36
lazımdır ki, o ölkələrin iqtisadiyyatı kiçik hesab olunur ki, bu ölkədə idxal mallarına
tələbin dəyişməsi dünya qiymətlərinin dəyişməsinə səbəb olmur. Azərbaycan iqtisa-
diyyatının da kiçik iqtisadiyyat olduğunu nəzərə alaraq idxal rüsumlarının kiçik
iqtisadiyyatlara təsirini araşdıraq. Məlumdur ki, idxal mallarına rüsumların tətbiqi
daxili bazarda bu malların qiymətini artıracaq. Nəticədə həmin malların ölkə
daxilində istehsalı artacaq, idxal mallarına tələb isə azalacaq.Bu idxalın həcminin
azalmasına səbəb olacaq, çünki, daxili təkliflə daxili tələbin həcmi arasındakı fərq
azalır.Yığılan gömrük rüsumları dövlət büdcəsinə daxil olur və nəticədə gəlirlərin
istehlakçılardan istehsalçılara yenidən bölüşdürülməsi baş verir. Qrafik 1.1-də idxal
rüsumlarının iqtisadi sistemin tarazlığına təsirinin qrafik təsviri verilmişdir.
Qrafik 1.1 dxal rüsumunun iqtisadi sistemin tarazlığına təsiri
Dd- xətti mala daxili bazarda tələb əyrisidir. Sd-xətti isə malın daxili bazarda
təklifini əks etdirir. Malın tarazlıq qiymətini 25 $-ə bərabər götürək. Tutaq ki, daxili
bazarda malın 1 ədədinin qiyməti 10 $-dır. Sərbəst ticarət halında malın daxili
bazardakı qiyməti dünya bazarındakı qiymətə qədər (10 $) düşər və tələbin həcmi
150 min ədəd təşkil edər (C nöqtəsi). Daxili istehsalın həcmi isə 30 min ədəd təşkil
edəcəkdir (K nöqtəsi). Nəticədə idxalın həcmi 150 – 30 = 120 ədəd olacaqdır. ndi
37
qəbul edək ki, ölkədə 5$-yəni malın qiymətinin 50%-qədər idxal rüsumları tətbiq
olunur. Kiçik iqtisadiyyatdan söhbət getdiyinə görə idxal rüsumlarının tətbiqi dünya
qiymətərinə təsir etməyəcək. Bu o deməkdir ki, ölkənin ticarət şəraiti dəyişməyəcək,
yalnız daxili bazarda qiymətlər 15$-a qədər yüksələcək. Bu hal qrafikdə daxili tələbin
Sw xəttində T xətti ilə kəsişmə nöqtəsinə F-ə qədər azalmasına səbəb olacaqdır (125
min ədəd). Daxildə istehsal olunan malların da qiyməti 15 $ -a qədər artdığından
daxili istehsal da N nöqtəsinə qədər, M-N parçası, yaxud K-H parçası qədər, yəni 15
min artacaq. Uyğun olaraq, idxalın həcmi 120 mindən 80 minə qədər azalar. Beləlik-
lə, rüsumların tətbiqi qrafik 1.2-də əks olunmuş nəticələrə gətirib çıxarır:
Qrafik 1.2 Rüsumların tətbiqinin iqtisadi nəticələri
1. stehlak effekti – malın daxili bazar qiymətinin artması nəticəsində istehla-
kın həcmi aşağı düşəcək.
2. stehsal effekti – Rüsumların tətbiqi nəticəsində malın qiymətinin artması
yerli istehsalçıların istehsalı 15 min ədəd artırmasına səbəb olur. Beləliklə idxal
rüsumlarının tətbiqi başqa sahələrdən resursların müdafiə olunan sahəyə cəlb
olunmasına səbəb olur.Əgər istehlakçıların bu miqdarda mal üçün xərcləri rüsumların
38
tətbiqindən əvvəl 5 fiqurunun sahəsinə uyğun gəlirdisə, indi bu xərclər 2 fiqurunun
həcmi qədər artacaqdır. Beləliklə 2 fiquru istehlakçıların rifahının aşağı düşməsini
ə
ks etdirir.Məhz istehlakçıların bu əlavə xərci istahsal effektini əks etdirir.
3. Ticarət effekti. Bu effekt idxalın həcminin azalmasında ifadə olunur. Əgər
rüsumların səviyyəsi E nöqtəsinə uyğun gələn 25 -la dünya bazarındakı qiymət (10)
arasındakı fərqdən yəni 15-dan yüksək olarsa idxalın həcmi 0-a bərabər olar. Bu
halda rüsumlar qadağanedici olacaq, yəni idxal ümumiyyətlə baş vermir.
4. Gəlir effekti. Bu effekt idxal rüsumlarının yığılması nəticəsində dövlət
büdcəsinin gəlirlərinin artmasında əks olunur.Bu effekt idxalın həcmi ilə idxal
rüsumlarının miqdarının hasilinə bərabər olub qrafikdə 3-dördbucağı ilə ifadə
olunur.Gəlir effekti istehlakçıların itkiləridir, belə ki, onların gəlirlərinin bu hissəsi
dövlət büdcəsinə alınır.
5. Yenidən bölüşdürülmə effekti. Bu effekt istehlakçıların gəlirlərinin məhsu-
lun istehsalçılarına yenidən bölüşdürülməsini əks etdirir. Göründüyü kimi, idxal
rüsumlarının tətbiqindən ilk növbədə istehlakçılar zərər çəkir.belə ki, qiymətlərin
yüksəlməsi nəticəsində onlar daha çox pul xərcləyir, ya da az məhsul alır. Beləliklə
idxal rüsumlarının tətbiqi istehlakçıların imkanlarının pisləşməsinə səbəb olur.
dxal rüsumlarının istehsalçı, istehlakçı və dövlətə təsirini ümumiləşdirsək bu
rüsumların ölkə iqtisadiyyatına ümumi təsirini qiymətləndirmək mümkündür.Bu
halda onu da qeyd etmək lazımdır ki, rüsumların tətbiqi yalnız idxalçı ölkə üçün
deyil, ümumilikdə dünya təsərrüfatı üçün itkilərə səbəb olacaqdır. dxalçı ölkə üçün
itkilərin təhlili aşağıdakı qrafik model əsasında həyata keçirilə bilər. Burada Mo-
sərbəst ticarət zamanı idxalın həcmi, M1- isə rüsumların tətbiqindən sonra idxalın
həcmidir.Sol tərəfdəki şəkil (a) göstərir ki, istehlakçıların itkiləri ümumilikdə
istehsalçıların gəlirləri ilə dövlətin gəlirlərinin cəmindən çoxdur. Rüsumların tətbiqi
nəticəsində idxalçı ülkənin itkilərini sağ tərəfdəki (b) idxal məhsullarının bazarı
modeli ilə də ifadə etmək mümkündür.Bu qrafikdə DM xətti alıcıların konkret
qiymətə nə qədər idxal malı almağa hazır olması ilə yerli istehsalçıların bu qiymətə
nə qədər məhsul istehsal etməyə hazır olduğunu əks etdirir.2 + 4 üçbucağının
hündürlüyü rüsumların səviyyəsini, oturacağı isə idxalın ümumi azalmasını göstərir.
39
2+4 üçbucağı idxal rüsumlarının tətbiqi nəticəsində beynəlxalq ixtisaslaşma və
ticarətdən əldə oluna biləcək gəlirlərdəki itkiləri əks etdirir.Belə ki, 2 fiquru yerli
istehsalçıların 15 min əlavə mal istehsal etmək üçün xərclərini ifadə edir.Bu miqdar
rüsumların tətbiqindən əvvəl idxal olunurdu və onun dəyəri 5 fiqurunun sahəsinə
bərabər idi. dxal rüsumlarının tətbiqindən sonra bu miqdar ölkə daxilində istehsal
olunur və ümumi dəyəri 2+5 -ə bərabərdir.Dövlətin ümumi itkiləri isə 4 fiqurunun
sahəsi ilə ifadə olunur. Belə ki, AB parçasına uyğun miqdarda mal (25 min ədəd)
xaricdən idxal olunurdu və bu halda idxalın ümumi istehlak dəyəri 4 və 6 fiqurlarının
sahələrinin cəmi ilə ifadə olunurdu. Dövlət bu miqdarı almağa 6 fiqurunun sahəsi
qədər vəsait sərf edirdi. Beləliklə, istehlakçıların uduşu 4 fiqurunun sahəsinə bərabər
idi.Rüsumların tətbiqi nəticəsində istehlakçılar bu uduşdan məhrum olur.
Yuxarıda qeyd etdiyimiz kimi, idxal rüsumları əsas etibarı ilə daxili bazarın
xarici rəqabətdən müdafiəsi məqsədi ilə istifadə olunur. Daxili istehsalçıların
müdfiəsi səviyyəsi rüsum normalarının səviyyəsindən asılıdır. Ancaq, dövlət tərəfin-
dən müəyyən olunmuş rüsum normaları – nominal rüsumlar heç də həmişə daxili
istehsalçıların müdafiəsinin real səviyyəsini qiymətləndirməyə imkan vermir. Səbəb
ondadır ki, nominal rüsumlar idxal olunan məhsulların ümumi dəyəri ilə müəyyən
olunur. Ancaq real müdafiə səviyyəsi yerli malların əlavə dəyəri ilə müəyyən olunur.
Yalnız böyük ölkələr idxal rüsumları tətbiq etməklə dünya qiymətlərinə təsir edə və
özü üçün daha əlverişli ticarət şəraiti təmin edərək müsbət iqtisadi effektə nail ola
bilər.Ancaq bu halda da müsbət effekt yalnız o halda müşahidə olunur ki, ticarət
şə
raitinin yaxşılaşmasından əldə edilmiş gəliridxalın istehlakının azalmasından
yaranan itkilərdən çox olsun. Optimal rüsum normaları –rüsumların milli iqtisadi
rifahın maksimum səviyyəsini təmin edən səviyyəsidir. Optimal rüsum normalarının
aşağıdakı xüsusiyyətləri vardır
1
:
- optimal rüsum normalarının səviyyəsi həmişə nisbətən aşağı olur və onun
mümkün qədər böyük hissəsi idxal mallarının dünya qiymətlərinin aşağı düşməsi
1
Свинухов В.Г.Таможенно-тарифное регулирование внешнеэкономической деятельности и таможенная
стоимость
. Издательство:Homo faber. 2005 г, 271 стр.
Dostları ilə paylaş: |