olunmaması  üçün  ya  kəsir,  ya  da 
dəyər-dəyməzinə  satırdılar.  1930-cu  ilin  yanvannda  SSRİ  M İK  və  XKS  mal- 
qaralırın kəsilməsinə qarşı mübarizə aparm aq haqqında qərar qəbul etdi.
1930-cu  ilin  fevralmda  «Qolçomaq  təsərrüfatlarınm  özbaşma  köçməsinin  və 
onlar  tərəfindən  əmlakın  satılmasının  qadağan  edı'lməsi  haqqm da»  qərar  qəbul 
edildi93.  Respublikanm  yerli  idarə  orqanlarm a  tapşırıldı  ki,  özbaşına  köçən  və 
əmlakını  satan  qolçom aqlann  əmlakı  dərhal  müsadirə  edilsin.  Beləliklə,  hər  bir 
təqiblərə  və  təzyiqbrə  məruz  qalan  kəndlilərin  özbaşına  yerdəyişməsi  qadağan
72
ofundu.  Bu,  əslində  təhkimçilik  hüququnun  tətbiq  olunması  və  onun  yeni 
forması  demək  idi.  Digər  tərəfdən  kənd  «fəallan»  tərəfmdən  məcbur  edilən 
kəndlilər  onlarm  kəndlərdən  qovulmasını  və  məhkəmə  məsuliyyəıinə  cəlb 
olunmasım  tələb  edirdilər.  Beləliklə,  qolçomaq  adı  altmda  kənd  varlılarına  və 
hətta  ortabablara  qarşı  mübarizə  başlandı.  Belə  bir  mübarizənin  gedişində  öz 
fərdi  təsərrüfatlanndan  asanlıqla  ayrılmaq  istəməyən  ortabab,  qolçomaq  adı 
altında  məhv  edilməyə  başladı.  Kəndli  təsərrüfatmm  kollektivləşdirilməsi  ərofə- 
sində  «kulak»  təsərrüfatmın  sayı  2,7  faiz  göstərilsə  də,  ilkin  hesablam alara  görə 
həmin təsərrüfatlarm sayı bundan iki dəfə çox hesaba alınmışdır. Şuşada,  H adrut 
və Əsgəran  ətrafmdakı  kəndlərdə qolçomaq  təsərrüfatı  olmadığı  bir halda  1930- 
cu  ilin  yazmda  bu  bölgələrdə  300  nəfərə  qədər  iri  təsərrüfatçınm  olması  qeydə 
almmışdır94.  1931-ci ildə DQMV-də qolçoıtıaqlann sayı süni şəkildə bir neçədəfə 
artıq  şəkildə  qeydə  alındı.  Bu  qeydə  alınan  iri  təsərrüfatçılarmm  böyük 
əksəriyyəti azərbaycanlılar idi.
Azərbaycan  K(b)P  M K   bürosunun  1930-cu  il  11  avqust  tarixli  qərannda 
varlı  təsərrüfatlara  qarşı  mübarizənin  genişləndirilməsi  mühüm  bir  vəzifə  kimi 
qoyulmuşdur9’.  Vilayət, rayon və şəhər partiya komitələrindən tələb olunurdu  ki, 
avqustun  18-dən  gec  olm ayaraq  qolçomaq  həyətləri  üzərində  nəzarəti  ciddi 
şəkildə  gücləndirib,  onlarrn  artıq  əmlakları  müsadirə  olunsun96.  Dövlət  taxıl 
tədarük  plamnı  ödəməyən,  bu  işdən  boyun  qaçıran,  sabotaclıq  edən  varlı  kənd- 
lilərə  qarşı  bir  həftə  müddətinə  inzibati  aktlarm   tətbiq  olunmasını,  qolçom aq 
təsərrüfatlarım yenidən qeydə almağı Dövlət Siyasi orqanlarm a tapşırdı.
Beləliklə,  1931-ci  ilin  altı  ayı  ərzində  Azərbaycanda  4642  varlı  kəndli 
təsərrüfatı  məhv  edilmişdir.  Bəhs  olunan  dövrdə  DQM V-də  396  varlı təsərrüfatı 
dağıdılmışdır97.  Dağlıq  Qarabağda  qeydiyyata  alınan  varlı  kəndlilərin  böyük 
əksəriyyəti  öz  yerlərindən  Sibirə,  Qazaxıstana  «kulak»  arxipelaqlanna  sürgün 
edilmiş,  bir  hisəssi  isə  məhkəmə  məsuliyyətinə  cəlb  olunmuş,  qalanları  isə 
əm lakdan məhrum edilmişlər98.
T ədqiqatlardan  məlum  clur  ki,  Dağlıq  Qarabağın  şəhər  və  kəndlərində  ət, 
yun  tədarükü  inzibati  yollarla  aparılmışdı.  Ət,  yun  tədarükü  apanlarkən  çox
73
i


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə