Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə65/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   61   62   63   64   65   66   67   68   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
237 
çiçək  və  köklərindən  hazırlanmış  cövhərdən  (məlhəmdən) 
soyuqdəymə və qankəsmədə, çibanların sağaldılmasında, bir 
çox  yaraların  müalicəsində  istifadə  edirlər.  Yovşanın  dö-
yülmüş  yarpaqlarını unla qarışdırıb xəşil bişirərək ac qarına 
yeyir,  qurdların  qovulmasına  nail  olurlar.  Kölgədə  quru-
dulmuş  yaşıl  kütləsinin  turşumuş  südlə  qarışığından  hazır-
lanmış  sıyığından  bədənin  əzilmiş  hissələrinin  və  sınıqların 
müalicəsində  işlədirlər.  Yovşanla  boymadərən  bitkisini  bir-
birinə qarışdırıb köp əleyhinə istifadə edirlər. 
Adi yovşandan qida məqsədi ilə də istifadə etmək olar. 
Onun  yarpaqları  C  vitamini,  üzvi  turşular,  efir  yağı,  nişasta 
və  s.  maddələrlə  zəngin  olduğundan  yeyinti  məhsullarına 
əlavə edilməsini məsləhət görürlər. 
Acı yovşandan spirtli içkilərə, likör, vermurq və s. içki 
növlərinə  iy  və  dad  vermək  üçün  istifadə  olunur.  Yovşanın 
tərkibindəki efir  yağından isə ətriyyat və sabun sənayesində 
istifadə olunur. 
 
Spanaq 
 
 Spanağın  kimyəvi  tərkibi.  Spanağın  tərkibində  insan 
orqanizmi  üçün  lazım  olan  bir  çox  vitaminlər  kompleksi 
aşkar  edilmişdir.  Onun  yaşıl  hissəsinin  tərkibində  C,  A,  B„ 
B2,  PP,  E,  D  vitaminləri  aşkar  edilmişdir.  Bitkidə  ən  çox 
vitaminlər  çiçək  açan  fazada  toplanır.  Spanağın  yarpaqla-
rında C vitamini çox olduğu üçün ondan vitamin konsentrat-
ları  hazırlanır.  Bundan  hazırlanan  «spanaqtin»  preparatının 
tərkibində  C  vitaminindən  başqa  karotin  də  vardır.  Quru 
halda onun  tərkibində 34% protein, 33% azotsuz maddə və 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
238 
4,5%  pektin  tapılmışdır.  Spanaq  zülalın  miqdarına  görə 
ətdən sonra ikinci yeri tutur. Buna görə də spanaqdan ən çox 
raxitdə,  qocalıqda  və  qanazlığında  istifadə  olunmasını 
məsləhət görürlər. 
Spanağın yaşıl hissəsinin kimyəvi tərkibi onun becəril-
mə şəraitindən, torpağın quruluşundan, ekologiyadan ona ve-
rilən gübrələrin kimyəvi tərkibindən və s. çox asılıdır. Apa-
rılan  təcrübələrdən  aydın  olmuşdur  ki,  mineral  gübrələrin 
köməyi  ilə  spanağın  tərki  də  olan  yodun  miqdarını  3  dəfə 
artırmaq  olar.  Belə  ki,  suya  C  dəmir  kuporos  daxil  edilib 
bitki suvarıldıqda dəmirin miqdarı çoxalır. Torpaqda azotun 
miqdarı çoxaldıqca, C vitamininin miqdar artır. 
Spanağın  yaşıl kütləsindən bir çox xörəklərin – şorba, 
borş hazırlanmasında geniş istifadə edilir. Spanağın  yarpaq-
ları  qurudulub  narın  toz  halına  salınır  və  tünd  rəngli  şüşə 
qablara doldurulur. 
Spanaqdan yaşıl rəngli ekoloji cəhətdən təmiz təbii bo-
yaq  alınır.  Bundan  da  konserv  sənayesində  geniş  istifadə 
edilir. 
Spanağın  xalq  təsərrüfatı  əhəmiyyəti.  Spanaq  tərkibin-
dəki insan sağlamlığı üçün vacib olan bioloji-aktiv maddələrlə 
zəngindir. Onun tərkibində C, A, B, B
2
, PP, E, D vitaminləri və 
zülallarla  C
a
  və  F  makro  və  mikroelementləri  ilə  zəngindir. 
Spanaqdan  (kimi  ancaq  bişirmə  halında  istifadə  olunur. 
Əvəliklə birlikdə şi, borş, sup və müxtəlif tərəvəz xörəklərinin 
hazırlanması  istifadə  edilir.  Spanaq  ən  çox  konserv  məmulat-
larının  hazırlanma  da  tətbiq  olunur.  Spanaq  konservada  öz 
kimyəvi  tərkibini  uzun  müddət  saxlandıqda  belə  dəyişmir. 
Spanağı qurudulmuş halda ədviyyat kimi istifadə edirlər. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
239 
Tərxun 
 
Tərxun  çoxillik  ot  və  ya  yarımkoldur.  Onun  yerüstü 
hissəsindən  alınan  efir  yağı  təbabətdə  geniş  istifadə  edilir. 
Çox qədimdən isitmə-qızdırmaya, mədə-bağırsağa, yelə və s. 
qarşı  tətbiq edilir. Bu  məqsədlə,  yovşan bitkisinin becərilən 
tərxun növündən geniş istifadə olunur. 
Tərxun  qədim  dövrlərdən  başlayaraq  hazırki  dövrə 
qədər  bir  çox  ölkələrdə  ədviyyə  bitkisi  kimi  əkilir.  Bunun 
yaşıl  hissəsinin  tərkibində  efir  yağı,  aşı  maddəsi,  acı  qlü-
kozid, qatran, karatinoid, C vitamini, flavonoid birləşmələri, 
yaşıl  xlorofil  və  s.  maddələr  vardır.  Tərxundan  müqavimə-
tartırıcı,  iştahartırıcı,  həzmyaxşılaşdırıcı  kimi  istifadə  edilir. 
Xalq  təbabətində  tərxundan  hazırlanan  cövhərlərdən 
damarların  divarlarının  möhkəmləndirilməsində,  diş  qanax-
malarında və s. istifadə edilir. 
Bunun  yaşıl  hissəsindən  alınan  efir  yağından  tərxun 
sirkəsi, ədviyyə məhsullar və s. hazırlanır. Tərxun yaşıl tərə-
vəz  və  ədviyyə  kimi  müxtəlif  yeməklərə  qatılır,  təzə  halda 
yeyilir.  Göbələk,  kələm,  xiyar  və  müxtəlif  şorabaların  bağ-
lamalarında ədviyyə, qatqısı kimi istifadə olun-maqla yanaşı, 
onları  vitaminlərlə  zənginləşdirir.  İştah-gətirici  kimi  soyuq 
xörəklərə  salat  və  qəlyanaltılara  əlavə  olunur.  Təzə  və 
qurudulmuş yarpaqları sousları, ət və balıq xörəklərini tamlı 
və  dadlı  edir.  Tərxundan  qənnadı  sənayesində  də  işlədilir. 
Tərxundan yaşıl rəngli yağ, limonad və s. hazırlanır. 
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə