Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
23 
və estetika anlayışlarının hələ orta əsrlərdə Füzuli tərəfindən ne-
cə  yüksək  professionallıqla  qoyulduğunu  Mir  Cəlal  heyranlıqla 
bildirir. Bu mənada Füzuli düşüncələrini izah edən müəllif yazır: 
“Füzuli elm və sənət sahələrinin birlik və yaxınlığını göstərmək-
lə  kifayətlənmir;  həm  də  fərqini  və  xüsusiyyətini  nəzərə alaraq, 
bunların başqa-başqa aləmlər olduğunu göstərir. O qeyd edir ki, 
eyni zamanda bu “iki aləmi” seyr etmək çox çətindir. Ona görə 
də şair, həm şairliyi, həm də alimliyi peşə etməməlidir”.  
Mir  Cəlal  Füzuli  estetikasının  bəzi  cəhətlərini  araşdırar-
kən  onun  söz  barədəki  mülahizələri,  daha  doğrusu,  görüşləri 
üzərində ayrıca dayanır. Sözün mahiyyəti və rolu barədəki Fü-
zuli  konsepsiyasını  alim  özünəməxsus  təmkin  və  ardıcıllıqla 
şərh  edir.  Bu  konsepsiyanın  mahiyyətini  daha  dərindən  açmaq 
üçün Nizami ilə müqayisəyə də müəyyən yer ayırır.  
Monoqrafiyada  Füzulinin  şeir  sənətinə  məsuliyyətli  müna-
sibəti  barədə  də  aydın  qənaətlər  vardır.  Yalnız  lirik  şeirlərindən 
deyil,  “Leyli  və  Məcnun”  poemasından  da  gətirilmiş  nümunələr 
Füzulinin bu barədəki fikirlərini tam aydınlığı ilə nümayiş etdirir. 
Qəzəlin  rolunu  və  qəzəllə  Füzuli  dühasının  yaxınlığını  məna-
landıran  müəllif  yazır:  “Füzuli,  şeir  janrları  içərisində  ən  üstün 
tutduğu qəzəli  “Hünər bağının  gülü” adlandırır. Qəzəli  belə  yük-
sək qiymətləndirməsi, şairin  lirikanı, qəlb şeirini,  insanın  mənəvi 
aləmini tərənnüm edən şeiri daha artıq sevdiyindəndir”.  
M.Cəlal araşdırmasından belə aydın olur ki, Füzuli yalnız 
şeir  sənətini,  onun  ümdə  xüsusiyyətlərini  qiymətləndirməklə 
kifayətlənmir,  həmçinin  şairin  şəxsiyyəti  barədə  də  müəyyən 
mülahizələrini  bildirirdi. Təbii ki, qədim zamanlardan  istər şa-
irlər,  istərsə  də  ədəbiyyatşünaslar  şairin  şəxsiyyətinə  böyük 
əhəmiyyət  vermişlər.  Bu  isə  şəxsiyyətlə  yaradıcılıq  arasındakı 
əlaqələrin əsas məzmununu təşkil edən mühüm cəhətlərdəndir. 
M.Cəlal qeyd edir ki, Füzuli azadlığı və cəsarəti şairin əsas xü-


Kamran Ялийев
 _____________________________________  
 
 
24 
susiyyəti kimi təbliğ edirdi.  
Ümumiyyətlə, M.Cəlal bir ədəbiyyatşünas kimi müəyyən 
məsələlərin təhlilinə başlayarkən, ilk növbədə onun ümumi cə-
hətlərini araşdırmağa üstünlük verir. Yəni bir növ təhlil olunan 
problemə giriş verir, yaxud da öyrənilən məsələnin ümumi xa-
rakterini  səciyyələndirir.  Məsələn,  o,  Füzulinin  qəzəlləri  haq-
qında  yazmağa  başlayarkən  belə  bir  haşiyə  çıxmağı  zəruri  he-
sab  edir:  “Füzulinin  ayrı-ayrı  qəzəllərini  təhlilə  keçməzdən, 
şairin  şeirində  təsvir  etdiyi  eşq  məfhumunun,  məhəbbətin  xa-
rakteri haqqında bir neçə söz demək lazımdır.  
Bu eşqin mahiyyəti nədən ibarətdir?  
Bu  eşq  real,  insani  eşqdir,  yoxsa,  bəzilərinin  düşündüyü 
kimi mistik təsəvvüfi eşqdir?”  
M.Cəlal  “Füzuli  sənətkarlığı”  monoqrafiyasında  böyük 
Azərbaycan şairinin, demək olar ki, bütün yaradıcılığını nəzər-
dən keçirir, bu yaradıcılığın ən qabarıq poetika xüsusiyyətlərini 
təhlil  edir.  Poetika  komponentlərinə  belə  geniş  şəkildə  müra-
ciətin özü 50-ci illərin axırlarında novator bir addım idi. Çünki 
hələ də elmi ədəbiyyatşünaslığın və tənqidin sosioloji təhlillər-
dən  ayrılmadığı  və  hətta  bu  məsələyə  üstünlük  verildiyi  bir 
vaxtda belə bir addım, sözün həqiqi mənasında, cəsarət idi.  
M.Cəlal  monoqrafiyada  Füzulinin  dil  xüsusiyyətlərinə 
dair tezisləri  ilə  bu sənətin  spesifikasını  açmağa cəhd göstərir. 
Alim, Füzuli qəzəllərində işlənən sözlərin ifadə gücünü ön pla-
na çəkir. Surət, ney, sayə, şəm, bülbül, fəryad və s. kimi sözlə-
rin poetik mətndə tutduqları yer, onların məna çalarları barədə-
ki  mülahizələr  Füzuli  şeirlərindəki  qayənin  və  estetik  idealın 
müəyyənləşdirilməsinə xidmət göstərir. Eyni zamanda M.Cəlal 
Füzulinin bəzi misralarını izah edərkən keçmişdəkiləri təkrarla-
mır, həmişə öz orijinal münasibətini ifadə etməyə səy göstərir.  
M.Cəlal  Füzulinin  yalnız  sözə  məna  verməsindən  deyil, 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
25 
sözdən  ustalıqla  istifadə  etməsindən  də  yazır:  “Söz,  Füzulinin 
əlində  əşyanı  işıqlandıran  çıraq  kimidir.  Həmin  əşyaya  hər  tə-
rəfdən yanaşmağa, onun bütün daxili, zahiri, məna xüsusiyyəti-
ni işıqlandırmağa imkan verir. Eyni zamanda söz, onun zəngin 
mənalarının  açılması  şairin  qələm  qüdrətini  nümayiş  etdirir. 
Şair sözü məqsədə müvafiq şəkildə alır, istədiyi surət və məna-
nı almaq üçün sözü təsəvvürə gəlməz bir ustalıq, incəlik və də-
qiqliklə cürbəcür mənalarda işlədir. İlk baxışda yalnız bir məna 
verən sözü şair elə bir tərkibdə, elə bir ibarə və quruluşda işlə-
dir  ki,  oxucu  heç  bir  çətinlik  çəkmədən  həmin  sözün,  yerinə 
görə ayrı-ayrı mənalarda işləndiyini seçir”.  
Monoqrafiyada  Füzuli  şeirinin  vəzni,  rədifi  və  qafiyəsi 
barədə  də  maraqlı  mülahizələr  irəli  sürülmüşdür.  Doğrudur, 
müəllif  bunları  Füzulinin  bütün  yaradıcılığında  izləmir.  Bəzi 
səciyyəvi nümunələri götürür və Füzuli şeirinin texnikası, arxi-
tektonikası  barədə  aydın  təsəvvür  yaradır.  Onun  bu  sahədə  də 
böyük örnək olduğunu sübut edir.  
Monoqrafiyada Füzuli yaradıcılığındakı bədii məntiq, tə-
biət təsvirləri, lirik vüsət məsələlərinə də toxunulmuş, onun bə-
zi iri həcmli əsərləri təhlildən keçirilmişdir. M.Cəlal ədəbiyyat-
şünas  və  tənqidçi  kimi,  həmişə  məsələləri  ardıcıl  qoymuş  və 
onun tam həllinə səy göstərmişdir. Belə bir cəhd isə onun ədə-
biyyatşünas simasını bütün tərəfləri ilə inikas etdirə bilir.  
M.Cəlal  bizim  elə  ədəbiyyatşünas  alimlərdəndir  ki,  o 
yazdığı məqalələrdə müəyyən problemləri izləməyi üstün tutur. 
Yəni  tədqiqatçı  istər  klassik  ədəbiyyat,  istər  müasir  ədəbiyyat 
nümunələrindən yazanda, lap elə istərsə də başqa xalqların ədə-
biyyatından  yazanda  ədəbiyyatşünaslıq  problemlərini  ön  plana 
çəkir. Beləliklə, yalnız ədəbiyyat tarixinin deyil, həmçinin ədə-
biyyat elminin də qayğısına qalır.  
Mir  Cəlalın  öz  məqalələrində  tez-tez toxunduğu  məsələ-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə