Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə47/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   44   45   46   47   48   49   50   51   52

65 

 

3.



 

Kəndlilərdən  torpaqlar  alınarkən,  onlar  tamamilə  yararlı  olan  başqa  sərbəst  xəzinə  torpaqları 

hesabına mükafatlandırılsın, yaxud xəzinə və torpaq vergilərini ödəməkdən azad edilsinlər; 

4.

 



Neftli  torpaqların  alınması  və  onların  əvəzində  başqa  xəzinə  torpaqlarının  ayrılması,  Dövlət 

Əmlak  nazirinin  razılığı  ilə  Baş  rəis  tərəfindən,  istifadə  etmək  məqsədi  ilə,  təsdiq  edilmiş  rayonların 

ərazilərində həyata keçirilsin. Torpaqla təmin olan şəxslərin razılığı ilə onların vergilərdən tamamilə və 

ya qismən azad olunma məsələləri bir qayda olaraq həll edilsin; 

5.

 

İcmaların  ayrı-ayrı  üzvləri  tərəfindən  özbaşına  olaraq  istifadəyə  verilmiş  xəzinə-icma 



torpaqların  icarə  haqqı,  başqa  şəxslərin  istifadə  məqsədi  ilə  bağladıqları  müqavilələr  öz  qüvvəsində 

qalmaqla, xəzinənin xeyrinə daxil olsun; 

6.

 

Bağlar,  əkin  və  becərmə  üçün  yararlı  torpaqlar  müqavilələr  üzrə  hər  disyatin  torpaq  üçün 



xəzinəyə 25 qəpik töycü ödənilməklə kəndlilərin müvəqqəti istifadəsində saxlanılsın; 

7.

 



Eyni qayda ilə, otlaq və örüşlər də müqavilələr əsasında xəzinəyə ildə hər disyatin torpaq üçün 5 

qəpik töycü ödənilməsi şərtilə icmaların istifadəsində saxlanılsın; 

8.

 

Bu  "Qaydalar"ın  6  və  7-ci  bəndlərində  göstərilmiş  torpaqları  öz  müvəqqəti  istifadəsində 



saxlamaq istəyən icmalar və onların ayrı-ayrı üzvləri qanunun elan edilməsindən 2 həftə müddətində öz 

istək  və  təkliflərini  öhdəlik  qaydasında  təsdiq  etməlidirlər.  Əks  təqdirdə  bu  torpaqlar  onların  əlindən 

alınır və Dövlət Əmlak İdarəsinin sərəncamına keçirilir ki, sonradan ümumi əsaslarla hərraca qoyulub 

satılsın; 

9.

 

Torpaq  paylarının  tərkibindən  çıxarılan  torpaqları  müvəqqəti  istifadədə  saxlamaq  istəyini 



bildirən  icma  və  ayrı-ayrı  şəxslər,  bu  "Qaydalar"ın  3-cü  bəndinə  uyğun  olaraq,  qiyməti  ödənilmədən 

başqa torpaq sahəsi ala bilərlər. Becərilməsi xeyli məsrəf tələb edən bağlardan və başqa torpaqlardan 

imtina edənlər isə həmin torpaqların əvvəllər müəyyən edilmiş qiymətlərə uyqun olaraq pullarını almaq 

hüququnu özlərində saxlayırlar; 

10.

 

9 fevral qanununun faktiki icrası, yəni, neftçıxan torpaqların faktiki olaraq kəndlilərdən alınması 



Bakı quberniyasının Dövlət Əmlak İdarəsinə həvalə olunur. Yerli administrasiya bu işdə ona tam kömək 

göstərməlidir; 

11.

 

Torpaqların  kəndlilərdən  alınması  xalq  nümayəndələrinə  yerindəcə  kəndli  torpaq  paylarının 



tərkibindən çıxarılması, torpaqların geriyə alınması barədə akt tərtib edilməklə həyata keçirsin. Həmin 

akt  tərtib  edildikdən,  kənd  hakimiyyət  orqanlarına  və  kəndli  nümayəndələrinə  elan  edildikdən  sonra 

torpaqlar torpaq payı tərkibindən çıxarılmış hesab olunsun. 

Bundan  başqa  İdarəyə  iki  sahə  verilmişdi:  1896-cı  ildə  Dəniz  İdarəsi  tərəfindən  Bibiheybət  kəndinin 

bağlarından 247 des. 1320 kv.saj. və 1905-ci ildə Dağ-Mədən İdarəsi tərəfindən keçmiş Ramana gölünün dibini 

təşkil edən 154 des. 2135 kv.saj. Beləliklə, Dövlət Əmlak İdarəsinin bilavasitə ixtiyarına 5370 des. 1055 kv.saj. 

neftli  torpaq  keçmişdi  ki,  bunun  da  neft  hasilatı  üçün  bərabər  qaydada  icarəyə  verilmiş  397  des.  181  kv.saj. 

həcmində olan sahəsi Qafqaz Dağ-Mədən İdarəsinin sərəncamına keçmişdi. Bu sahə çıxılmaqla Dövlət Əmlak 

İdarəsinin sərəncamında qalan neftli torpaqlar 4973 des. 874 kv.saj. təşkil edirdi. 

Bu sahənin bir qismi-364 des. 1180 saj. kustar üsulla neft hasilatı üçün, qalan hissəsi isə ev, neft-mədən 

tikintisi məqsədi ilə müxtəlif qurğular və qismən də kənd təsərrüfatı üçün Əkinçilik İdarəsinə icarəyə verilirdi. 

 

BĠR HĠSSƏSĠ BAKI DÖVLƏT ƏMLAK ĠDARƏSĠNĠN,  

DĠGƏR HĠSSƏSĠ ĠSƏ QAFQAZ DAĞ-MƏDƏN ĠDARƏSĠNĠN NƏZARƏTĠ ALTINDA  

QALMIġ NEFTLĠ XƏZĠNƏ TORPAQLARINA SAHĠB OLMAQ ĠġĠNDƏKĠ  

ĠKĠLĠ SĠYASƏT 

 

Abşeron  yarımadası  kəndlərinin  torpaq  payı  tərkibindən  çıxarılmış  torpaq  sahəsi  Bakı  Dövlət  Əmlak 



İdarəsinin sərəncamına verilərək, neft sənayesinin ehtiyacları üçün nəzərdə tutulduğundan, Qafqaz Dağ-Mədən 

İdarəsinin nəzarətinə tabe olmayan xüsusi torpaq fondu yarandı. 

Beləliklə, öz təbii (geoloji) şəraitinə görə vahid xarakterə malik olan, eyni iqtisadi əhəmiyyət daşıyan və 

dövlətin  xəzinə  tədbirləri  üçün  eyni  obyekt  kimi  xidmət  etməli  olan  Bakı  neft  rayonu  xəzinə  torpaqlarının 

ümumi sahəsi iki idarə arasında bölündü. Bununla yanaşı belə bir cəhəti də qeyd etmək lazımdır ki, bir-biri ilə 

əlaqəsi son dərəcə az olan və o zaman bir-birindən asılı olmayan bu idarələr -  Qafqaz Dağ-Mədən İdarəsi və 

Bakı  Dövlət  Əmlak  İdarəsi  -  keçmiş  Əkinçilik  Nazirliyinə  tabe  idilər.  Sonradan  yaranmış  Ticarət  və  Sənaye 

Nazirliyi  Dağ-Mədən  İdarəsinin  bütün  müəssisələrini  öz  tərkibinə  götürərək,  xeyli  çətinliklər  yaratmışdı. 

Bununla  da  neftli  torpaqlara  sahiblik  və  neft  sənayesinin  bu  və  ya  digər  ehtiyacları  üçün  onların  düzgün 

istismarına nəzarət işi xeyli çətinləşmişdi. Belə ikili xarakter istər xəzinə üçün, istərsə də neft işi ilə əlaqəsi olan 

yerli əhali üçün xeyli çətinliklər yaradırdı. 

Əgər  bütün  neftli  torpaqlara  sahiblik  bir  əldə  cəmləşsəydi,  Dağ-Mədən  İdarəsi  qarşıya  qoyulan  xüsusi 

vəzifələri mütəşəkkil həyata keçirmək üçün bu sahədə bütün tədbirlərə birlik və vahid sistem təmin edə bilərdi. 



66 

 

Güman etmək olar ki, neftli torpaqlara ikili sahibliyin göstərilən mənfi nəticələri sonralar, 1912- ci il 25 



iyun tarixli yeni qaydalar - "Abşeron yarımadasında neftli torpaqların dövlət kəndlilərinin istifadəsindən alınıb 

xəzinənin sərəncamına verilməsi qaydaları və şərtləri" elan edildikdən sonra alınmış torpaqların bilavasitə Dağ-

Mədən İdarəsinin sərəncamına verilməsi barədə qərar qəbul olunmasına səbəb olmuşdu. 

 

NEFT SƏNAYESĠ HAQQINDA QAYDALARIN 

KODLAġDIRILMASI 

(1892-ci il 3 iyun tarixli qanun) 

 

Neft qanunvericiliyinin qısa xronoloji icmalına qayıdaraq, hər şeydən əvvəl neftli torpaqların kəndlilərin 



istifadəsindən alınması barədə 1890-cı il 9 fevral tarixli qanundan sonra bu sahədəki ən mühüm faktı - 1892-ci il 

3 iyun tarixli qanun üzrə neft sənayesi haqqında qaydaların kodlaşdırılmasını göstərmək lazımdır (1892-ci ilin 

qanunlar toplusu, maddə 781). 

Bu  qanun  qismən  sistem  yaratdı,  məqsədəuyğunluğu  təcrübədə  sübuta  yetirilmiş  və  əvvəllər  verilmiş 

qaydaları  dəqiq  ifadə  etdi,  qismən  də  yeni  normalar  yaratdı.  Bütün  bu  material  1893-cü  ilin  Dağ-Mədən 

Nizamnaməsinin yeni nəşrinə ayrıca bir fəsil - 4-cü fəsil kimi daxil oldu. Bu normalar həmin fəsildə bölmələrlə 

verilmişdi. Bu bölmələrin hər birində qanunvericinin neft işi sahəsində güddüyü bu və ya digər xüsusi məqsədə 

uyğun  olaraq  maddələr  verilmişdi.  "Xüsusi  neft  işi  haqqında"  ümumi  başlığı  ilə  verilmiş  bu  fəsildə  belə 

bölmələrin  sayı  6  idi:  "Ümumi  qərarlar"  (541-556-cı  maddələr),  "Xəzinə  torpaqlarında  neft  mənbələrinin 

axtarışı  haqqında"  (557-566);  "Xəzinə  torpaqlarında  neft  hasilatı  üçün  torpaqların  ayrılması  haqqında"  (567-

585);  Məlum  olan  "neftli  xəzinə  torpaqları  haqqında"  (586-593),  "Xəzinə  torpaqlarında  və  xüsusi  torpaqlarda 

neft mənbələrinin işlənilməsi şərtləri haqqında" (594-607) və "Neft kəmərləri haqqında" (607-615). 

75 maddədən ibarət olan (Qanunlar toplusunun 7-ci fəslinin 541 -615-ci maddələri) və yuxarıda sadalanan 

rubrikalar üzrə qruplaşdırılmış 1892-ci ilin xüsusi neft işi haqqında qanunu zahiri cəhətdən bitkin bir qanun və 

neft işinin  bütün  əsas  sahələrini  əhatə  edən  qanunvericilik  aktı  kimi  görünsə  də,  hökumətin  reqlamentləşdirici 

fəaliyyətini  heç  də  tam  əhatə  etmirdi.  Çünki  qanunverici  hər  hansı  bir  canlı  işdə  labüd  olan  bütün  halların  və 

çətinliklərin  nəzərə  alınmasının  qeyri-mümkünlüyünü,  yəqin  ki,  bilərək,  Dövlət  Əmlak  nazirinə,  neft  işi 

haqqında qanunların tətbiq edilməsində yarana biləcək bütün məsələləri və anlaşılmazlıqları həll etmək hüququ 

vermişdi. habelə bütün neft sənayeçiləri üçün icbari olan izahatların hamıya elan edilməsi üçün hökumət Senata 

təqdim  məqsədilə  neft  sənayeçiləri  üçün  ümumi  təlimatlar  və  ayrı-ayrı  qərarlar  qəbul  etməli  idi.  Yalnız  öz 

xassəsinə görə məhkəmə və ya qanunvericilik qaydasında baxılmalı olan məsələlər və işlər barəsində istisnaya 

yol verilirdi. Dağ-Mədən Nizamnaməsinin 556-cı maddəsi ilə müəyyən edilmiş bu ümumi qaydalardan başqa, 

neft  işinə  dair  qərarlar  və  təlimatlar  qəbul  etmək  barədə  Dövlət  Əmlak  nazirinin  hüququ  başqa  məsələlərlə 

əlaqədar bəzi maddələrdə də (545, 554, 555, 562-ci və s. maddələr) təsdiq olunurdu. 

Neft sənayesinin bütün sonrakı tarixi göstərir ki, nazir özünün bu hüququndan geniş istifadə etmişdir. Bu 

qanunda  qəbul  edilmiş  qaydalar  və  qərarlar  arasında  neft  sənayeçilərinin  qurultayları  və  onların  seçdikləri 

şuralar və komissiyalar haqqında qanunun ümumi müddəalarının inkişafı kimi hazırlanmış qaydalar və qərarlar 

xüsusi diqqətəlayiqdir. 

1892-ci il 3 iyun tarixli qanuna əsasən, mədənlərdə hasil edilən bütün neft üçün sahibkarlardan pud hesabı 

ilə (mədəndən buraxılan neftin hər pudu üçün 1/50-dən 1/20-dək, indi isə 1/10 qəp.) vergi tutularaq, əldə edilən 

vəsait hesabına neft sənayesinin ümumi ehtiyaclarının ödənilməsi üçün xüsusi fond yaradılması, həmin fondda 

əldə  olunan  vəsaitlər  cəmləşdirilib  mədənlər  rayonunun  ümumi  abadlığı  (yolların  çəkilməsi,  xəstəxanaların, 

məktəblərin tikilməsi və s.) üçün nəzərdə tutulmuş xərclərin ödənilməsinə yönəldilməli idi. 

Qanunla əlaqədar müəyyən məsələlərin həyata keçirilməsi üçün məhz "Neft sənayeçilərinin qurultayını" 

keçirmək zəruriyyəti yarandığından, bu haqda əsasnamə qəbul edildi. Əsasnamədə qurultayların keçirilməsinin 

məqsədi, tərkibi,  keçirilmə  vaxtı,  yeri,  qurultay  şurasının təşkili  və  fəaliyyət  dairəsi,  onun  tərkibinə daxil  olan 

şəxslərin seçilmə qaydası, nümayəndələrin hüquq və vəzifələri, məcburi pul vergisinin dəqiq məbləği və tutulma 

üsulu, qurultay təsisatlarından istifadə qaydasını müəyyənləşdirən bir sıra digər müddəalar da daxildir. 

Neft  sənayeçilərinin  hər  il  çağırılan  qurultaylarında  Şuranın  simasında  daimi  icra  orqanının  yaranması, 

Bakı  mədənlər  rayonunun  ümumi  həyat  şəraitinin  qaydaya  salınması  baxımından  çox  böyük  əhəmiyyət  kəsb 

edirdi.  Bu  Şuranın  vəzifələri  sırasına  hər  bir  əvvəlki  növbəti  qurultayın  qərarlarının  yerinə  yetirilməsi,  iki 

qurultay arası dövrdə Şuraya daxil olan məsələlərin nəzərdən keçirilməsi və neft sənayeçiləri qurultayının bütün 

mürəkkəb təsərrüfatının idarə edilməsi daxil idi. 

Müxtəlif  vaxtlarda  Dövlət  Əmlak  nazirinin,  sonradan  isə  Ticarət  və  Sənaye  nazirinin  təsdiq  etdiyi  və 

mədən işinin texniki tərəfinin tənzimlənməsinə aid olan təlimat və qaydalar da mühüm əhəmiyyət kəsb edirdi. 

Bunlar arasında Bakı neft mədənlərinin qorunması üzrə texniki komissiyanın 1893-cü il fevralın 12-də Dövlət 

Əmlak naziri tərəfindən təsdiq edilmiş və 1896-cı il mayın 11-də əlavələr edilmiş təlimatı; Qafqaz diyarı neft 

mədənlərinə nəzarət üzrə 1893-cü il 9 oktyabr təlimatı (Qanunverici aktlar məcmuəsi, 1893-cü il, № 175, səh. 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə