Azərbaycan paris sülh konfransinda



Yüklə 26,36 Kb.
Pdf görüntüsü
səhifə5/65
tarix18.06.2018
ölçüsü26,36 Kb.
#49679
1   2   3   4   5   6   7   8   9   ...   65

Beləliklə,  Azərbaycan  Cümhuriyyəti  “de-fakto”  tanındı.  Qarşıda  duran  əsas 
məsələ  yeni  müstəqil  dövlətin  “de-yure”  tanınmasına  və  beynəlxalq  birliyin 
tamhüquqlu  üzvünə  çevrilməsinə  nail  olmaq  idi.  Lakin  bu  yalnız  Parisdəki 
Azərbaycan Nümayəndə heyətindən asılı məsələ  deyildi.  Çox  şeyi  Qərbin və  ABŞ-ın 
yeni  müstəqil  dövlətlərə  münasibəti həll  edirdi.  Birinci dünya müharibəsi nəticəsində 
üç  imperiyanın  -  Osmanlı,  Rusiya  və  Avstriya-Macarıstan  imperiyalar  süqutu 
dünyanın  siyasi  xəritəsinin  yenidən  düzənlənməsini  tələb  edirdi.  Kiçik,  lakin 
geosiyasi  baxımdan  son  dərəcə  əlverişli  mövqedə  yerləşmiş  zəngin  Azərbaycana bu 
siyasi  xəritədə  yer  tapılacaqdımı?  Dünyanın  böyük  dövlətləri  bolşevik  Rusiyasının 
əski  çar  imperiyasını  öz  köhnə  sərhədləri  daxilində  bərpa  etməsinə  imkan 
verəcəkdilərmi?  Təəssüflər  olsun  ki,  bəzən  dövlət  müstəqilliyi  üçün  yalnız  xalqın 
azadlıq arzusu, hətta onun axıtdığı şəhid qanları da kifayət etmir...
NÜMAYƏNDƏ HEYƏTİNİN TALEYİ
Nümayəndə  heyətinin  səylərinə  baxmayaraq,  Azərbaycan  xalqının yüz  illik 
rus  əsarətindən  sonra  nəhayət,  müstəqil  yaşamaq,  milli  dövlətini  qurmaq,  torpağının 
və  taleyinin  sahibi  olmaq ümidləri  doğrulmadı.  “Vahid və bölünməz Rusiya”  şüarına 
münasibətdə  ağqvardiyaçılarla  eyni  mövqedə  dayanan bolşeviklər  1920-ci  il  aprelin 
28-də  Azərbaycanı yenidən işğal  etdilər.  Cümhuriyyət  mövcudluğunun 23-cü  ayında 
süqut etdi.  Parisdə  çətinlik və  məhrumiyyətlərə  qatlaşaraq Azərbaycan davası aparan 
Nümayəndə  heyətinin  Vətənə  gedən  yolları  həmişəlik  bağlandı.  Lakin  1920-ci  ilin 
mayın  əvvəllərində  Azərbaycanın  sovetləşməsi  haqqında  Sülh  konfransında 
eşitdikləri  acı  və  sarsıdıcı  xəbər  onları  müstəqillik  uğrunda  mübarizədən  əsla 
çəkindirmədi.
Artıq  həmin  ilin  sentyabrında  Ə.M.Topçubaşov  Cenevrədə  Millətlər 
Liqasına  təqdim  etdiyi  memorandumda  müstəqil  yaşamaq  yolunu  seçmiş  və  Paris 
Sülh  Konfransında  “de-fakto”  tanınnıış  Azərbaycan  Cümhuriyyətinin  bolşeviklər 
tərəfindən işğalı  faktına  diqqəti  cəlb  edir və  Liqanın bu kobud hərbi-siyasi  müdaxilə 
aktına  münasibət  bildirməsini  zəruri  sayırdı.  Eyni  ilin  noyabr  ayında  o,  Millətlər 
Liqasının  toplantısında  çıxış  edərək  bir  daha  Azərbaycanın  işğalı  məsələsini 
gündəliyə  gətirmişdi.  Ə.M.Topçubaşovun  1920-ci ildə  Genuya və  Lozanna,  1923-cü 
ildə  isə  London konfranslarında hərbi  təcavüzə  məruz  qalmış  Azərbaycan  dövlətinin 
səlahiyyətli  təmsilçisi  kimi  etiraz  çıxışları  nəticəsiz  qalmamışdı.  Məsələn,  Gcnuya 
konfransı  bolşeviklərin  Azərbaycan  adından  danışmaq  haqqı  olmadığı  barəsində 
bəyanat qəbul etmişdi.  Rusiya imperiyasından olan siyasi mühacirlər arasında kifayət 
qədər  yaxşı  tanınan  Ə.M.Topçubaşov  özünün  çoxsaylı  məqalə  və  çıxışlarında  bir 
tərəfdən  dünya  ictimaiyyətinin  diqqətini  Azərbaycanın  tapdanmış  haqlarına  cəlb 
etməyə  çalışır,  o biri tərəfdən isə hər vasitə ilə mühacirət dairələrinin,  ilk növbədə  isə 
keçmiş  Qafqaz  respublikaları  təmsilçilərinin  qarşılıqlı  əməkdaşlıq  və  işbirliyini 
qurmağa,  mövcud  əlaqələri  möhkəmləndirməyə  çalışırdı.  Onun  təşəbbüsü  və


rəhbərliyi  ilə  artıq  1921-ci  ilin  iyununda  Azərbaycan,  Gürcüstan  və  Ermənistanın 
mühacirətdəki  səlahiyyətli  nümayəndələri  Qafqaz  regionunun  taleyi  ilə  bağlı 
məsələlərdə siyasi və iqtisadi müttəfiqlik mövqeyindən çıxış etməyi qərara almışdılar.
Azərbaycan  siyasi  mühacirləri arasında birlik və  həmrəyliyin əldə  olunması, 
vahid  güc  mərkəzinin  yaradılması  üçün  də  Ə.M.Topçubaşov  bu  dövrdə  az  iş 
görməmişdi.  O,  Avropa  ölkələrindəki  azərbaycanlı  siyasi  mühacirlərlə  Türkiyədəki 
Azərbaycan Milli  Mərkəzi  arasında yaranmış  ixtilafın  qismən  aradan  qaldırılması  da 
məhz Ə.M.Topçybaşovun nüfuzu və iradəsi  sayəsində mümkün olmuşdu.  l928-ci ildə 
Parisdə  M.Ə.Rəsulzadə  ilə  danışıqlardan  sonra  rəhbərlikdəki  paralelliyə  son 
qoyulmuş,  mühacirətin  vahid  mərkəzdən  idarə  olunması  prinsipi  bundan  sonra 
nisbətən ardıcıl şəkildə həyata keçirilməyə başlanmışdı.
Ə.M.Topçubaşov  Azərbaycanın  müstəqilliyini  görə  bilməsə  də,  1905-ci 
ildən  etibarən  uğrunda  ardıcıl  və  dönmədən  mübarizə  apardığı  ideyalardan  birinin 
gerçəkləşməsinin  şahidi  olmuşdu.  1934-cü  ilin  iyununda  onun  da  iştirakı  ilə 
mühacirətdəki  azərbaycanlı,  gürcü,  erməni,  dağlı  və  başqa  Qafqaz  xalqlarının 
təmsilçiləri 
Qafqaz  Konfederasiyası  Paktının  yaradılması  haqqında 
sənədi 
imzalamışdılar.  1934-cü il noyabrın 5-də  son dərəcə mütəvazi həyat keçirdiyi Parisdə 
dünyaya gözlərini yuman Ə.M.Topçubaşovun ölümü milli və  siyasi mənsubluğundan 
asılı  olmayaraq  mühacirət  dairələrində  ümumi  itki  kimi  qarşılanmışdı.  Qafqaz 
mühacirətinin müştərək orqanı sayılan “Prometey” jurnalı azərbaycanlı siyasi xadimin 
vəfatına ayrıca nömrə həsr etmişdi.
1919-cu  ilin  avqustunda  Bakıya  iki  aylıq  ezamiyyətə  gələn  Nümayəndə 
heyəti  sədrinin  müavini  M.H.Hacınski  bir  daha  geriyə  -  Parisə  dönməmişdi. 
Ə.M.Topçubaşov  Azərbaycan  Cümhuriyyəti  Nazirlər  Şurası  sədrinə  ünvanladığı 
məktubda paytaxtda  ona heç bir vəzifə  həvalə  edilməməsini,  iki  aydan  sonra  mütləq 
geri  göndərilməsini  israrla  xahiş  edirdi.  Görünür,  o,  M.H.Hacınskini  kifayət  qədər 
yaxşı  tanıdığından  belə  qəti  və  israrlı  mövqe  tutmuşdu.  Çünki  Bakıya  qayıtdıqdan 
sonra siyasi mübarizələrin və hakimiyyət davasının mərkəzində  dayanan Hacınski bir 
neçə  aydan  sonra  XI  Qırmızı  Ordununu  Bakıya  daxil  olmasında  və  dövlət 
müstəqilliyinin  itirilməsində  müəyyən  mənfi  rol  oynamışdı.  Əlbəttə,  nəyin bahasına 
olursa-olsun  Azərbaycan  neftini  ələ  keçirməyə  çalışan,  bolşevik  rejiminin 
mövcudluğu  üçün  Bakının  işğalını  həyati  əhəmiyyətli  məsələ  sayan  Lenin  və  onun 
yerlərdəki  əlaltıları  M.H.Hacınski  kimi  mütərəddid  mövqeli  siyasətçilər  olmasa  da, 
məqsədlərinə  çatacaqdılar.  Lakin  məhz  belə  siyasətçilərin  Azərbaycan  hökumətində 
yer tutmaları həmin prosesi daha da sürətləndirmişdi.
Nəsib bəy Yusifbəylinin başçılıq ctdiyi hökumətdə  (24  dekabr  1919-30 mart 
1920)  daxili işlər naziri olan M.H.Hacınski ümumən bolşeviklərə  rəğbəti ilə  seçilirdi. 
Bu  səbəbdən  də  Rusiyaya  münasibətdə  sərt  kurs  tərəfdarı  kimi  tanınan  bir  sıra 
hökumət üzvləri,  ilk növbədə  isə  F.Xan-Xoyski  onun belə bir mühüm post tutmasını 
təhlükə  mənbəyi  sayırdılar.  Nəticədə  1920-ci il  fevralın  18-də  Hacınskini  daxili işlər 
naziri  vəzifəsindən  uzaqlaşdırmaq  mümkün  oldu.  Lakin  o,  ticarət,  ərzaq  və  sənaye


Yüklə 26,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə