17
Həm də bu zaman ona diqqət yetirmək lazımdır ki, pyesin
səhnə uğurunda məhz B.Vahabzadə dramaturgiyasına xas olan
lirik-psixoloji üslubun rolu ümdədir. Belə ki, zamanlar dəyişir, hər
dövrdə pyesin mündəricəsində olan bu və ya digər problemə,
mövzuya, məsələlərə üstünlük verilərək qabardılır, insanın mənəvi
dünyası ilə bağlı olan iç mübarizələri isə həmişə üslubda qorunub
saxlanır. İlham Rəhimlinin yazdığı kimi: “B.Vahabzadə dram
əsərlərində gerçəkliyin əhatəli, çoxqatlı obrazını yaratmağa səy
göstərir. O, konfliktin özəyini təşkil edən məsələnin birmənalı
həllindən qaçaraq bütövlükdə həyat haqqında mürəkkəb psixoloji
düşüncələri əsas götürür və onu xırda münasibətlərə qarşı qoyur.
Nəticədə gerçəkliyin gizli qatları aşkara çıxır, obrazlı aləm, mühit
yaranır” (95, s. 58).
“İkinci səs” əsərinin adı teatr tarixində müasirlik probleminə
həsr olunmuş, onu psixoloji realizm prizmasından həll edən
tamaşalar sırasında sadalanır (148, 344). Tamaşaya milli teatrın
artıq tam formalaşmış lirik-psixoloji səhnə təcrübəsi əsasında
rejissor Əşrəf Quliyev quruluş vermişdi. Teatr ictimaiyyəti və
ədəbi tənqidin reaksiyalarına əsasən, tamaşa uğurlu alınmışdı:
“Rejissor Əşrəf Quliyev pyesi yaxşı aktyor ansamblı, maraqlı və
müasir bir səhnə tərtibatı ilə düzgün təcəssüm etdirə bilmişdir”
(68). 1969-cu il aprelin 19-da ilk tamaşasından sonra əsər iyul
ayına qədər daha bir neçə dəfə göstərilmiş, teatr məzuniyyətdən
qayıtdıqdan sonra tamaşa üzərində yenidən ciddi praqon məşqlər
aparılmış, sentyabrın axırlarında tamaşaçılara təqdim edilmişdi. O
da qeyd olunmalıdır ki, yaradıcı kollektivin ümumən
bəyənilməsinə baxmayaraq, tamaşa barəsində tənqidi qeydlər də
olmuşdur. Bunu nəzərə alan truppa tənqidin qeyd etdiyi müəyyən
fikir natamamlığı, dialoqların uzunluğu, şeir parçalarının çoxluğu
və s. üzərində daim işləyərək, onu cilalamağa çalışırdı.
“İkinci səs”i mövsümün yaxşı tamaşalarından biri kimi
təqdir edən məqalələr yazılmış ki, bu da əsərin səhnə
təcəssümünün səciyyəsi barədə tam təsəvvür yaradır.
Resenzentlər tamaşanın uğurunda ilk növbədə pyesin özünün
keyfiyyətini, dramaturqun müasir səhnənin tələblərinə cavab verən
bir əsər yarada bilməsini vurğulayırdılar. “İkinci səs” pyesinin
18
“İkinci səs” Rəşad - Həsənağa Salayev
İradə - Qətibə Mirzəyeva
mündəricəsi bir-birinə saf duyğularla bağlı iki insanın məhəbbəti
üzərində qurulub. Nəbatat İnstitutunun elmi işçisi qırx yaşlı
Rəşadı və otuz iki yaşlı həkim Arzunu bir-birinə doğmalaşdıran
təkcə hisslər deyil, dünyagörüşü, həyata eyni mənəvi prizmadan
baxış, sevgi, ideal, ictimai amal və arzulardır. Amma sevən
insanların daxili dünyasında sanki heç bir maneə yox ikən, bu
əngəllərlə onlar real həyatda, cəmiyyətdə üzləşirlər. Rəşadın
ailəsi, ailə qarşısında məsuliyyəti, ər və ata borcu var. İlk nəzərdə
19
“İkinci səs” Arzu – Vəfa Fətullayeva
Rəşad – Həsənağa Salayev
Həyat – Leyla Bədirbəyli
ailə-məişət mövzusuna toxunan pyes ictimai borc və saf məhəbbət
duyğuları arasında konfliktə rəvac verərək, dərin mənəvi
məsələlər, fəlsəfi mətləblər qaldırır, ağıl və hissin məngənəsində
çırpınan müasir insanın daxili dünyasına nüfuz edir. Əsərin əsas
psixoloji konfliktini də məhz bu – ürəklə vicdan, azad məhəbbət
arzusu ilə cəmiyyət qarşısındakı borc, ehtirasla ağıl arasındakı
barışmaz mübarizə təşkil edir. Əsərin əvvəlindən axırına kimi bu
mübarizə
hadisələrin
hərəkətverici
qüvvəsinə
çevrilir,
qəhrəmanların məhəbbətini, vicdanlarını imtahana çəkir.
Tədqiqatçılara
görə,
B.Vahabzadənin
“dramaturji
üslubundakı ümumi parametrlər” sırasında “ən vacib kod, açar
funksiyasını daşıyan element əsərin adıdır. B.Vahabzadənin
20
“Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”
(“Artıq adam”)... pyeslərinin adları birbaşa ilkin anlayışlara
(şairanə ümumiləşdirməyə, obrazlılıq sistemliliyinə, güclü
alleqorik başlanğıca, konfliktin çoxmənalılığına, hadisələrin və
personajların iki qatda cərəyan və inkişaf etməsinə) kifayət qədər
informativ işarədir” (95, 56)
“İkinci səs” pyesində rəmzi qat daha geniş planda nəzərdə
tutulub. “Əsərin şərti, bədii rəmzi müəllifin obrazlara verdiyi
adlarda da öz ifadəsini tapıb: Arzu-müəllifin sevgi haqqında
idealının, arzusunun ifadəsidir. Həyat - real gerçəkliyi, həyatı əks
etdirən surətdir. Müəllif iradəni isə övladla bağlamışdır - ailə
qarşısında ictimai məsuliyyət və borc hissi ilə. Rəşad məhz Arzu
ilə Həyat yəni idealla gerçəklik arasında çırpınır” (68). Beləliklə,
pyes psixoloji konfliktin nəzərdə tutduğu problemlərin geniş
spektrinə varmağa imkan verir, obrazlardan hər birinin daxili
aləmində: ürək və ağıl, arzu və vicdan, ideal və qanun, sərbəstlik
və normaların çarpışmasından doğan əxlaqi qənaətləri inikas
etdirirdi.
Tamaşanın ümumi ruhu, pyesin səhnə həlli, rəssam işi,
musiqi tərtibatı, xarakterlərin qabardılması və aktyor oyunu
bütövlükdə razılıq doğurmuşdu. Əsas yaradıcı heyət: quruluşçu
rejissor Əşrəf Quliyev, rəssam Elçin Məmmədov, bəstəkar Azər
Rzayevin, əsas rollarda: Həsənağa Salayev (Rəşad), Səməndər
Rzayev (ikinci Rəşad), Hökümə Qurbanova (Arzu), Məhluqə
Sadıqova (ikinci Arzu), Leyla Bədirbəyli (Həyat), Həsən
Məmmədov (Fikrət), İsmayıl Osmanlı (Şükür), Ətayə Əliyeva
(Məlahət), Mirvari Novruzova (Zeynəb), Qətibə Mirzəyeva (İradə)
ümumən işin öhtəsindən bacarıqla gəlmişdi.
Rejissor Ə.Quliyevin dramaturq fikrinə istinadla yadda qalan
maraqlı səhnələr yaratması, münaqişələrin əsasən psixoloji planda,
obrazların daxili aləmində davam tapması, epizodların mənəvi
sarsıntılarla, ruhi keçidlərlə zənginliyi, bütün bu mürəkkəbliyə
baxmayaraq aktyorların səhnə vəziyyətlərini təbii və inandırıcı
canlandırmağa nail olması tamaşanın ümumən bəyənilən
məziyyətləri idi. Belə ki, ədəbi tənqidin fikrincə, bütövlükdə
rejissor “gözəl seçdiyi aktyor ansamblı, rəssam və bəstəkarla
Dostları ilə paylaş: |