Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   10   11   12   13   14   15   16   17   ...   163

 
 
29 
 
məhsuldarlıq elementləri arasında sünbülün məhsuldarlığı aparıcı rola malikdir. Eyni zamanda 
kəmiyyət və keyfiyyət əlamətləri arasında qarşılıqlı əlaqə qismən də olsa araşdırılmışdır
 
Açar sözlər: seleksiyahibrid, xətt, sort, genotip, introduksiya,  korrelyasiya, kleykovina, zülal, 
sedimentasiya, standart, əlamət, xüsusiyyət 
 
Buğda  bitkisi,  dünyanın  əksər  ölkələrində  insanların  əsas  qidasını  təşkil  edən  mühüm 
ərzaq  bitkilərdən  olub,  hər  bir  ölkənin  ən  azı  öz  təlabatına  uyğun  olaraq  buğda  dəni  istehsal 
etməsi onun iqtisadiyyatının sabitliyini təmin edən vacib amillərindən biridir. 
Son  30  ildə  dünyada  buğda  dəninin  istehsalı  2  dəfə  artaraq  600  mln.ton  səviyyəsini 
ötmüşdür.  FAO-nun  rəsmi  məlumatlarına  görə  2009-cu  ildə  buğda  dəninin  ümumi  istehsalı 
dünya  üzrə  685614.4  min  ton,  orta  məhsuldarlıq  isə  3,4  ton  təşkil  etmişdir.  Bununla  belə  yer 
kürəsində  əhalinin  ilbəil  artımı  nəticəsində  buğda  dəninə  müvafiq  olaraq  artan  təlabat  hələ  də 
tam  ödəniləcək  səviyyədə  deyildir  və  bir  çox  ölkələr  bu  bitkiyə  olan  təlabatını  qismən  də  olsa 
idxal hesabına ödəyir. 
Azərbaycanda da buğda bitkisi, prioritet bitki olmaq etibarı ilə strateji məhsul hesab olunsa 
da,onun  istehsalı  əhalinin  təlabatına  uyğun  səviyyədə  deyildir  və  hər  il  ölkəyə  təqribən  bir 
milyon ton buğda dəni idxal olunur. 
Son  illərdə  bu  sahədə  olan  problemlərin aradan  qaldırılması  üçün  dövlət  tərəfindən  ardıcıl 
olaraq  bir  sıra  əsaslı  tədbirlər  həyata  keçirilmiş,  mühüm  qərarlar  qəbul  edilmişdir.  Bunların 
sırasında 
Seleksiya 
nailiyyətləri 
haqqında 
Azərbaycan 
Respublikasının 
qanunu 
(1996),Toxumçuluq  haqqında  Azərbaycan  Respublikasının  qanunu  (1999),  Taxılçılıq  haqqında 
Azərbaycan  Respublikasının  qanunu  (2000),  Fitosanitariya  haqqında  qanun  (2006)  və  s.  bu 
qəbildən olan tədbirlərdəndir. 
2008-ci ildə qəbul edilmiş ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq 
məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”-da  hədəf  kimi  2015-ci  il  üçün  ölkədə 
dənli  bitkilərin  əkin  sahələrinin  900  min  hektara,  məhsuldarlığın  32,0  s/ha-ya  və  ümumi 
istehsalın 2,8 mln.tona çatdırılmasını nəzərdə tutan strategiya da məhz bu məqsədə yönəlmişdir. 
Bu  vəzifələrin  həyata  keçirilməsində,  kənd  təsərrüfatı  bitkilərinin,  o  cümlədən  buğdanın 
məhsuldarlığının  artırılmasında,  istehsalatın  yüksək  texnoloji  xüsusiyyətlərə  malik  sortlarla 
təmin olunmasında mühüm rol seleksiyanın üzərinə düşür. Bu fikrin bir daha təsdiqi üçün qeyd 
etmək yerinə düşər ki, , böyük zaman kəsiyində buğdanın məhsuldarlığının artım dinamikasının 
tədqiqi  göstərmişdir  ki,  onun  məsuldarlığının  artmasıda  seleksiyanın  payı  50%-dən  artıq 
olmuşdur [2]. 
Seleksiya prosesində ən mürəkkəb məsələlərdən biri yüksək məhsuldarlıq potensialı, yüksək 
texnoloji  xüsusiyyətləri  müxtəlif  abiotik  və  biotik  stres  amillərinə  davamlılıq  əlamətlərini  bir 
genotipdə birləşdirməkdən ibarətdir. 
Seleksiyada müxtəlif təsərrüfat qiymətli əlamət və göstəricilərin genetik daşıyıcıları olan və 
geniş  diapazonda  formaəmələgətirmə  xüsusiyyətlərinə  malik  ilkin  materialının  olmasının 
mühüm  əhəmiyyəti  vardır.  İlkin  materialın  əhəmiyyətini  qeyd  edərkən  görkəmli  alim,  genetik 
N.İ.Vavilov (1935) onu  seleksiyanın bünövrə daşı adlandırmış  [3] və ilkin materialın hərtərəfli 
öyrənilməsinə böyük önəm vermişdir. 
Buğdanın seleksiyasında təkcə dənin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsinə görə 20-
dən  çox  analitik  metodlar  işlənib  hazırlanmışdır  [12].  Ancaq  sayı  minlərlə  ölçülən  seleksiya 
materialının kütləvi qiymətləndirilməsi üçün yüksək keyfiyyət göstəricilərinə malik genotiplərin 
seçilməsinə imkan verən ekspres metodların tətbiq edilməsi vacib məsələlərdən biridir. Bununla 
yanaşı,  seleksiya  prosesində  tədqiqata  cəlb  edilmiş  genotiplərin  bioloji  xüsusiyyətləri,  iqlim 
şəraitinin  dəyişkənliyi,  bunlar  arasında  qarşılıqlı  əlaqə,  kəmiyyət  və  keyfiyyət  göstəricilərinin 
müxtəlif parametrləri arasında korrelyativ əlaqələr daim nəzərə alınmalıdır. 


 
 
30 
 
Azəbaycanda son illərdə əsasən çörəkbişirmə sənayesində istifadə olunan yumşaq buğdanın 
seleksiyasına xüsusi əhəmiyyət verilir. Bu məqsədlə respublikanın müxtəlif torpaq iqlim şəraitini 
əhatə edən 5 bölgəsində tədqiqat işləri hyata keçirilir. 
Suvarma  şəraiti  üçün  yümşaq  buğdanın  seleksiyası  üzrə  Azərbaycan  Elmi  Tədqiqat 
Əkinçilik  Institutu,  Tərtəp  Bölgə  Təcrübə  Stansiyasında  yerinə  yetirilən  tədqiqat  işlərinin  əsas 
istiqaməti  yüsək  məhsüldarlığa  və  keyfiyyət  göstəricilərinə  malik,  yatmaya  və  xəstəliklərə 
davamlı sortların yaradılmasıdır. 
Tədqiqatlarda  yerli  və  introduksiya  olunmuş  yumşaq  buğda  sortnümunələrinin  iştirakı  ilə 
alınmış növdaxili hibrid materiallarından istifadə olunmuşdur. 
Tədqiqat  illərində  (2011-2012)  müsabiqəli  sort  sınağında  51  perspektiv  sort  tədqiq 
olunmuşdur. Təcrübələr hər birinin sahəsi 50 kv.m olmaqla 4 təkrarda aparılmışdır.  
Vegetasiya  müddətində  müvafiq  fenoloji  müşahidələr  aparılmış  sortlar  vizual 
qiymətləndirilmiş,  xəstəliklər  qeydə  alınmışdır.  Pas  xəstəlikləri  ilə  sirayətlənmə  səviyyəsinin 
hesabatları  CİMMYT  və  İCARDA-nın  beynəlxalq  təlimatlarında  tövsiyyə  olunan  Kobbun 
modifikasiya olunmuş şkalaları üzrə aparılmışdır [15]. 
Dənin  keyfiyyət  analizləri  Az.ETƏİ-nun  “Dənin  keyfiyyəti”  laboratoriyasında  ümumi 
qəbul  olunmuş  “Dənin  keyfiyyətinin  qiymətləndirilməsi  üzrə  metodiki  göstərişlər  (1977) 
əsasında aparilmışdır [8]. Sedimentasiya göstəricisinin təyini Pumpyanski, ümumi azotun təyini 
isə Keldal üsulu ilə aparılmışdır. 
Məhsuldarlıq  elementləri  mum  yetişkənliyinin  sonunda  götürülmüş  nümunə  dərzləri 
əsasında müəyyənləşdirilmişdir. 
Yeni  sortların  yaradılması  zamanı  seleksiya  işlərində  məhsuldarlığı  müəyyənləşdirən 
əlamətlərin  ontogenezdə  öyrənilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Bitkilərin  müxtəlif  inkişaf 
fazalarında bir çox əlamətlərdə müxtəlif səviyyədə keyfiyyət və kəmiyyət dəyişkənliyi baş verir. 
Onların  ən  vaciblərinin  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olmalarına  və  bir-birinə  qarşılıqlı  təsir 
etmələrinə görə seleksiya işlərinin kompleks əlamətlərə görə aparılması mühüm şərtlərdən biridir 
[1]. 
Məhsuldarlıq  bir  çox  komponentlərdən  (1  kv.m-də  məhsuldar  gövdələrin  sayından,  bir 
bitkinin  məhsuldarlığından,  bu  da  öz  növdəsində  bir  sünbüldə  olan  sünbülcüklərin  və  dənlərin 
sayından, bir sünbüldə olan dənin kütləsindən təşkil olunmuşdur) asılıdır [4]. 
P.P.Lukyanenko  hesab  edirdi  ki,  məhsuldarlığın  əsas  elementi  bir  sünbüldə  olan  dənin 
kütləsidir. Onun modelinə görə sort möhkəm gövdəyə, qısa (70-80 sm) boya, kütləvi səpinlərdə 
(normal  olaraq  1  kv.m-də  500-600  məhsuldar  gövdə)  yüksək  məhsuldar  sünbülə  (bir  sünbüldə 
dənin kütləsi 2,0 q-dan az olmayaraq) malik olmalıdır [7]. 
Onun  apardığı  tədqiqatlarda  məhsuldarlıqla  sünbülün  orta  məhsuldarlığı  arasında  yüksək 
müsbət  korrelyativ  (r=0,70)  əlaqənin  olduğu  müəyyənləşdirilmişdir.  Ancaq  bu  əlaqə  daimi 
deyildir.  Əksər  hallarda  bir  sünbüldə  dənlərin  sayı  ilə  kütləsi  arasında  müsbət  əlaqə  müşahidə 
edilir. 
Apardığımız  tədqiqatlardabu  əlaqə  öz  təsdiqini  tapır.  Belə  ki,  perspektiv  sortların  əsas 
məhsuldarlıq  elementləri  və  məhsuldarlığının  standartla  müqayisəli  təhlili  göstərdi  ki,  bir 
sünbüldə  dənələrin  sayı  ilə  kütləsi  arasında  sıx  qarşılıqlı  əlaqə  mövcuddur.  Qeyd  olunan 
əlamətlərə  görə  standartın  eyni  göstəricilərindən  üstün  olan  sortların  sayı  müvafiq  olaraq 
54;...50%  təşkil  etməklə  təqribən  eyni  səviyyədə  olmşdur.  Standartla  müqayisədə  1000  dənin 
kütləsinə görə cəmi 12 sort (24 % ), məhsuldarlığa görə 17 sort (34 % ) ondan üstün göstəriciyə 
malik olmuşdur (Şəkil 1). 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə