1. Qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən
sahələrkimi kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetiriləcək, mövcud
aqroemalmüəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal
güclərinin artırılması vəyeni müəssisələrinin yaradılması istiqamətində kompleks
tədbirlər həyata keçiriləcəkdir.
2. Kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri davam etdiriləcək, aqrar sektora
kreditlərinverilməsi mexanizmi sadələşdiriləcək, özəl aqroservis xidmətləri
şə
bəkəsigenişləndiriləcəkdir. Kənd təsərrüfatının sığortalanması mexanizmi
təkmilləşdiriləcəkdir.
3. Növbəti illərdə ölkədə torpaq bazarı inkişaf etdiriləcək, fermerlərin
könüllülükəsasında birgə təsərrüfatçılıq ənənələrinin formalaşması təşviq
olunacaqdır. Meliorasiyavə irriqasiya tədbirləri gücləndiriləcək, torpaqların eroziyaya
uğramasının, suvarılan əkinsahələrinin şoranlaşmasının qarşısının alınması və
münbitliyinin artırılması istiqamətindətədbirlər gücləndiriləcəkdir.
4. Ölkədə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının
istehsalıstimullaşdırılacaqdır. Həmçinin, genetik ehtiyatların və bioloji müxtəlifliyin
qorunması,tingçilik, toxumçuluq və damazlıq işlərinin daha da yaxşılaşdırılması
istiqamətindəməqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.
5. Kənd təsərrüfatı istehsalçılarının müasir texnika, gübrə, toxum və ting ilə
təminatıyaxşılaşdırılacaqdır. Aqrar sahədə elmi təminat və kadr hazırlığının daha
dayaxşılaşdırılması nəzərdə tutulur. Kənd təsərrüfatının müxtəlif sahələrinin intensiv
inkişafetdirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, iri taxılçılıq
təsərrüfatlarınınyaradılması təşəbbüsləri dəstəklənəcəkdir.
6. Bölgələrdə ən müasir texnologiyalar əsasında anbar komplekslərinin
yaradılmasıkənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi,
məhsul itkisininqarşısının alınması, daxili bazarın qorunması və ixrac potensialının
artırılması baxımındanəhəmiyyətliliyini nəzərə alaraq, bu sahədə ardıcıl tədbirlər
davam etdiriləcəkdir.
Konsepsiyada
nəzərdə tutulmuş hədəflərə nail
olmaq
məqsədilə
qanunvericiliyin
təkmilləşdirilməsi
və
müvafiq
institusional
potensialın
gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçiriləcəkdir. Qanunvericiliyin
təkmilləşdirilməsində bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən
səmərəli dövlət tənzimlənməsi prinsipi əsas götürüləcək, biznes mühitinin
yaxşılaşdırılması, milli qanunvericilik bazasının beynəlxalq ticarət sisteminin
tələblərinə uyğunlaşdırılması prioritetləri diqqət mərkəzində saxlanılacaq, qanunun
aliliyinin təmin edilməsi məqsədilə icra intizamı və nəzarət sistemi
gücləndiriləcəkdir.
stər aqrar sahədə davamlı inkişafın təmin edilməsi, istər bu inkişafın dövlət
tərəfindən tənzimlənməsi, istərsə də, davamlı inkişafın formalaşmasına yönəlmiş
tədbirlərin həyata keçirilməsi məsələləri, məhz bu strategiyanın prinsipləri
çərçivəsində öz həllini tapmalıdır. Hesab edirik ki, bu strategiyanın olması, bir
tərəfdən davamlı inkişafa dair dövlət proqramının və digər fəaliyyət proqramlarının
daha dəqiq və işlək formada hazırlanmasını təmin edə bilər, digər tərəfdən isə, bu
istiqamətdə reallaşdırılan tədbirlərin üzvi şəkildə əlaqələndirilməsi mümkün olar.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
müddəalarına müvafiq mühüm tədbirlər həyata keçirilir. “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair
Dövlət Proqramı” barədə Respublika Prezidentinin Sərəncamına uyğun olaraq
aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş
qrafiklərə əsasən ölkədə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin
təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi üçün müvafiq tədbirlər
həyata keçirilir.
Eyni zamanda, müasir aqro-texniki qaydalara uyğun fəaliyyət göstərən,
nümunəvi iri taxılçılıq kompleksinin ilkin Texniki- qtisadi Əsaslandırması, “Genetik
modifikasiya olunmuş orqanizmlər haqqında” Qanun layihəsi, “Özəl iri taxılçılıq
təsərrüfatlarının yaradılması üçün kənd təsərrüfatı təyinatlı torpaqların taxılçılıq
məqsədilə icarəyə verilməsi ilə bağlı məsələlərin tənzimlənməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi, “Torpaq sahəsinin
icarəyə verilməsi haqqında müqavilə nümunəsi”nin layihəsi hazırlanmışdır.
Göründüyü kimi, dövlətimizin ardıcıl diqqət və qaydasından bəhrələnən aqrar
bölmə son illər ardıcıl inkişaftadır. Lakin kənd təsərrüfatının qarşısında çox mühüm
vəzifələr də vardır ki, bunun da ən yaxşı şərhini cənab Prezident Nazirlər Kabinetinin
2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran
vəzifələrə həsr olunmuş iclasında aydın göstərmişdir. Dövlət başçısı kənd
təsərrüfatının bütün sahələrini ətrəfli təhlil etmiş və qarşıda duran prioritet vəzifələri
müəyyənləşdirilmişdir. Cənab Prezident demişdir: “Biz ərzaq təhlükəsizliyi ilə bağlı
tədbirləri daha da gücləndirməliyik. Bu sahədə görülən işlər müsbətdir. Biz bu il kənd
təsərrüfatında böyük artıma nail ola bilmişik. Əkin sahələri, məhsuldarlıq artır,
xüsusilə taxılçılıqda məhsuldarlıq artır, bu, çox müsbət haldır”.
Müşavirədə dövlət başçısı iri fermer təsərrüfatları yaradılması, bu
təsərrüfatlarda meliorativ tədbirlərin həyata keçirilməsi, torpaq sahiblərinə güzəştli
şə
rtlərlə yanacaq və gübrələrin verilməsi, aqrolizinq fəaliyyətinin gücləndirilməsi
zərurətindən danışmış, meyvə-tərəvəz sahəsindəki inkişafa, bağçılıqda müasir
texnologiyaların tətbiqinə diqqət çəkmişdir.
Prezident aqrar bölməyə olan diqqət və qayğısını Regionların 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına
həsr olunmuş konfransında da bir daha davam etdirərək demişdir: “Biz bütövlükdə
kənd təsərrüfatında müasir texnologiyaları daha da geniş şəkildə tətbiq etməliyik. Bu
məqsədlə kənd təsərrüfatında böyük inkişafa nail olmuş ölkələrə heyətlər
göndərilmişdir, onların təcrübəsi öyrənilmişdir və biz ən müasir texnologiyaları
gətirməliyik.”
Ölkə Prezidenti kənd təsərrüfatının qarşısında duran vəzifələrdən danışarkən
demişdir: “Eyni zamanda, biz hər bir sahədə olduğu kimi, qabağa baxmalıyıq ki, 10
il, 20 il bundan sonra nə olacaqdır. Ümid edirəm ki, 2015-ci ilə qədər əsas ərzaq
məhsulları ilə özümüzü 100 faiz təmin edəcəyik.”
Ölkənin kənd təsərrüfatı potensialının gücləndirilməsi və ondanistifadənin
səmərəliliyinin yüksəldilməsi hədəfinin reallaşdırılması üçünqarşıda duran əsas
Dostları ilə paylaş: |