9
2012/
IV
hakim olduğu, qaplan kəsildiyi böyük, uca dağ anlayışını düşüncəyə yer-
ləşdirir. Qaraquc və Qaracuq dağ, zirvə olaraq bu anlamı sabit fikir tər zinə
çevirir. Hətta biz deyərdik ki, Qaraquc dağ anlamında DQK-də özünü
göstərir. Belə gö rünür ki, Qaraquc I boyda adı çəkilən Qazlıq (Qazılıq)
dağının zirvəsidir. “Qaraqucda qazlıq atlar” ifadəsi (9, 73, 92, 123, 124,
125) “Yelisi Qara Qazlıq atlar” (9, 38, 72) ifadəsi kimi də Qazılıq dağının
atları anlamında mətndə işləkdir. Bu ba xımdan Qaraqucda qazlıq atlar
deyilərkən Qazlıq dağının zirvəsində olan atlar nəzərdə tutulur ki, bu da
assosiativ şəkildə dağ, zirvə anlamını Qaracuğun qaplanı təyininə
bağlayır. Eyni zamanda zooloji assosiasiya ilə at-qaplan rabitəsi yaradıb
Qaracuq dağının qaplanı anlamını təkrar-təkrar yaddaşda bərpa edir. Elə
Qaraquc sözü yer (toponim) olaraq iş lən diyi kimi at anlamında (zoonim)
da işlənir. “Qaraquc ata binənlər”, Qa ra qucun qulağı görünməz olsa” (9,
72, 117) DQK-nin mü qəd di mə sin də işlənən “Qarağuca qıymayınca yol
alunmaz” (9, 31) (Qa rağuc atını in cit məyincə yol getməz) və s.
Qaraquc XII boyda Beyrəyin dilində yer adı kimi səslənir. Aruz Bey -
rəyi Qazanın yerləşdiyi məkandan öz yanına çağırır. Əvvəldə qeyd etdiy-
imiz kimi Qazan yüksəkdə Ala dağda (9, 123) Aruz isə alçaqda-düzdə
yerləşir. Şaquli binar oppozisiyada dayanan xaotik tərəfə – Aruza Beyrək
onu aldadıb gətirdiklərini söyləyərək:
Aruz, mana bu işi edəcəgin bilsəydim,
Qaraqucda Qazlıq atuma binərdim” (9, 124) deyir.
Bu situasiyada Qaraquc yüksək yer adı anlamını daşımaqla bərabər
Qazan xanın yerləşdiyi məkanı işarələyir. Hətta biz deyərdik mətnaltı lay
səviyyəsində Ala dağla Qaraqucun eyni semantik düzümdə durmasından
əlavə eyni ərazidə yerləşən dağ silsiləsi (oronim) olmasını özündə sax -
layır. Bu silsiləyə Qazlıq dağı da aiddir. DQK-nin VII boyunda adı keçən
Qazılıq qoca Bayındırın vəziri və iç Oğuzdan olmasıyla ad semantemi ilə
Qazlıq dağının Qazan xanın yerləşdiyi əraziyə yaxın olmasını mətn struk-
turunda işarələyir. Beləliklə, DQK lüğəti Ala dağın və Qazlıq dağının dağ,
Qaraqucun dağ zirvəsi olduğunu göstərir (9, 31) və qeyd etdiyimiz şə-
kildə Qaracuqun qaplanı təyininin dərəcəsini yüksəltməyə xidmət edir,
Qazan və Bayındırın Qara uçuğun qaplanı olmaqla ən uca pilləni tutduq -
larını işarələyir. Salur boyunun tamğa işarəsi də Oğuz xanın ağac ko ğu -
şundan çıxan xatunu vasitəsilə uçoq tayfasını törətməsini işarələyib ağac
stixiyasını rəmzləndirir. Ağac işarəsi təsiri bağışlayan bu işarə (Y) öz
10
2012/
IV
gövdəsi ilə Oğuz xaqanı, budaq hissəsi ilə uçoq tayfasının üç əcdadını
(Göy xan, Dağ xan, Dəniz xan) modelləşdirir. Salur boyunun uçoqdan
olması məhz bu işarənin dediyimiz anlamda olduğunu təsdiqləyir. Əgər
Salur boyu Bozoqdan olsa idi təbiidir ki, tamğa işarəsi fərqli olacaqdı. Ən
maraqlı da orasındadır ki, uçuq adının ilk hecasını təşkil edən uç, uc səs-
lərinin Salur boyunun etnik-sosial səviyyədə modelləşməsində ciddi şək-
ildə iştirak etməsi mənbələrdə diqqət çəkir. Belə ki Salur boyunun tamğa
işarəsi eyni şəkildə Orxon-Yenisey əlifbasında işlənərək “ç” səsi ifadə
edir və “iç” kimi oxunur (14, 38).
Yazıçıoğlunda Salurun onqonu uç, uc adı ilə tanınan quşdur (1, 234).
Salur boyunun digər üç boyla sümük hissəsi isə “uc” (ayla adlu) adlanır
(1, 234).
Məhz Qazan xanın yerləşdiyi məkanın Qaraquc olması da sözün so -
nun cu hecasının “quc” şəklinin uçuq, ucuk ifadəsinin ilk hecası ilə eyni
şəkil törəməsi Qaracuq-Qarauçuk qaplanı ilə Qaraquc məkanı anlayışları
arasında Qazan xan keyfiyyətlərini ifadə edən etiket formulları təşkil edir.
Qaplan sözünün etimoloji açımına ehtiyac yoxdur. Qaplan pişikkimilər
fəsiləsindən yırtıcı məməli heyvan olan bəbirdir (15, 131). Bu barədə mü -
bahisə də əhəmiyyətsizdir. Lakin bu sözün semantikasını araşdırmağa
ehtiyac var. İlkin olaraq biz onu görürük ki, DQK-də qaplan aslan
sözünün eynimənalı tərəfi kimi semantik-assosiativ formada yanaşı işlə -
nir. “Aslanla qaplana bir oğul yedirdinsə, degil mana” (9, 38), “Nə biləyin
oğul, arslandanmı aldı, yoxsa qaplandanmı aldı?” (9, 39), “Amit soyunun
aslanı”, “Qaracuğun qaplanı” (9, 42, 63, 95), “Ağqayanın qapla nının
erkəyində...aq sazın aslanında bir köküm var” (9, (XI b) 118). Bu baxım-
dan yuxarıda “Amit soyının aslanı” təyinində işlənən soy göstəricisinin
ardınca yurd göstəricisi kimi meydana çıxan Qaracuğun qaplanı eyni,
yaxud yaxın anlam daşıyır. Qaplan da aslan kimi eyni semantik cərgəyə
aid olan metafora və alleqoriya kimi mərdlik, şücaət və yenilməzlik
anlamında çıxış edir. Eyni zamanda Oğuz yurdunun (məkanının) xanını
(Qazan) və xaqanını (Bayındır) işarələyir. Qaplan sözünü totem anlayışı
olaraq götürən müəlliflər əsasən DQK-nin XI boyunda Qazan xanın ka -
fərlərə meydan oxumasında oxuduğu soylamadan misal gətirirlər. Qa zan
xan bu soylamasında deyir:
Ağ qayanın qaplanının erkəgində bir köküm var,
Ortac qırda sizin keyiklərünüz turğurmıya.
Aq sazın aslanında bir köküm var,
Qaz alaca yundını turğurmıya.
Əvvay qurd ənügi erkəgində bir köküm var,
Ağca bəkil tümən qoyının gəzdirmiyə.
Ağ sunqur quşı erkəgində bir köküm var,
Ala ördək qara qazun uçurmıya (9, 118-19).
Bu misallardakı məlumat yükünü nəzərdə tutaraq bu zoonimləri to tem
anlayışı kimi qəbul edənlər olsa da (16, 158,159), mətn tam olaraq bunu
təsdiq etmir. Ümumiyyətlə, totemizmin türk, xüsusilə də Oğuz mə də -
niyyətində mövcudluğu barədə ciddi mübahisələr vardır. (17, 80). B.Ögəl
totemizmi inkar etməsə də, onun dəyişikliyə uğraması, simvolik hadisəyə
çevrilməsi barədə fikir nümayiş etdirir. Totem hesab edilən qurd
anlayışından bəhs açan müəllif qeyd edir ki, “qurd m.ö. II əsrdə belə ib ti -
dai totem mahiyyətini çoxdan itirmişdi” (8, 59, 60). B.Ögəlin mü la hi zə si -
ni DQK soylamasındakı “Əzvay qurd ənügi erkəgində bir kö küm var” an -
layışının totem olaraq iddia olunmasına qarşı götürsək, bu mi sal ların fərq -
li anlam kəsb etməsini görmüş olarıq. A.Acalov örnəklərdə hər hansı bir
heyvan adının müsbət şəkildə aşkarlandıqda o saat onu totem olaraq izah
etməyin yanlış olduğunu göstərir (18, 8).
Eyni zamanda müəllif totemizmin bir mərhələ olaraq bütün xalqların
ondan keçmək məcburiyyətində olmadığını, konkret olaraq Avstraliya,
Afrika və Amerikanın yerli tayfalarının totemist baxışlara sahib olduğunu
qeyd edir (18, 8). Eyni qənaəti türk alimi Y.Z.Yörükanda da görürük. O
yazır: “Amerika və Avusturaliyada, Afrikanın cənubunda ve şebheli
olarak Assamda, Hindistanın cenubunda görülen totemçilik hayatından ve
dininden dünyanın diğer yerlerinde yaşamakta olan milletlerin ve bilhas-
sa tarihte en parlak rolleri üstlenmiş ve beşeriyyeti herekete keçirmiş olan
türklerin de geçmiş olduklarına hükümetmek salahiyyetini bize verebile-
cek kanaat verici amarelere sahip deyiliz” (19, 5-6). Müəllif eyni zaman-
da totemçilikdən aşağı mədəniyyətə və türklərdən fərqli irqə malik olan-
ların keçdiyini bildirir. “Totemçilik müessesi beyaz ve sarı irklarda değil,
koyu renkli ve en az medeni olan irklar nezdinde caridir” (19, 5).
Bizim fikrimizə gəlincə, biz türk, xüsusilə də Oğuzlarda totemçiliyin
həm olması, həm də olmaması qənaətindəyik. Yəni «totem vardır» de mi -
rik, yaxud «totem yoxdur» demirik, «totem həm vardır, həm də yoxdur»
deyirik. Ziddiyyətli görünən bu mülahizə fəlsəfədə əksliklərin vəh dəti ad -
landırılan fəlsəfi düşüncə tərzinin analogiyası kimi özünü göstərir. Oğuz
(türk) mədəniyyətində totemçiliyin olması və olmaması müddəasını irəli
11
2012/
IV
Dostları ilə paylaş: |