Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə25/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   21   22   23   24   25   26   27   28   ...   141

dövründə xalqımız nəinki ləqaüd və əmək haqlarmı, hətta öz şəxsi zinət əşyalarım 
belə müdafiə fonduna verirdilər. Təkcə  1941-1942-ci illərdə Azərbaycan əhalisi öz 
şəxsi  əmlaklarmdan  müharibə  fonduna  15,5  kq  qızıl,  952,5  kq  gümüş,  295000 
nəğd  pul  15  milyon  m anat  istiqraz  vərəqi  vermişdilər.  1941-1943-cü  illərdə  isə 
ziyahlarımız,  kolxozçu  və  fəhlələrimiz  müdafıə  fonduna  230  milyon  manatdan 
çox  pul  köçürmüşlər.  1942-1945-ci  illərdə  Azərbaycan  əhalisi  1,6  milyard  ma.nat 
dövlət istiqrazxna yazılmışlar.
M üharibə  başlanan  vaxtdan  Azərbaycan  ərazisində  hərbi  xəstəxanalar 
yaradıldı.  Yaralı əsgər və komandirlərə kömək məqsədilə  1942-ci ilin yanvarında 
Azərbaycan  Respublikası  Yardım  Komitəsi  təşkil  etdi.  Tibb  elmlər  doktoru, 
professor  Əziz  Əliyev  Komitəyə  sədr  təyin  olundu.  Bu  vaxt  Azərbaycanda  76 
hərbi  xəstəxana  təşkil  edildi  ki,  bunlardan  ikisi  Şuşa  və  Xankəndində  fəaliyyət 
göstərirdi11.
Azərbaycan  SSR  Səhiyyə  Komissarlığının  baş  cərrahı  M.A.Topçubaşov 
cərrahiyyə  elminə  bir  çox  yeniliklər  gətirdi.  D onorluq  respublikamızda  geniş 
yayılmışdı.  Təkcə  1941-1943-cü  illərdə  respublikamızda  20  min  donor  28000 litr 
qan vermişdilər.
Müharibənin birinci dövründə Azərbaycanm kənd təsərrüfatı zəhmətkeşləri 
ölkəni  və  cəbhəni  kənd  təsərrüfatı  məhsulları  ilə  təmin  etmək  üçün  fədəkarlıq 
göstərdilər.  1941 -ci  ildə  kənd  təsərrüfatma  aid  bütün  planlar  yerinə  yetirildi. 
Təkcə  1941-ci  ildə  138,3  min  ton  pambıq  toplanmışdı.  Lakin  1942-ci  ilin 
ortalarm dan  kolxoz, sovxoz və  MTS-lərdə  ağır  vəziyyət yarandı.  Bu çətinlik hər 
şeydən  öncə  maşın  və  traktorların,  atlann  müharibəyə  səfərbər  edilməsi, 
m exanizatorlann öz ərizələri ilə müharibəyə getməsi ilə bağlı olmuşdur.
SSRİ üzərinə xaincəsinə basqın  edən  Hitler kolxoz quruluşunun zəifliyinə, 
kəndlilərin  narazılığma  bel  bağlasada,  mövcud  iqtisadi,  siyasi  sistem  kənd 
əhalisinin səfərbər olmasına şərait yaratdı.  Kəndin  işlək əhalisinin  3-dən 2-sinin 
müharibəyə  səfərbər  edilməsinə  baxm ayaraq  yeniyetmələr  və  q a d ın k r  kənd 
təsərrüfatı işlərinə cəlb olunur və məhsul istehsalını artırm ağa çalışırdılar.
98
Dağhq  Qarabağm  kənd  təsərrüfatmın  mühüm  sahələrindən  biri  olan 
heyvandarltğm  inkişafma  daha  çox  diqqət  yetirilirdi.  1942-ci  ilin  ortalarmda 
Vilayət  rəhbərliyi Xocavənd, Şuşa və Ağdərənin  kolxoz və sovxozlarında işləmək 
üçün  1768  komsomolçu  göndərdi.  1943-cü  ildə  Vilayətdə  əkin  sahələri  15  min 
hektar artırılmış,  məhsul  toplanışı  1942 ildəkindən 20 gün tez.qurtarmışdır.  1943- 
cü  ilin  sonunda  DQMV-nin  əməkçiləri  dövlətə  90  min  ton  taxıl  vermişdilər12. 
Dağlıq  Q arabağ  zəhmətkeşləri  1943-cü  ildə  pambıq  planını  73,6  faiz  yerinə 
yetirməyə nail oldular.
Müharibədə  tütünə  daha  çox  ehtiyac  olduğundan  1942-ci  ildən  Dağlıq 
Qarabağm  kolxozlarmda  tütün  əkilməyə  başlanmışdır.  İlk  vaxtlar  25  hektar 
sahədə  tütün  əkən  əhali  sonrakı  illərdə  əkin  sahələrini  daha  da  artıraraq  80 
hektara çatdırmış və dövlətə tütün satışı plam yerinə yetirmişdir.
DQMV-nin  komsomolçu  gəncləri  müharibə  dövründə  kənddə  tükənməz 
yaradıcı qüvvə kimi çıxış edirdilər.  Belə ki, təkcə  1943-cü ildə DQMV-nin 20  min 
gənci iməcliklərdə fəal  iştirak etmiş, 42 su arxı  təmizləmiş, tarlaya 9088 ton kübrə 
daşımış,  29  hektar  üzüm  bağı  becərmişdi.  Komsomolçular  qazandıqları  2000 
əmək  gününü  və  63325  manat  pulu müdafiə  fondu hesabına  keçirmişdilər.  1943- 
cü  ilin  fevralmda  komsomolçu  gənclərin  texniki  hissələr  və  alət  toplanışı 
həftəsində  1675  mühüm  kənd  təsərrüfatı  maşın  hissələri,  39  kombayn  və 
taxıldöyən maşm təmir edilmişdir13.
Azərbaycanın  hər  yerində  hərbi  xəstəxanalara  hamilik  işi  gündən-günə 
genişlənirdi.  Dağlıq  Qarabağ  əhalisi  suxannı,  quru  meyvəni,  doşabı,  spirti, 
tənbəkini,  ət  və  süd  məhsullarım  qablaşdınb  hərbi  xəstəxanalara  göndərirdilər. 
1943-cü  il  avqustun  11-də  təkcə  Hadrut  rayonunun  bir  kolxozunda  «Vətən 
müdafiəçilərinin hamilik günü»  keçirib, həmin gün qazanılmış 500 əmək gününün 
pul  dəyərini,  1500  kq  taxıl  və  digər  kənd  təsərriifat  məhsullarım  toplayıb 
Respublikamn hərbi xəstəxanalanna hədiyyə göndərmişdilər14.
1944-cü  ildə işğaldan azad  edilmiş  Rusiya ərazilərinə hamilik  köməyi  daha 
geniş  xarakter  aldı.  DQMV  Qaraçay  M uxtar  Vilayətini  hamiliyə  götürmüş  və 
bəhs  etdiyimiz  dövrdə  Dağlıq  Qarabağ əhalisi  qaraçaylılara  52  ton  buğda,  8  ton
99


arpa,  1600  kq  çovdar,  3200  kq  noxud,  16  qaramal,  43  davar,  435  min  m anat 
nəğd  pul  göndərmişdilər15.  H adrud  rayonu  isə  Oryol  vilayətinə  40.000  m anat 
nəğd  pul,  500  əmək  günü  dəyərində  müxtəlif  məhsullarla  kömək  etmişdilər. 
DQMV-nin  gəncləri  hamilik  etdikləri  rayonlara  43300  m anat  nəğd  pul  və  2007 
əməkgününə düşən məhsul göndərmişlər16.
1941-1943-cü  illərdə  Azərbaycanm  hər  yerində  olduğu  kimi  DQMV-nin 
vətəndaşları  öz  şəxsi  qənaətləri  hesabma  tank  dəstələri  yaratm aq  hərəkatma 
qoşulmuşlar.  Ümumi  Azərbaycan  üzrə  bu  göstərici  230  milyon  manat  idisə, 
bunun  11  milyonu Dağlıq Qarabağ zəhmətkeşləri tərəfındən göndərilmişdir17.
1942-1943-cü  illərdə  Azərbaycanda  əlillərin  və  əsgər  ailələrinin  işlə  təmin 
olunması  hərəkatı  genişləndi.  1942-ci  ildə  Şuşa  şəhərində  2  əlillər  evi  fəaliyyətə 
başladı.  O rada  100-dən  artıq  əlil  işləyirdi.  Ümumi  Azərbaycan  üzrə  bu göstərici 
3295  nəfərə çatırdı.  1943-cü ildə DQM V-də əsgər ailəsi  olan  6 nəfər qadın  Kənd 
Soveti  sədri,  22  nəfər  Kənd  Soveti  katibi,  10  nəfər  kolxoz  hesabdarı,  132  nəfər 
kolxoz  briqadiri,  34  nəfər  ferma  müdiri  işləyirdi.  1941-1944-cü  illərdə 
Azərbaycanda 91  min nəfər cəbhəçi ailəsi işlə təmin olunmuşlar18.
Əsgər  ailələrinə  ümumxalq  qayğısında  komsomolçu  gənclər  yaxmdan 
iştirak  edirdilər.  1943-cü  ildə  DQMV-nin  komsomolçuları  201  əsgor  ailəsinin 
evini  təmir  etmiş,  onların  m al-qarasma  27  ton  yem tədarük  etmiş,  115  m3  odun 
daşımış, döyüşçü ailələrinin uşaqlanna geyim, ayaqqabı və sair vermişlər19.
M üharibə  dövründə  Bakı  neftinin  qələbənin əldə  edilməsində  rolu  misilsiz 
olmuşdur.  1941-1945-ci  illərdə  SSRİ  neft  sənayesi  110  milyon  ton  neft  hasil 
etmişdir  ki,  bunun  75  milyon  tonu  Azərbaycanm  payına  düşürdü.  Başqa  sözlə 
desək  müharibədə  ordunun  döyüş  texnikasmm  75-80  faizi  Azərbaycan 
neftçilərinin qəhrəman əməyi nəticəsində hərəkətə gətirilmişdir.
M üharibə  başlayan  ilk  gündən  Dağlıq  Q arabağda  fəaliyyət  göstərən  24 
müəssisə  cəbhə  üçün  işləyirdi.  Müəssisələrdə  dəzgah  arxasında  gənclər,  qızlar və 
qadm lar  dayanırdı.  M üharibə  dövründə  Vilayətin  ə n '  böyük  müəssəsi  olan 
Q arabağ  İpək  Kom binatm ın  kollektivi  xüsusilə  fərqlənirdi.  Ağır  illərdə  onlar 
ehtiyacı  olan  ailələrə  421  min  kubm etr  odun  daşımış  və  473  ton  metal  toplayıb
100
T
Stavropol  vilayətinə  göndərmişlər.  Sənayedə  əhəmiyyətli  müvəffəqiyyətlər 
qazanılmışdı.  Belə ki,  1944-cü ildə  1940-cı ilə nisbətən sənayenin ümumi məh.sulu 
9  faiz  artmışdı.  Əkin  sahələri  xeyli  genişlənmiş,  davarlarm  sayı  31,2  faiz, 
qaramalm  sayı  11,5  faiz  artmışdı.  Dağlıq  Qarabağ  zəhmətkeşləri  müdafıə 
fonduna  11,497.000  m anat  köçürülmüşdür.  1944-cü  ildə  DQMV-nin  Xocavənd 
rayonu,  heyvandarlığı  inkişaf etdirmək  planım -  qaramal üzrə  114,9  faiz,  qoyun 
və  keçilər  üzrə  113,2  faiz,  atlar  üzrə  106,7  faiz  yerinə  yetirilmiş  və  yarış  qalibi 
hesab edilərək DMK-nın Keçici Qırmızı Bayrağını və pul mükafatını almışdır20.
Azərbaycan  dəmir  yolu  cəbhəni  yanacaq,  döyüş  ləvazimatı  və  ərzaqla 
təchiz  edən  xətlərdən  idi.  Müharibə  illərində  yeni  dəmir  yol  xətləri  çəkilib 
istifadəyə  verilmişdir  ki,  belə xətlərdən  biridə Yevlaxla Xankəndini birləşdirirdi.
1941-1945-ci  illərdə Azərbaycan dəmiryolçuları cəbhəyə  1  milyon 600 min vaqon 
xalq təsərrüfatı məhsulları göndərmişlər.
1941-1945-ci  illərdə  DQMV-də  yeni  çmqıl  yollar  çəkilmiş,  körpülər  inşa 
edilmişdir.  Bölgənin  avtomobil  nəqliyyatı  işçiləri  cəbhənin  ehtiyaclarımn  təmin 
olunmasmda fəal iştirak etmişdilər.
Bəhs etdiyimiz illərdə  Resublikamızın  hər  yerində,  o  cümlədən  DQMV-də 
rabitə  vasitələri  də  təşkilatları  elə  ilk  günlərdən  işlərini  müharibənin  tələblərinə 
uyğun  qurub  cəbhə  ilə  arxanın  fasiləsiz,  möhkəm  və  etibarlı  əlaqəsini  təmin 
etməyə  çalışmışlar.  1941-1945-ci  illərdə  Azərbaycanda  600-ə  qədər  rabitə 
müəssisəsi  fəaliyyət  göstərirdi  ki,  bunun  10-u  DQMV-nin  payına  düşiirdü. 
Müharibə  illərində DQMV-nin bütün rayonlarınm Bakı şəhəri ilə telefon  rabitəsi 
fəaliyyət  göstərirdi.  DQMV-də  radio  rabitəsinin  keyfiyyətli  verilişlərlə  fasiləsiz 
fəaliyyətinə  xüsusi  diqqət  yetirilirdi.  DQMV-də  2  radio  qovşağı  fəaliyyət 
göstərirdi.  Şuşa  və  Xankəndində  fəaliyyət  göstərən  hərbi  xəstəxanalann  ıadio 
nöqtələri  Moskva,  Ufa,  Aşqabad,  Tbilisi  şəhərləri  ilə  yeni  radio  rabitə əlaqələri 
yaradılmışdı.
Ümumiyyətlə,  1941-1945-ci  illərdə  DQMV-də  xalq  təsərrüfatının  bütün 
sahələri  və sosial-ictimai həyat hərbin  tələblərinə uyğun  yenidən qunalmuş, smək
ıoı


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə