Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə24/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   20   21   22   23   24   25   26   27   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



61

                                                            

çıxış edən bəzi tədqiqatçılar “iqtisadi tarix” və “iqtisadiyyatın tarixi”nin 

predmet fərqliliyindən bəhs edirlər: 

1.

  qtisadi  tarix:  cəmiyyətin  “iqtisadi  hərəkətini”,  dəyişmələrin 



xüsusiyyətləri və qanunauyğunluqlarını və bunun ictimai həyatın 

bütün hadisələri ilə əlaqəsini öyrənir. 

2.

  “ qtisadiyyatın  tarixi”  (yaxud  “tarixi-iqtisadiyyat”)  isə  istehsal 



üsullarının,  təsərrüfat  mexanizmlərinin  və  iqtisadi  institutların 

təkamülünü öyrənir.

67

 

Məsələ  burasındadır  ki,  digər  tərəf  əsas  ağırlıq  mərkəzinin,  məhz 



“iqtisadi tarixin” üzərinə düşdüyünü qeyd edirlər. 

qtisadi tarix – müstəqil elmdir! 

qtisadi nəzəriyyə ilə bərabər baza xarakterli iqtisad elmidir. Nəzəri 

konsepsiyaların  gerçəklik  dərəcəsini  əks  etdirən  tarixi  material  (faktlar) 

iqtisadi  qanunların  və  hadisələrin  zaman  və  məkanca  fərqli 

xüsusiyyətlərini  üzə  çıxarır.  stənilən  iqtisadi  hadisənin  tarixi  kökü 

vardır.  Bu  aspekt  yeni  iqtisadi  sistemin  formalaşdırılmasında  mütləq 

nəzərə  alınmalıdır.Qeyd  olunur  ki,  iqtisadi  tarix  təkcə  keçmişin  iqtisadi 

təcrübəsini  aşkarlamaqla  deyil,  həmçinin  proqnostik  funksiyanı  həyata 

keçirir. 

Beləliklə, konkret rasional yozuma söykənmədən dilemma ortalığa 

qoyulur: “iqtisadi tarix”, yoxsa “iqtisadiyyatın tarixi”? 

Seçimin  sırf  terminoloji  müstəviyə  keçirilməsi  və  bu  aspektdən 

konkret  yanaşmanın  sərgilənməsi,  fikrimizcə,  məsələyə  birtərəfli  baxış 

səciyyəsi daşıyacaqdır. 

Məsələ burasındadır ki, hal-hazırda hər iki termin elmi dövriyyədə 

işlədilməkdədir.  Bir  sıra  tədqiqatçılar  hesab  edirlər  ki,  “iqtisadi  tarix”  – 

tarix  elminə,  “iqtisdiyyatın  tarixi”  isə  iqtisad  elminə  aiddir.  Tarixçilər 

birmənalı olaraq birinci variantı məqbul sayırlar. 

Hətta  hesab  olunur  ki,  qeyd  edilən  yönümdə  yazılmış  dərsliklər  – 

adlarından  asılı  olaraq  (“iqtisadi  tarix”,  “iqtisadiyyatın  tarixi”)  – 

məzmunca fərqlənməlidirlər. 

Belə  ki,  birinci  halda  (“iqtisadi  tarix”),  yəni  tarixçilər  üçün  tərtib 

edilmiş dərslik daha çox “tarixi” səciyyə daşımalıdır. 

Başqa sözlə, iqtisadi hadisə və proseslərin təsviri və interpretasiyası 

tarixi kontekstin daha dərin qatlarına nüfuz etməklə həyata keçirilməlidr. 

                                                 

67

 Вопросы истории народного хозяйства и экономической мысли. Вып.1. – М.; 



1989. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



62

                                                            

kinci  halda  isə,  yəni  “iqtisadiyyatın  tarixində”  əsas  aksent  iqtisad 

elminin kateqoriya və konsepsiyalarının üzərinə düşməlidir. 

V.Bovıkin  belə  bir  qənaət  ortalığa  qoymuşdur  ki:  “....  Tarix  və 

iqtisadi  tarix,  eləcə  də  iqtisadi  tarix  və  iqtisad  elmi  arasında  sərhədlərin 

dəqiq müəyyənləşdirilməsinin zəruriliyinə şübhə ilə yanaşıram”.

68

 



Bizim  məsələyə  yanaşma  tərzimiz  tarixi-iqtisadiyyat  elminin 

tipologiyasında  ifadə  etdiyimiz  (şəkil  2.1)  yanaşmaya  söykənir.  Başqa 

sözlə, “iqtisadi tarix” və “iqtisadiyyatın tarixi”: 

1.Eyni anlayışlar deyildir. 

2.Predmet fərqliliyi mövcuddur. 

3.“ qtisadi tarixi” – “hissəni” (əsasən), “ qtisadiyyatın tarixi” “tamı”, 

“bütövü” öyrənir. Təbii ki, bu aspektdən hansısa Çin səddi çəkməyə 

də ehtiyac  yoxdur. Lakin,  hər halda bu anlayışların eyniləşdirilməsi 

də yolverilməzdir. 

“Dünya  iqtisadiyyatının  tarixi”  fənninin  predmet  müəyyənləşməsi 

isə daha konkret məzmun daşıyır. 

Hər  şeydən  əvvəl,  qeyd  edək  ki,  yuxarıda  apardığımız 

fərqləndirməyə  uyğun  olaraq  “Dünya  iqtisadiyyatının  tarixi”  və 

“Dünyanın  iqtisadi  tarixi”  anlayışları  da  identik  mahiyyət  daşımır. 

“Dünyanın  iqtisadi  tarixi”  həmin  “iqtisadi  tarix”in  miqyas 

genişlənməsindən başqa bir şey deyildir. 

“Dünya  iqtisadiyyatının  tarixi”  –  qlobal  iqtisadi  sistemin  genezisi, 

qərarlaşması  və  inkişafı  prosesini  tarixi-xronoloji  prizmadan  öyrənən 

müstəqil elm sahəsidir. 

Yəni  predmetin  əhatə  dairəsi  sistemli  yaranışın  konkret 

sərhədlərindən  kənara  çıxmır,  parçalanmır,  eləcə  də  ayrı-ayrı  iqtisadi 

proseslərin,  institutların  əlahiddələşmiş  şəkildə  retrospektiv  təhlili  ilə 

məşğul deyildir. 

Dünya iqtisadiyyatın tarixinin tədqiqat sahəsi iki anlayışın dialektik 

bağlılığından formalaşır: 

1.  qtisadiyyatın  strukturu:  bir-biri  ilə  qarşılıqlı  bağlılıqda  olan  və 

ictimai  təsərrüfat  sistemini  formalaşdıran  makroiqtisadi  elementlərin 

məcmusu. 

2.  Cəmiyyətin  təsərrüfat  mədəniyyəti:  iqtisadiyyatın  struktur 

elementləri  arasında  şaquli  və  üfüqi  əlaqələri,  monolitliyi  formalaşdıran 

mental yaranış.  

                                                 

68

 Бовыкин В.И Миланский Конгресс экономической истории и наша историко-



экономическая наука// Экономическая история. Обозрение. Вып. 1. М., 1996.- С.9 


Dünya iqtisadiyyatının tarixi 

 

 



63

                                                            

Hər  iki  anlayışın  qarşılıqlı  bağlılığını  sxematik  formada  aşağıdakı 

kimi ifadə etmək olar (şəkil 3.3). 

 

 

 



Şə

kil 3.3. Cəmiyyətin təsərrüfat tipinin sadələşdirilmiş blok-sxemi 

 

 

 

Sahəvi səviyyə 

Ərazi səviyyəsi 

Geniş təkrar istehsal səviyyəsi 

Xarici iqtisadi səviyyə 

Cəmiyyətin təsərrüfat mədəniyyəti 

Tələbatların 

strukturu və 

səviyyəsi 

Subyektlərin 

sosial 

qarşılıqlı 



təsiri 

Əmək 


etikası 

stehsalın 

milli təşkili 

forması 


Həyat tərzi 

və istehla-

kın stereo-

tipləri 


Cəmiyyətin təsərrüfat tipi 

Təşkilati-iqtisadi səviyyə 

qtisadiyyatın strukturu 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə