Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə33/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

49 

 

Peterburqda,  Moskvada,  eləcə  də  Orta  Asiyada,  İranda,  Polşada  neft  məhsullarını  saxlamaq  üçün  anbarlar 



tikilmişdi. 

Milli  sahibkarların  nümayəndələrindən  K.Z.Tağıyev,  M.Naqıyev,  Ş.Əsədullayev,  K.Dadaşov  və  bəzi 

başqaları eyni zamanda sənaye müəssisələrinin, dəniz gəmilərinin, ticarət müəssisələrinin də sahibləri idilər ki, 

bu da onların iqtisadi mövqelərini möhkəmləndirir və sərəncamlarında iri kapital olduğunu göstərirdi. 

XIX əsrin axırlarında — XX əsrin əvvəllərində Azərbaycanda bank sahibləri arasında milli sahibkarların 

nümayəndələri  yox  idi,  hərçənd  ki,  onlar  mövcud  kredit-bank  müəssisələrindən  gen-bol  kredit  alır,  onlardan 

bəzilərinin  isə  (məsələn,  Ş.Əsədullayev,  M.Nağıyev  və  başqalarının)  öz  bankir  kontorları  var  idi.  Bakı  birja 

cəmiyyətində  azərbaycanlılar  yalnız  14  nəfər  və  ya  5 %   təşkil  edirdilər.  1904-1913-cü  illərdə  xüsusi  kredit 

müəssisələri  şəbəkəsinə  "K.Z.Tağıyev"  bankir  kontoru  da  daxil  oldu.  Tağıyev  Dövlət  bankir  uçot  komitəsinin 

üzvü  seçildi.  Ona  və  milli  kapitalın  bəzi  nümayəndələrinə  Rusiyanın  iri  bankları  kreditlər  verirdilər.  Dövlət 

bankının  Bakı  şöbəsi  Tağıyevə  böyük  kreditlər  verərkən,  onun  böyük  sərvətə  malik  olduğunu  nəzərə  alırdı. 

1907-ci ildə Tağıyevin sərvəti 16 milyon rubl məbləğində qiymətləndirilirdi. 

1914-cü ildə K.Z.Tağıyevin M.Nağıyev ilə fəal iştirakı sayəsində 3 milyon rubl məbləğində əsas kapitalı 

olan Bakı Tacir Bankı açıldı. Bankın Şurasına milli kapitalın nümayəndələrindən K.Z.Tağıyev (şuranın sədri), 

Ş.Əsədullayev, A.Ə.Hmədov, S.Z.Tağıyev, A.Q.Tağıyev, idarə heyətinin üzvlüyünə M.Nağıyev (idarə heyətinin 

sədri),  F.B.Rüstəmbəyov,  təftiş  komissiyasının  tərkibinə  Ə.Ə.Kərimov,  M.Ə.Miriyev  daxil  oldular.  Bank 

təsisçilərinin başlıca məqsədi sənaye və ticarət müəssisələrinin geniş məbləğdə maliyyələşdirilməsi, ilk növbədə 

Azərbaycan  sahibkarlarına  kömək  göstərilməsi  idi.  Onlar  müxtəlif  təsərrüfat  sahələrinin  inkişafına,  mədəni-

maarif  müəssisələri  şəbəkəsinin  genişlənməsinə  kömək  göstərməyi  qarşılarına  vəzifə  qoymuşdular  və 

perspektivdə diyarın bir sıra digər şəhərlərində bankın şöbələrini açmaq niyyətində idilər. 1915-ci ildə Bankın 

Şurasına  Azərbaycan  sahibkarlarının  daha  bir  neçə  nümayəndəsi  —  Əli  bəy  Aşurbəyov,  Murtuza  Muxtarov, 

Zeynal  bəy  Səlimxanov  seçildilər.  Çox  tezliklə  Bankın  səhmlərinə  şəhərin  kredit  müəssisələri  arasında  böyük 

tələbat yarandı. Üz növbəsində Bank da Rusiya banklarının səhmlərinə maraq göstərirdi. Petroqrad kommersiya 

bankı ilə onu daha sıx əlaqələr birləşdirirdi. Bank müstəqilliyini saxlamaqla daim Petroqrad bankı ilə əlaqələri 

genişləndirirdi, 1915-ci ildə isə meşə sənayesinin maliyyələşdirilməsini genişləndirmək məqsədi ilə Rusiyanın 

bütün əyalət banklarını birləşdirmək ideyasını irəli sürdü. Tacir Bankının açılması və fəaliyyəti Azərbaycanda 

özünə nəhəng əjdaha şəkilli bir saray tikdirdi. Evinin kirişi əjdahanın ağzını xatırladırdı. Qonaqlar bu əjdahanın 

ağzından keçib içəri girirdilər. Əjdahanın burun pərələrindən iki fənər sallanırdı. Bunlar bütün binanı işıqlandırır 

və evin əjdaha şəklində olduğunu nəzərə çarpdırırdı... 

Bu  neft  şəhərinin  küçələri  də  memarlıq  qəribəliklərindən  azad  deyildi.  Burada  bütün  üslublar  öz  əksini 

tapmışdı. Mavritan üslubunda tikilmiş saraylarla qotik üslubla inşa edilmiş binalar yan-yana dayanmışdı. Birinin 

üstündə Vizantiya, o birinin üstündə rokoko üslubunda kümbəz ucalırdı. Saray tikdirmək neft krallarının şakəri 

idi. Hər biri bu saraylarda öz qəlbinin qəribə bir arzusunu, istəyini təcəssüm etdirirdi. 

Şəhərdə ən nəzərə çarpan, görünüşlü bina neft m a q n a t l a r ı n ı n   klubu idi. Onun tikintisinə milyonlar 

sərf edilmişdi, özü də bu binadakı otaqlardan ictimai tədbirlərin keçirilməsi üçün yəqin ki, bütün Şərqdə yaxşısı 

yox idi. Neft sahibkarları binanın hansı üslubda tikilməsi barədə ümumi razılığa gəlmədiklərindən, işi Avropa 

qurumlarından birinə sifariş verib, ona ucuz-bahalığına baxmadan geniş bir torpaq sahəsində əzəmətli və qeyri- 

adi bir tikili ucaltmağı tapşırdılar. 

Tikintiyə başlamazdan qabaq inşaat işini öz üzərinə götürmüş şəxs qumlu çöllükdə bir park saldırdı. Elə 

bunun  özünə  böyük  məbləğdə  pul  sərf  olundu.  Şübhəsiz  ki,  qumlu  neft  mədənini  tropik  bağa  çevirmək  asan 

deyildi. Bundan sonra binanın inşasına başlandı. Memar binanın üslubu haqqında heç bir söz demirdi, ancaq bir 

neçə  ildən  sonra  bina  tikilib  başa  çatanda  onun  üslubu  qızğın  müzakirə  və  mübahisəyə  səbəb  oldu.  Ağ 

mərmərdən tikilmiş bu klub Berlindəki Reyxstağın binasından iki dəfə böyük idi. Buna baxmayaraq, binadakı 

klassik, sadə cizgilər neft maqnatlarının xoşuna gəlmədi, onları razı salmaq üçün parkda ümumi bir tağ altında 

təmtəraqlı  sütunlar  tikildi,  binanın  dəhlizləri  boyunca  güzgülər  düzüldü.  Bu  klub  binasında  üzvlər  həm  öz 

işlərini müzakirə edir, həm də istirahət edirdilər. 

Azərbaycan  sahibkarlarının  formalaşmasının  və  inkişafının  başlıca  mərkəzi  Bakı  şəhəri  idi.  XIX  əsrin 

axırlarında  —  XX  əsrin  əvvəllərində  sahibkarların  ən  iri  nümayəndələri,  Azərbaycan  ziyalıları  Bakıda 

cəmləşmişdi. 

Rusiya hökumətinin 17 fevral 1872-ci il tarixli qanunundan sonra Bakıda neft sənayesində əcnəbilərə və 

xarici şirkətlərə imkan verildi ki, neftlə zəngin olan torpaq sahələrini icarəyə götürsünlər və satın alsınlar, sonra 

isə  sahibkarlıqla  məşğul  olsunlar.  Belə  olduqda  neftə  hədsiz  maraq  artdı.  Çox  keçməmiş,  yəni  1873-cü  ildə 

R.Nobel  İjevsk  şəhərində  Nobellərə  məxsus  fabrikdə  tüfəng  istehsalı  üçün  ağac  axtarıb  tapmaq  məqsədi  ilə 

Bakıya  gəldi.  Bakıda  neft xəstəliyinin  qızışdığını  görən  Robert  öz  qardaşı  Lyüdviq  Nobeldən  xəbərsiz  25000 

rubla bir kiçik kerosin fabriki aldı. 

Beləliklə,  Nobel  qardaşlarının  Bakıda  ən  böyük  neft  konserninin  əsası  qoyuldu.  Nobel  —  dünyada  çox 

tanınmış bir soyaddır, bu məşhurluq Nobel qardaşlarının tükənməz var-dövləti və malik olduqları çoxlu sənaye 

müəssisələrinin  sayı  ilə  yox,  hər  şeydən  əvvəl  Bakı  neft  sənayesinin  formalaşmasında,  eləcə  də  dünyada 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə