Riskin idarə edilməsi Dəyərin idarə edilməsi
Müddətin idarə edilməsi
Keyfiyyətin idarə edilməsi Predmet sahəsinin idarə edilməsi
Şəkil 7.1. Biliklərin idarə edilməsi modeli
Layihələrin idarə edilməsi prosesində məqsədə çatmaq üçün müəyyən problemli vəziyyətlər yaranır. Bu problemlər vaxtın azlığı və ya keyfiyyətsiz işlər ilə bağlıdır. Adətən layihədə nəzərdə tutulan işlər dekompozisiya olunur və layihə bir neçə hissələrə bölünür. Bu bölünmənin əsas səbəbi layihə komandasının məhdud idarəetmə imkanlan ilə bağlıdır. Bunu onunla izah etmək olar ki, idarə edilən parametrlərin sayı ar- tıqca layihənin menecerlər komandasınin işi mürəkkəbləşir və layihə idarəetmə obyekti kimi öz xüsusiyyətini itirir. Layihənin ölçüləri və idarəetmə parametrlərinin sayı artıqca layihə komandası irimiqyaslı layihənin kiçik bir hissəsinə nəzarət etmiş olur.
Biliklər sisteminin inkişaf etdirilməsi üzrə təşəbbüskar layihələrin idarə edilməsi elminə yaxın olan bir sıra elmlər, o cümlədən, informasiya texnologiyalan, qərar qəbuletmə nəzəriyyəsi, sistemli yanaşma və təhlil, əməliyyatlar tədqiqatı və süni intellektlər kimi elmlər hesab olunurlar.
Layihələrin idarə edilməsi kontekstində biliklər bazasının modelinin qurulmasın zamanı əsas üç komponenti qeyd etmək lazımdır (şəkil 7.2):
Layihənin məqsədi və onun biliklər bazasında təsviri;
Layihəni xarakterizə edən biliklər bazası;
Layihələrin idarə edilməsi metodolgiyası;
Dostları ilə paylaş: |