Üçüncüsü, Bu, elmi turizm tədqiqatları sahəsində fəaliyyət
göstərən təşkilatlardır. Belə təşkilatlardan aşağıdakıları göstərmək
olar:
Turizm və səyahətlər sahəsində tədqiqatlar assosiasiyası
(TTRA);
Turizm sahəsində Beynəlxalq elmi ekspertlər assosiasiyası
(AIEST).
Turizm və səyahətlər sahəsində tədqiqatlar assosiasiyası
(TTRA) turizm tədqiqatları üzrə öz sahəsinin lideri olan peşəkar
Beynəlxalq mütəxəssislər təşkilatıdır. TTPA 1970-ci ildə təsis
edilmiş və hazırda elmi və marketinq tədqiqatları üzrə mütəxəssisləri
birləşdirir. Assosiasiyanın məqsədi keyfiyyətin yüksəldilməsi və
turizm marketinqi, planlaşdırma və inkişafın səmərəliliyini artırmaq
üçün elmi və marketinq tədqiqatları üzrə informasiyanın açıqlığını
təmin etməkdir.
TTPA-nın vəzifələri: turizm tədqiqatları standartlarının
müəyyənləşdirilməsi və tətbiqi; turizm tədqiqatları və marketinq
informasiyasının keyfiyyətinin təmin edilməsi; turizm tədqiqatları
məqsədilə informasiya mənbələrinə buraxılışa kömək; tədqiqatlar,
marketinq və planlaşdırma sahəsində bacarıq və biliklərə yiyələn
məni təmin etmək; tədqiqatlar sahəsində mütəxəssislərin qarşılıqlı
fəaliyyəti üçün şərait yaratmaq; ali təhsil müəssisələrində turizm
tədqiqatları proqramlarının işlənib hazırlanmasına yardım etmək və
s. TTPA-nm Avropa, ABŞ və Kanadada ofisləri vardır.
Qeyd edilən təşkilatlar Turizm fəaliyyətinin əlaqələndirilməsi
üçün müxtəlif konfranslar, Assambleyalar, görüşlər, toplantılar,
konqreslər, seminarlar və s.kimi tədbirlər keçirirlər. Bununla belə.
Turizm fəaliyyətinin inkişafında mühüm rol oynayan ən mötəbər və
nüfuzlu beynəlxalq tədbirlərdən beynəlxalq turizm birjaları, yarmar
kaları, sərgilər, salonları göstərmək olar.
Belə beynəlxalq tədbirlərin əsas məqsədi aşağıdakılardır:
müxtəlif firmaların turizm məhsulları ilə tanışlıq; turist xidmətinə
tətbiqin öyrənilməsi; işgüzar əlaqələrin qurulması; kommersiya
sövdələşmələri bağlamaq və müqavilələr imzalamaq; informasiya
484
mübadiləsi; reklam və turizm məhsulunun təbliği.
Bunlar ümuındünya və ya regional xarakter daşıya bilər, illik
beynəlxalq sərgi və yarmarkalar daha mühüm əhəmiyyət kəsb edir və
ilin müəyyən vaxtında - qabaqcadan elan edilmiş tarixdə yay və qış
mövsümü ərəfəsində keçirilir və 1 gündən 7 günədək davam edir.
Onlar mətbuat konfransları, ədəbiyyat (prospektlər, bukletlər,
açıqcalar, təqvimlər, xəritələr, sxemlər, soraq kitabçaları), nişanlar,
breloklar, digər suvenir məhsulları, turizm inventarı və ləvazimatının
sərgisi, mütəxəssis məsləhətləri,
reklam rolikləri, video və
kinofilmlərə baxışlarla, turist yarışları, konsertlərlə müşayiət olunur.
Dünyada ən mötəbər turizm sərgisi Beynəlxalq Turizm
Birjasıdır (ITB). 1966-cı ildən hər il mart ayında 7 gün ərzində
Berlində keçirilir. Bir gün yalnız peşəkar iştirakçılar üçün ayrılır,
qalan günlər isə birja hamının üzünə açıqdır.
Burada turizm üzrə dövlət nazirlikləri, idarələri, komitə və
şuraların nümayəndələri, milli və regional turizm təşkilatları, turizm
firmaları, turist operatorları və turizm agentləri, mehmanxanalar və
mehmanxana zəncirləri, avia və kruiz şirkətləri, sığorta şirkətləri,
ixtisaslaşmış nəşriyyatlar, radio və tclcşirkətlər iştirak edir.
Birja çərçivəsində xarici təşkilat və kommersiya turizm
şirkətləri arasında danışıqlar aparılır.
Danışıqlarda əməkdaşlıq, informasiya mübadiləsi, xarici
nümayəndələrin işi məsələləri müzakirə edilir. Birjanın fəaliyyəti
dövründə konfranslar, simpoziumlar, turizmin inkişafı məsələlərinə
dair qəbullar təşkil olunur, birjanın işini kütləvi informasiya
vasitələrində daha geniş işıqlandırmaq üçün jurnalistlər akkreditə
olunur.
Londonda üm um dünya səyahətlər bazarı 1980-ci ildən hər
ilin noyabr-dekabr aylarında 5 gün ərzində turizm firmaları, turizm
sənayesi və informasiya vasitələri nümayəndələrinin iştirakı ilə
keçirilir. Sövdələrin bağlanması ilə yanaşı London bazarının mühüm
vəzifəsi turizm sahəsində yeniliklərlə tanışlıqdır.
Beynəlxalq turizm yarmarkası (FITLIR) 1981-ci ildən hər
ilin yanvar ayında Madriddə 6 gün ərzində keçirilir. İştirakçılar:
485
turizm firmaları, mehmanxana birlikləri, aviaşirkətlər. Yarmarka xalq
mahnıları və rəqsləri festivalı, turizmə dair reklam filmlərinin
nümayişi ilə müşayiət olunur.
Leypsiq səyahətlər yarmarkası, Beynəlxalq turizm və
səyahətlər salonu (hər il fevralın ortalarında 7-10 gün ərzində Parisdə
keçirilir), Milanda Beynəlxalq turizm birjası (fevralın ikinci
yarısında 5 gün ərzində), Asiya regionu ölkələrinin Beynəlxalq
turizm sərgisi (Honkonq), Beynəlxalq turizm yarmarkası (Çikaqo),
«Turizm» beynəlxalq sərgisi (Höteborq), Beynəlxalq turizm sərgisi
«Filokseniya» (Saloniki) və s. böyük nüfuza malikdirlər.
«Puteşestviya i turizm» («Səyahətlər və turizm») Moskva
beynəlxalq sərgisi (MITT) də geniş şöhrət qazanmışdır. Bu sərgi 1984-
cü ildən başlayaraq hər ilin mart ayında 4 gün ərzində keçirilir.
2002-ci ilin may ayından başlayaraq Azərbaycanda da hər il
ənənəvi olarq (A1TF) sərgilər keçirilir.
Ticarət turizm sərgiləri, yarmarkalar, salonlar və birjalar
beynəlxalq turizmin inkişafının tənzim olunmasında müəyyən rol
oynayırlar, çünki onların fəaliyyəti zamanı milli turizm təşkilatı,
turizm xidmətləri tədarükçüləri, mötəbər turizm operatorları və
turizm agentlikləri nümayəndələrinin, xidmətlərin potensial istehlak
çılarının çoxsaylı əlaqələri qurulur; geniş informasiya mübadiləsi baş
verir; şirkətlər arasında əməkdaşlıq haqqında müqavilələr, şirkət və
müştərilər arasında sazişlər imzalanır və bütün bunlar əsas
beynəlxalq sənədlərə müvafiq tərtib olunurlar. Həmin sənədlərə
misal olaraq Beynəlxalq əmtəə alqı-satqısı müqavilələri haqqında
BMT Konvensiyası (1980), Beynəlxalq kommersiya müqavilələri
prinsipləri (Beynəlxalq fərdi hüququn vahid şəklə salınması təsisat),
1984), Turizm agentlikləri və müştərilərin imzalayacağı standart
müqavilə (1995), Səyahət müqaviləsi üzrə Beynəlxalq Konvensiya
(FUAAV/MQA, 1970), mehmanxana sahibləri və turizm agentlik
lərinin bağlayacağı müqavilə ilə bağlı Beynəlxalq mehmanxana
konvensiyası (MQA/FUAAV, 1979), Beynəlxalq turizm vauçcri və
digər aktları göstərmək olar. Turizm sərgiləri, yarmarkaları zamanı
turizmin inkişafında qarşıya çıxan problemlər aşkar edilir, bunlar
486
turizm sənayesinin ayrı-ayrı bölmələrində və ya bütövlükdə dövlət
səviyyəsində vəziyyətin düzəldilməsi üzrə təshihedici tədbirlərin
işlənib hazırlanması zamanı nəzərə alınır.
Yoxlama suallar:
1. BMÜTT-nin yaranma tarixi vo strukturu haqqında no bilirsiniz?
2. İATA-nm məqsədlərini sadalayın
3. Regional turizm təşkilatlarım sadalayın
4. Salıo xarakterli turizm təşkilatlarının məqsədlərini misallarla göstərin.
5. Beynəlxalq turizm tədbirləri hansılardır?
Ədəbiyyat
1. http:/'wwvv2.unwto.org/
2. httpı'/vvvvvv.iata.org/about/members/Pages/incle.x.aspx
3. http://vvwvv.pata.org/about-pala/
4. http://wvvvv.hotrec.eii/aboiil-us/inembership.aspx
5. http://www.wata.net/eounlries.asp
6. hıtp://w ww.ttra.eom/about-ux/profilc/
1 0 . 6 .
T u r i s t v ə e k s k u r s i y a ç ı n ı ı ı t ə h l ü k ə s i z l i y i n i t ə l ə b e d ə ı ı
q a y d a l a r
Bütün Dünyada tıırist xidmətləri və onların göstərilmə şəraiti
turistlərin sağlamlıqlarına, əmlaklarına və ətraf mühitə təlıliikə yarat
madan tələb edən qaydalara əməl olunması ilə həyata keçirilməsi
məcburi hesab olunur. Turizmin təşkilində və onun həyata keçirilmə
sində ekskursiya xidməti də mühüm rol oynayır. Odur ki, turistin və
ekskursiyaçının təhlükəsizliyini tələb edən qaydalar müəyyən
edilmişdir. O qaydalara aşağıdakılar aid edilir.
İlk olaraq istənilən turist səfərə çıxarkən yeni həyal
təcrübəsini əldə etməklə yanaşı, özünü təhlükəsiz, hiss etməlidir. Bu
эп vacib həyat əhəmiyyətli şərtlərdən biridir. Xüsusi ilə də şəxsin hər
hansı bir yeni xarici ölkəyə səyahəti zamanı bu daha önəmli olur.
1996-cı ildə Ümumdünya Turizm Təşkilatı tərəfindən qəbul
edilmiş qətnamədə “Turist-ekskursiya xidmətləri. Turistlərin və
487
ekskursantlarm təhlükəsizliyinin təmin olunması üzrə
tələblər”
1.07.1994 ildən qüvvədə olan turist xidmətlərinin məcburi qaydası
haqqında şəhadətnamənin qüvvədə saxlanılmasını tövsiyə etmişdir.
Sənəddə təşkilatı-hüquqi formasından asılı olmayaraq vətəndaşlara
turizm xidmətləri göstərənlərə tələb olunan standart qaydalar əks
olunmuşdur. Turizm xidmətlərinin göstərilməsi zamanı standartına
uyğun olaraq məqbul risk səviyyəsi həm fövqəladə hallarda (təbii
fəlakətlər zamanı və s), həm də adi şəraitdə turistlərin həyatı və
sağlamlığı üçün təmin olunmalıdır. Turist-ekskursiya xidmətləri
zamanı insanların həyatı və sağlamlığı üçün risk halları aşağıdakı
hallarda yarana bilir:
- risk mənbələri mövcud olduqda;
- risk mənbəyinin insan həyatı üçün təhlükəli həddə olması
ehtimalını müəyyənləşdirdikdə.
Zərərli amilləri (risk amilləri) turizmdə aşağıdakı kimi təsnif
edilə bilər:
-m üxtəlif formalarda zədələnmələr;
-ətraf mühitin təsiri;
-yanğın təhlükəsi;
-bioloji təsirlər;
-psixofizioloji yüklənmələr;
-təhlükəli radiasiya;
-kimyəvi təsirlər;
-toz və tüstülər artması;
-digər amillər;
-xüsusi risk amilləri.
Ayrı-ayrılıqda zərərli amillərin (risk amilləri) xüsusiyyətlərini
nəzərdən keçirək.
Zədələmə o hallarda baş verir ki, maşın və mexanizmlərin hərəkəti
zamanı əşyalar yerini dəyişsin, turizm fəaliyyətinin yerinə yetirilməsi
üçün erqonomik şərait
olmasın, hərəkət istiqamətində mürəkkəb
relyef olsun, dağ süxurlarının (sürüşmələr, sellər, düzənliklər)
yerdəyişmələri baş versin, rahat geyim əşyaları olmasın (narahat
ayaqqabı, həddindən artıq dar geyimlər və s.) və sair. Baş verə
488
biləcək zədələrin qarşısını almaq və yaxud da onun təsirini azaltmaq
üçün görülə biləcək tədbirlərə aid ola bilər:
-hərəkətdə olan maşın və mexanizmlərdo əşyaların yer dəyişməsinin
qarşısını almaq üçün onları bərkitmək, tutacaqlardan, qoruyucu
vasitələrdən istifadə etmək, (geyim əşyaları dağ və sürüşkən ərazilərə
uyğun seçilməlidir), ərazilərin kanat yollarında, dağlarda, çarhovuz
larda, dağ xizək yollarında təhlükəsizlik tədbirlərinə əməl olunmaqla;
-Fərdi mühafizə (turist marşrutunun mürəkkəb sahələrinin kəsişməsi
vaxtı mühafizə üçün kəndir, baş dəbilqələri, buz qırmaq üçün alət,
müxtəlif qarmaqlar) vasitələrindən istifadə etməklə;
-turist təchizatına və inventarlara erqonomik tələblərə riayət etməklə;
-yerləşmə yerləri və ictimai binalarda təhlükəsizlik qaydalarına,
normalarına, nəqliyyat vasitələrinin texniki vəziyyətinə riayət etmək,
turistlərin daşınmaları üçün istifadə edilən nəqliyyat vasitələrinin
texniki vəziyyətinə nəzarət etməklə;
-istifadə edilən inventarın və avadanlıqların (liftlər, qaldırıcı
mexanizmlər, arabalar və başqa) istismarı qaydalarına riayət etməklə;
ehtimal oluna bilən risk amilləri barədə, onlardan necə xilas
olmaq, zədələnmə hallarında hansı təcili tədbirlərin görülməsi və s.
haqqında turistləri qabaqcadan məlumatlandırmaq və s.
Ətraf mühit təsirləri üçün müəyyən qaydalara əməl olunmalıdır.
Məlumdur ki, ətraf mühitin insan orqanizminə təsiri kimi,
temperaturun, nəmliyin, təzyiqin, küləyin, yağıntının kəskin yüksək
və yaxud aşağı olması ilə qiymətləndirirlər. Mikroiqlimi göstəriciləri,
eləcə də otaqlarda və turistlərə xidmət edən (yataq, iaşə, klub və
digər) nəqliyyat vasitələrində quraşdırılmış sanitar-gigiyena şəraiti
tələblərə cavab verməlidir. Riskin bu amilinin zərərli təsirlərinin
aradan qaldırılması üçün:
- turist tədbirinin keçirilməsi üçün ilin əlverişli fəsli, günü
seçilməlidir;
- səmərəli turist marşrutları planlaşdırılmalıdır;
-
rayonun hava xüsusiyyətləri nəzərə alınmalıdır;
- gözlənilməyən xoşagəlməyən hava şəraitindən sığortalanmaq
üçün stğınacaqlı marşrutlar seçmək;
489
-
xüsusi mühafizəsi olan nəqliyyat vasitələrindən, sığınacaqlardan
və xəbərdaredici qurğusu olan, soyuducu və yaxud qızdırıcıya malik
yerləşmə yerlərindən istifadə etmək;
fərdi mühafizə vasitələri, o cümlədən müvafiq avadanlıqlarla
turistləri təmin etmək;
-
marşrutda
(iqlim
şəraiti,
hündürlüklər
fərqləri)
real
və
proqnozlaşdırılan şərtlər haqqında turistlərə vaxtında məlumat
vermək.
Xidmətin
obyektlərinin yanğın təhlükəsizliyinin təsdiq
edilmiş normativ sənədlərinə, təhlükəsizlik tələblərinə ciddi riayət
olunmalıdır.
Bioloji amillər kimi (patogen mikroorqanizmlər və onların
həyat fəaliyyətinin məhsulları, zərərli mikroorqanizmlər, sürünən
zəhərli bitkilər, həşəratlar, heyvanlar, yoluxucu xəstəliklərə səbəb
olan bakteriyalar və başqa zərərli bioloji aləm, çirkli su mənbələri və
s.) zərərli risklərdən xilas olmaq üçün turistlərə aşağıdakı məlumatlar
verilməlidir:
-
müəyyən edilmiş sanitariya normalarının və xidmət qaydalarına
riayət edilməsinə;
-
dezinfeksiya üçün avadanlıqların və preparatların tətbiqi,
dezinseksiyalar,
sterilləşdirmələr
(dölsüzləşdirmələr),
istehsal
proseslərinin avtomatlaşdırması;
-
obyektlərdə
turistlərə
(qablar,
mətbəx avadanlığı,
su
mənbələrindən istifadə) xidmət göstərilməsi zamanı istifadə olunan
qurğuların təchizatı, markalanması və zəruri təhlükəsizlik nişanları
nın izahı;
-
xidmət göstərən heyətin təyin olunmuş müddətdə tibbi müayinə
dən keçməsi;
-
Təhlükəli heyvanlar, balıqlar, sürünənlər, bitkilər, onların
yayılma arealları
ilə üst-üstə düşən turist marşrutu barədə
qabaqcadan turistləri məlumatlandırmaq. Sadalananlardan zədə
aldıqda
ilkin
təcili yardım
formaları
haqqında
turistləri
məlumatlandırmaq.
490
Riskin psixofizioloji amilləri - bu fiziki və ruhi-əsəb
yüklənmələridir. Psixofizioloji amillərin azaldılması və yaxud da
aradana qaldırılmasına aşağıdakı hallara əməl etməklə xilas olmaq
olar:
-
turistlərə xidmət proqramının rasional qurması, yerdəyişmənin,
çatdırmanın qrafıkə uyğun olması, normal insan həyatına əməl
olunması (normal yuxu, qidalanma, sanitar və məişət ehtiyaclarının
təmin olunması ) ilə;
-
turist qrupunun formalaşması vaxtı turistlərin psixofizioloji
xüsusiyyətlərinin nəzərə alınması hesabına;
istifadə edilən turist təchizatına və inventara erqonomik tələblərə
riayət etməklə.
Təhlükəli şüaya aid olur: ultrabənövşəyi şüa dalğasından
yüksək radioloji şüa. Turist marşrutlarında ultrabənövşəyi radiasiya
təhlükəsi haqqında turistlərə xəbərdarlıq edilməlidir. Həmin şüanın
hansı halda insan orqanizminə müsbət və yaxud mənfi təsirləri
turistlərə izah olunmalıdır. Fərdi müdafiənin təşkili üçün (baş
geyimləri, qoruyucu kremlər, geyimlər, günəşdən qoruyan eynəklər)
vasitələrdən istifadəni turistlərə tövsiyə olunmalıdır.
Riskin kimyəvi amillərinə zəhərli, qıcıqlandırıcı, həssaslığı artıran
maddələr daxildir. Turistlərə xidmətdə belə riskli amillərin qarşısını
almaq üçün aşağıdakı tədbirlərin görülməsinə diqqət yetirilməlidir:
-havada, suda, torpaqda, qida məhsullarında və başqa bioloji
mühitlərdə zərərli kimyəvi maddələrin qəbul edilmiş normada
olmasına müntəzəm nəzarəti həyata keçirmək.
Yüksək səviyyədə toz və qaz ilə çirklənmə. Turistlərə xidmət
zonalarında havanın zərərli qaz və to/ maddələrlə çirklənmə
səviyyəsi daim diqqətdə olmalıdır.
Digər risk amilləri. Riskin başqa amillərinə xidmət və onun
nominal xarakteristikası haqqında lazımlı informasiyanın olmaması
dır. Odur ki, digər ehtimal oluna bilən risk amillərinə aid ola bilər:
Yoxlama suallar:
I. Turist-ckskıırsiya xidmətləri /amanı insanların həyatı və sağlamlığı üçün nxk
halları hansılardır?
491
2. Turist-ekskursiya xidmətləri zamanı zərərli amilləri sadalayın.
3. Turist-ekskursiya xidmətləri zamanı baş vermə ehtimalı olan zədələr hansılar
ola bilər?
4. Turist-ekskursiya xidmətləri zamanı baş vermə ehtimalı olan zədələrdən necə
qorunmaq olar?
5. Turist-ekskursiya zamanı riskli amillərə hansılar aid ola bilər?
Ədəbiyyat
1. Безопасность туризма: учебник / А. Г. Бобкова, С. А. Кудреватых, Е. Л.
Писаревский ; под общ. ред. д-ра юрид. наук. Е.Л. Писаревского. — М.:
Федеральное
Dostları ilə paylaş: |