Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə3/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   2   3   4   5   6   7   8   9   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Nitqd
ə emotiv, estetik funksiyaları az və çox dərəcədə ifadəsini tapır. Emo-
tiv  v
ə  estetik  funksiyaları,  ekspressivliyi  nitq  və  onun  məhsulu  olan  diskurs  və 
m
ətnlərin köməyi ilə öyrənmək mümkündür. 
Nitqd
ə qrammatik forma əlavə konnotativ məna  alır. Qrammatik məna ilə 
sözün  leksik  m
ənası  arasındakı  uyğunsuzluğun  aradan  qaldırılması  nəticəsində 
ifad
əlilik əldə edilir. Leksik və qrammatik mənanın sintezi əvəzinə onlar arasında 
ziddiyy
ət aşkarlanır. Belə ekspressivlik situativ kontekst zəminində meydana çı-
xır. 
Qrammatik 
formanın funksional dəyişməsinin ən ekspressiv halı transpozi-
siya 
zamanı baş verir. Bu zaman emosiyanın qiymətləndirilməsi və ya üslubi ifa-
d
əlilik adi qrammatik əlaqələrin pozulmasının nəticəsi kimi meydana çıxır. Trans-
pozisiya 
zamanı  əvəz  edən  üzv  özünün  funksional  keyfiyyətini  itirərək  eyni  za-
manda iki 
funksiyanın daşıyıcısına çevrilir. Bu zaman ekspressiv zənginləşdirmə-
nin 
başqa formasına köçürülməsi gerçəkləşir. 
Cüml
ə  kommunikativ  cəhətdən  müstəqildir,  nitqdə  ayrıca  məlumat  verən 
vahid  kimi 
işlənir.  Bununla  yanaşı,  danışıq  dilində  bir  sıra  diferensiallaşmamış 
ifad
ə  vasitələri  vardır  ki,  onlar  kommunikativ  müstəqilliyə  və  nitqdə  müəyyən 
m
əlumat bildirmək imkanına malikdirlər. Danışıq dilində zəngin semantikası və 
quru
luş müxtəlifliyi ilə seçilən nida cümlələri belə ifadə vasitələridir. 
Nitqd
ə istifadə olunan qiymətləndirici nida  cümlələri daha zəngin struktur 
tipl
əri ilə seçilir. Qiymətləndirici nida cümlələri həm müsbət, həm də mənfi məz-
mun 
daşıyır. Məzmunun mənfiliyi və ya müsbətliyi kontekst əsasında müəyyənlə-
şir. Qiymətləndirici nida cümlələrində emosiyanın ifadəsi deyil, daha çox münasi-
b
ət və qiymət bildirilir. 
Cüml
ənin tərkibinə daxil olan, onu təşkil edən elementlər sözlərdir. Bu söz-
l
ər həm də dilin leksik sisteminin vahidləridir. Onların hər birinin semantikası var-
dır. Bir sıra sözlər müstəqil leksik mənaya malik olmur. Dildə belə sözlər köməkçi 
nitq hiss
ələri kimi qruplaşdırılır. 
Danışıq  dili  nidalarla  zəngin  olur.  Nida  gerçəkliyə  emosional  münasibəti 
implisitl
əşdirir. Emosional-ekspressiv xüsusiyyətlər şifahi nitqdə daha çox qeydə 
alınır.  Dil  vasitəsilə  müxtəlif  emosional  vəziyyətin  müsahibə  çatdırılması  emo-
tivl
ərin özlərinin ünsiyyət funksiyalarını yerinə yetirməsidir. Emosiyanın xüsusiy-
y
ətləri, onların qrup xarakteri, polisemantikliyi, emotiv vasitələrin polufunksional-
lığına təsir göstərir. Emosionallığın və ekspressivliyin dildə ifadəsini tapmasının 
müxt
əlif vasitələri vardır. Bura paralinqvistik (mimika, jest və s.), superseqment 
(intonasiya,  ritm,  v
ə  s.),  qeyri-verbal  kontekst  (nitq  situasiyası),  verbal  kontekst 
(
əlavə sözlər). 
Ritorikada nitqi dinl
əyənlərin, adresat və adresatların emosional vəziyyətinə 
t
əsir  göstərmək,  onlarda  emosiyanı  gücləndirmək  vacib  şərtlərdən  sayılır.  Bu 
sah
ədə emosionallığın əldə edilməsi üçün paralinqvistik vasitələrə daha geniş yer 
verilir. 
 



N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Paralinqvistik  vasit
ələr nitqi müşaiyət etməklə kommunikasiyanın emosio-
nal t
ərəfini tamamlayır, müsahibin həmin andakı vəziyyəti barədə əlavə məlumat 
verir (sakit, h
əyəcanlı, inamlı, yorğun). Paralinqvistik vasitələr dil vahidləri ilə pa-
ralel istifad
ə oluna bilər. 
Nitqd
ə emosional vəziyyətin birbaşa ifadəsi qeyri-verbal vasitələrin köməyi 
il
ə olur. Məsələn, qışqırmaq, səsini qaldırmaq, əli ələ vurmaq, əl çırpaq, yamsıla-
maq, 
dodağı  büzmək  və  s.  Bu  vasitələr  nitqin  reallaşması  prosesində  müəyyən 
m
əqamlarda üzə çıxır. Emosional – ekspressiv vəziyyət nitqin baş verdiyi şəraitlə 
əlaqəlidir.  Bu  vəziyyət  nitq  prosesində  dəyişir.  Emosionallıq  artır,  azalır  və  s. 
Emo
sionallıq mövzunun dəyişməsinə, qəfil kəsilməsinə, nitqdə elleptik vasitələr-
d
ən çox istifadə olunmasına, unison danışığa əsas yaradır. 
Хüsusi üslubi səciyyəli funksional sistem olmaq etibarilə ədəbi dilin qeyri-
r
əsmi bir forması kimi rəsmi formaya – kitab dilinə qarşı qoyulan nitq danışıq dili 
adlandırılır.  Danışıq  aktının  hazırlıqsız  baş  verməsinə,  danışanların  söhbətdə 
bilavasit
ə  iştirak  etməsinə  görə  ədəbi  dildən  fərqlənir.  Danışıq  dili  özündə 
intellektual  v
ə  emosional  nitqi  birləşdirir  və  çox  zaman  iki  şəxs  arasında  gedən 
formada  t
əzahür  edir. «Şifahi  nitqi  danışıq  dili  (nitqi)  ilə  eyniləşdirmək  olmaz. 
B
ədii əsərlərdə verilən dialoq nitqi danışıq dili nümunəsi hesab olunur və şifahi 
nitq 
sayılmamalıdır. Çünki bu nitq artıq yazıya alınmışdır və yazılı nitqdir». 
Sözün leksik-semantik t
əbiəti lüğət tərkibindəki sözlərin semantik yaxınlığa 
v
ə  ziddiyyətə,  eləcə  də  fonetik  cildin  eyniliyi  semantikasının  fərqliliyinə  görə 
qruplara bölünür. Sinonim, antonim v
ə omonimlər də mətn daxilində üslubi funk-
siyalar 
yaradır. Antonimlər mətndə daha çox yanaşı işləndikdə və ya eyni kontekst 
daxilind
ə olduqda üslubi cəhətdən  aktivləşirlər.  Frazeoloji vahidlərin işlədilməsi 
d
ə üslubla bağlılığa malikdir. Qeyd edilənlər üslubun leksik səviyyəli vasitələri-
dir. Bununla bel
ə, onlar nitq prosesində nitqi yaradanın, nitqin müəllifinin emosi-
onal v
ə ekspressiv vəziyyətinin də ifadəsni gerçəkləşdirir. 
Emosionallığın eyni bir ifadə vasitəsi nitqdə müxtəlif şəraitlərdə zidd emosi-
yaları  göstərə  bilir.  Fərqli  mənaları  ifadə  edən  nidalar  müxtəlif  intonasiyalarla 
t
ələffüz olunur. 
Nida  cüml
əsi  keyfiyyətinə  malik  vahidlərin  emosionallıq  səciyyəsi  mütləq 
şərt deyil. Digər tərəfdən, emosionallıq heç də həmişə nida cümləsi ilə əlaqədar 
deyildir. Nida cüml
əsi olmayan, başqa növ kommunikativ vahidlər də vardır. 
Ekspressiv v
ə emosional diskurs tipində iştirakçılar arasındakı danışıq emo-
sional tonda  gedir.  Bu  zaman t
ərəflərdən biri, bir neçəsi və ya hamısı emosional 
t
ərzdə söhbət aparır. Bəzən bir tərəf digərinə öz nöqteyi-nəzərini hər cür vəchlə 
sübut  etm
ək  istəyir  və  qarşı  tərəfin  mövqeyi  ilə  hesablaşmır.  Eyni  emosional 
v
əziyyət qarşı tərəfdə də ola bilər. 
Nitqd
ə  elə  konstruksiyaları  yaranır  ki,  onların  fikir  ifadə  etməsində 
intonasiya  h
əlledici  amilə  çevrilir.  İntonasiya  müəyyən  ünsiyyət  şəraitində 
cüml
ələrin  məna  və  məzmununu  konkretləşdirməkdə  və  onların  kommunikativ 
 



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə