Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   10   11   12   13   14   15   16   17   ...   94

 
 
49
düzəlirdi.  Yoxsa,  mən  getdim  ora  nəzir  dedim,  keşmədi,  de-
məh, sən elə-belə gəlif gedifsən
ı
. Ağır adamıydı. 
Məşəd Ağa çox sınaxlı seyidiydi. Bir gün camahat ot pi-
çermiş. Arvat-uşax ot yığermış. Kişilər də kənarda ot piçermiş. 
Elə olor ki, saat ikidən, üşdən son
ı
ra hava buluddaşır, reski do-
lu  yağır. Arvat-uşax hamsı işdən çıxır, tökülür o dağlardan ki, 
indi  maşın  gələjəh,  burdan  minəh,  gedəh.  Gəlir  görör  ki, 
rəhmətdih Məşəd Ağa altında bir daş qoyuf oturor. Elə bil, bir 
iyirmi  metir  dayrəvi  yer  qufqurudu.  Həmən  sel-su  qıjoy
53
  ge-
dir, dağları, qəyaları başına alıf götürüf gedir, səs saler. Deer: 
– Ay Seyit! Ayə, burya nə yaxşı yağış, dolu yağmır? 
Deef: 
–  Da  man
ı
a  da  dolu-yağış  yağa,  mənim  seyitdiyim  nə-
dən bəlli olardı. 
Çox  belə ağzı  əyilmiş,  huşu, ağlı getmiş, dəli, divanə  ol-
muş adamları gətirerdilər, əsas da, bu Qaraqoyunnu dərəsinnən 
gətirerdilər. Ata sarıyıf gətirerdilər, haravıya sarıyıf gətirerdilər. 
Kişi deerdi, burax, burax. Buraxan kimi, xəsdə elə bil onun oja-
ğında  dincəlirdi.  Duvasını  yazırdı.  Bir  şilləynən,  bir  tüpürcəy-
nən onun məsələsini həll eliyif kutarerdı. Tamahı da yoxuydu.  
 
23. MOLLA ZEYNALABDİN 
 
Burda bir dənə molla vardı. Zeynalavdı deerdilər. Burda 
hasarın  yanında  iki-üş  adam  oturufmuş,  dua  hakqında  söhbət 
tüşör. Cahılın biri deer ki, əmi, nə dua. Molla Zeynalavdı bu-
na deer ki, iki gəlin gedir, görörsən
ı
mi? 
Deer: 
– Hə.  
Deer: 
                                                             
53
 Qıjoy – çayın yatağında ən dar olan yer, axarın dərin və sürətli yeri 


 
 
50
– İndi mən oları uannan bəri qaytarsam, onda inanarsan
ı-
mı?  
Deer: 
– Hə.  
Baş barmağının dırnağına nə  yazırsa, gəlinnər əyinnəri-
ni soyuna-soyuna bulara tərəf  yüyürüşöllər. Tez dırnağını ağ-
zına vırır, yazını pozur, gəlinnər o tərəf-bu tərəfə baxıf da otu-
ruşollar.  O  adamı  yolluyur  ki,  get  gör  o  gəlinnər  niyə  heylə 
elədi. Gedif soruşanda deellər ki, ay bala, dünya alışıf  yaner, 
bircə bu paltarımız alışmasın deyin, bizi yandırer deyin, soyu-
na-soyuna yüyürdüh.  
 
MÜXTƏLİF MÖVZULU RƏVAYƏTLƏR 
 
24. ALLAH BUNDAN BETƏRİNDƏN SAXLASIN 
 
Keşmişdə dəvəynən alverə gedellərdi. Biri dəveyi ühlüür 
polnu, İraka ziyarata geder. İrakdan mal alıf gətirer. Onun qa-
larqı yeri
54
 elə bil buradı. Elə bil dəvələrinnən Gəncədən gəler. 
Bir gün burda qonax qaler, burdan da çıxanda geder başqa bir 
ölkədə qaler. Ora çatana qədər yer tutor. Hər il gəler. 
Bir il gələndə görör evində qaldığı kişi ölüf. Deer ki, ə, 
gedem  qəbrinin  üsdünü  bir  ziyarət  eleem.  Dosdular.  Geder 
qəbrinin  üsdünə.  Baxanda  örör  ki,  kişi  başdaşına  yazdırıf  ki, 
Allah  bunnan  betarını  saxlasın.  Bu  tacir  öz-özünə  fikirrəşer 
ki, ə, insanınkı ölümdü, ölənnən son
ı
ra munun nə betarı qaldı. 
Tacir yola tüşör. Bu sirr qarnında geder. Bir ildən son
ı
ra genə 
də  gəler.  Gələndə  genə  də  deer  ki,  ziyarət  elleem  dostumun 
qavrını.  Geder,  gedəndə  görör,  qavırsannıx  yoxdu.  Sel  gəlif, 
aparıf  yoxdu.  Deer,  həə,  bu  kişi  bilermiş  ki,  deermiş  Allah 
munnan da betarınnan saxlasın. Budu qavır da  yoxdu, sür-sü-
                                                             
54
 Qalarqı yeri – qaldığı yer 


 
 
51
mühlər dağıldı, çınqılandı, kim nə biley nijoldu. Deer, həə, ki-
şi dünyanı bilən kişiymiş, Allah munnan da betarınnan saxla-
sın. Sel gəldi, apardı getdi. 
 
25. ƏSHABİ-KƏHF 
 
Dağ  Yunus  padşah  oluf.  Zülümkar  padşah  oluf.  Onun 
əlinnən hamı zülüm çəkirmiş. Hamı onun ölkəsinnən qaçırmış. 
Bir gün də vəziri qaçıf. Vəzir yolda Dağ Yunusun bir çovanına 
ras gəlif. Çovan da bunnan qaçıf. Çovanın iti də gedif. Çovan 
nə  qədər  eliyif,  iti  geriyə  qaytara  bilmiyif.  İtə  daş  atanda  daş 
gedif itin bir qıçasını əzir. Vəzir deer ki, ay çovan, yazıxdı, qoy 
bu da biznən getsin. İt də bularnan gedif. Gedillər Naxçıvanda 
bir zağaya girillər. Buları burda yuxu tutur. Yüz il yatıllar. Yüz 
ildən  son
ı
ra  ayılıllar.  Deellər,  ayə,  ajınnan  ölürüh.  Dur  gedəh 
bir çörəh alax, gətirəh. Çovan duror geder çörəh alıf gətirməyə. 
Gedif  bazara, cibinnən  pulu  çıxardıf  verer  ki,  çörəh  alsın.  Pul 
da  Dağ  Yunusun  vaxdınnan  qalma  puluymuş.  Çörəh  satan 
bunu  görör,  deer  ki,  ayə,  a  kişi,  bu  pulu  hardan  almısan.  Kişi 
deer ki, bəs belə-belə, pul özümündü. Deellər ki, ayə, bu Dağ 
Yunusun  vaxdınnan  qalma  puldu.  Dağ  Yunus  yüz  il  bunnan 
qavax  ölüf.  Kişi  bilir  ki,  bular  yüz  il  yatıflar.  Hay  tüşür,  kişi 
qaçır.  Camaat  tüşür  kişinin  dalına.  Kişi  gəlir,  hər  şeyi  vəzirə 
danışır. Vəzir deer ki, gəl heş biz buların gözünə görünmüyəh. 
Allaha  yalvarıllar  ki,  Allah  buları  qeybə  çəksin.  Allah  buları 
qeybə çəkir. Əsabi-Kəfi də, çovanın itini də zağanın qarşısında 
daşa döndərir. Onnan da oranın adı Əsabi-Kəf qalır. 
 
26. DAĞ YUNUSUN PULLARI 
 
Dağ Yunus padşah oluf. Ona görə ona Dağ Yunus deellər 
ki,  böyüh  bir  dağı  ortadan  yarıf,  başdan  gəlif  pütün  pullarını, 


 
 
52
ləl-cəvahiratını töküf ordan dağın içinə. Yetmiş ildən son
ı
ra bir 
adam  ordan keçirmiş. Görüf ki,  burda çoxlu qajır
55
 toplaşıf  leş 
yiir.  Ən  çox  yaşıyan  qajırdı.  Əlli-altmış  il  yaşıyır.  Qajırrar  öz 
aralarında  danışer  ki,  bəs  heş  vax  belə  bayram  eləməmişdih. 
Qajırrardan  biri  qayıdıf  deer  ki,  bunnan  da  yaxşı  bayramı  Dağ 
Yunus  pullarını  bu  dağda  basdıranda  eləmişih.  O  vax  o  qədər 
adam  leşi,  eşşək,  qatır  leşi  yimişdih  ki,  day  olmuyan  kimi. 
Həmən adam bilir ki, bəs Dağ Yunusun pulları burdadı. Qayıdıf 
gedir öz padşahlarına eşitdihlərin deer. Bu adam quşdarın dilini 
bilirmiş.  Padşah  öz  nökərrərin  götürüf  gəlif  həmən  dağı  qaz-
mağa. Onnan son
ı
ra dağı qazıf Dağ Yunusun pullarını tapellar. 
 
27. YARANMIŞAM DAŞDAN MƏN 
 
Bir məmləkətdə üş qardaş varıymış. Vax-vədə gəley, bu 
qardaşdarın  üçü  də  evləney.  Allah-tala  qardaşdardan  ikisinə 
uşax  verey,  bir  qardaşınsa  öyladı  olmoy.  Öylattarı  olan  qar-
daşdar  öylatsız  qardaşın  öyünə  heş  vax  getmellərmiş.  Ayda, 
ildə  sayanda  onun  qapısını  açallarmış,  ya  açmazdarmış.  Ge-
dəndə də onun öyündə  yiməh  yiməzdərmiş ki, Allah ona qar-
ğeyıf. Bir gün öylatdı qardaşdar ova çıxallar, ovdan qayıdan-
başı qardaşıgilə yoluxmax qərarına gəlellər. Öylatsız qardaşın 
arvadı  ərinə  deey  ki,  baxeram,  çox  fikirrəşersən
ı
,  axırda  bu 
fikirdən  xəsdəlih  tapajaxsan
ı
.  Qardaşdarın  gələndə  bizdə  yi-
məh  də  yimellər.  Dur  get,  man
ı
a  uzun  bir  sal  daş  gətiy.  Kişi 
uzun sal daş tapıf gətirey. Arvat qundax kimi bəleyif yüyrüyə 
qoyoy  və  başdeey  yüyrəyi  yelleef  layla  çalmağa.  Qardaşdar 
gələndə öydən layla səsi eşidellər. Çox sevinellər. Qardaşdarı-
na  gözaydınnığı  verif,  ajdıxlarını  söylööllər.  Yiməh  yiəndə 
                                                             
55
 Qajır – leş yeyən qartal 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə