Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə40/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

57 

 

satışından 3 milyon rubldan çox gəlir alınmalı idi. Qəzet yazırdı ki, bu "çox böyük mənfəətdir" və ingilislərin 



satın aldıqları mədənlər "praktiki olaraq tükənməz" olduqlarına görə, qəzet həmin şirkətlərə "əla perspektiv" vəd 

edirdi. 


Bu  cür  proqnozlar  üçün  doğrudan  da  hər  cür  əsas  var  idi.  ABŞ-ın  Batumdakı  konsulu  Çembers  qeyd 

etmişdi ki, "Oleum"un fəaliyyətinin ilk ilinin yekunlarına görə ingilislər həm mədənləri almaq üçün çəkdikləri 

xərci çıxarmış, həm də xeyli gəlir əldə etmişdi". 

Çembersin dediyinə görə, ingilislərin "heyrətamiz dərəcədə uğurlu təşəbbüsü və Bakı mədənlərinin dəyəri 

məsələsi Böyük Britaniyada güclü hay-küyə səbəb olmuşdu. Neft mülkiyyətinin qiyməti kəskin şəkildə artmışdı, 

eyni zamanda Bakıda sərmayə qoymaq arzusunda olan britaniyalı kapitalistlərin sayı durmadan artırdı". 

Rusiyadakı neft yataqları ilə zəngin torpaqların alınması elə güclü ajiotaja səbəb olmuşdu ki, Çembersin 

fikrincə,  günlərin  bir  günü  "Bakının  bütün  biznesi"  alqı-satqı  predmeti  ola  bilər.  Bakını  sözün  əsl  mənasında 

Britaniyanın maliyyə ekspansiyası təhlükəsi gözləyirdi. Asan qazanc dalınca buraya gəlmiş ingilis işbazlarının 

sayı-hesabı yox idi. Bununla əlaqədar, digər Amerika konsulu Smit yazırdı: "Əcnəbilərə hər yerdə rast gəlmək 

olar. Onların sayı o qədər çoxalıb ki, tezliklə Bakı ingilis şəhərinə çevriləcəkdir. Burada kapital qoyuluşu üçün 

əlverişli şərait vardır və əgər bunun qarşısı alınmasa, yaxın gələcəkdə neft ticarəti bütünlüklə ingilislərin əlinə 

keçəcək və bu, heç kəsi təəccübləndirməyəcəkdir". 

İngilis biznesmenləri çar hökumətindən hələ də lazımi icazə almamışdılar, buna görə də çar Rusiyasının 

maliyyə  nazirliyinin  nümayəndəsi  Q.Vilenkin  yaranmış  vəziyyətdən  narazılığını  bildirmək  üçün  təklif  etmişdi 

ki, İngiltərə qəzetlərində əcnəbilərin Rusiyada neft işi ilə məşğul olmalarına icazə verilməsi qaydaları haqqında 

məqalə dərc edilsin. 1899-cu ilin baharında İngilis—rus bankının təşkil edilməsi layihəsi irəli sürüldü. Bu ideya 

əslində təzə deyildi. 1896-cı ilin axırlarında "Rusiyada sənayenin inkişafı üzrə əsas cəmiyyət" adlanan analoji 

Rusiya-Fransa  cəmiyyəti  yaradıldı.  Fransa  maliyyə  amilinin  ən  qüdrətli  qüvvələrini  birləşdirən  bu  cəmiyyət 

Peterburq  Beynəlxalq  Bankının  iştirakı  ilə  yaradılmışdı.  İngilis—rus  bankı  ideyası  araya  çıxanda  "Əsas 

cəmiyyət" faktiki olaraq öz mövcudluğuna xitam verdi. Almaniyanın "Diskonto Kezelşaft K°" bankının iştirakı 

ilə yaradılması nəzərdə tutulan Rusiya— Belçika bankının layihəsi də meydana çıxmış, lakin tezliklə bu layihə 

də öz yerini ingilis variantına güzəşt etməli olmuşdu. Məhz İngilis-rus bankı lap əvvəldən Britaniya kapitalının 

neft sahəsindəki maraqları ilə ayrılmaz surətdə bağlı idi. 

1899-cu ilin yanvar ayında ingilis kapitalistlərinin hər iki əlaqədar qruplaşması elə bir təkliflə çıxış etdilər 

ki, bu təklif onların bircə anda Rusiya neft maqnatları ilə eyni vəziyyətə düşmələrini təmin edə bilərdi. Leyn və 

onun  şəriki  Offenheym,  eləcə  də  Uladstonun  nümayəndəsi  Verner  çar  hökumətinə  "Abşeron  yarımadasındakı 

neftli torpaqları İngiltərə kapitalının köməyi ilə istismar etməyin yeni və xəzinə üçün daha sərfəli" üsulunu təklif 

etmişdi. 

İngilislərin  bu  təklifini  çar  hökumətinə  çatdırmaq  missiyasını  öz  üzərinə  götürmüş  Rusiyanın  maliyyə 

akenti Tatişev isə deyirdi ki, "Dövlətə məxsus olan saysız-hesabsız sərvətlərin ömürlük istifadə üçün tamamilə 

müftə  şəkildə  hərracdan  paylanmasından ibarət  zərərli  sistem  kökündən  dəyişdirilməli,  bunun  əvəzində ingilis 

kapitalına  əsaslanan  yarımhökumət  şirkəti  yaradılmalı,  neftlə  zəngin  geniş  sahələr  isə  heç  bir  alqı-satqı 

keçirilmədən ingilis kapitalının sərəncamına verilməlidir". 

İngilis biznesmenləri elə güman edirdilər ki, mənfəətin xeyli hissəsini müntəzəm olaraq çar hökumətinin 

hesabına  köçürməyi  vəd  etməklə,  bu  hökumətin  rəğbətini  qazanacaqlar.  Vernerin  layihəsi  dövlətdən  alınacaq 

torpaqlarda  çıxarılan  neftin  satışı  hesabına  əldə  ediləcək  gəlirin  70%-ini,  Leynin  layihəsi  isə  müvafiq  gəlirin 

61,7%-ini  dövlətə  verməyi  və  bundan  əlavə  çıxarılmış  bütün  neftin  70%-inin  sərfəli  qiymətlərlə  dövlətə 

satılacağını vəd edirdi. Verner yazırdı: "Bu cür müştərək fəaliyyət sistemi bir tərəfdən, bu iş üçün Rusiyadan 

ötrü  müstəsna  əlverişli  şərtlərlə  İngiltərə  kapitalını  cəlb  etməyə  kömək  edər,  digər  tərəfdən,  Qafqazdakı  neft 

sərvətlərinin gələcək istismarı xəzinə üçün sərfəli olardı". 

İngilislər  ən  perspektivli  yataqlardan  olan  Bibiheybət  zonasındakı  geniş  yataqları  ələ  keçirmək  iddia- 

sında  idilər.  Verner  H.Z.Tağıyevin  mədəninə  bitişik  40  desyatin,  o  cümlədən  Bibiheybətdə  və  dənizin  ona 

bitişik  hissəsində  60  desyatin  əlverişli  torpaq  sahəsini  ələ  keçirmək  fikrində  idi.  Əkinçilik  və  dövlət  əmlakı 

naziri A.Yermolov sonradan ingilislərin təkliflərinin mənasını təhlil edərək yazırdı ki, "təkcə adları çəkilən bu 

şəxslər  Bibiheybət  sahəsinin  ən  yaxşı  hissələrindəki  neft  yataqlarını  ələ  keçirməyi  və  onların  işlənilməsini 

özlərinin başlıca məqsədi hesab edirlər". Bununla bərabər, hökumət ingilislərə bu cür güzəştlər edəcəyi halda, 

özünün də mənfəətinin təmin olunacağına heç bir zəmanət yox idi. Yermolov göstərirdi ki, Uladstonun qrupu 

tərəfindən  Tağıyevin  müəssisələrinin  qonşuluğunda  yerləşən  torpaqların  alınması  aşkar  göstərir  ki,  bu  qrupun 

məqsədi "başqa sahibkarları həmin torpaqların işlənilməsindən kənarlaşdırmaq və bununla da öz mədənlərindən 

neftin sorulmasının qarşısını almaqdır. Bu torpaqlar qrupun öz sərəncamında olduğu halda isə o, həmin yataqları 

son  dərəcə  məhdud  həcmdə  istismar  edəcək  və  Tağıyevə  məxsus  sahələrdə  qazılan  quyuların  köməyi  ilə  bu 

ehtiyatları qonşuluqda yerləşən, dövlətə məxsus yatağın təkindən sorub çıxaracaq və elə həmin səbəbə görə bu 

neft  xəzinəyə  heç  bir  gəlir  gətirməyəcəkdir".  Leynin  layihəsinə  gəldikdə  isə,  çar  maliyyə  naziri  bu  layihə 

barəsində  də  mənfi  fikir  söyləmiş  və  bildirmişdi  ki,  ingilis  kapitalistlərinin  xahişinə  əməl  edilməsi,  "cənab 



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə