Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə56/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   53   54   55   56   57   58   59   60   61

nin (indiki BDU-nun) filologiya fakültəsinin I kursunda oxuyan zaman-
1981-ci ildə ilk dəfə şəxsən görəndə bilmirəm, nədənsə, istər-istəməz bu
sözlər fikrimdən keçib: ”Bəstəboy adamın nəhəngliyi”. Bəlkə də, bu “nə -
hənglik”  fikrini  məndə  formalaşdıran  onun  kitablarını  oxu yarkən  tə səv -
vürümdə canlandırdığım ucalıq və əzəmət olub. Ancaq onu şəxsən ta nı -
yanda - boyunun bəstə olmasını görəndə məndə məhz belə bir fikir- ”Bəs -
təboy adamın nəhəngliyi” fikri yaranıb. Abbas Zamanovun böyüklüyünü
və  əsl  bir  pedaqoq  kimi  qayğıkeşliyini  bir  də  1986-ci  ildə  Bakı  Dövlət
Universitetinin filologiya fakültəsinin V kursunu qurtaranda-diplom mü -
dafiəsində  görmüşəm.  Əhvalat  belə  olub:diplom  işimi  tamamlayıb  onu
oxuyub rəy vermək üçün elmi rəhbərimə – Qara Namazova təqdim etdim.
O, qısa bir müddətdə diplom işini oxuyub geniş və müsbət bir rəylə mənə
qaytardı. Diplom işinin müdafiəsi zamanı isə o vaxt imtahan komissi ya -
sının rəhbəri olan Abbas Zamanova mənim diplom işim haqqında elə gö -
zəl, elə tərifli sözlər dedi ki, Abbas müəllim sorğusuz-filansız diplom işi -
mə  «əla»  qiymət  yazdı.  Abbas  Zamanovun  qayğıkeş  bir  insan,  əsl  bir
ziyalı, ünlü bir elm adamı və nəhayət, əsl bir vətəndaş olduğunu isə məhz
Kamran Əliyevin “Abbas Zamanov olmasaydı” monoqrafiyasını oxuyan-
dan sonra daha dərindən duydum və hiss etdim. 
Qeyd  etdiyimiz  kimi,  monoqrafiya Azərbaycan  Respublikası  Elmlər
Akademiyasının  müxbir  üzvü,  əməkdar  elm  xadimi,  filologiya  elmləri
doktoru, professor Abbas Zamanovun həyat və yaradıcılığından bəhs edir.
Kamran Əliyev monoqrafiyanın “Sözə sahiblik zirvəsi” hissəsində yazır:
“Hər bir xalqın tarixi keçmişi və gələcəyi onun yaratdığı söz xəzinəsinin
zənginliyinə və gücünə borcludur. Tanıtma və tanınma yazılan və deyilən
sözdən, ona yiyəlikdən və sahiblikdən daha çox asılıdır. Bu söz yalnız si -
yasətçinin, filosofun və yazıçının deyil, tənqidçi və ədəbiyyatşünasın da
sözü ilə ola bilər. Necə ki professor Abbas Zamanov tənqidçi və ədəbiy-
yatşünaslar içərisində öz sözünə sahiblik edən və bu sözə yiyə duran nə -
həng bir şəxsiyyət idi”.
Monoqrafiyada Abbas Zamanovu “Vətən cəmiyyəti”, “Canlı bir mək-
təb”, “Bu məktəbin ən əsas dərsliyi” kimi xarekterizə edən, onun yara dı -
cılıq fəaliyyətini “Böyük bir elmi-tədqiqat institutu”, mənzilini “Hamının
üzünə açıq olan məbədgah” adlandıran Kamran Əliyev Abbas Zamanovu
böyük sevgi və ehtiramla yad edir. Müəllif kitab boyu onun Azərbaycan
elminə  verdiyi  töhfələri,  etdiyi  xeyirxahlıqları  xüsusi  minnətdarlıqla  və
son dərəcə dəqiqliklə xatırlayır. Kamran Əliyev monoqrafiya boyu sadal-
adıqlarını kitabın “Abbas Zamanov olmasaydı” adlı sonuncu bölməsində
ümumiləşdirərək  belə  yazır:  ”Professor Abbas  Zamanov  bütün  ömrünü
gileysiz  və  yorulmadan  yaşadı.  Mən  həmişə Abbas  Zamanov  haqqında
düşünəndə  Cəlil  Məmmədquluzadənin  Eynəli  bəy  Sultanova  yazdığı
2013/
I
153


məktubundan bir cümləni xatırlayıram: «Yəqin bilirəm ki, sən olmasay-
dın, mən də qeyri-sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım».
Doğrusu, “Abbas Zamanov olmasaydı, mən də qeyri-sadəcə kənd mü -
əllimləri içində yaddan çıxmışdım”. Bu, əslində qədirşünas bir tələbənin-
professor Kamran Əliyevin qayğıkeş bir insan- professor Abbas Zamanov
haqqında təvazökarcasına dediyi son dərəcə səmimi fikirləri idi... 
K.Əliyevin elm aləmində böyük marağa səbəb olan sonuncu monoqra -
fiyası “Eposun poetikasi: “Dədə Qorqud” və “ Koroğlu” adlanır. Bu əsər
Azərbaycan xalqının epik düşüncəsinin ən qiymətli abidələrindən he sab
olunan ”Dədə Qorqud” və ”Koroğlu” eposlarının ayrı-ayrı məqamla rına
aydınlıq gətirməsi baxımından son dərəcə dəyərlidir. Bu da onunla bağ lı -
dır ki, hər iki eposun poetikası çox zəngindir, əhatə etdiyi mövzu da irə si,
daşıdığı informasiya yükü böyük, tədqiqatçılar üçün açdığı imkanlar isə
geniş və tükənməzdir. K. Əliyev bu monoqrafiyası ilə sübut etdi ki, "Dədə
Qorqud" və "Koroğlu" eposları dönə-dönə öyrənilsə də, araşdırılsa da, on -
lara yenidən müraciət etmək, hər dəfə də yeni fikir və mü la hi zə lər söy -
ləmək mümkündür. 
Azərbaycan  mədəniyyətinin və ədəbiyyatının möhtəşəm  abidəsi  olan
«Dədə Qorqud» eposu təkcə öz təşəkkül tapdığı dövrlərdə deyil, eyni za -
manda çağdaş dövrümüzdə də milli mənəviyyatımızın, ədəbiyyat və in cə -
sənətimizin ideya bünövrəsi olaraq qalır. Azərbaycan tarixinin bütün mil -
li-mənəvi  dəyərlərini  özündə  birləşdirən  bu  qədim  abidə  elə  bir  enerji
mənbəyidir  ki,  çağdaş  milli  mədəniyyət  tariximizi  bu  epossuz  təsəvvür
etmək qeyri-mümkündür. «Dədə Qorqud» eposunun milli mədəniyyət ta-
riximizin dünəni və bugünündəki rolunu müdikcəsinə «Milli varlığımızın
mötəbər  qaynağı»  kimi  səciyyələndirən  dövlət  xadimi  Heydər  Əliyevin
söylədiyi kimi: «Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli
mənəvi dəyərlərimiz «Kitabi-Dədə Qorqud» eposunda öz əksini tapmış -
dır.  Bu epos  bizim ümumi  sərvətimizdir  və  hər  bir  azərbaycanlı  onunla
haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər kəl -
məsini  hər  bir  azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim
ana  kitabımızdır  və gənclik  bu kitabı nə qədər  dərindən  bilsə, millətini,
xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir».
Doğrudan da, “Dədə Qorqud” eposu çağdaş dünya mədəniyyətinə “Kül
tiqin” və “Bilqə kağan” dastan-dilogiyaları və s. abidələr kimi yazılı şəkildə
çatan qədim türk eposudur. “Dədə Qorqud” nəhəng, eyni zamanda mükəm-
məl,  sinkretik  tarixi  sənəddir:  oğuzun  bütöv  bir  tarixi  olan  qiymətli  sal-
namədir. Bu  epos  həm də bədii  əsərdir,  şifahi yaradıcılıq  nümunəsidir və
yazılı ədəbiyyatdır. «Dədə Qorqud kitabı»» milli ədəbi düşüncənin baş lan -
ğıcı olduğuna görə şifahi xalq ədəbiyyatı nümunəsi olub, əvəzsiz bir folk-
lor abidəsidir. Eposun Azərbaycan ədəbiyyatına təsiri elmi baxımdan «folk-
2013/
I
154


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə