Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə58/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   54   55   56   57   58   59   60   61   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
229 
Azərbaycan  Respublikası  Ali  Sovetinin  Sədri  seçilmiş  Heydər 
Ə
liyevin    parlamentin  tribunasındakı  ilk  çıxışında  bəyan  olun-
muşdur:    “Siyasətdə  və  iqtisadiyyatda  sərbəstlik,  hürriyyət, 
insan  azadlığı,  insan  haqlarının  qorunması  və  sərbəst  iqtisa-
diyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır”. 
  Ulu  Öndərin    bu  bəyanatı,  müasir  Azərbaycanın  çağdaş 
iqtisadi inkişaf strategiyasında sistemli transformasiyanın başlan-
ğ
ıcı  hesab  edilməlidir.  Dövlət  rəhbəri  kimi  özünün  ilk  çıxışında 
“ stədiyimiz məqsədlərə çatmaq üçün vəzifə, iqtisadiyyatın bütün 
sahələrində  islahatlar  aparmaqdan  və  bu  islahatlar  vasitəsilə 
Azərbaycanın mövcud iqtisadiyyatını sərbəst iqtisadiyyat prinsip-
ləri  əsasında  irəlilətməkdən  ibarətdir”  deməklə    Heydər    Əliyev 
islahatların  istiqamətini  göstərirdi.  Eyni  zamanda  o,  xüsusi  qeyd 
edirdi:  “Bazar  iqtisadiyyatı  prinsiplərini  tətbiq  edərək,  sərbəst 
iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bun-
ların  hamısını  əhalinin  bütün  təbəqələrinin  rifah  halının  sosial 
vəziyyətinin yaxşılaşmasına yönəltməliyik”.  
Heydər Əliyevin inkişaf strategiyası dərin elmi məntiq üzə-
rində  qurulsa  da,  O  dahiyanə  tərzdə  dünya  təcrübəsinin  dərclə-
rindən müdrik nəticələr çıxararaq, eyni  zamanda, qeyd edirdi ki, 
“Azərbaycanda  iqtisadi  islahatlar  ideologiya  əsasən  deyil  real 
həyat həqiqətlərinə uyğun aparılacaq”.  
Dahi Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf stra-
tegiyasının evolyusiyasını və onun əməli nəticələrini daha düzgün 
qiymətləndirmək  üçün  dövlət  müstəqilliyimizin  start  şəraitini 
nəzərə  almaq  vacibdir.  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  iq-
tisadiyyatı  keçmiş  SSR   tərkibində  kifayət  qədər  yüksək,  lakin 
birqiymətli  müsbət  qiymətləndirilməyən  inkişaf  səviyyəsinə 
malik  olmuşdur.  Müstəqillik  ərəfəsinin  son  iyirmi  illik  dövründə 
Azərbaycan  iqtisadiyyatının  inkişafı  rəvan  getməmişdir.  Məsələn, 
1970-1980-cı  illərdə  respublikada iqtisadi  artımın  orta illik sürəti 
1960-1970-cı  illərdəki  5,2%-dən  7,4%-ə  yüksəldiyi  halda,  1980-
1990-cı illərdə  kəskin  azalmışdır. 1981-1985-ci illərdə  orta  artım 
sürəti  4,9%  olmuş,  1986-1990-cı  illərdə  isə  artım  sürəti  orta 
hesabla ildə 5-6% azalmağa başlamışdır. 1989-cu ildə isə istehsal 
Расим Щясянов 
 
230 
 
həcminin mütləq azalması baş vermiş və 1990-cı ildə ölkədə milli 
gəlir əvvəlki ilə nisbətən 7% azalmışdır. 
Tədqiqatlar göstərir ki, SSR -nin dağılması və Azərbaycanın 
dövlət  müstəqilliyinin  bərpa  olunması  ilə  başa  çatan  planlı  ida-
rəetmə  dövrünün  iqtisadiyyatımızda  miras  qoyduğu  əsas  prob-
lemlər aşağıdakılardan ibarət olmuşdur: 

  Xalq təsərrüfatının strukturunun qeyri-təkmil formalaş-
ması. Respublikada mövcud sənaye-istehsal fondlarının 
60%-i  xammal  və  aralıq  məhsullar  istehsal  edən  sahə 
komplekslərində  cəmlənmiş,  istehsalın  səmərəliliyi  və 
texniki  tərəqqini  təmin  edən  sahələrin  payı  isə  cəmi 
30,4% təşkil etmişdir. 

 
qtisadiyyatda komplekslilik səviyyəsinin aşağı olması, 
xammal  və  materialların  istehsalı,  ilkin  və  son  emalı 
sahələri  arasında  əlaqənin  zəif  inkişaf  etməsi  nəticə-
sində ölkədən aparılan məhsulun 45-55%-i son istehlak 
təyinatlı olmurdur. 

  Məhsuldar  qüvvələrin  qeyri-bərabər  yerləşməsi  sayə-
sində iqtisadiyyatın sahə və ərazilər üzrə qeyri-mütəna-
sib cəmlənməsi baş vermişdir. 90-ci illərin sonunda sə-
naye  məhsulunun  35%,  sənaye-istehsal  fondlarının 
70%-i  və  işçi  heyətinin  41%-i  neft-qazçıxarma  və 
onunla sıx bağlı sənaye sahələrinin payına düşmüşdür. 
1981-1990-cı  illərdə  maşmqayırma  sənayesinin  yeni  başla-
yan  tikintilərinin  60%-i  Bakıda,  40%-i  isə  Gəncədə  yerləşdiril-
mişdir. 

  Xalq  təsərrüfatmm  vacib  səmərəlilik  göstəricisi  hesab 
olunan fond verimi uzun illər ərzində azalma meyli ol-
maqla 1985-1990-cı illərdə 10%-dək aşağı düşmüşdür. 

 
stehsal olunan məhsulun, xüsusi ilə xalq istehlak mal-
larının  keyfiyyəti  aşağı  olmaqla  bərabər,  əhalinin  hər 
nəfərinə  düşən  miqdar  üzrə  keçmiş  ttifaqda  2  dəfə  az 
olmuşdur. 
•  qtisadiyyatın  qeyri-təkmil  quruluşu  nəticəsində  Azər-
baycan aparılan və  gətirilən   malların həcmi 80-ci illərin sonların-


Игтисади сийасят: методолоэийа вя практика 
 
231 
da  stabil  müsbət  saldoya  malik  olmuşdur.  Bu  dövrdə  ixrac  idxalı 
30-40% üstələmişdir. 
qtisadi  inkişafda  yol  verilmiş  nöqsanlar  ümumi  iqtisadi 
yüksəlişə  mane  olduğu  kimi,  əhalinin  sosial  vəziyyətinə  də  öz 
mənfı təsirini göstərmişdir. Belə ki, 90-cı illərin əvvəlində Azər-
baycan  həyat  səviyyəsini  səciyələndirən  əksər  göstəricilər  üzrə 
keçmiş  ttifaqda ən axınncı yerləri tuturdu. 
Keçmiş  SSR -nin  dağılması  ərəfəsində  Azərbaycan  iqtisa-
diyyatınm  düşdüyü  şəraitin  qısa  xarakteristikası  sübut  edir  ki, 
Dövlət  müstəqilliyinin  bərpası,  iqtisadi  böhranın  dərinləşməsi 
kimi arzuolunmaz faktla eyni vaxta təsadüf etmişdir. 
Təbii  ki,  belə  şəraitdə  iqtisadi  transformasiya  müəyyən  fak-
torların  ciddi  təsirinə  məruz  qalmışdır.  Bunların  ən  vacibləri  və 
obyektiv  hesab  olunanları  müstəqil  ölkənin  bütöv  iqtisadi  siste-
minin  yaradılmasının,  təsərrüfat  münasibətləri  və  mexanizminin 
ə
saslı  dəyişdirilməsi  və  hərbi-siyasi  çaxnaşmalar  şəraitində  apa-
rılmasınm məcburiliyi olmuşdur. 
Ə
sasən  təbii  xammalın,  ucuz  və  bol  işçi  qüvvəsinin  intensiv 
istifadəsinə əsaslanan material və enerji tutumlu sahələrin inkişaf et-
dirilməsi,  iqtisadiyyatın  struktur  böhranları  üçün  “münbit”  qurulu-
ş
unun formalaşmasına şərait yaratmışdır. 
Məhsuldar qüvvələrin inkişafının "Ümumittifaq" mənafelərinə 
tabe etdirilməsi direktiv idarəetmədən, "effektli tələb" idarəçiliyinə 
keçiddə multiplikativ reqressiya doğurmuşdur.  
  qtisadi  inkişafda  yol  verilmiş  nöqsanlar  ümumi  iqtisadi 
yüksəlişə  mane  olduğu  kimi,  əhalinin  sosial  vəziyyətinə  də  öz 
mənfi təsirini göstərmişdir. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəl-
lərində  Azərbaycanın  həyat  səviyyəsini  səciyyələndirən  əksər  gös-
təricilər üzrə keçmiş  ttifaqda ən axırıncı yerləri tuturdu. 
Keçmiş SSR -nin dağılması ərəfəsində Azərbaycan iqtisadiy-
yatının  düşdüyü  şəraitin  qısa  xarakteristikası  sübut  edir  ki,  dövlət 
müstəqilliyinin  bərpası,  iqtisadi  böhranın  dərinləşməsi  kimi  arzu-
olunmaz faktla eyni vaxta təsadüf etmişdir. 
Təbii ki, belə şəraitdə iqtisadi transformasiya müəyyən faktor-
ların ciddi təsirinə məruz qalmalı olmuşdur. Bunların ən vacibləri və 
Расим Щясянов 
 
232 
 
obyektiv hesab olunanları müstəqil ölkənin bütöv iqtisadi sisteminin 
yaradılmasının təsərrüfat münasibətləri və mexanizminin əsaslı də-
yişdirilməsi  və  hərbi-siyasi  çaxnaşmalar  şəraitində  aparılmasının 
məcburiliyi olmuşdur. 
Ötən dövrdə aparılmış iqtisadi islahatların xarakterini qiymət-
ləndirmək  üçün  onun  çərçivə  şərtlərini  və  iqtisadi  sistemin  ümumi 
dinamikasına,  inkişaf  mərhələlərinə  adekvat  aktual  vəzifələrini 
müəyyənləşdirmək  zəruridir.  Azərbaycanda  iqtisadi  sisteminin 
transformasiyası ötən dövrdə iki ən mühüm məqsədə istiqamətlən-
dirilmişdir: 

  müstəqil  ölkəyə  məxsus  bütöv  iqtisadi  sistemin  yara-
dılması; 

  təsərrüfat  mexanizminin  bazar  prinsipləri  üzrə  transfor-
masiya olunması
Bütün  digər  vəzifə  və  məqsədləri  özündə  birləşdirən  bu  iki 
qlobal  hədəfın  realizasiyasının  iki  sistemdənkənar  istiqamətləndi-
ricisi olmuşdur. Bunların birincisi, mahiyyət etibarilə heç də obyek-
tiv  xarakterli  olmayan  cəlb  olduğumuz  müharibə,  ikincisi  isə  əsa-
sən obyektiv mahiyyətli dünya təsərrüfat sisteminin inkişaf tenden-
siyasıdır. 
slahatların ölkədə bütöv iqtisadi sistem yaratmaq məqsədi  
mahiyyət və ardıcıllıq baxımından ilkin hesab olunur. Həm də bu 
daha  çox  institusional  struktur  xarakterli  məsələdir.  Onun  əsas  və-
zifələri  sırasına  milli  valyutanın,  milli  bank-kredit  sisteminin  və 
vergi-gömrük  sisteminin  yaradılması;  ölkədə  fəaliyyət  göstərən 
bütün iqtisadi agentlər üçün hüquqi və idarəetmə baxımından vahid 
məkanın  formalaşdırılması;  özünü  inkişaf  və  dayanıqlığın  təmin-
edici potensialının bərpası üçün iqtisadiyyatm strukturunun təkmil-
ləşdirilməsi; zəruri proporsiyaların yaradılması və s. aiddir. 
Heydər  Əliyev  strategiyasına  əsaslanan  iqtisadi  sistemin  tnas-
formasiyası  yönümündə  görülmüş  işlər  Azərbaycanın  iqtisadi  isla-
hatlar  modelini  və  onun  analitik  xüsusiyyətlərini  formalaşdırmağa 
imkan verir. 
Dinamik  inkişaf  məntiqinə  malik  olan  iqtisadi  transformasiya 
modelinin  ötən  dövrdəki  realizasiyasının  ən  mühüm  xüsusiyyəti 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə