Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə25/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   21   22   23   24   25   26   27   28   ...   205

Xanımcan  və  Şərəf xanımların  irsi  əmlaklarına  yiyələnmək 

iddiası  barəsində  yazılmış  bir  vəkalətnamə  çox  maraq 

doğurur  və  yuxarıda  deyilənləri  təsdiqləyir:  «Rəhmətə  getmiş 

mərhum  Əlimərdan  bəyi  Böyükxanım  və  Balaxanım  ləqəbi 

daşıyan  izzətli  və  vəkalətli  varisləri  Xanımcan  və  Şərəf  adlı 

xanımlar  mülklərini,  kəndlərini  və  s.-  i  fərdi-  təsərrüflərinə 

almaq  iddiası  barəsində  ən  yüksək  məqam  sahibi  Şükrulla 

xanı özlərinə müdafiəçi götürüblər».

Qeyd  edək  ki,  burada  adı  çəkilən  Əlimərdan  bəy 

Naxçıvan  hakimi  Cəfərqulu  xanın  oğludur.  Naxçıvanın 

«Vəkili  titulunu  daşımışdır»  sənədələrində  ciddi  araşdırmalar 

aparılanda  yəqin  olur  ki,  Şükurulla  xan  Naxçıvan  xanlığının 

hakimi  olduğu  vaxtlarda  çox  uğurlar  qazanmışdır.  Bir  arxiv 

sənədində:  «Şükrulla  xan  Kəngərli  dövlət  işlərində  ən  çox 

fayda  verən  və  xanlığın  ən  çox  təşəkkürünü  qazanan  bir 

hakim olmuşdur...».

Y.N.Marrın  xatirəsinə  həsr  olunmuş  «On  Asiya 

sənədlərdə»  kitabının «Naxçıvanın əlyazma sənədləri»  (XVII- 

XIX  əsrlər)  adlanan  birinci  hissəsində  göstərilir  ki,  Naxçıvan 

uzun  illər  Səfəvi  dövlətinin  xidmətinə  Kəngərli  süvarilərindən 

ibarət  atlı  dəstələri  göndərib.  Sənədlərdə  atlı  dəstələrinə 

başçılıq  edən  sərkərdənin  adları  da  göstərilib  (2,  s.  10-54). 

Ancaq 

Azərbaycan 



MEA 

Əlyazmalar 

institutunun 

«Arxeoqrafik və tarixi sənədlər»  bölməsində mühafizə olunan 

bir  sənəddən  araşdırıcı  alim  Elmira  xanım  Seyidboylinin  əldə 

etdiyi  məlumata  görə  1777-  ci  ildə  Naçıvanda  hakimlik iısuli- 

idarəsinin  Astrabad  ölkəsinin  bəylərbəyi  Mürtəzaqulu  xan 

Kəngərlinin  nəvəsi  Şükrulla  xanın  şəxsiyətində  cəmləşməsi  ( 

Hibənamənin  mətni  içərisindən  çıxarıb  yuxarı  hissəsində 

salınmış  qeyd  belədir:Naxçıvan  ölkəsinin  hakimi  Şükrulla 

xan  Kəngərli.  Allah  onun  uca  iqbalını  daimi  etsin)  faktı  belə 

bir  qənaət  yaradır  ki,  o,  (Şükrulla)  Kəngərli  tayfalarından 

təşkil edilmiş  atlı  qoşun hissələrinin  tərkibində təkmilləşdirmə 

işi  həyata  keçirmək  məqsədilə  1730-  cı  ildə  həmin  göstərişi 

verib.  Şükrulla  xan  özü  isə  10  min  Kəngərli  atlı  dəstəsinə 

«Naxçıvan  süvariləri»nin  sərkərdəsi  kimi  başçılıq  etmişdir.




Bu  işdə  ona  əmiləri  Vəliqulu  xan  və  Abbasqulu  xan  kömək 

etmişlər  (3,  s.  108).  Sadalanan  faktlara  əsasən  demək  olar  ki, 

Şükrulla  xan  Naxçıvan  xanlığının  tədbirli  hakimi  olmaqla 

yanaşı,  həm  də  mahir  bir  hərbçi  olmuşdur.  Əminik  ki, 

gələcəkdə  əldə  ediləcək  yeni  arxiv  sənədləri  bunu  tam 

təsdiqləyəcək.

Şükrulla  xanın  doğum  və  ölüm  tarixi  hələlik 

dəqiqləşdirilməyib.  Məlumatlara  əsasən  demək  olar  ki,  onun 

nəsil  davamçıları  sonralar Zülfüqarov familiyasını daşımışlar. 

Onun  mülkləri  və  torpaqları  Naxçıvanda  Azadciranda  və 

Qarabağlar kəndində olmuşdur.

İrəvan  Dövlət  Arxivində  onun  nəsil  davamçılarından 

birinin-  Zülfüqar  xanın  İrəvan  bəy  komissiyasına  yazdığı 

ərizə  Zülfüqarxanovlarm  Şükrulla  xan  nəslindən  olduğunu 

xəbər verir:  Naxçıvan şəhər sakini Zülfüqar  xan  Şükrulla  xan 

oğlu  5  oktyabr  tarixində  Bəy  Komissiyasına  onunla  eyni  bir 

əcdaddan  törəmiş  ailələrin  siyahısını  və  şəcərəsini  təqdim 

edib.  Zülfüqarxanov  xahişnaməsində  bildirib  ki,  onun 

ulubabası  Heydər  qulu  xan  və  onun  oğlu  Şükrulla  xan 

Naxçıvan  qəzasını  və  Mehri  sahəsini  çıxmaqla  Azadciran 

(Azadciran 

XIX 


əsrdə 

Naxçıvandan 

şərqdə 

yerləşən 



torpaqların  ərazisi  Müəllif)  dairəsini  idarə  ediblər.  Onun 

babası  Zülfüqar  xan  Azadciran  dairəsini  idarə  edib. 

Göstərilən  şəxslərdən  və  əmisi  oğlu  Abbasqulu  xanın  İranda 

yaşayan  vərəsələrindən başqa o  heç  kimi  tanımır və  babasının 

adı  ilə  bağlı  olan  Zülfüqarxanov  soyadı  götürmək  istəyir. 

Təqdim  olunmuş  siyahıya  əsasən  göstərilən  ailələrin  tərkibi 

aşağıdakı  kimidir:  1.  Zülfüqar  xan  38  yaşında,  arvadı 

Ti'ıkəzban  xanım  30  yaşında,  oğlıı  Humay  xan  2  yaşında, 

Şükrulla  xan-  1  yaşında,  qızları  Kövhər  xanım  8  yaşında, 

Hacı  Bəyim  5  yaşında;  2.  Cahangir  xan  24  yaşında  və  s.  3. 

Əmir Aslan  xan  15 yaşında.  Siyahıda qeyd olunub  ki, əvvəllər 

onların  Naxçıvan  və  Ordubad  qəzalarında  çoxlu  kəndləri 

olub,  lakin  həmin  kəndlər  kənar  şəxslərə  satılıb,  indi  isə 

Naxçıvan  qəzasının  Şıxmahud  kəndində  2  axça  torpaqları 

var.  Şəcərədə  köstərilir  ki,  xahiş  edənin  ulubabası  Heydər

77



qulu  xan  olub,  onun  iso  iki  oğlu  olub:  Rəhim  xan,  hansının 

ki,  vərəsələri  İrandadırlar  və  Şükrulla  xan.  Ərizə  ilə  müraciət 

edən Zülfüqaı* xan  Şükrulla xanın  nəticəsi  olub.  1859-  cu  ilin 

kameral  siyahısına  görə  Naxçıvan  şəhəri  üzrə  xarı  nəslindən 

olan  ailələrin  siyahısına  xahiş  edənin  atası  Şükrulla  xan  və 

onun  2  oğlu:  Zülfüqar  xan  və  Cahangir  xan  daxil  edilirlər. 

Üçüncüsü  Əmir Aslan xanın isə siyahıda adı yoxdur.

Bunları  dinləyərək  və  siyahı  ilə  şəcərəni  nəzərdən 

keçirərək  iştirak  edən  üzvlər  yekdiliklə  bildirdilər  ki,  xahiş 

edən Zülfüqar xan və qardaşları Cahangir xan və Əmir Aslan 

xan  həqiqətən  də  Heydər  qulu  xandan  törəyiblər;  xahiş 

edənin  digər  əcdadları  İran  hökuməti  dövründə  bəy  adından 

istifadə  ediblər,  nə  həmin  vaxtlar  nə  də  Rusiya  hökuməti 

dövründə  onlardan  heç  biri,  adından  məhrum  edilməyib. 

İrəvan  bəy  komissiyası  Təminatın  9,  14,  19,  21,  25-  ci 

maddələrinə  əsasən  bu  barədə  protokol  tərtib  etmək 

niyyətindədir (5.  Fond  89, Siyahı  1, iş 26, vərəq 255).

Bu  sənəd  1859-  cu  ilə  aiddir.  İrəvan  bəy  komissiyası 

şikayətçinin  ərizəsinə  müsbət  cavab  verib.  Onların  xan 

nəslindən  olduğunu  təsdiqləyib.  Sənəd  Naxçıvan  xanlığının 

nəsil  şəcərəsinin  tərtibi  zamanı  çox  dəqiqləşdirmələrə 

köməklik  etdi.  Bir  daha  təsdiqləndi  ki,  Zülfüqarxanovlar  və 

Sovet  dövründə  Zülfüqarlı  soyadlarım  daşıyan  şəxslər  də 

Kəngərli  xanlarından  Şükrulla  xanın  nəslindən  olanlardır. 

Atasının  Naxçıvan  çay  üzərində  saldığı  körpünü  o,  yenidən 

təmir etdirmişdir  ki,  həmin  körpü indiyədək  Şəkərabad  kəndi 

yaxınlığında  durmaqdadır.  Eləcə  də  o,  dünyanın  ən  möcüzəli 

ziyarət  yerlərindən  biri  ola.n  Əshabi-  Kəhfə  çox  qayğı 

göstərmişdir.  Əshabi-  Kəhf  ziyarətgahında  bir  neçə  kitabə 

vardır. 


Tədqiqatçı 

Hacı 


Fəxrəddin 

Səfərlinin 

araşdırmalarından  məlum  olur  ki,  kitabənin  üzərində 

«Qurani  Kərim»  in  «Əl-  kəhf»  surəsinin  9,  10,  11,  12,  17  və

18-  ci  ayələri  həkk  edilmiş  mərmər  lövhə  təbii  aşınma 

nəticəsində  məhv  olmaq  təhlükəsində  olduğu  üçün  Naxçıvan 

ölkəsinin  hakimi  Şükrulla  xanın  qərarı  ilə  onun  üzü  təzədən

78



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə