Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə66/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   61   62   63   64   65   66   67   68   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     152 
 
 
memuarı, müxtəlif janrlı yazıları, o cümlədən qiymətli folklor nümunələri daxil 
edilmişdir.  
Cəmiyyət inkişafının bütün dövrlərində insanlar, xüsusilə yaradıcı insanlar 
öz hiss və həyəcanlarını, həyata və dünyaya baxışlarını ifadə etməyə hər zaman 
ehtiyac  duymuşlar.  Bu  ifadəetmə  üsulu  xatirə  üsubunda  daha  aydın,  daha  əha-
təli, daha dolğun əks olunur. Memuar, xatirə – müəllifin olanlar və keçənlər, in-
sanlar,  mühit,  dövr  haqqında  düşüncələri,  hissləridir.  Burada  xatirə  müəllifi  öz 
həyatını, çevrəsində olan insanları, ona müsbət və ya mənfi münasibət bəsləyən-
ləri, ömür yolunun çətinliklərini, uğurlarını dəqiqliklə, real, tarixi faktlarla anlat-
mağa çalışır. Bununla  müəllif  eyni zamanda öz xatirəsində canlı  insan surətləri 
yaradır, olmuş həyat həqiqətini dəqiq əks etdirməklə, müəyyən bir tarixi dövrün 
ab-havasını  ədəbiyyata  gətirir.  Bəzən  də  elə  olur  ki,  yazıçı  başqa  bir  adamın 
xatirələrini,  memuarlarını  qələmə  alır,  onu  ədəbiyyata  gətirir.  M. Çəmənlinin 
“Burdan bir atlı keçdi” kitabı da bu qəbil əsərlərdəndir. 
Bu  kitabı  digər  əsərlərdən  fərqləndirən  əlamətlərin  ən  başlıcası  nəqlet-
mənin, əsasən, birinci şəxs tərəfindən – İsa kişi tərəfindən aparılmasıdır. Xatirə-
lərdə bu, əsas olsa da, vacib əlamət deyil. Çünki xatirə-memuarlar bəzən ikinci, 
hətta  üçüncü  şəxsin  dilindən,  müəllifin  və  ya  digər  şəxsin  şifahi  xatirələrinin 
qələmə  alınması  nəticəsində  də  meydana  gələ  bilər.  Xatirələrdə  ən  əsas  cəhət 
ondan  ibarətdir  ki,  onlarda  keçmiş  haqqında  danışan  müəllifin  siyasi,  eləcə  də 
şəxsi,  fərdi  məsələlərə  münasibəti  son  dərəcə  obyektiv  olsun.  Beləliklə,  bütün 
hadisələr  ya  onların  müəllifə  münasibətində,  ya  da  müəllifin  onlara  münasi-
bətində dəqiqliklə, faktlarla düzgün şərh edilməlidir. Deməli, xatirələrdə müəllif 
tərəfindən  keçmişin  təsvir  dərəcəsi  onun  şəxsi  görüşü  ilə  müəyyənləşdirilir. 
Kitaba daxil edilən “İlan ili üstə təhvil olunmuş illər”, “Məhəmməd ağa Müctə-
hidzadə”,  “Molla  Məhəmməd  Qarabaği  kimdir?”,  “Novruzlu  Əsədulla  bəy”, 
“Qarabağın maralı”, “Yurd həsrəti”, “Mərdimazar”, “İsa kişi ilə üz-üzə”, “Yenə 
də  İsa  kişi  ilə  üz-üzə”  kimi  xatirə-memuarlar,  yazılar,  əsasən,  birinci  şəxsin 
dilindən verilib.Təbii ki, belə yazılarda müəllif şəxsiyyəti əsas rol oynayır, çünki 
o,  çox  vaxt  hadisələri  öz  adından  danışır.  Oxucu  da  başqa  şəkildə  deyil,  məhz 
onun vasitəsi ilə nəql olunan hadisələrdə iştirak edir. Müəllif şəxsiyyəti memua-
rın, xatirənin əsas yaradıcısı kimi, onun quruluşçusu kimi çıxış edir.  
Adıkeçən yazılarda xalq yaddaşının daşıyıcıları uzun illər ərzində gördük-
ləri,  rastlaşdıqları  müxtəlif  həyat  hadisələrini,  onlara  öz  baxış  və  münasibət-
lərini, eləcə də onlardan çıxardıqları qiymətli nəticələri, qənaətləri təsvir və nəql 
etməyə  çalışmışlar.  Qənaətlər  və  nəticələr  isə,  əsasən,  obyektiv,  güclü  məntiqə 
əsaslanan ümumiləşdirmələr olub, oxucunu istər-istəməz İnsan, Zaman və Həyat 
haqqında daha dərindən düşünməyə sövq edir. 
“Burdan bir atlı keçdi” kitabında müəllif Mustafa Çəmənlinin özü, eləcə də 
xatirə, memuar, rəvayət, yeri gələndə Molla Nəsrəddin və Bəhlul Danəndədən lə-
tifələr danışan real insan obrazları – Kərbəlalı İsa Musayev, Səlim Əzimov, Şəmil 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     153 
 
 
İsgəndərov,  Qulam  Ağayev,  Hüseyn  Vəliyev  və  Mələk  xanım  Baharlının  söylə-
dikləri xatirələrdə cəmiyyətin, insanın, şəxsiyyətin, zamanın, dövrün özünün əhatə 
dairəsində olan hadisələri əks etdirirlər. Ancaq xatirə müəllifinin gördüklərinin və 
eşitdiklərinin  dərkedilmə  dəyəri  nə  qədər  böyük  olsa  da,  xatirə-rəvayətlər  təkcə 
bununla tamamlanmır. Kitabda yalnız müəllifin hadisələr haqqında şəxsi təəssüra-
tını  çatdıran  xatirələr  bir o  qədər  çox deyildir.  Lakin  kitabda  verilən  xatirə-rəva-
yətləri bu janrın klassik nümunələri kimi qəbul etmək olar.  
Keçmişi  təsviretmə  xatirələrin  başqa  bir  şəklinin  əlamətidir.  Onların  ya-
ranması  dövründə  müəllif  xatirələr  obyekti  kimi  təsvir  olunan  hadisələr  dairə-
sindən və əlaqələr sistemindən kənarda olur. Çünki o hadisələr artıq baş vermiş 
və  bütünlüklə  keçmişə  aid  olur,  ya  da  müəllifin  hadisələrdə  iştirakı  bu  və  ya 
başqa  səbəblərə  görə  mümkün  olmur.  Hadisənin  baş  verməsi  ilə  memuarın  – 
xatirənin  yaranması  arasında  məsafə  bir  neçə  həftədən  bütöv  onilliklərə,  yüzil-
liklərə qədər ola bilər. Belə bir zaman kəsiyi çox vaxt keçmişin əks olunmasına 
kəskin şəkildə təsir edir. Əgər memuar müəllifinin yaddaşına vaxtın təsirini kə-
nara  qoysaq,  o  zaman  bu  əlaqədə  bunları  qeyd  etmək  lazım  gəlir.  Öncə,  xatirə 
müəllifi  hadisənin  özünün  baş  verdiyi  dövrdə  və  ya  bir  qədər  ondan  sonra  ilk 
təəssüratı  tez  qələmə  almadıqda  onlar  nadir  halda  şəxsin  özünə  aid  ola  bilir. 
Xatirə müəllifi digər şahidlərlə təmasda olaraq şifahi, səmərəli məlumat prosesi-
nə daxil olur, öz müşahidəsini bölüşdürür, onların əhvalat və rəvayələrinə qulaq 
asır,  onu  daha  çox  narahat  edən  məqamları  müzakirə  edir.  Bununla  da  qeyri-
iradi  olaraq  «başqasının  məlumatını»  təcrübədən  keçirir.  Kitaba  daxil  edilən 
“Peygəmbərlə  bağlı söhbət”, ”Nəvvabın  mğcüzələri”, ”Qanlılığın sonu”,  “Nov-
ruzlu  Əsədulla  bəy”,  “Şah  İsmayıl  və  Hürrün  qəbri”,  “Allah  hər  şeyi  görür”, 
“Müdrik qoca”, “Nadir şah və Xatın arvad”, “Padşah və  loğman” bu baxımdan 
maraq kəsb edir. 
 Bu  yazılarda,  rəvayətlərdə  müəlliflərin  “gəlimli-gedimli”  qoca  dünya, 
eləcə  də  bəhs  etdikləri  dövrün  gerçək  reallıqları  haqqında,  o  dövr  insanlarının 
duyğu  və  düşüncələri,  onlar  barəsində  ümumiləşdirmələri  öz  əksini  tapmışdır. 
Yaddaş daşıyıcılarının  müxtəlif  janrlarda söylədikləri  bu hadisə və əhvalatlarda 
şirin təhkiyə, sadə, anlaşıqlı dil, çeşidli üslub, fəlsəfi təfəkkür hakimdir. Burada 
kitab  müəllifinin  xatırlanıb  söylənən  hər  bir  hadisəyə  çox  həssas  yanaşması  da 
diqqəti cəlb edir. O öz oxucusunu söylənən hadisələrin mahiyyətini daha dərin-
dən dərk etməyə yönəldir. 
 Keçmiş  haqqında  xatirələr  kütləvi  düşüncələrdə,  ictimai  təfəkkürdə  ya-
şayır,  folklorda,  ədəbiyyatda,  mədəniyyət  və  incəsənətdə  əks  olunur.  Bəzən  bu 
xatirə-rəvayətlərdə  çağdaş  dövr  üçün  aktual  olan  adət-ənənələr,  milli-mənəvi 
dəyərlər ön plana çəkilir. Onların şərhləri, onlara verilən izah və aydınlaşdırma-
lar  xüsusi  siyasi  qurum  dairəsinə  düşərək  ayrı-ayrı  dönəmlərdə  aktual  xarakter 
alır. Lakin bəzən xatirə müəllifinin həm əhvalat baş verdiyi dövrdəki hadisələrə, 
həm  də  xatirə-rəvayətlərin  yaranması  zamanı  hadisələrə  münasibəti  heç  də 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə