Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   2   3   4   5   6   7   8   9   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
17 
«əcəm»  adlanan  bu  sənətkarlara  tapĢırılmıĢ,  bu  da  yerli  Ģairlərin 
həsədinə səbəb olmuĢdur»
20
.  
Osmanlı ölkəsində Ağqoyunlu və Səfəvi dövlətləri tərkibinə 
daxil  olan  Azərbaycan,  Ġran  və  s.  ərazilər  «Əcəm»  adı  altında 
ümumiləĢdirildiyindən,  Azərbaycandan  gedən  Ģairlər  bir  çox  hal-
larda Osmanlı təzkirələrində «əcəmli» kimi təqdim olunurdular.  
AĢiq Çələbinin «MəĢairüĢ-Ģüəra»sının Xəyali Çələbi maddə-
sində  Osmanlı  sultanlarının  əcəm  sənətkarlarına  yüksək  qiymət 
verdiyini  ortaya  qoyan  mühüm  məlumatlar  yer  almaqdadır.  AĢiq 
Çələbinin verdiyi məlumata görə, Osmanlı saray Ģairi Xəyali Sul-
tan I Səlimin Səfəvi dövlətinə qarĢı 1514-cü ildə Azərbaycana et-
diyi  yürüĢdən  sonra  sarayda  üzgün  halda  oturduğunun  Ģahidi  ol-
muĢ  və  bunun  səbəbini  soruĢmuĢdur:  «Füzəladan  mərvidür  ki, 
Sultan Səlim-i mərhum bir gün diyar-i Əcəmdən gəldügindən son-
ra əsna-yi müsahibətdə qəmgin və səfahət-i cəbinün pür-çün ü kin 
görüb, ayine-yi xatir-i atırlarınun gird-i məlalindən və təb-i Ģəriflə-
rinün səbəb-i infialindən sual idər». Onun cavabında Sultan Səlim 
Əcəm  sənətkarlarının  Rum  sənətkarlarından  üstün  olduğunu  vur-
ğulayır və bu səbəbdən  narahat olduğunu deyir:  «Əcəmə varduq, 
qəvabil-i  Əcəmi  Ruma  sürdük.  Hər  hirfətün  sahib-həzllərin  belə 
gətirdük.  Qərəzüm  buydı  ki,  Rumun  qəvabili  Əcəmə  qalib  olalar 
və  zayi  ü  hirfətdə  məratib-i  aliyə  bulalar.  ĠĢidirüm  ki,  xalq  yinə 
Əcəm ustadlarına müraciət idərlərimiĢ. Rumilərə müraciətdən ar u 
həmiyyət  idərlərimiĢ.  Cümlədən  Ģətrənc  nə  cüzi  nəsnədür  annı 
Rumda bir kimsə mümarəsət idüb Əcəm Ģətrəncbazlarına müqavə-
mət  idəcək  dənli  məĢq  etməyə?!  Siyahca  Əcəmi  birikür  və  anı 
qatil-i tiğ-i həsəd etmək içün bir qılıcın dəgər biz Ģahı mat itdügü-
müz gibi anı mat idər bir kimsənə bulunmaya»
21

Məlumdur ki, Osmanlılar Səfəvi dövlətinə və onun əhalisinə 
əcəm deyirdilər. Burada Sultan I Səlim Əcəm səfərindən və Əcəm 
sənətkarlarından  bəhs  edərkən,  Ģübhəsiz  ki,  Azərbaycanı  nəzərdə 
                                                 
20
 Араслы Щ. Бюйцк Азярбайъан шаири Фцзули. с.47. 
21
 Кылыч Ф. Мешаирцш-шуара. Инъелеме-тенкитли метин. Басылмамыш Доктора 
Тези. Эази Цниверситеси, СБЕ. Анкара, 1994, с. 866. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
18 
tutmuĢdur.  Çünki  1514-cü  ildə  Səfəvi  hökümdarı  ġah  Ġsmayılla 
müharibədən  sonra  Sultan  Səlim  xeyli  sayda  bacarıqlı  Təbriz  sə-
nətkarını  ailələri  ilə  birlikdə  zorla  Ġstanbula  aparmıĢdı.  Müxtəlif 
mənbələrdə bu sənətkarların sayının yüzlərlə, hətta minlərlə oldu-
ğu qeyd edilmiĢdir
22
.   
Təzkirədəki  dialoqdan  göründüyü  kimi  Sultan  Səlim  Əcəm 
ustalarının Osmanlı sənətkarlarından daha qabiliyyətli olduğundan 
Ģikayət etmiĢ, fəqət Xəyali, sultanın könlünü alaraq, Osmanlı sə-
nətkarlarına yüksək dəyər vermiĢdir: «PadiĢahum! Ġstanbul saye-yi 
dövlətündə manənd-i Təbrizdür və qəvabil-i Rumdan necə kiməs-
nələr  rəviĢ-i  ərbab-i  hərf-i  Əcəmi  vərziĢ  itməgə  növ-həvəs  və  sə-
bük-hizdür. Təliqnüvisləri qabiliyyət-i Xuda dadı ilə Əcəm divani-
sin nəsx yolına gitmiĢdür. Rum rəssamları Əcəm nəqqaĢların rəng-
pəzir  itmiĢlərdür.  Təkyəcilər Əcəmlərün  təkyəsin  baĢlarına  oldur-
duq diyü fərahdan tacların gögə qondurdılar. Qəzzazlarımuz Əcəm 
qəzzazlarına  rəĢk  ilə  yeldən  dügmələr  dikdirdülər.  Xəyyatları 
sənət-i firəngidə rəh-növrədlüklər itdilər ki, Əcəm dərzilərinə tək-
kələr  giydürdilər.  Xarratları  Əcəm  kəllə  xuĢkların  çıqruğa  çevir-
dilər. AĢçılar nə çaĢnilər içirdilər. Halvacılar nə ağızları dadın vir-
dilər. Əgərçi 
 
Misra 
      تسا شرت نم غود هك دٌوك هن سك
 
(Kimsə söyləməz ki, mənim ayranım turĢdur) 
 
diyü bir-birin yirdilər, amma ayrancılarına yağ yoğurddanmı olur, 
yoğurd  yağdanmı  olur,  bildirdilər.  Sazəndələri  kamançacılarınun 
ağızlarından saqızın çəkdilər, əvvadlarınun sinələrindən küllər ye-
rinə  dağ-ı  həsrət  yakub,  yakıllarınun  otların  əkdilər,  həllacların 
pənbə gibi atdılar, bazarcıların xəbərləri yoxkən ardlarından satdı-
lar…».  
Bu söhbətində Xəyali Osmanlı təliqnevislərini, rəssamlarını, 
nəqqaĢlarını,  təkyəcilərini,  qəzzazlarını,  xəyyatlarını,  aĢçılarını, 
                                                 
22
 Эфендиев О. Образование Азербайджанского государства Сефевидов в начале 
XVI века. Баку, 1961, с. 119. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
19 
halvaçılarını,  ayrançılarını,  sazəndələrini,  əvvadlarını  (ud  çalan), 
həllaclarını  və  s.  əcəm  sənətkarlarından  üstün  saymıĢ  və  özünün 
də çox yaxĢı Ģahmat oynadığını qeyd etmiĢdir. Xəyali özünün yax-
Ģı bir Ģətrənc ustası olduğunu sərgilədikdən sonra «həzrət-i xünkar 
ana nicə Ģahanə iltifatlar eylər, didügün sözləri isbat eylə diyü bu-
yururlar. Ol dəxi hirfətün kamillərinün və hər sənətün qabillərinün 
və piĢvərlərinün karlarından və ustad iĢlərinün yadigarlarından nü-
mudar və kəndinün sidqi bə-didar olmağçün nümunələr gətürürlər. 
PadiĢah  cümləsin  xoĢ  görürlər,  kiminə  ülufə  və  kiminə  bəxĢiĢ  və 
kiminə tərəqqilər ilə bəxĢayiĢ buyurub, kise-yi amalları malla mal-
a-mal olınca və cib ü damənləri nüqud-i uhudla tolunca hər birini 
lütf ü kərəmə toyururlar»
23
. Bu söhbətdən sonra Sultan Səlim, Xə-
yalinin  tərif  etdiyi  sənətkarları  mükafatlandırır  və  onlara  yüksək 
dəyər verir. Osmanlı ölkəsində Azərbaycan sənətkarlarının böyük 
sayğı  gördüyü  və  onların  hazırladıqları  məhsullara  tələbatın  çox 
olduğu da yenə bu söhbətdən aydın olur.  
Azərbaycanlı mühacirlərin Osmanlı dövlətinin mədəni həya-
tında  oynadığı  rol  haqqında  dövrün  Ģüəra  təzkirələrindən  gərəkli 
məlumatları almaq mümkündür.     
 
1.2. XVI – XX əsrlərdə Osmanlı təzkirəçiliyi 
 
Osmanlı zamanında XVI əsrdən baĢlayaraq qələmə alınan və 
dövrünün ədəbiyyat tarixi funksiyasını yerinə yetirən Ģair təzkirə-
ləri  Azərbaycan  ədəbiyyat  tarixini  öyrənmək  baxımından  da  çox 
böyük əhəmiyyətə malikdir. 
DövlətĢah Səmərqəndi və ƏliĢir Nəvai təzkirələrinin qazan-
dığı  Ģöhrət  səbəbi  ilə  bu  klassik  nümunələrin  təsiri  altında  XVI 
əsrdən etibarən Türkiyə ədəbiyyatında da təzkirələr tərtiblənməyə 
baĢlamıĢdır.  
Osmanlı  türkcəsində  təzkirə  janrının  təməlini  Səhi  bəy  (?- 
h.955/1548)  h.945/1538-ci  ildə  tamamladığı  «HəĢt  behiĢt»i  ilə 
qoymuĢdur. «HəĢt behiĢt» ön söz, hər birinə «behiĢt» adı verilən 8 
                                                 
23
 Кылыч Ф. Мешаирцш-шуара. 1994, с. 866-867. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə