Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə25/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
tərəfindən  kəşf  edilmiş  böyük  "Ümid"  qaz  yatağıdır.  Bu,  birinci  növbədə,  onu 
göstərir ki, bizim "Şahdəniz"dən başqa da böyük ehtiyatlarımız vardır. Neftçilərimiz 
və  geoloqlarımız  həmişə  bunu  vurğulayırlar.  İkinci  tərəfdən,  "Ümid"  yatağının 
önəmi  ondadır  ki,  bu  yataq  Azərbaycan  neftçiləri,  Azərbaycan  Dövlət  Neft  Şirkəti 
tərəfindən  aşkarlanmışdır.  Neftçilərimizin  müasir  təcrübəsi  və  xarici  şirkətlərlə 
əməkdaşlıq  nəticəsində  əldə  edilmiş  təcrübə  artıq  konkret  nəticələr  vermişdir. 
Azərbaycan  Dövlət  Neft  Şirkəti  "Ümid"  yatağında  həm  investordur,  həm  də 
operatordur.  "Ümid"  yatağının  aşkarlanması  göstərir  ki,  onun  yanında  yerləşən 
perspektiv strukturlarda da kifayət qədər qaz vardır. Biz buna əminik. Ümid edirəm 
ki, növbəti mərhələlərdə Azərbaycanda qaz yataqlarının kəşfiyyatı davam edəcəkdir.  
Enerji  təhlükəsizliyi  məsələləri  bu  gün  dünya  gündəliyində  dayanan  vacib 
məsələlərdən  biridir.  Azərbaycan  tərəfdaşlarımızın  enerji  təhlükəsizliyinin  təmin 
edilməsi üçün öz üzərinə düşən vəzifələrini ardıcıllıqla və böyük iradə ilə icra edir. 
Mən  hesab  edirəm  ki,  hazırda  istehlakçılar,  tranzit  ölkələr  və  istehsalçılar  arasında 
yaranan əməkdaşlıq yaxşı nəticələrə gətirib çıxaracaqdır. Çünki məhz bu üç tərəfin 
birgə fəaliyyəti nəticəsində biz uğura nail ola biləcəyik.  
Məhz  buna  görə,  bir  də  demək  istəyirəm  ki,  Avropa  İttifaqı  ilə  Azərbaycan 
arasında  işçi  qrupu  yaradılmışdır.  Bu  qrupda  potensial  investorlar,  istehlakçılar  və 
istehsalçılar birgə çalışırlar. 
Beləliklə,  bu  il  müstəqilliyimizin  20-ci  ildönümünü  qeyd  edərkən  tam 
əminliklə  deyə  bilərik  ki,  neft-qaz  sektorunda  enerji  təhlükəsizliyi  sahəsində  əldə 
edilmiş nailiyyətlər ölkəmizi böyük dərəcədə möhkəmləndirə bilmişdir. Azərbaycan 
özünü tam şəkildə təmin edən ölkədir. Valyuta ehtiyatlarımız artır və hazırda onun 
səviyyəsi  təqribən  35  milyard  dollara  çatmışdır.  İqtisadiyyatımız  artır  və  son  7  il 
ərzində  ümumi  daxili  məhsul  3  dəfə  artmışdır.  Büdcə  xərcləri  2003-cü  ildə  1,2 
milyard dollar idi, 2011-ci ildə bu rəqəm 20 milyard dollara çatmışdır.  
Ölkədə  çox  güclü  sosial  siyasət  aparılır,  işsizliyə  qarşı  mübarizə  güclənir, 
yoxsulluq azalır. Sənaye potensialımız və qeyri-neft sektoru inkişaf edir. Bütün bu 
uğurların  təməlində  birmənalı  deyə  bilərəm  ki,  1994-cü  ildə  imzalanmış  "Əsrin 
kontraktı" dayanır. Ona görə bu gün bu sərgi və konfransın açılışında 1994-cü ildə 
bizə  inanan,  Azərbaycanın  gələcəyinə  inanan  xarici  neft  şirkətlərinə  bir  daha 
minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, son illər ərzində ARDNŞ ilə 
xarici tərəfdaşlar arasında çox işgüzar münasibətlər qurulmuşdur. Bu münasibətlərin 
çox  gözəl  gələcəyi  vardır.  Çünki  yenə  də  demək  istəyirəm  ki,  "Cənub"  qaz 
dəhlizinin  uğurlu  icrası  da  bizim  üçün  yalnız  növbəti  mərhələ  olacaqdır.  Bizim 
planlarımız  çoxdur,  biz  gələcəyə  ümidlərlə  baxırıq  və  əldə  edilmiş  uğurlar  bu 
ümidləri daha da gücləndirir.  
Bir  daha,  əziz  dostlar,  sizi  sərginin  və  konfransın  açılışı  münasibətilə  təbrik 
edirəm. Sərgiyə və konfransa uğurlar arzulayıram. Sağ olun. 
 
91 
 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Caspian Oil&Gas 
 
Азербайджан,  называемый  колыбелью  мировой  нефтедобывающей 
промышленности,  уже  третий  век  щедро  делится  со  многими  странами 
«черным  золотом»,  которое,  являясь  гарантом  экономической  стабильности 
государства, привлекает внимание специалистов и крупнейших игроков рынка. 
Азербайджанский  статус  мирового  энергетического  гиганта  17  лет  подряд 
подчеркивает  международная  выставка  «Нефть  и  Газ,  Нефтепереработка  и 
Нефтехимия  Каспия»  Caspian  Oil&Gas,  которая  ежегодно  собирает  сотни 
участников  из  десятков  государств.  Такой  успех  выставки  и  конференции 
обусловлен не только историей нашего независимого государства, но и особым 
вниманием руководства страны к отрасли.  
Вот  уже  5  лет  выставка  Caspian  Oil&Gas  отмечена  признанием 
международного  выставочного  сообщества  UFI  (Всемирной  ассоциации 
выставочной  индустрии).  Знак  «Одобрено  UFI»  свидетельствует  о 
соответствии  выставок  всем  международным  стандартам.  Сегодня  Caspian 
Oil&Gas  вступает  в  новую  эпоху:  главным  событием  выставки  станет  ее 
проведение  в  новом  центре  выставок  и  конференций  Баку  Экспо,  который 
спроектирован  и  построен  в  соответствии  с  высокими  международными 
стандартами  и  предназначен  для  проведения  мероприятий  международного 
уровня.  
Caspian Oil&Gas - крупнейшее событие нефтяной сферы Прикаспийского 
региона,  основоположником  которого  является  общенациональный  лидер 
Азербайджана  Гейдар  Алиев.  16  лет  выставка  проводилась  в  Спортивно-
Концертном  Комплексе  имени  Гейдара  Алиева  и  за  это  время  комплекс  стал 
настоящим домом для участников и организаторов мероприятия.  
                                                      92 
 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Со дня своего зарождения и на протяжении последующих лет успешного  
развития  выставка  стала  ключевым  событием  топливо-энергетического 
комплекса  всего  региона.  Начиная  с  2010  года  выставки  Caspian  Oil&Gas 
проводятся  в  новом  комплексе  Баку  Экспо  Центр,  который  спроектирован  и 
построен  в  соответствии  с  высокими  международными  стандартами  и 
предназначен  для  проведения  выставок  и  конференций  международного 
уровня. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
93 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə