46
Göyçay çayı - Girdiman hövzəsinə doğru irəliləyirdilər. Girdiman Albaniya
dövlətinin qərbində xüsusi strateji əhəmiyyət kəsb edirdi» [157, 92-93].
F.C.Məmmədovanın Girdimanın lokalizəsi ilə bağlı fikirlərindəki bəzi
məqamların, sözsüz ki, düzəliĢə ehtiyacı var. Məsələn, onun Ģərhindən anlamaq
olmur ki, ümumiyyətlə, Girdiman vilayəti haradadır. Yəni, o, Girdimanı eyni
zamanda həm Albaniyanın qərbində, həm də Ģimal-qərbində lokalizə edir.
F.Məmmədova dolayısı yolla Girdiman vilayətinin, həmçinin, ġirvan ərazisində
olması fikri ilə də razılaĢır. Guya ki, Mehranilər Albaniyada siyasi hakimiyyətə
nəzarət etdikləri dövrdə Girdiman əraziləri Ģərqə doğru Ağsuçay-Girdimançay
hövzəsinədək geniĢlənib. Halbuki, Ġ.Əliyev və F.Osmanovun fikrincə, Mehranilər
Albaniyanın qərbinə nisbətən ġirvan ərazisində daha erkən məskunlaĢıblar [268,
201].
Bəzi digər müəlliflər kimi, F.C.Məmmədova da hesab edir ki, V əsrdən
baĢlayaraq Girdiman əhalisi içərisində Ġran elementləri güclənib. Bu isə əslində,
birbaĢa olmasa da, dolayısı yolla Girdimanın məhz ġirvan ərazisində olduğunu
təsdiqləməkdir. Çünki Sasani imperiyasının həyata keçirdiyi köçürmə siyasəti hər
Ģeydən öncə, məhz köçərilərin Ģimaldan olan basqınlarının qarĢısını almaq məqsədi
güdürdü. Hansı ki, bu hücum və basqınlar bilavasitə Girdiman əraziləri vasitəsilə
həyata keçirilirdi. Girdimanın Albaniyanın qərbində, yaxud da Ģimal-qərbində
olduğu təqdirdə isə bütün bunlar barəsində danıĢmağa belə dəymir.
IV versiya. Bəzi tədqiqatçıların, o cümlədən M.X.ġərifli [223, 91-93] və
Q.Ə.Qeybullayevin [379, 186] yazdığına görə, ilk orta əsrlər dövründə Albaniya
ərazisində, eyni zamanda iki Girdiman vilayəti olub. Onlardan birinin ġirvan
ərazisində, digərinin isə Albaniyanın qərbində, daha doğrusu indiki ġəmkir və
Gədəbəy rayonları ərazisində olduğu ehtimal edilir.
Yeri gəlmiĢkən, Girdiman tarixinin araĢdırılması və ərazilərinin lokalizəsi
baxımından M.X.ġəriflinin tədqiqatlarının əhəmiyyətini xüsusi olaraq qeyd etmək
istərdik. Məsələn, onun Girdimanın lokalizəsi ilə bağlı prinsipial əhəmiyyətli belə
bir qeydi var. Orada deyilir: «Azərbaycan tarixi»nin əlyazmasında (Söhbət yəqin
ki, 1958-ci ildə nəĢr olunmuĢ üç cildlik «Azərbaycan tarixi»nin I cildindən gedir -
Q.C.) Mehranilərin ilk dəfə Albaniyanın Ģərq torpaqlarına gəldikləri yazıldığı
halda, sonradan səhv olaraq Mehranilərin ilk dəfə ġamxor çayının Ģərq qolu
sahillərinə gəldikləri və burada Qardman qalasını tikdirdikləri qeyd edilmiĢdir»
[223, 92]. Bu qeyddən aydın olduğu kimi, hələ ötən əsrin 40-50-ci illərində
Azərbaycan tarixçiləri içərisində Girdiman ərazilərinin məhz ġirvanda olduğu
barədə düĢünənlər və yazanlar olub. Artıq yuxarıda qeyd olunduğu kimi, bu fikir
hələ 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə Ġnstitutu
tərəfindən nəĢr edilmiĢ «Azərbaycan tarixinin maketi»ndə də öz əksini tapıb.
Xatırladaq ki, həmin əsərdə feodal dövləti kimi təqdim olunan Girdiman
knyazlığının Girdiman çayı sahilləri boyunca olan əraziləri əhatə etdiyi bildirilir
[511, 49]. Lakin ermənilərin və ermənipərəst dairələrin timsalında həmin fikrin
47
əleyhdarları daha fəal olduğundan uzun müddət tarixĢünaslığımızda Girdiman
ərazilərinin guya Azərbaycanın qərbində, yəni, indiki ġəmkir, Tovuz və ya Qazax
rayonları ərazisində olmasına dair ehtimal hökmran olub. Görünür, bu məsələdə
Moskvanın həlledici təsiri olub. Ola bilsin ki, 1958-ci ildə nəĢr olunan
«Azərbaycan tarixi»nin ilkin variantı Moskva ilə razılaĢdırılarkən məhz
S.T.Yeremyanın təkidi ilə orada müvafiq düzəliĢ edilib. Yəni, erməni alimi
Girdiman vilayətinin lokalizəsi ilə bağlı Azərbaycan tarixçilərinin fikrinin
üstündən xətt çəkərək özünün əvvəllər dərc etmiĢ olduğu ehtimalını oraya əlavə
edib [423, 27-30]. Beləliklə də, o vaxtdan etibarən «Azərbaycan tarixi» kitablarının
müxtəlif müəlliflər heyəti tərəfindən hazırlanaraq çap edilən bütün nəĢrlərində bu
ehtimal əsas götürülüb.
Q.Ə.Qeybullayevin yazdığına görə, Gəncə-Qazax zonasını, VII əsrdən
etibarən isə Qazax-Ağstafa zonasını əhatə edən Sakasena da Girdiman vilayəti və
knyazlığının tərkibinə daxil idi, hansı ki, o yerlərdə albanlardan savayı, həmçinin,
udinlər və saklar da yaĢayırdı [379, 88-90].
Bəli, müəyyən tarixi dövrlərdə həqiqətən də Sakasena ərazilərinin bir qismi,
həm də, ola bilsin ki, böyük bir qismi Girdiman feodallarının təsiri altında olub.
Amma bu nə Girdiman, nə də Sakasenanın Albaniyanın ucqar qərbində
lokalizəsinə əsas vermir. Yeri gəlmiĢkən elə sakların və udinlərin Albaniyanın qərb
ərazilərində məskunlaĢdığını təsdiqləyən dəlillərin də yetərincə olduğunu demək
çətindir. Əksinə, bizə belə gəlir ki, udinlərin məhz indi yaĢadıqları Qəbələ və Oğuz
rayonlarının ərazisi ilə bağlılığı üzərində düĢünmək üçün daha ciddi əsaslar
mövcuddur. Onu da nəzərə almaq lazımdır ki, Mehranilərin nüfuzunun artdığı
vaxtlarda ən azı DaĢağıl çayınadək olan həmin ərazilər də Girdiman vilayətinin
tərkibində olubdur. Yalnız bu halda Q.Ə.Qeybullayevin udinlərin Girdiman
ərazilərində də yaĢadığına dair fikri ilə razılaĢmaq olar.
Yeri gəlmiĢkən onu da bildirək ki, Q.Ə.Qeybullayevin Girdiman tarixi ilə
bağlı baxıĢlarında ziddiyyətli məqamlar çoxdur və onların xeyli qismi ilə əsla
razılaĢmaq olmaz. Məsələn, o yazır: «Erkən orta əsrlərdə Girdiman knyazlığı
mövcud olub, hansı ki, hökmdar CavanĢirin hakimiyyəti dövründə o, bütün
Albaniyanı əhatə edib. Girdiman qalası da orada yerləĢib... Bu qala ġamxorçayın
qolu olan Girdiman çayının sol sahilində yerləĢir, hansı ki, XIX əsrin sonlarınadək
Qırtman adı ilə xarabalıqları mövcud olub» [379, 187]. Q.Ə.Qeybullayevin
yazdığından belə çıxır ki, Girdiman knyazlığı bütün Albaniyanı əhatə edib. Əslində
isə Albaniyanı əhatə edən Girdiman knyazlığı deyil, CavanĢirin hakimiyyəti idi.
Q.Ə.Qeybullayev Girdiman dövləti, knyazlığı və vilayəti anlayıĢlarını heç
də həmiĢə yerli-yerində iĢlətməyib. Ən baĢlıcası isə onun qeydlərində Girdimanın
sadəcə olaraq Albaniya dövlətinin inzibati-siyasi vahidlərindən biri olduğu nəzərə
alınmayıb. Təəssüflər olsun ki, bu məfhumların yerli-yerində iĢlədilmədiyinə digər
albanĢünas alimlərin əsərlərində də rast gəlirik.