Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   2   3   4   5   6   7   8   9   10   ...   35

Şor  dastanında  Altın  -   Tayçı  adlı  bahadırın  ölümünün 

təsvirində həmin simvolik obrazdan istifadə olunur:

«Üç  gündən  sonra  qaba  ağac  qırıldı,  qüdrətli  bahadır 

canını tapşırıb öldü. Ay bozarıb öldü; günəş saralıb batdı. Du­

man içindən bir qız çıxdı.  Bu zaman uzaqda bir ağac  sındı və 

yıxıldı; Bahadır da can verib öldü».

Ağacın  quruması  \  ağacın  yıxılması  mifopoetik  düşün­

cədə  ölümü  simvolizə  edir.  Yuxuda  ağacın  yıxılmasını  gör­

mək  doğmalardan  yaxınlardan  kiminsə  ölümünü  bildirən  pis 

əlamət  sayılır:  əgər  yuxuda  cavan  ağacı  «yıxılırsa»  -  cavan, 

qoca ağac  «yıxılarsa»,  deməli,  qoca adam öləcək.  Meşədə ca­

van  ağacların  kəsilməsini  yasaq  edirdilər;  qorxurdular  ki, 

bundan sonra uşaqlar ölə bilər; «Əgər qoca ağac yıxılıbsa, de­

məli,  şaman  ölübdür»  [258,  322].  Yuxuda  ağacın  yıxılması 

ölümə işarədir.

Türklərin  ritual-inanc  diskursunda  dağ  geniş  yayılmış 

arxetipik  obrazlardan  biridir.  Dağ  mifoloji  obrazı  kimi  qor- 

qudşünaslıqda  ətraflı  təhlil  olunduğundan  bu  mövzuya  yeni­

dən qayıtmaq  fikrində deyilik.  Yalnız onu əlavə edə bilərik ki

oğuz eposunda dağ mifoloqemi  strukturyaradıcı funksiyası  ilə 

yalnız ritual məkanı (ov, savaş,  evlənmə) formalaşdırmır.

Həm də nitq janrlarının  motiv -  obraz strukturunda mü­

hüm  mənayaradıcı  mövqeyə  malikdir,  xüsusən  alqış-qarğış­

larda,  muştuluqda,  yumlarda  «görklü  aqmdılı  su»,  «kölgəlicə 

qaba  ağac»,  «qara  dağ»  deyimləri  ovsun-dua  təcrübəsindən 

gələn formullardır.

M.Ərgun əmindir ki,  dağ,  ağac  və su üçlüyündə ünsür­

lərin  hər biri  cənnətlə  və  ya dolayısı  ilə Tanrıyla əlaqədardır. 

«Sakral düşüncədə müqəddəs bilinib tapınılan dağm zirvəsiy- 

lə  mübarək  üzlü  müqəddəs  ağacın  qolları-budaqları  cənnətə 

qədər gedib çatır. Üzü mübarək müqəddəs su da cənnətdən çı­

xıb yenidən cənnətə dönür. Bu dualardakı başlıca düşüncə be­

26

lədir:  «Sənin  elinin,  əzizlərinin,  müqəddəslərinin  cənnətlə, 



Tanrıyla bağları qırılmasın!» [44,  11).

«Kitabi-Dədə  Qorqud»un  performativ  nitq janrları  sis­

temində  Oğuz  bəylərinin  sakral  hakimiyyətdən  -   Baymdır 

xandan,  Qazan  xandan  xahişləri-diləkləri  fəallığı  ilə  seçilir. 

Bəylərin  xahişləri-  diləkləri  adətən  kafirlər  üzərinə  yürüşə  - 

aqma, ovaçıxma ilə əlaqədar olur.

Kafir  üzərinə  aqınla,  savaş-ovla  bağlı  bütün  xahişlər 

“yuxarıda”razılıqla qarşılanır, yerinə yetirilir.  Bu tipli xahişlə­

rin-istəklərin adresantı  (Bayındır xan, Qazan xan) sakral haki­

miyyətdir.

Qazılıq qoca «Baymdır xandan aqm dilədi. Baymdır xan 

dəstur verdi:  «Nerəyə dilərsən, var!» - dedi».

Yegnək  atasının  kafir  əsirliyində  olduğunu  bilən  kimi, 

xanlar xanı Bayındır xanın divanına vanb, ondan qoşun istəyir: 

«ləşkər ver, məni babam tutsaq olduği qələyə göndər! -  dedi.

Bayındır  xan  buyurdu:  «Yigirmi  dörd  sancaq  bəgi  gəl- 

sün!» - dedi!»

Əgrək hünər göstərməli, baş kəsib, qan tökməlidir ki, ad 

qazansın, bunun üçün «Qazan bəgdən aqın dilədi. Aqın verdi, 

çağırtdı».

Türk simvolik təfəkküründə hakimiyyət sakral  işarəlidir. 

Baymdır xan və Qazan xan epik hakimiyyətin simvolik təcəs­

sümü,  «müdrik  qoca»,  «müdrik  hökmdar»  arxetipinin  daşı­

yıcısıdırlar.

Ona qörə də Oğuz toplumunun nüfuzlu qarantı  olan Ba- 

yındır xanın, Qazan xanın sözü həmişə performativdir:

«Mərə  dəlü  ozan!  Məndən  nə  dilərsən?  Gətirli  otaqmı 

dilərsən? Qul-qaravaşmı  dilərsən? Altun-aqçamı  dilərsən,  ve­

rəyim!  -  dedi.  Beyrək aydır:  «Sultanım,  məni  qoşan da şülən 

yeməgin yanma varsam. Qarnım acdur, toyursan» - dedi.

Qazan  aydır:  «Dəlü  ozan,  dövlətin  dəpdi.  Bəglər,  bu-

27



günki  bəgligim  bunun  olsun.  Qoun,  nerəyə  gedərsə  getsün, 

neylərsə eyləsün,  - dedi».

«Kitabi-Dədə  Qorqud»un  performativlik  paradiqmasm- 

da öyüd məsləhət,  hacət,  dilək,  xahiş-istək və əmr-buyruq ki­

mi  nitq aktları  geniş yer tutur.  Boyların  süjet təşkilində  onla­

rın  rolu  danılmazdır:  qəhrəmanların  arzusunu,  istəyini  ifadə 

etməklə,  adresatı  «hərəkətə»  gətirməklə  epik  süjet  dramatik- 

ləşir, kommunikativ hadisələr təşkil edilir,’'sahmana salınır”.

«Dilək  diləmə»  aktı  personajları  daha  fəal  və  qarşılıqlı 

kommunikativ münasibətlər sisteminə [bax:  24] daxil edir.  Di­

lək diləmə aktında adətən adresant adresatdan asılı olur, adresat 

isə yüksək simvolik mövqeyə,  sakral statusa (Tann, Dədə Qor­

qud,  Baymdır  xan,  Qazan  xan...)  malik  olur.  «Ol  zamanında 

bəglərin alqışı, qarğışı qarğış idi. Duaları müstəcab olurdı».

Alqış-dua mətnlərinin  performativ mahiyyətini  də dilək 

(diləmə) intensiyası təşkil edir.  «Özünəməxsus janr göstəricisi 

olan alqış mətnlərinin kökləri mifoloji düşüncənin ilkin çağla­

rına bağlanır.  Alqış,  metafora kimi  görünsə belə,  əslində,  mə­

caz  olmayan  sözün  bir  nəsnəni  yaratmaq,  «həyata  gətirmək» 

kimi  bir  gücü  olduğuna  dair  əski  mədəniyyətdəki  ən  arxaik 

mifoloji görüşlərin bir ifadəsidir»  [19,  34].

Adətən  Tanrını  öymə,  Tanrıya  yalvarma  formalarında 

ifadə  olunan  dilək  diləmə  əski  inanclarla  və  islam  etiqadı  ilə 

bağlı olur, alqış-dua mətnlərində gerçəkləşir:

Dilək  diləmə  aktı  əsasən  adqoyma situasiyasında  da ger­

çəkləşir «Dədə Qorqut gəlir,  igidə taleyini müəyyənləşdirən ad 

verir. Qalın Oğuz bəyləri də əl götürüb dua eləyərək bu adm bu 

yi^itə qutlu  olmağını  diləyirlər.  Çünki  adla tale  bir-birini artıq 

tapmışdır  və  həmin  ad  həmin  şəxsdə  eyniyyətdə  olub  onun 

mahiyyətini  əks  etdirir.  Mahiyyətdən  gəldiyinə görə  qəhrəma­

nın davranışını da ona verilən ada uyğundur» [18, 34].

Adalma-adqoyma  mərasimi  eposda  sosial  statusun  əsas

28

formalarından  biridir.  Gənc  Oğuz  bəyi  (neofiti)  ad  almaqla 



assosiallıqdan,  mənasızlıqdan,  mahiyyətsizlikdən  qurtulub, 

mənaya malik olur.

Eposda neofitin statusunun dəyişməsi ilə bağlı situasiya­

larda  deyilən  alqış  söz  onun  taleyini  pozitiv  planda  dəyişir. 

Qəhrəmamn-neofitin potensial özgəliyi, assosiallığt ritual söz­

lə -  dua-alqışla aradan götürülür.  Dədə Qorqudun alqış-duası 

(diləyi)  situasiyanı  arzu  olunan  səviyyədə  modelləşdirməyə 

yönəlir:


«Hey Dirsə xan! Oğlana bəglik vergil,

Təxt vergil, - ərdəmlidir!

Boym uzın bədəvi at vergil,

Binər olsun, hünərlidir!

Ağ ayıldan tümən qoyun vergil,

Bu oğlana sişlik olsun, ərdəmlidir!

Qaytabandan qızıl dəvə vergil bu oğlana,

Yüklət olsun, hünərlidir!

Altun başlu ban ev vergil bu oğlana,

Kölgə olsun, ərdəmlidir!

Çigin quşlu cübbə ton, vergil bu oğlana 

Geyər olsun, hünərlidir!

Bayandır  xanın  ağ meydanında bu oğlan cəng etmişdür. 

Bir  buğa  öldürmüş  sənin  oğlın,  adı  Buğac  olsun.  Adım  bən 

verdüm, yaşını Allah versün, - dedi».

Dədə  Qorqudun  bu  arzu-diləyi,  alqış-duası  --  performa­

tiv  sözü  Bəybörə  bəyin  oğlu  Beyrəyin  «tale  mətnini»  müəy­

yənləşdirir.  «Dədəm  Qorqut  gəldi,  oğlana  ad  qodı.  Aydır: 

«Sözüm dinlə, Bəybörə bəg! Allah-təala sana bir oğul vermiş, 

tuta versün! Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun! 

Qarşu  yatan  qara  qarlı  tağlardan  aşar  olsa,  Allah- təala  sənin 

oğlına aşut versün.  Sən  oğlını  «Bamsanı»  deyü  oxşarsan;  bu- 

nın  adı  Bozayğırlıq  Bamsı  Beyrək  olsun!  Adım  bən  dedim,

29



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə