196
təşkilatlar çərçivəsində hazırlanmış bəyanat və sənədləri
imzalamaqla kifayətlənir.
Müstəqillik dövründə Azərbaycan iqtisadiyyatını Orta Asi-
yanın türk dövlətlərinin iqtisadiyyatı ilə birləşdirən başlıca
amillər iqtisadiyyatın inkişafındakı oxşar cəhətlərin, iqtisa-
diyyatın modernləşdirilməsi, iqtisadi həyatın demokratik və
bazar iqtisadiyyatı normalarına keçməsi təşkil etmişdir. Bu
dövrdə müstəqillik əldə etmiş türk dövlətləri başqa dövlətlərdə
hər hansı istehsal sahəsinə investisiya qoya bilmirdilər. Orta
Asiyanın türk dövlətlərinin Azərbaycan iqtisadiyyatına və
ə
ksinə Azərbaycanın onların iqtisadiyyatına investisiya qoy-
masından söhbət gedə bilməzdi. Bu dövlətlər iqtisadi əlaqə
sahəsində başlıca olaraq bir-biriləri ilə əməkdaşlığı ticarət
sahəsində aparırdılar. Qazaxıstan və Türkmənistanla isə neft
məhsullarının dünya bazarlarına ötürülməsi sahəsində də birgə
fəaliyyətlər də mövcuddur. 1996-cı ildən sonra bu dövlətlər
arasında mövcud olmuş müsbət irəliləyişlərə baxmayaraq iqti-
sadi əlaqələrin vəziyyətini qənaətbəxş qiymətləndirmək olmaz.
Belə ki, həmin dövrdə bu dövlətlər arasında mövcud olan
iqtisadi əlaqələrin müxtəlif formalarından yalnız ticarət əla-
qələri sahəsində müntəzəm olaraq iş aparılmışdır. Kapital
qoyuluşu, müştərək müəssisələrin yaradılması və başqa sahə-
lərdə olan əlaqələrin inkişaf etdirilməsi istiqamətində heç bir iş
görülməmişdir.
Onu da qeyd etmək lazımdır ki, Orta Asiyanın türk döv-
lətlərindən yalnız Qazaxıstan Respublikası ilə əlaqələrimiz
sabit və normal inkişaf yolu keçmişdir. Orta Asiyanın digər
türk dövlətləri ilə münasibətlərdə Azərbaycan Respublikası
vaxtaşırı müəyyən problemlərlə qarşılaşmış, bəzən bu prob-
lemlər müəyyən zaman keçdikdən sonra aradan qaldırılmış,
bəzən isə həlli mümkün olmayan problem səviyyəsinə
çatmışdır.
downloaded from KitabYurdu.org
197
4. Türk dövlətləri çoxtərəfli siyasi əlaqələr sistemində
Türk dövlətlərinin beynəlxalq münasibətlərin subyektinə
çevrilməsi və xeyli dərəcədə ona təsir etməyə başlamasına
tarixin qanunauyğun inkişafının nəticəsi kimi baxılmalıdır.
SSR -nin dağılması nəticəsində türk xalqlarını təmsil edən 5
müstəqil dövlətin yaranması qüvvələr nisbətinin dəyişməsində
mühüm rol oynadı. Eyni zamanda bir sıra türk xalqlarının
muxtar qurumlarının möhkəmlənməsi dövlətçilik ənənələrinin
bərpa edilməsi yolunda ciddi addım sayılmalıdır. Türk xalq-
larının təmsil etdikləri müstəqil və muxtar dövlət qurumları
ciddi siyasi, iqtisadi, hərbi, ərazi potensialına malikdirlər.
Türk dünyasının hərbi-iqtisadi potensialına gəldikdə qeyd
etmək kifayətdir ki, müstəqil və muxtar türk qurumlarında ildə
200 milyon tondan artıq neft, 160 milyard kubmetr qaz, 250
milyon tona yaxın kömür çıxarılır, 17 milyon ton polad, 9
milyon tona yaxın çuqun, 16 milyon ton qara metal, 3550
milyard kilovat saat elektrik enerjisi, 3 milyon tondan artıq
pambıq lifi, müasir silahlar, maşın və mexanizmlər istehsal
edən zavodlar, müxtəlif məhsullar buraxan fabriklər fəaliy-
yətdədir. Türk xalqlarının ərazilərində becərilən taxıl və digər
yeyinti məhsulları nəinki özlərini, bir sıra digər ölkə xalqlarını
da dolandıra bilər. Bütün bu və digər imkanlar türk dünyası
daxili inteqrasiya üçün əlverişli özül ola bilər.
Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, türk dünyasının
qabaqcıl ölkələrin inkişaf axınına qoşulması yolunda ciddi
çətinliklər və maneələr mövcuddur. lk növbədə onu qeyd et-
mək lazımdır ki, türk xalqlarının inkişaf səviyyələri müxtəlif-
dir. Siyasi məsələlərə gəldikdə isə qeyd edilməlidir ki, türk
dünyasının birliyinin yaranması həm Qərbi, həm də Şərqi
narahat edir.
Türk dövlətləri arasında çoxtərəfli əlaqələrin qurulması və
inkişaf etdirilməsi sahəsində dövlət başçılarının artıq ənənəvi
downloaded from KitabYurdu.org
198
xarakter almış Zirvə toplantıları xüsusi yer tutur. Zirvə toplan-
tıları türk dövlətlərinin dövlət müstəqilliyinin möhkəmləndiril-
məsi, demokratik-hüquqi dövlətlər yaradılması, siyasi
prinsiplərin bərqərar edilməsi sahəsinda mühüm rol oynayır.
Zirvə toplantılarının keçirilməsi təşəbbüsü Süleyman Dəmirələ
məxsusdur. O, 1992-ci ilin mayında Türkiyənin baş naziri
vəzifəsində Azərbaycana və Orta Asiyaya rəsmi səfəri zamanı
belə bir təşəbbüslə çıxış etmişdir. Azərbaycan rəhbərliyi bu
təklifi dəstəkləmişdi və respublikamız Zirvə toplantılarının fəal
iştirakçılarındandır. 2011-ci ilədək olan müddətdə türk dövlət
başçılarının 10 sammiti keçirilmişdir.
Türk dövlət başçılarının ilk Zirvə toplantısı 1992-ci il
oktyabrın 30-31-də Ankarada keçirilmişdir. Bu toplantıda türk
dövlətlərinin inteqrasiyasına xidmət edən qərarlar qəbul edil-
mişdi. Əsasən iqtisadi əlaqələrə həsr edilən bu toplantının
başlıca məqsədi həm də siyasi-mənəvi birliyin yaradılmasına
çalışmaqdan ibarət idi. Yekun “Ankara Bəyannaməsi”nin qə-
bulu dövlətlərimiz arasındakı əlaqələrin inkişafı yolunda mü-
hüm irəliləyiş oldu. Bununla gələcək inteqrasiyaya və növbəti
Zirvə toplantılarına təkan verildi.
Ankarada əldə olunmuş razılığa görə ikinci Zirvə toplantısı
1993-cü ilin mayında Bakıda keçirilməli idi. Ancaq bu toplantı
ə
vvəlcə təxirə salındı, sonra da onun vaxtı 1994-cü ilin
yanvarına dəyişdirildi. Lakin sammit bir qədər gec baş tutdu və
həm də Bakıda keçirilmədi. Buna səbəb Rusiyanın bu tədbirin
Bakıda keçirilməsinin əleyhinə olması idi. Rusiya tərəfi bunu
onunla əsaslandırırdı ki, Ermənistan-Azərbaycan münaqi-
şə
sinin kəskinləşdiyi bir vaxtda belə bir toplantının Bakıda
keçirilməsi Orta Asiyanın türk dövlətləri ilə Ermənistanın
münasibətlərində gərginlik yaradar.
Türk dövlət başçılarının ikinci Zirvə toplantısı 1994-cü il
oktyabrın 18-19-da stanbulda keçirildi. Bu toplantıda dövlət
başçılarının Ankara toplantısından keçən müddətdə siyasət,
təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində, habelə digər
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |