Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə59/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

Müəllif  birinci  bölmənin  ”  Mənfi  əvəzedici”  hissəsində  qeyd  edir  ki,

folklorda qəhrəmanın müsbət əvəzedicisi kimi, mənfi əvəzedicisi də mən -

şəcə  əkizlər mifinə  gedib  çıxır. Mifoloji təsəvvürə görə,  əkizlər arasında

qarşılıqlı rəğbət və məhəbbət olduğu kimi, rəqabət və ədavət də ola bilər.

Əkizlər  arasında  rəqabət  ana  bətnindəcə  başlayır.  Onlar  doğuluş  anında

kimin birinci olması, başqa sözlə, kimin yaşca böyük olması üstün də mü -

bahisə edirlər. Deməli bir-birinə rəqib olan əkizlər ayrı-ayrılıqda xeyirin və

şərin  təmsilçisinə  çevrilirlər.  Bunu  nəzərə  alıb  tədqiqatçıların  bir  çoxu

əkiz  lər mifini dualist dünyagörüşlə əlaqələndirirlər.

“Yalançı qəhrəman” bölməsində  isə  M.İmanov  bu problemi ətraflı və

geniş təhlil edir və sonda bu qənaətə gəlir:” Fikrimizcə, nağıl və dastanlar -

da  rast  gəldiyimiz  qəhrəman  və  yalançı  qəhrəman  münasibətləri  əkizlər

mifində bir-biri ilə rəqabətdə olan qardaşların özünəməxsus münasibəti nin

törəməsi  və  davamıdır.  Əkizlər  mifində qardaşlardan  biri  müsbət  planda

təqdim edilib diqqət mərkəzində dayandığı kimi, nağıl və dastanlarda da

baş qəhrəman yalançı qəhrəmanla müqayisədə qeyri-adi xü su siy yətləri ilə

daha çox seçilir və hadisələrin inkişafında aparıcı fiqura çev rilir”.

”Koroğlu” eposundan bəhs edəndə M. İmanov yazır ki, bu epos quru-

luş və kompozisiya baxımından ”Dədə Qorqud” eposu kimi qurulduğun-

dan ayrı-ayrı qollarda baş verən hadisələrin inkişafındakı qeyri-ardıcıllıq-

da təzahür edən vəziyyət – yəni kompozisiya nizamsızlığı ”Koroğlu” epo-

sunda da müşahidə olunmalıdır. Daha dəqiq deyilsə, bir-biri ilə ziddiyyət

yaradan məqamlar, məntiqə görə, ”Koroğlu” qollarında da özünü göstər-

məlidir.  Müəllif  bunu  sübut  etmək  üçün  ”Koroğlu”  eposunun  Hümmət

Əlizadə və Məmmədhüseyn Təhmasib nəşrlərinə mürciət edir və bu fikri-

ni tutarlı faktlarla əsaslandırır.

Kitabın ikinci bölməsi “Nəsr” adlanır və üç yarımbölmədən ibarətdir:

1. Daxili monoloq.

2. Elmi- texniki tərəqqi və nəsr.

3. Çağdaş nəsr və folklor.

Bu bölmədə M. İmanov qeyd edir ki, müasir nəsrdə daxili monoloqun

mürəkkəb formalarından, o cümlədən ”şüur axını”ndan geniş istifadə olu -

nur,  ancaq  bu  ”şüur  axını”nın  müasir Azərbaycan  nəsrində  geniş  ya yıl -

dığını iddia etmək düzgün olmazdı. Müəllifin fikrincə, Azərbaycan nəs-

rində daxili monoloqun sadədən mürəkkəbə doğru təkmilləşməsindən, bi -

rinci şəxsə aid təhkiyədən fərqli keyfiyyətlər qazanmasından xəbər verir.

Bunu  tədqiqatçı  Ə.Əylislinin, Anarın,  Sabir  Əhmədovun,  İlyas  Əfən di -

2012/

IV

165



yevin, Çingiz  Hüseynovun əsərlərinin təhlili fonunda  əsaslandırır  və bu

qənaətə gəlir ki, əsərin mövzu və ideyasından, qəhrəman tipindən, sə nət -

karın  üslubundan  asılı  olaraq,  daxili  monoloq  müxtəlif  səviyyə  və  for-

malarda ortaya çıxır. Daha sonra müəllif bu bölmədə elmi-texniki tərəqqi

və  nəsrin  problemlərindən,  eləcə  də,  çağdaş  nəsr  və  folklorun  qarşılıqlı

əlaqələrindən söhbət açır. M.İmanov həmçinin burada qoyulan problem-

ləri yazıçı və folklor aspektində də izləməyə çalışır, onların həlli yollarını

göstərir.

Kitabdan  folklorçular,  ədəbiyyatşünaslar,  ali  məktəblərin  filologiya

fakültələrinin  tələbələri  və  ümumən,  eposşünaslıq,  epos  poetikası  ilə

maraqlanan tədqiqatçılar, aspirantlar, magistrlər faydalana bilər.

KAMRAN ƏLİYEV

EPOSUN POETİKASI: “DƏDƏ QORQUD” VƏ “ 

KOROĞLU”

BAKI, ”ELM VƏ TƏHSIL”, 2011, 164 səh.

ELMİ REDAKTORU: İsrafil ABBASLI,

Filologiya üzrə elmlər doktoru, professor

Azərbaycan  Milli  Elmlər Akademiyası  Folk -

lor  İnstitutunun  Elmi  Şurasının  qərarı  ilə  nəşr

olunan bu kitabda Azərbaycan xalqının epik dü -

şüncəsinin ən qiymətli abidələrindən hesab  olu-

nan ”Dədə Qorqud” və ”Koroğlu” eposlarının poetikasından bəhs edilir,

bu eposların özünə məxsus cəhətləri xarakterik çizgilərlə göstərilir.

“Eposun poetikası: “Dədə Qorqud” və “ Kor oğlu” monoqrafiyası əsa -

sən romantizm problemlərinə həsr olunmuş qiymətli tədqiqatları, eləcə də

yazılı ədəbiyyatla folklorun qarşılıqlı əlaqələrinə həsr edilən dəyərli əsər-

ləri  ilə  tanınan  professor  K.  Əliyevin  sonuncu  kitabıdır.  Bu  əsər Azər -

baycan xalqının epik düşüncəsinin ən qiymətli abidələrindən hesab olu-

nan ”Dədə Qorqud” və ”Koroğlu” eposlarının ayrı-ayrı məqamlarına ay -

dınlıq gətirməsi baxımından son dərəcə dəyərlidir. Bu da onunla bağlıdır

ki,  hər  iki  eposun  poetikası  çox  zəngindir,  əhatə  etdiyi  mövzu  dairəsi,

daşıdığı informasiya yükü böyük, tədqiqatçılar üçün açdığı imkanlar isə

geniş və tükənməzdir. K. Əliyev bu monoqrafiyası ilə sübut etdi ki, "Dədə

Qorqud" və "Koroğlu" eposları dönə-dönə öyrənilsə də, araşdırılsa da, on -

lara yenidən müraciət etmək, hər dəfə də yeni fikir və mülahizələr söy -

ləmək mümkündür.



2012/

IV

166



Professor K. Əliyevin bu mövzulara həsr olunmuş “Eposun poetikası:

“Dədə Qorqud” və “ Koroğlu” monoqrafiyası iki hissədən ibarətdir: “Də -

də  Qorqud”  və  “  Koroğlu”.  Monoqrafiyanın  birinci  hissəsində  müəllif

yeddi problem mövzu qoymuş və onları həll etməyə çalışmışdır:

1. Etnopoetika məsələləri. 2.«Dəli Domrul» boyu: təsadüf, yoxsa zə ru -

rət?  3.Çoban  oğlu Təpəgöz.  4.Bayandır  xanın  nəvəsi  Uruz.  5.Dirsə  xan

oğlu Buğac. 6.Oğuz elinin xanımları. 7.Beyrəyin qanlı köynəyi.

K.Əliyev “Dədə Qorqud” bölməsinin əvvəlinci hissəsini “Etnopoetika

mə sələləri” adlandırmış və “etnopoetika” termininə bir aydınlıq gətirmə -

yə çalışmışdır. Alimin fikrincə, “Etnopoetika” anlayışı dünya elmi fik rin -

də son dərəcə yenidir və bir elm kimi onun imkanları hələlik kifayət qə -

dər  öyrənilməmişdir.  Eyni  zamanda həmin  anlayışın ehtiva  etdiyi  məna

və məzmun hələ bu termin ortaya çıxmamışdan çox-çox əvvəl bir çox təd -

qi qatçıların diqqətindən yayınmamışdır. Müəllif sonra fikrini inkişaf et di -

rə rək yazır:” Əslində etnopoetika bədii düşüncə ilə etnosun təbiəti arasın-

dakı əlaqə və təması öyrənən, bu əlaqə və təmasın xüsusiyyət və əlamət -

lə rini meydana çıxaran bir elm sahəsi kimi qavranılır”. Daha sonra müəl-

lif təh lillər və araşdırmalar nəticəsində doğru olaraq bu nəticəyə gəlir ki,

folklor örnəkləri, yazılı ədəbiyyatla müqayisədə “Etnopoetika” müstə vi si -

ni dolğun ehtiva etmək üçün daha çox xammal ehtiyatlarına malikdir. Elə

bu məntiqdən də çıxış edərək və çox haqlı olaraq professor Kamran Əliyev

ən əski və ilk türk şeirinin köklərini «Dədə Qorqud» eposunda axtarmış dır.

Bir neçə onilliklərdir ki, ayrı-ayrı tədqiqatlarda, müxtəlif dərsliklərdə,

monoqrafiyalarda «Dədə Qorqud» eposunda iki boyun “Dəli Domrul” və

“Çoban oğlu Təpəgöz” boylarını “süjetdənkənar”,”yad”, “qalan boylarla

əlaqəsi olmayan” və s. epitetlərlə oxuculara təqdim etmişlər. Bu kimi fi -

kirlər isə, təbii olaraq, qorqudşünaslıqda bir çox mübahisələrə, fikir ay rı -

lıqlarına və müxtəlif polemikalara səbəb olmuşdur.

Buna görə də Kamran Əliyev kitabın "Dədə Qorqud" la bağlı his sə sin -

də  əsas  diqqəti  yuxarıda  qeyd  olunan  fikrlərə  rəğmən,  eposun  poetik

strukturunun bütöv və tam olmasına, eposda heç bir “süjetdənkənar”lığın

olmaması və s. bu kimi çox vacib problemlərə yönəltmişdir. Burada müəl-

lifin əsas mədsədi «Dədə Qorqud» eposunu vahid, tam, bütöv halda təd -

qiq  etmək  və  onu  elə  bu  şəkildə  oxuculara  çatdırmaq  olmuşdur.  Çünki

məhz  bu  şəkildə  təqdim  edilən  «Dədə  Qorqud»  eposu  daha  möhtəşəm,

daha  əzəmətli  görünür.  Kamran  Əliyev  kitabdakı  "Dəli  Domrul"  boyu:

təsadüf, yoxsa zərurət?" və "Çoban oğlu Təpəgöz" sərlövhəli yazılarını bu

2012/

IV

167



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə