48
nağılda deyil, başqa sehrli nağıllarda da nağılın əvvəlində
qəhrəmanların hərəkəti ironik təsir bağışlayır. İronik qəhrə-
man bazara çörək (və ya başqa bir şey) almaq üçün apardığı
pulu bazarda olan adamlara verir ki, onlar heyvanları incitmə-
sinlər.Yaxud da ironik qəhrəman görür ki, bazarda adamlar
ölünü incidirlər. O, pul verib ölünü adamların əlindən alır. Bu
hərəkətinə görə ironik qəhrəmanı nənəsi məzəmmət edir. Çə-
tin vaxtlarda heyvanlar və ölü qəhrəmana kömək edirlər (11,
60-69,181-187; 9, 177-180; 10, 27-44).
Başqa sehrli nağıllarda qəhrəman nağılın əvvəlində doğ-
rudan-doğruya axmaqlıq və ya başqa ironik xüsusiyyətlərlə sə-
ciyyələndirilir. “Yanığın nağılı”nda qəhrəmanı aldadıb onun
bazara satmaq üçün gətirdiyi qazı, toyuğu, sərçə, cücə adı ilə
alırlar (11, 181-182). “Keçəl Məhəmməd” nağılında Keçəl Mə-
həmməd evdən oğurluq edir və s. (11, 82-83).
Qeyd edək ki, bu nağılların bir çoxunda qəhrəman an-
caq nağılın əvvəlində ironik səciyyə daşıyır. Qəhrəman fəalla-
şandan sonra sehrli nağılların başqa qəhrəmanları kimi ciddi
fəaliyyət göstərir. Sehrli nağılların bir qrupunda isə qəhrəman
nağılın əvvəlindən sonuna qədər ironik səciyyəsini itirmir.
Sehrli nağılların bir qrupunda qəhrəmanın əvvəlcə ironik
təsir bağışlayan hərəkətləri sonradan müdriklik kimi yozulur.
Sehrli nağılların başqa bir qismində isə qəhrəmanın ironik hə-
rəkətləri ilə sonrakı uğuru arasında əlaqə olmur. Axmaq və fər-
siz qəhrəman birdən-birə fəaliyyətə başlayıb uğur qazanır.
Sehrli nağıllarda ironik qəhrəmanın tənbəllik xüsusiyyə-
ti, ümumiyyətlə, nağılın əvvəlində qəhrəmanın axmaqlıq və
fərsizliyinin mənasını açıqlayır. Bir çox sehrli nağıllarda qəh-
rəman nağılın əvvəlində tənbəldir. “Ustacan Əhməd” nağılın-
da qəhrəman bütün günü evdə uzanır, heç bir iş görmür.
Arvadı onu hiylə ilə evdən bayıra çıxarıb qapının arxasını
vurur. Bundan sonra ironik qəhrəmanın macəraları başlayır.
49
O, təsadüf nəticəsində qeyri-adi qəhrəmanlıqlar göstərir (11,
125-130). Bu motiv “Haxnəzər” adlı nağılda da əks olunur
(11, 74-77). Bəzi nağıllarda qəhrəmanın tənbəlliyi kasıblıqla
əvəz olunur. Arvadı kasıb ərini məcbur edir ki, gedib çoxlu
var-dövlət qazansın. Kişi arvadının əlindən qaçır. O, sehrli
qüvvələrin köməyi ilə böyük var-dövlət qazanır (13, 82-93,
181-194). “Peşə dalınca” adlı bir məişət nağılında ironik
qəhrəman tənbəldir. Valideynləri onu hansı işə göndərirlər, o,
getmək istəmir. Axırda o, bir qıza aşiq olur. Qızın köməyi ilə
tənbəl mahir bir dəmirçi olur (13, 237-242).
Bəzi nağıllarda isə ironik qəhrəman “Ağıllı arvad”
motivi ilə bağlanır. Padşahın “evi arvad tikər, ya kişi?”
sualına böyük qızlardan fərqli olaraq kiçik qız “arvad” deyə
cavab verir. Padşah kiçik qızından inciyib onu kasıb və tənbəl
keçələ ərə verir. Kiçik qızın səyi ilə tənbəl böyük var-dövlət
qazanır (10, 165-172). “Şah Abbas və üç bacı” nağılında
böyük bacılardan fərqli olaraq kiçik bacı kasıb adama ərə
getmək istəyir. Şah Abbas qızların söhbətini eşidib böyük
bacını vəzirin, ortancıl bacını vəkilin oğluna, kiçik bacını isə
tənbəl keçələ ərə verir. Kiçik qızın səyi ilə tənbəl keçəl böyük
var-dövlət sahibi olur (12, 64-69).
Cənubi Azərbaycandan toplanmış “Təndirə girən keçəl”
adlı bir nağılda bu motiv son dərəcə maraqlı şəkildə əks
olunub. Keçəl bütün günü təndirin içərisindən bayıra çıxmır.
Nənəsi hiylə ilə keçəli təndirdən çıxardıb evə qoymur. Bun-
dan sonra tənbəl keçəlin macəraları başlayır. İronik axmaq
surətinin ocaqla, küllə əlaqəsi başqa türk xalqlarının nağıl-
larında da əks olunur.
“Üç pəncəli div” (AA 301) adlı Türkiyə nağılında bö-
yük qardaşlardan fərqli olaraq kiçik qardaş tənbəl kimi təsvir
olunur. Böyük qardaşları işlədikləri halda o bütün günü kül-
lükdə eşələnir. Div onun bacısını və qardaşlarını əsir edəndə
50
kiçik qardaş küllükdən çıxıb üst-başını çırpır. Onun üst-başını
çırpmasından elə bir külək qopur ki, bütün kəndlilər oraq-
larını atıb qaçırlar. Kiçik qardaş bu oraqlardan böyük bir gürz
düzəltdirir. Böyük müdriklik və qəhrəmanlıq göstərir. Ba-
cısını və qardaşlarını azad edir (181, 39-48).
Bu motivin semantikasını izah etmək üçün yuxarıda
başqa münasibətlə xatırladığımız “Bosko” adlı yakut nağılına
bir də nəzər yetirək: tanrı qəzəbinə düçar olmuş kiçik qardaş
otuz il yerindən tərpənmədən xəstə yatır. Böyük qardaşları
ona pis münasibət bəsləyir. Onu incidirlər və yedikləri
yeməyin artığını onun qabağına atırlar. Otuz ildən sonra tanrı
kiçik qardaşı bağışlayır və ona güc-qüvvət verir (151, 629-
641). Bu motiv “Altay-Buçay” adlı Altay eposunda da özünü
göstərir. Dastanda Erke-Mendurun oğlu şikəst olduğu üçün
otuz il yerindən qalxmır. (“Odus yılqa çıqara Turup bolbos
bala bolt”) (170, 135). Göründüyü kimi, yakut nağılında və
altay eposunda qəhrəmanın süstlüyü
12
xəstəliklə, bizim
nağıllarda isə tənbəlliklə bağlıdır.
Bu motiv Türkiyə sehrli nağıllarının başqa birində də
özünü göstərir: “Bir vaxtlar dul arvadın tənbəl keçəl bir oğlu
vardı. Bu uşaq bütün gün heç yerə getmir, sobanın yanında
oturub qovurğa yeyirdi. Bir gün anası ona dedi: - Ay bala!
Sən niyə belə edirsən, səhərdən axşamacan pişik sobanın
altında yatan kimi ocaq külünün içində eşələnirsən, mənə heç
kömək etmirsən” (181, 340). Türkiyənin “Tənbəl uşaq” adlı
başqa bir sehrli nağılında da nağılın əvvəlində qəhrəman
tənbəl kimi səciyyələndirilir (181, 132). Tənbəl surətinin soba
ilə əlaqəsi tatarların “Sehrli üzük” nağılında da əks olunub:
oğlan bütün gün sobanın üstündə yatır, pişiklə oynayır. O,
12
Yakut nağıllarında kiçik qardaş surətinin süstlük və axmaqlıq səciyyəsi tez-
tez özünü göstərir (100, 224-226).
Dostları ilə paylaş: |